14 yan 12:19liqa

Premyer-liqa klublarının “pasport”u qüsurlarla zəngindi

Premyer-liqa klublarının “pasport”u qüsurlarla zəngindi
“Sumqayıt”ın prezidenti Kamran Quliyev yox, Kamal Quliyevdi!
21-ci əsri elm və texnologiyalar dövrü adlandırırlar. Bilgisayarı açıb, “Google” a daxil olub, istədiyin mövzu ilə bağlı ora açar söz yazmaqla düyməciyi basmaq bəs edir ki, sənə lazım olan mövzu ilə bağlı istənilən qədər material ekranda görünsün. Bu gün 7-dən 77-yə, demək olar ki, hamı internetin xidmətindən yararlanır. Elə biz jurnalistlər də. Hər yay avrokubokların püşkü atılandan sonra ilk işimiz internetin köməyi ilə təmsilçilərimizin rəqibləri olan klubların “vikipediya”sına nəzər salıb tarixini, heyətini, rəhbərlikdə kimlərin təmsil olunduğunu, illər ərzində hansı uğurlara imza atdığını araşdırmaq olur. Çox vaxt “vikipediya”ya klubun pasportu da deyilir. Çünki klubla bağlı bütün göstəricilər məhz orda əksini tapır. Bəs görəsən, bizim klublar bu yöndə nə ilə fərqlənir? Futbolçumuz və klublarımızla maraqlanan əcnəbilər premyer-liqa təmsilçilərinin “vikipediya”sını açanda lazımi qədər məlumat toplaya bilirlərmi? Bu suala aydınlıq gətirmək üçün elitada mübarizə aparan 8 klubun “futbol pasportu”nu gözdən keçirməyə qərar verdik.
“Qarabağ”
Son illərin dəyişməz çempionunun “vikipediya”sına baxanda adamın ürəyi açılır. Klubun bütün tarixi barədə yetərincə bilgi var. Bu günə kimi “köhlən atlar”ı çalışdıran məşqçilərin, avrokuboklardakı oyunların siyahısı və nəticəsi, ağdamlıların heyətində iz qoymuş futbolçuların, yubiley qolların müəlliflərinin adları, bir sözlə, statistika göz oxşayır. Daha bir diqqəti çəkən məqam “vikipediya”nın dillər bölümündə doğma dilimizdən başqa 38 dildə “Qarabağ” haqda məlumat almağın mümkün olmasıdı. Xüsusilə ingilis və rus dillərində daha dolğun informasiya yerləşdirilib. Ancaq bütün bunların fonunda çatışmazlıqlar da var. Məsələn, “vikipediya”nın ingilis variantında “Qarabağ”ın prezidenti kimi Abdulbari Gözəl göstərilibsə, doğma dilimizdə Tahir Gözəlin prezident olduğu yazılıb. Bundan başqa, Əfqan Xəlili artıq bir ilə yaxındı klubdan ayrılsa da, hələ də “vikipediya”da onun tərcüməçi funksiyasını yerinə yetirdiyi əksini tapıb. Klubun tarixində iz qoyan oyunçular barədə məlumat lövhəsində isə gürcü Aleksandr Qoqoberişvili nədənsə azərbaycanlı kimi qeyd olunub. Bundan başqa, Elvin Məmmədovun adı iki dəfə yazılıb.
