22 yan 23:39liqa

Qriqorçuk “Qəbələ”ni gizlətməyə çalışır

Qriqorçuk “Qəbələ”ni gizlətməyə çalışır
“Qırmızı-qaralar” bir oyunu ixtisara saldı

“Qəbələ”nin Antalya toplanışı son mərhələyə qədəm qoyub. “Qırmızı-qaralar” artıq 3 yoxlama oyununda gücünü sınayıb. “Partizani”yə (Albaniya) uduzduqdan sonra “Qaz-Metan”a (Rumıniya) qalib gələn bölgə təmsilçisi son olaraq “Ordabası” (Qazaxıstan) ilə qolsuz heç-heçə edib.

Zədələr planı pozdu
Ancaq son görüş Elvin Camalovun sıradan çıxmasıyla nəticələnib. Ümumiyyətlə, “Qəbələ” yenidən zədə epidemiyası ilə üzləşib. Baqali Dabo və Məhəmməd Mirzəbəyov təlim-məşq toplanışı başlayandan fərdi məşqlə kifayətlənir. Bu üzdən baş məşqçi Roman Qriqorçuk heç bir yoxlama oyununda onları meydana buraxmayıb. Bu isə əsas heyət üzvləri üçün mənfi məqamdı. Axı belədə formaya düşmək müşkülə çevrilir. Xüsusən “vuran ayaq” problemi yaşayan “Qəbələ” üçün fransalı hücumçunun qısa zamanda sıraya dönməsi və məhsuldarlıq nümayiş etdirməsi həyati önəm kəsb edir. Üstəlik, gənclərdən Murad Musayev cərrahiyyə əməliyyatından sonra bərpa olmayıb. İtkilərin çoxluğunu nəzərə alan ukraynalı mütəxəssis yanvarın 23-nə planlaşdırılan yoxlama oyununun keçirilməsinə lüzum görməyib. Onsuz da həmin tarix üçün rəqib tapılmamışdı. Ancaq ertəsi gün Makedoniya “Şkendiya”sı ilə son qarşılaşma baş tutacaq.

İsayevə vaxt verildi
Bildiyiniz kimi, “Qəbələ”nin son matçında yeni futbolçu da oynayıb. Son olaraq “Radniçki”nin formasını geymiş Ramazan İsayev “Ordabası”ya qarşı mübarizə aparanlar sırasında idi. Ancaq Qriqorçuk baxışda olan futbolçu ilə bağlı qərar verməyə tələsmir. Dağıstanda yaşayan soydaşımız hazırda komandanın məşqlərində iştirak edir. Onun taleyinə “Şkendiya” ilə oyundan sonra aydınlıq gələcək.

Baş məşqçi toplanışdan razıdı
Bu arada Qriqorçuk “Ordabası” ilə oyun haqda fikirlərini klub saytına açıqlayıb: “İki gündə iki yoxlama oyunu keçirdik. Prinsipcə, bu düzgün yanaşmadı. Dünən bir heyətlə, bu gün başqası ilə mübarizə apardıq. “Qaz-Metan”la görüşdə 45 dəqiqə oynayan bəzi futbolçular bu gün yenə şans qazandı. Bunu normal hesab edirəm. Elə bölüşdürmüşük ki, kimə lazımdısa, o da daha çox oynasın. Cavid Hüseynov dünən 45 dəqiqə, bu gün bütün matçda meydanda oldu. Hazırlıq baxımından hər şey yaxşı keçdi. Futbolçuların çoxunu müxtəlif mövqelərdə sınadıq. Bizim üçün informasiya baxımından faydalı oldu. Ümumilikdə toplanışa gəlincə, hazırlığa bir az gec başlasaq da, hər şey qaydasındadı. Yaxşı şəraitdə hazırlıq keçirik. Hava şəraiti də toplanış üçün münasibdi. Narazılıq üçün əsas yoxdu”.

