15 yan 14:31liqa

Qvanzavla iranlı getdi, Dieqo Qusmao komandaya qoşuldu

Qvanzavla iranlı getdi, Dieqo Qusmao komandaya qoşuldu
Gəncəli azarkeşlərə müjdə: Dario qayıdır!
Yunis Hüseynovun dekabrda qəzetimizə müsahibəsində dediyi kimi, başını qaşımağa vaxtı yoxdu. Hardasa başa düşmək olar. Şahin Diniyevdən qalmış futbolçulardan 11-i ilə yolların ayrılmasına qərar verən baş məşqçi boşluğu doldurmaq istəyir. Namizəd çox, zaman az, budcə isə məhduddu. Hər şeydən əvvəl heyəti müəyyənləşdirməli, daha sonra futbol fəlsəfəsini futbolçulara aşılamalıdı. Premyer-liqanın ikinci yarısının başlamasına isə bir aydan da az vaxt qalıb.
Vaxtilə “Mançester Siti”də çıxış etmiş Aleks Nimelinin yola salındığını xəbər vermişdik. Hüseynov sağ ayağının arxa əzələsində zədə aşkarlanan hücumçuya gərək duymadığını bildirib. Vaxtilə “Bakı”, AZAL, “Səbail” kimi yerli klubların şərəfini qoruyan Qvanzav Maqomedova da ehtiyac olmayıb. Müdafiəçinin məşqlərdəki bacarığı baş məşqçini razı salmayıb. Eyni sözləri ad-soyadı məlum olmayan iranlı futbolçuya da aid edə bilərik. Vaxtilə ölkəsinin aşağı yaş qruplarından ibarət yığmalarının şərəfini qoruyan oyunçuya ilk məşqdən sonra gələcək karyerasında uğurlar arzulanıb.
Əvəzində yenilərin adları diqqəti çəkir. Vaxtilə “Simurq”, “Qaradağ Lökbatan” kimi komandaların uğurları üçün tər tökən sağ cinah müdafiəçisi Elxan Cəbrayılov hazırda “Kəpəz”də baxışdadı. Elşən Rzazadə kimi, onun da gələcək taleyinə qarşıdakı yoldaşlıq görüşlərindən sonra aydınlıq gələcək. “Xəzər Lənkəran”, “İnter” və “Zirə”dən tanıdığımız Dieqo Qusmao artıq Bakıdadı. Yanvarın 11-dən 12-nə keçən gecə ölkəmizə təşrif buyuran 30 yaşlı yarımmüdafiəçi komandanın dünən axşamkı məşqində iştirak edib. “Zirə”dən ayrılandan sonra futbolla peşəkar səviyyədə məşğul olmayan Dieqonun fiziki durumu Yunis Hüseynovu qane etsə, braziliyalı yaxın günlərdə sənədə qol çəkəcək. Gürcü Qiuli Mancqaladze ilə ukraynalı qapıçını isə artıq indidən “Kəpəz”in yeni legionerləri hesab edə bilərik.
2015-17-ci illər aralığında Gəncə təmsilçisinin formasını geyən, sərgilədiyi oyun, vurduğu qollar və verdiyi ötürmələrlə azarkeşlərin sevgisini qazanmağı bacaran Dario Federikonun “Kəpəz”ə dönüşü an məsələsidi. Klub rəhbərliyi ilə futbolçu arasında danışıqlar müsbət yekunlaşdığından, braziliyalı yarımmüdafiəçi karyerasını ölkəmizdə davam etdirməyə qarşı deyil. Cənubi Koreyada yaşamağın çətinliyini dərk edən futbolçunun ”sarı-göylər”ə Antalya toplanışında qoşulacağı deyilir. Hər halda, idmanxeber.com saytının yazdığı xəbər belədi.
Sonda maraq üçün qeyd edək ki, “Kəpəz” bu gün qış hazırlığı dönəmində ilk yoldaşlıq görüşü keçirəcək. Rəqib isə klubun əvəzedici heyətidi. Start fiti saat 14.00-da səslənəcək oyun ADBTİA-nın stadionunda baş tutacaq.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:47 "Qarabağ" fərqi minimuma endirdi Bu gün, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi Bu gün, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! Bu gün, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu Bu gün, 13:40 Murad Moldovada baxışdadı Bu gün, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? Bu gün, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi Bu gün, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” Bu gün, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! Bu gün, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi Bu gün, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı Bu gün, 12:54 U-19 minimal hesabla yenildi Bu gün, 12:53 “Neftçi” Zirədə xal itirdi 17-02-2019, 16:02 Yığma üzvləri darmadağından danışdı 17-02-2019, 16:00 Fərid Nəbiyevə Slovakiya və Sloveniyadan təkliflər olub 17-02-2019, 15:59 “Qarabağ” Dedanı “Karpatı”ya satmağa hazırlaşır 17-02-2019, 15:58 PFL divizionun oyunlarını canlı yayınlayır 17-02-2019, 15:56 Moldova yığmasının üzvü "Neftçi"də 17-02-2019, 15:55 "Bayıl Arena"da 10 qol vurulsa da... 17-02-2019, 15:53 “Qarabağ”dan qorxmuruq, çəkinmirik” 17-02-2019, 15:52 Cavid Hüseynov “Qarabağ”la oyunda 1 xala razıdı 17-02-2019, 15:50 "Qəbələ" həvəslə hazırlaşır 17-02-2019, 15:42 Yurçeviçli millinin nağıl arzuları bəllidi 17-02-2019, 15:40 10 saatlıq tur 17-02-2019, 15:38 “Keşlə” yığmanın marağını klub marağından üstün tutub 17-02-2019, 15:37 Sürprizsiz tur 17-02-2019, 15:35 “Qaranın yerini silkələmək üçün çox çalışdım, alınmadı” 17-02-2019, 12:54 BMM “Futbol+”ə yer verməkdən çəkindi 17-02-2019, 12:53 Azərbaycanın idman ictimaiyyətinə müraciət 17-02-2019, 12:51 “Sumqayıt” “Keşlə”nin aqibətini yaşadı 17-02-2019, 12:48 Türkiyənin heyəti və yoldaşlıq görüşlərinə təyinatlar açıqlandı 17-02-2019, 12:47 Miloş Velebit kimdi? 17-02-2019, 12:45 “Yumşaq” Yurçeviç xaricdə fiasko vəd edir 17-02-2019, 12:44 Musa Qurbanlıdan poker, U-19-dan darmadağın 17-02-2019, 12:40 Sansone “Neftçi”də 600 min manat qazanacaq 17-02-2019, 12:39 Stuxlikin yeniliyinə fərqli münasibət 17-02-2019, 12:37 Klublar Komitəsinin rəhbərsiz qalması AFFA-nın ürəyincə deyil 17-02-2019, 12:36 “Səbail”də argentinalı forvard: 13 ildə 13 (?!) klub dəyişib 17-02-2019, 12:27 Qış fasiləsinin diqqəti çəkən 5 olayı 17-02-2019, 12:25 Stuxlik Xorvatiyaya gedəcək 17-02-2019, 12:23 “Red Black Army” narahatdı 17-02-2019, 12:22 Prinsipial rəqiblərin 50-ci dueli 17-02-2019, 12:18 “Çempionatda limiti ləğv etmişdilər, hamı legioner gətirib, pul “yeyirdi” 17-02-2019, 12:13 Amit Quluzadə “Çelik”də 22 gün qalıb və geri qayıdıb 14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi Bütün xəbərlər
Ən çox oxunanlar