“Qəbələ”
Son illər avrokubokların daimi iştirakçılarından olan şimallıların da “vikipediya”sının dillər bölməsi genişdi. 34 əcnəbi dildə “qırmızı-qaralar” haqda məlumat almaq mümkündü. “Qarabağ”ın “futbol pasportu”nda olduğu kimi, “radarlar”ın da “vikipediya”sında klubun tarixi, uğurları haqda geniş məlumat yer alıb. Çox maraqlıdı ki, ingilis versiyasında klubda baş tutan son dəyişikliklər yenilənsə də, Azərbaycan dilində bunu görmədik. Məsələn, Ramin Quliyevin klubdan ayrıldığı və onu Elmar Baxşıyevin əvəzlədiyi “vikipediya”nın ingilis variantında göstərilsə də, doğma dilimizdə Quliyev hələ də Roman Qriqorçukun köməkçisi kimi qalıb. Eyni hal futbolçularla bağlı da yaşanıb. Hər iki dildəTəmkin Xəlilzadə “Qəbələ”nin futbolçusu kimi göstərilsə də, Roman Hüseynovun fasilə dönəmində “Kəpəz”ə, Ramil Həsənovun “Xəzər”ə, Ülvi İsgəndərovun “Sumqayıt”a icarəyə verildiyi yalnız ingilis variantında qeyd olunub. Daha bir fərq klubun sponsoru ilə bağlıdı. İngilis dilində “Gilan Holdinq”in şimallıların sahibi olduğu “vikipediya”da əksini tapsa da, doğma dilimizdə qeyd olunmayıb.
“Zirə”
2014-də yaranan və yaşının az olmasına baxmayaraq, artıq avrokubokların dadını hiss edən “Zirə”nin “pasport”unda məlumatın azlığı başadüşüləndi. Bu yay 4 yaşını qeyd edəcək “qartallar” haqda “vikipediya”da lazımi qədər informasıya əldə etmək olar. Dillər bölümü o qədər geniş olmasa da, az deyil. Çox maraqlıdı ki, “Qəbələ” və “Qarabağ”dan fərqli, qəsəbə təmsilçisinin “vikipediya”sında həm ingilis, həm rus, həm də doğma dilimizdə yazılan məlumatlar üst-üstə düşür. Yeganə çatışmazlıq “pasport”un yenilənməməsidi. Təmkin Xəlilzadə hələ də “qartallar”ın futbolçusu kimi göstərilib.
“Sumqayıt”
Cari mövsümdə uğurlu qrafik cızan “kimyaçılar”ın rəhbərliyinin belə nüanslara xüsusi diqqətlə yanaşdığı, demək olar ki, hamıya məlumdu. “Ağ-göylər”in prezidenti Kamran Quliyev daim medianı diqqətdə saxlayır, klubla bağlı xırda xəbərləri gözdən qaçırmır. Quliyev sosial şəbəkələrdə belə, “Sumqayıt”la bağlı şərhləri oxuyur, ictimai rəyi nəzərə almağa çalışır. Ancaq deyəsən, Kamran bəyin “vikipediya”dan xəbəri yoxdu. Belə olmasaydı, klubun prezidenti kimi onun adının əvəzinə veteran futbolçu Kamal Quliyevin adı yazılmazdı. 22 dildə məlumat əldə etmək mümkün olan “pasport”da çatışmazlıq bununla bitmir. Hələ də Ramil Həsənov “Sumqayıt”ın futbolçusu kimi göstərilib. Özü də Ukrayna vətəndaşı kimi. İndi gəl Parisdə əyləşib “gənclik şəhəri”nin təmsilçisi ilə maraqlanan fransızı “kimyaçılar”ın premyer-liqada yeganə legionersiz klub olduğunu inandır. Daha bir qeyri-müəyyənlik klubun sponsoru ilə bağlıdı. Azərbaycanda futbolla az-çox maraqlanan hər kəs bilir ki, “ağ-göylər”in əsas himayədarı “Azərikimya”dı. Lakin “vikipediya”da 2016-cı ildən “Paşa Sığorta”nın klubun əsas sponsoru olduğu əksini tapıb.
