14 yan 15:29liqa

“Foqtsa, Prosineçkiyə uduzanda heç nə demirdizsə, Qurban müəllimə də dəstək olmalısız”

“Foqtsa, Prosineçkiyə uduzanda heç nə demirdizsə, Qurban müəllimə də dəstək olmalısız”
Vaqif Cavadov “Keşlə” ilə ölkə kubokunu qazanmaq istəyir
Nəhayət, Vaqif Cavadovun klubsuz günləri başa çatdı. Uzun müddət futbolsuz qalan təcrübəli yarımmüdafiəçi azı mövsümün sonuna kimi “Keşlə”nin uğurları üçün çalışacaq. Ona indi bacardıqca çox oynamaq və əvvəlki formaya qayıtmaq lazımdı. Vaqif hələ tükənmədiyini isbatlamaq və milliyə dönmək istəyini gizlətmir. Uzun müddətdi mediadan da uzaq düşən Cavadovla "Qaradağ Lökbatan"la oyundan söhbətləşdik.
- “Keşlə” ilə münasibətləri rəsmiləşdirmisən?
- Bəli, artıq müqaviləni imzalamışam.
- Müqavilənin müddəti nə qədərdi?
- 6 ay +1 il.
- Bir müddət öncə də komandanın düşərgəsindəydin. Amma ayrıldın və yenidən qayıtdın. Bu nə ilə bağlıdı?
- Müxtəlif nüanslar var idi. Müqavilənin şərtlərini hər iki tərəf düşündü, sonda ortaq məxrəcə gəldik.
- 2013/14 mövsümündə də “İnter”də oynamısan.
- Arada çox böyük fərq var. İnanıram ki, əvvəlki komandanı qaytarmaq olar. Yeni futbolçular da gələcək. Ümid edirik ki, yaxşı forma yığıb, uğurlu çıxış edəcəyik.
- Bir müddət futboldan kənarda qaldın. Özünü necə hiss edirsən?
- Məncə, heç bir problem yoxdu. Toplanışa yeni başlamışıq. Mövsümün ikinci yarısına qədər tam hazır olacam.
- “Tvente”yə getməklə hər bir Azərbaycan futbolçusunun arzuladığı zirvəni görmüsən. Ancaq uzun müddət klublarımıza lazım olmadın…
- Belə deməzdim. Bəzi amillər var... Bilmirəm, nəyə görə istəmirdilər. Ola bilər ki, kiminsə mənimlə problemi olub. Ancaq mən tərəfdən heç bir problem yoxdu.
- Sənə mane olurdular?
- Bunu deyə bilmərəm. Arzu edirəm ki, hər bir futbolçu mənim kimi karyera yaşasın. Elə çox yaşım da yoxdu ki, karyeramı bitirim.
- İkinci nəfəsin açılacağına ümid edirsən?
- Hər şey mümkündü. 40 yaşım yoxdu ki, problem yaşayım. Niyə də olmasın?! Hər şey futbolçudan və komandadan asılıdı.
- Bundan sonrakı hədəfin nədi?
- Hədəfim artıq “Keşlə” ilə bağlıdı. “Keşlə”nin hədəfi də kuboku qazanmaq və çempionatda yüksək yerlərdən birini tutmaqdı.
- Bəs yenidən milliyə qayıda bilərsən?
- Bu, mənim oyunumdan və baş məşqçinin qərarından asılı olacaq. Elə danışırsız ki, sanki 40 yaşım var, futboldan artıq getmişəm. Meydanda hər şey görünəcək. Kim yaxşı oynayacaqsa, baş məşqçi Qurban Qurbanov da ona dəvət göndərəcək.
- Yeri gəlmişkən, Qurban Qurbanovun təyinatına münasibətini bilmək istərdik.
- Bu təyinatı hamı çoxdan gözləyirdi. Yerli məşqçilərdən ora bir namizəd var idi, o da Qurban müəllim. Onu çətin iş gözləyir. Berti Foqtsa, Robert Prosineçkiyə məğlub olanda heç nə demirdizsə, Qurban müəllimə də dəstək olmalısız. Mediadan çox şey asılıdı. Yerli məşqçidi, ona daha çox kömək etmək lazımdı. Üstəlik, Qurban müəllim iki yerdə çalışacaq.
- Sanki mətbuatdan incikliyin var...
- Heç bir inciklik yoxdu. Belə olsaydı, sizə müsahibə verməzdim.
- Bizi Foqtsun üstünə çox getməməkdə qınayırsan. Ancaq o vaxt heç futbolçular da onun əleyhinə danışmırdılar...
- Mən danışmamışam? “Milliləşdirilən” futbolçularla bağlı sualları həmişə mənə və Mahir Şükürova verirdiz. Ancaq Prosineçkinin dönəmində hansısa oyunçuya belə sual verdiyinizi görmədim. Mən isə bu sualları həmişə cavablamışam. Bu da arxivdə var. Mətbuatdan heç vaxt qaçmamışam, sizinlə həmişə dostluq etmişəm. Belə də davam edəcəm.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 12:36 Nazim Süleymanovu tərk edənlərin ortaq dərdi var Dünən, 12:35 Almeyda Şeferin komandasında oynayacaq Dünən, 12:34 Mahir Əmrəlinin gözəl qolu kifayət etdi Dünən, 12:32 Birinci oyunu özbəklər, ikincini yığmamız qazandı Dünən, 12:31 “Keşlə” ikinci oyunda da uduzdu Dünən, 12:29 “Neftçi”də ispan məşqçi Dünən, 12:28 “Sabah” "Spartak"ın gəncləri ilə “sülh bağladı” Dünən, 12:24 “Zirə” toplanışı qələbəylə bitirdi Dünən, 12:20 “Zirə” Krnetanı qaytardı Dünən, 12:17 Kvaşuk Azərbaycan xatirələrini bölüşdü Dünən, 12:13 “Sumqayıt” Türkiyədə ilk qələbəsini qazandı Dünən, 12:10 Samir Abasov aşağı yaş qrupu üzrə yığmaları çalışdırmaq istəmir Dünən, 12:07 Rüfət Dadaşovu qınayırlar... Dünən, 12:05 2020-ci ildə ilk heç-heçə Dünən, 12:03 Xoş gəldin, Vassaras! Xoş getdin, 5000 avro... Dünən, 11:58 Yeni federasiyanın ilk iclası keçirildi 22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu Bütün xəbərlər
Ən çox oxunanlar