15 yan 00:33liqa

Ayxan Abbasov yığmaların toplanışını problem saymır

Ayxan Abbasov yığmaların toplanışını problem saymır
"Doğrudan da bu mənada "axsayırıq"
Dünən "Zirə" öz əvəzediciləri ilə yoxlama oyununda qüvvəsini sınadı. Matçdan sonra "qartallar"ın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavabladı.
- Əvəzedicilərlə oyunda komandanı sınadız. Öncə bu matçla bağlı fikirlərinizi bölüşərdiz.
- Bu oyundan çox şey gözləmirdik. Əsas məqsədimiz futbolçuların oyun hissiyyatını qaytarmaqdı. Arada fasilə yarandı. Məşqlərdən sonra isə belə görüş lazım idi. Yoxlama matçı üçün öz əvəzedicilərimizi seçməkdə məqsəd ordakı cavanlara da baxmaqdı. Onlar hər zaman gözümüzün önündədi. Bu qarşılaşmanı ikitərəfli oyun kimi də qələmə vermək olar. Məncə, normal idi.
- Diqqətinizi cəlb edən hansısa futbolçu oldu?
- Bu gün limitə düşən futbolçuların çoxu meydanda idi. İbrahim Rəhimli, Müşviq İlyasovu oynatdıq, ikinci hissədə Milad Bayramovu yoxladıq. Əvəzedici heyətdə 2001 təvəllüdlü bir uşaq xoş təsir bağışladı. Öz akademiyamızın yetirməsidi və yəqin ki, bizimlə məşqlərə başlayacaq.
- Legionerlər komandaya yeni qoşulduqları üçün bugünkü oyunda yox idilər? Onların durumu necədi?
- Legionerlərə proqram vermişdik. Biz burda başlayanda, onlar da öz ölkələrində məşqə start vermişdilər. Durumları normaldı. Onları "Keşlə” ilə yoxlama matçında meydanda görə biləcəyik.
- Yeni transferlər Tellur Mütəllimov, Mirsahib Abbasov və Elşən Abdullayev haqda nə deyə bilərsiz?
- Onların potensiallarını bilirik və çox şey gözləyirik. Məncə, uyğunlaşmada problem olmayacaq. Bu oyun da “ansambl”dan geri qalmadıqlarını göstərdi.
- Jozef Bumun yubanması nə ilə bağlıdı?
- Bizdən icazə istəyib. Son iki matçda da zədə üzündən meydana çıxmamışdı. Zədəsini müalicə edir. Yanvarın 13-də gələcək.
- Bundan sonra transfer gözlənilir?
- Yeni oyunçu axtarırıq. Əsasən orta xəttə istəyirik və baxırıq. Yaxın günlərdə həll etməyə çalışacağıq.
- Əcnəbidi, yoxsa yerli?
- Əcnəbi. Daha yerli oyunçu yoxdu. Hamısı öz klublarındadı.
- Ufuk Budakın məsələsi necə oldu? Onu "Zirə”nin istədiyinə dair məlumat vardı...
- İstəyir söhbəti olmayıb. Bir menecer bizə müraciət etdi ki, Budak klubundan ayrılıb, azad agent olub. Biz də maraqlandıq. Lakin sonra öyrəndik ki, Azərbaycana gəlmək fikri yoxdu. Biz də buna isti baxmadıq. Yəni menecer təklif etmişdi.
- Zaur Həşimov köməkçiniz olaraq işini davam etdirəcək?
- Bu məsələ hələ açıq qalıb. Ona görə də əvəzedici heyətdən Kamen Vasilyevi gətirmişik. Onu yaxşı tanıyıram. Əvəzedici komandada mənimlə də çalışıb. Həşimovun aqibəti bilinmir. Çünki yığmada da işlər çoxdu. Düzdü, bir il vaxtları var. Amma seleksiya aparmalıdı. Ona da kömək lazımdı.
- Qış fasiləsində yığmaların toplanışlarının olması klubların işinə mənfi təsir etməyəcək?