“Neftçi”
Ölkənin ən köklü klubunun “vikipediya”sını diqqətlə oxuyub başa vurmaq üçün saatlar lazımdı ki, bu da başadüşüləndi. Uzun illər “ağ-qaralar” Azərbaycan futbolunun siması sayılıb. Klubun “pasport”unda 80 ili əhatə edən geniş statistik göstəricilər, SSRİ və müstəqillik dönəmində nəticələri qeyd olunub. İstənilən əcnəbi vətəndaş “vikipediya”dakı 44 dildən birini bilsə, paytaxt klubu barədə məlumat əldə edə bilər. Ancaq “ağ-qaralar”ın da “pasport”unda yeniliklər ingilis dilində qeyd olunsa da, doğma dilimizdəki variantda buna rast gəlmədik. Aqil Məmmədov heyətdə göstərilsə də, Məqsəd İsayev və düşərgədən ayrılan başqa futbolçular hələ də “Neftçi”nin oyunçusu kimi qalıb. Bundan başqa, ingilis versiyasında klubun Müşahidə Şurasının sədri və üzvləriylə bağlı məlumat yerləşdirilsə də, Azərbaycan dilində bu haqda heç bir qeyd yoxdu.
“Səbail”
Elitanın debütantı olan “aslanlar”ın “vikipediya”sının dil bölümünə nəzər saldıqda bir qədər təəccübləndik. Paytaxt təmsilçisinin cəmi 6 dildə “pasport” göstəriciləri var ki, onlar da latış, litva, ingilis, rus və holland dilləridi. Rus və ingilisi çıxsaq, qalan 4 dilin o qədər də işlək olmadığını qeyd etməliyik. Görəsən, klub rəhbərliyi niyə məhz bu varianta üstünlük verib? AFFA prezidenti Rövnəq Abdullayev müsahibələrin birində oğlu Rəşad Abdullayevin “Səbail”lə heç bir bağlılığının qalmadığını söyləsə də, “vikipediya”da Rəşad bəy “aslanlar”ın prezidenti kimi göstərilib. Bundan başqa, qış fasiləsində yola salınan futbolçuların adları hələ də heyətdən çıxarılmayıb.
“Keşlə”
Bir neçə ay əvvəl paytaxtın qəsəbələrindən birinin adını seçən klubun “vikipediyası”nın dillər bölümündə 37 əcnəbi dildə məlumat əldə etmək imkanı var. Digər klublarımız kimi, “Keşlə”nin də “pasport”unda yarandığı gündən bu yana hansı uğurlara imza atdığı, kimlərin komandada top qovduğu qeyd olunub. Hazırkı heyət üzvlərinin yer aldığı siyahıda Mirhüseyn Seyidovun hələ də komandanın şərəfini qoruduğu görünsə də, onunla birgə ömürlük futboldan uzaqlaşdırılan Nizami Hacıyev yoxdu. Bəlkə klub rəhbərliyi nəsə bildiyindən Seyidovun adını heyətdən çıxarmayıb. Bundan başqa, hazırda “Keşlə”nin baş məşqçisi ukraynalı mütəxəssis Yuri Maksimov olsa da, “vikipediya”da Ramiz Məmmədovun adı yazılıb. “Pasport”un ingilis variantında isə bu səhv aradan qaldırılıb, yəni “sükan arxasında” Maksimovun olduğu qeyd olunub. Ancaq ingilis dilində də yanlış məlumat var. Belə ki, “Keşlə”nin ev oyunlarını keçiridiyi “İnter Arena”nın azarkeş tutumu 8100 nəfər göstərilib ki, əslində bu rəqəm 5300-ə bərabərdi.
“Kəpəz”
Ölkənin ən yaşlı ikinci klubu hazırda autsayder olsa da, “vikipediya”sı göz oxşayır. 29 dildə məlumat yerləşdirilən “pasport”da klubun müstəqillik illərindəki çıxışı ilə yanaşı, SSRİ dönəmi ilə bağlı da ətraflı məlumat əldə etmək olar. Klub tarixində texniki zonada yer alan baş məqşçilər, ən məhsuldar futbolçular, yaddaqalan legionerlər, premyer-liqada əzəli rəqiblərlə oyunlar – bir sözlə, “Kəpəz”in tarixi ilə bağlı nə istəsən, “vikipediya”da tapa bilərsən. Çox maraqlıdı ki, yanvarın ilk günlərində kollektivdən uzaqlaşdılan oyunçuların adları da heyətdə göstərilməyib. Azarkeşlərə də “pasport”da yer ayıran gəncəlilər ingilis dilində olan variantda kluba yeni qoşulan futbolçuların adlarını qeyd etsələr də, vidalaşdıqları futbolçuları hələ də siyahıdan silməyiblər.