Qriqorçuk komandasını gizlətməyə çalışır
Klubların Antalyadakı toplanışını mümkün qədər diqqət mərkəzində saxlayırıq. Onların mövsümün 2-ci yarısına necə hazırlaşdığını bilmək həm bizim üçün vacibdi, həm də sıravi azarkeşlərə maraqlıdı. Təəssüf ki, idman mətbuatının hazırki maddi durumu hansısa əməkdaşını qardaş ölkəyə 1 həftəlik, 10 günlük ezam etməyə imkan vermir. Belədə məsuliyyət düşür klubların boynuna. Onlar saytları və sosial şəbəkələr vasitəsilə ictimaiyyəti hazırlıq prosesiylə bağlı tez-tez məlumatlandırmalıdı. Yoxlama oyunları “yutub” kanalı vasitəsilə nümayiş etdirilməlidi. “Neftçi” gec də olsa, tənqidlərimizdən nəticə çıxardı. Ancaq “Qəbələ”də bunu müşahidə etmirik. Hər zaman belə məsələlərə həssas yanaşan “qırmızı-qaralar”ın hazırki susqunluğu səbəbsiz deyilmiş. Söhbət 3-5 manat artıq xərc çəkməkdən getmir. Sadəcə, Roman Qriqorçuk bunu istəmir. Vəssalam. Ukraynalı mütəxəssis əsas rəqiblərin (belə baxanda sırf “Qarabağ”ın adını çəkmək olar – S.) onların yoxlama oyunlarını izləməsini istəmir. Sanki bununla komandasını “sirli qutu” kimi saxlamaq istəyir. Çalışdırıcı hətta məşqlərdən və oyunlardan fotoreportaj hazırlanmasına da qarşıdı. Əslində son 15-20 il öncə bu addım atılsaydı, başa düşmək olardı. Çünki hazırda kimdənsə komandanı gizlətmək çox çətindi. Guya Qurban Qurbanov istəsə, gəlib “Qəbələ”nin oyunlarını Bələkdə yerləşən “Qloriya” stadionundan canlı izləyə bilməz? Nə çətin işdi ki? Bunun bir faydası olsaydı, elə “Qarabağ” da belə edərdi. Halbuki “köhlən atlar” yoxlama oyunlarını “yutub” vasitəsilə canlı yayınlayır. Yaxşı olar ki, Qriqorçuk azarkeş marağını nəzərə alıb, əcaib qadağanı aradan qaldırsın. Bütün fikrini-zikrini isə komandasını gücləndirməyə yönəltsin.