- Bütün millilərdə yeni baş məşqçilərdi. Onlara komandalarını tanımaq üçün toplanış vacib idi. Yığmaların toplanışda olması bizə maneə törətməyəcək. Çünki hazırda yığmada olanlardan digər yoxlama matçlarında istifadə edəcəyik. Milliyə dəvət almaq həmin futbolçular üçün də bir stimuldu.
- Əsas milliyə kimlərin çağırılacağına dair "Zirə”yə məlumat verilib?
- Hələ ki yox. Onların vaxtına hələ var.
- Millidəki dəyişikliklər gələcəyə ümid verir?
- Dəyişiklik olub deyə, əvvəlki məşqçiləri pisləmək də düz deyil. Son 10 ili götürsək, inkişaf var. Bu göz qabağındadı. Klublarımız avrokuboklarda yaxşı çıxış edir. Lakin aşağı yaş qrupları üzrə yığmaların seçmə mərhələlərdə uğursuz nəticələri olur. İnşallah, gənc məşqçilərimiz yenilik gətirər, yeni ab-hava olar. Onların gələcəkdə özlərini doğruldacaqlarına inanıram. Öz gənclərimizdən istifadə etmək, onları düzgün yönəltmək lazımdı. Tək o məşqçilərə yox, klublara da iş düşür. Millinin məşqçiləri bir həftə, 10 günlə nəsə edə bilmirlər. Bu məsələyə gərək geniş baxaq. Klubarımızda işlər düz getməli, uşaqlarımız inkişaf etməlidi. Doğrudan da bu mənada "axsayırıq".
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:17 25 saniyəlik Olimpiada... Bu gün, 00:09 Saşa Yunisoğlu futbol məktəbi açıb Bu gün, 00:07 Mundiala Fəridlə Fəridə gedəcək Bu gün, 00:06 “Futbol+” finalçılarla eyni qrupda Bu gün, 00:04 Klub rəsmilərinin “Neftçi”yə keçidi futbolçuları təəccüblədirib Bu gün, 00:02 “Sumqayıt” Nicatı bayıra atdı, “Zaqatala” sahib çıxdı Bu gün, 00:01 Koçuku Azərbaycana Ramil Şeydayev səsləyib Dünən, 23:58 AFFA-nın muzeyinin formatı dəyişdirilib Dünən, 23:56 Rəşad Sadıqov mayda “Qarabağ”dan ayrılacaq Dünən, 23:55 “Keşlə” – “sülhsevər” komanda! Dünən, 23:53 Ağatahir Əzimov FK.İD-in zəif yerini göstərdi Dünən, 23:51 “Olimpik Star”da başlayıb BİS-də bitəcək Dünən, 23:49 “Sonuncu dəfə “Əlifba” kitabını əlinə götürən futbolçudan artıq nəsə ummaq yersizdi” Dünən, 23:37 "Zaqatala" ikinci qələbəsini qazandı Dünən, 23:36 İkisi sevindirdi, biri üzdü Dünən, 23:35 Balacayeva vahid lider oldu Dünən, 23:33 Ölkə çempionatı başa çatdı Dünən, 23:32 Ayxan Abbasov “Neftçi” ilə oyundan sonra danışacaq Dünən, 23:30 Çempionatımızda 11 qol vuran futbolçunun “kitabı bağlandı” Dünən, 23:29 “Bakcell Arena”da prinsipial duel Dünən, 11:53 Rafael Ağayev yapondan əvəz çıxmaq istəyir 22-02-2018, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq 22-02-2018, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib 22-02-2018, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi 22-02-2018, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq 22-02-2018, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi 22-02-2018, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu 22-02-2018, 23:14 “Neftçi” Mujekdən də qurtuldu 22-02-2018, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir 22-02-2018, 23:02 “Darmadağınçı” qonaqlar 22-02-2018, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi 22-02-2018, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək 22-02-2018, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı 22-02-2018, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi 22-02-2018, 22:42 Ölkə çempionatı başladı 22-02-2018, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc 22-02-2018, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət 22-02-2018, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı 22-02-2018, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü 22-02-2018, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır 22-02-2018, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” Bütün xəbərlər
Ən çox oxunanlar