Göründüyü kimi, 8 elita təmsilçisinin “futbol pasport”larında yetərincə çatışmazlıqlar var. Yaxşı olardı ki, klub rəhbərləri bu sahəyə də diqqət ayırmağı unutmasınlar. Hər halda, “vikipediya” əcnəbilər üçün ilkin informasiya mənbəyidi. İlk təəssürat da məzh “pasport”la formalaşır.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir Bu gün, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi Bu gün, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" Bu gün, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi Bu gün, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı Bu gün, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı Bu gün, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi Bu gün, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq Bu gün, 18:55 Yarım mövsümün rəqəmli tablosu Bu gün, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür Bu gün, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş Bu gün, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq Bu gün, 18:49 Məkan və saat dəqiqləşdi Bu gün, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı Bu gün, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi Bu gün, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc Bu gün, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq Bu gün, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb Bu gün, 18:37 "Keşlə"də daha bir ukraynalı Bu gün, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi Dünən, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü Dünən, 18:53 Yunis Hüseynov baxışda olan yerlilərin hamısını yola saldı Dünən, 18:52 Topaz premyer-liqası 17 pillə gerilədi Dünən, 18:51 Elxan Məmmədovla Qurban Qurbanov Lozannaya gedəcək Dünən, 18:48 Seqoviya haqq yoluna gəlir Dünən, 18:46 Ozobiç üçün ən önəmli qol “Lill”ə vurduğu topdu Dünən, 18:45 “Nə vaxt mediada görünürəm, işlərim tərsinə gedir” Dünən, 18:43 Samir Abasov gecə Rəşad Sadıqova zəng vurub Dünən, 18:41 “Sumqayıt” divizionun liderinə acımadı Dünən, 18:36 “Neftçi” və “Keşlə” penaltiyə həsrət qalıb Dünən, 18:33 “Binə”nin yeni baş məşqçisi planlardan danışdı Dünən, 18:24 Qabriel Matey “Zirə”ni seçərkən tələsib Dünən, 18:22 “Neftçi” - yarım mövsümün antirekordçusu! Dünən, 18:21 Vitali Borisov məşqlərə qoşuldu Dünən, 18:19 Liderlər sürprizə imkan vermədi Dünən, 18:18 “Marafon”lular Renatın etirazına qoşuldular Dünən, 18:16 Türkiyədəki legionerlər üçün üzücü həftə Dünən, 18:09 Çilingərin futbola gətirdiyi sex rəisi Dünən, 18:06 “Qarabağ”ın oyununun vaxtı dəqiqləşdi Dünən, 18:04 “Səbail” “Xəzər”ə qalib gəldi 16-01-2018, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı 16-01-2018, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi 16-01-2018, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi 16-01-2018, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi 16-01-2018, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır 16-01-2018, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək 16-01-2018, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı 16-01-2018, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı 16-01-2018, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər 16-01-2018, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi 16-01-2018, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu 16-01-2018, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu 16-01-2018, 15:09 “Sumqayıt”ın əvəzediciləri “Xəzər”i üstələdi 16-01-2018, 15:08 Araz 89 dəqiqə oynasa da... 16-01-2018, 15:06 Rafael Abdulov komandasının çıxışını orta qiymətləndirir 16-01-2018, 15:04 Fasiləyə iki liderlə 16-01-2018, 15:03 “Velveyk” Ozancanı U-21-ə buraxmadı Bütün xəbərlər
Ən çox oxunanlar