Franyiç getdi
“Qəbələ” dünən daha bir futbolçuyla yollarını ayırıb. Qış fasiləsinə çıxar-çıxmaz Sadiq Quliyevlə vidalaşan “qırmızı-qaralar” Petar Franyiçə də “yaxşı yol” deyib. Yay transfer dönəmində son anda heyətə qatılan 25 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanmışdı. Ancaq xorvatiyalı futbolçu həmyerlisi Filip Ozobiç kimi faydalı olmadı. Franyiç sıradan bir futbolçu təsiri bağışladı. Bəlkə də Petar ölkəmizə və “Qəbələ”yə uyğunlaşa bilmədi. Qriqorçuk onu komandasında görmək istəmirdi. Ancaq müqavilə müddəti davam etdiyindən anlaşmanı pozmaq təzminat ödəmək fonunda mümkün idi. Hər halda, ukraynalı mütəxəssis onu Antalya toplanışına aparmamışdı. Qəbələdə fərdi məşq edən Franyiç bundan sonra gününü əvəzedicilərdə keçirəcəyini anlayıb, karyerasına zərbə vurmamaq üçün “qırmızı-qaralar”dan ayrılmaq qərarına gəlib. Bu üzdən klubla qarşılıqlı razılıq əsasında dünən müqaviləyə xitam verilib. Belədə “Qəbələ” təzminat ödəmək məcburiyyətində qalmayıb.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:52 İslamiada xəbərləri Dünən, 17:51 Şəhriyar liderliyini davam etdirir Dünən, 17:49 Yaşar Vahabzadə yekun qərarını 29-dan sonraya saxladı Dünən, 17:48 Misir Əbilovun komandası Mingəçevirdə qoçuluq edib Dünən, 17:47 Şimali İrlandiya ilə “Tofiq Bəhramov”da qarşılaşacağıq Dünən, 17:38 PFL “İnter”ə “Qarabağ” və “Qəbələ”dən az medal verdi Dünən, 17:35 Premyer-liqanın bombardiri kim olacaq? Dünən, 15:59 İlk oyunda məğlubiyyət Dünən, 15:58 Mövsümün ən az qol vurulan turu Dünən, 15:49 İlk altı çempionatla bağlı əcaib mənzərə Dünən, 15:47 “Qəbələ” Tiflisdə 6-cı oldu Dünən, 15:45 FİFA referiləri İslamiadada! Dünən, 15:39 “Gümüş”lə “bürünc”ün taleyi qərbdə həll olunur Dünən, 15:38 İntizam Komitəsi “Neftçi”nin məğlubiyyətini rəsmiləşdirdi Dünən, 15:36 TURUN MƏŞQÇİSİ Dünən, 15:35 TURUN SİTATI Dünən, 15:33 TURUN OYUNÇUSU Dünən, 15:32 HAKİMLƏRİN MÜHAKİMƏSİ Dünən, 15:31 Xaqani Məmmədovun köməkçisi qovuldu Dünən, 15:29 Maşallah Əhmədovla bağlı DGK-ya sorğu göndərilib Dünən, 15:28 “İnter”lilər mayın 10-na qədər gözləyəcək Dünən, 15:27 “Neftçi”yə yeni rəis gəlir Dünən, 15:25 “Neftçi” rəhbərliyi məşqçilər korpusunu cərimələdi Dünən, 15:23 “Forza Neftçi” qərarını verdi Dünən, 15:20 Teymur Rəcəbov Olimpiadadakı uğursuzluqdan danışdı Dünən, 15:18 Şəhriyar Məmmədyarov Rusiya klubuna keçib Dünən, 15:16 Yunanıstana geniş heyətlə Dünən, 15:12 Pevtsov iki pillə irəlilədi Dünən, 15:11 Ən güclü boksçular müəyyənləşdi Dünən, 15:10 Tokioda medala yaxın düşmədilər 26-04-2017, 20:32 Türk oğlu türkəm, kürd oğlü kürdəm, ləzgi oğlu ləzgiyəm, talış oğlu talışam! 26-04-2017, 20:31 BƏM-dəki ziyafətə 100 mindən artıq xərc çəkilib? 26-04-2017, 20:29 Məşqçilər qədər Abışovla Barqas da günahkardı 26-04-2017, 20:27 “Bakılı” “Səbail”i yenməyə köklənib 26-04-2017, 20:26 “Energetik” həkimin ümidinə qalıb 26-04-2017, 20:23 Svanadze: "Məni yox, amma uşaqları istəyən komandalar var" 26-04-2017, 20:18 “Qol yağışı” "gümüş" və "bürünc" medalçıları müəyyənləşdirdi 26-04-2017, 20:09 İslamiada xəbərləri 26-04-2017, 20:07 Azərbaycan derbisində yenə “sülh” 26-04-2017, 20:05 Kseniya “Beşiktaş”la sevindi 26-04-2017, 20:04 Dadaşov məyus oldu 26-04-2017, 20:02 Lider büdrədi, ancaq yıxılmadı 26-04-2017, 20:00 Qapıçılar üçün A kateqoriyalı kurs 26-04-2017, 19:50 Ağdamın tanınmışları Gözəllə razılaşmadı 26-04-2017, 19:49 Nadir Qasımov “Bakılı”dan ayrılıb 26-04-2017, 19:47 Elxan Məmmədov çempionu mükafatlandırdı 26-04-2017, 19:43 AZAL “Zirə”yə təslim olacaq? 26-04-2017, 19:42 Qızlar qayıtdı, oğlanlar getdi 26-04-2017, 19:40 “Forza Neftçi” “Qarabağ”la oyuna getməyəcək 26-04-2017, 19:38 Rekordla uzlaşmayan biabırçı səhv 26-04-2017, 19:35 Gümüş “Qəbələ”nin, bürünc “İnter”in oldu 25-04-2017, 01:08 “Neftçi”nin dünənki və 8 il sonrakı biabırçılığı 25-04-2017, 01:03 Abdulbari Gözəl: “Bizi artıq ölkə daxilindəki qələbələr qane etmir” 25-04-2017, 01:01 Çempion “Sumqayıt”ın arzusunu puç etdi 25-04-2017, 00:57 Qurban Qurbanov mükafatlandırmaya çıxmadı 25-04-2017, 00:55 "Kəpəz" şansını son tura saxladı 25-04-2017, 00:52 “Gümüş” üçün məğlubiyyət də yetər, təki... Bütün xəbərlər
Ən çox oxunanlar