11 yan 22:04liqa

Türkiyədəki 60-cı oyunda “sülh”

Türkiyədəki 60-cı oyunda “sülh”
Qriqorçuk “Santos”un yarımmüdafiəçisini yoxlayır
“Qəbələ” Antalyanın Lara bölgəsində mövsümün ikinci yarısına hazırlığı davam etdirir. “Qırmızı-qaralar” hər gün səhər fitnesdə, axşam isə qazon üzərində hazırlıq keçir. Yanvarın 9-da Roman Qriqorçuk futbolçuları ancaq meydanda tərlədib. Çox güman, ukraynalı mütəxəssis ertəsi günə təsadüf edən ilk yoxlama oyununu nəzərə alaraq, komandanı çox yükləməmək qərarına gəlib.
"Qəbələ" heç-heçə ilə başladı
Yeri gəlmişkən, dünən bölgə təmsilçisi ilk yoxlama oyununu keçirib. Bunadək “Qəbələ” 93 yoxlama görüşü keçirmiş və bunların 59-u Türkiyədə baş tutmuşdu. “Qırmızı-qaralar”ın qardaş ölkədəki 60-cı qarşılaşması hazırda superliqada 12-ci pillədə qərarlaşan “Akhisarspor”a qarşı olub. Bakı vaxtı ilə 18.00-da start götürən matç “Rixos Premium” otelinin meydanında keçirilib. Millinin baş məşqçisi Qurban Qurbanov köməkçisi Elçin Rəhmanovla oyunu izləyənlər arasında olub. Qriqorçukun şans verdiyi ilk “11-lik” belə olub: 35. Murad Popov, 8. Qismət Alıyev, 3. Voislav Stankoviç, 34. Ürfan Abbasov, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov (k), 28. Stiven-Jozef Monroz, 19. Filip Ozobiç, 9. Baqali Dabo, 45. Famussa Kone.
Hesabı 17-ci dəqiqədə rəqib futbolçu Serjinyo açıb. Qarşılıqlı hücumlarla davam edən ilk yarıda başqa qol olmayıb. Fasilədə hər iki komandanın heyətində oyunçu dəyişiklikləri gerçəkləşib. Qarşılaşmanın gedişində “Qəbələ”də Vitali Vernidub, Elvin Camalov, Elvin Məmmədov, Təmkin Xəlilzadə, Kalke Vercilio, İlqar Qurbanov, Yusif Nəbiyev, Alen Askerov, Hacıağa Hacılı və Rasim Ramaldanov da oyuna daxil olub. Filip Ozobiç 57-ci dəqiqədə hesabda tarazlıq yaradıb. Bu qol həm də matçın yekun nəticəsini müəyyənləşdirib - 1:1.
Qriqorçuk oyunla bağlı klubun saytına danışıb: “Hazırlıq baxımından yaxşı oyun oldu. Rəqibimiz də yaxşı komanda idi. Qarşılaşmanın məşq baxımından da alındığını demək olar. Yoxlama görüşü bizə komandanın durumu barədə kifayət qədər məlumat verdi. Hər şey gözlənildiyi kimi oldu. Hətta deyərdim ki, futbolçuların durumuna görə biz onların daha az oynayacağını düşünürdük. Lakin matçın gedişində onların hazırlığına baxıb, bəzilərinin az qala sonadək meydanda qalmasına qərar verdik. Bu oyun bizim üçün çox faydalı oldu”.
Qriqorçuk təlim-məşq toplanışının arxada qalan dövrünü də dəyərləndirib. Mütəxəssis yanvarın 5-də start götürən hazırlığın gedişindən razılığını bildirib: “Bu görüşə qədər olan hazırlıq prosesində də əla çalışmışdıq. Arxada qalan müddətdə həm biz yaxşı işləmişik, həm də hava şəraiti mane olmayıb. Elə bu üzdən də belə yaxşı funksional hazırlıqda idik. Mən məşqlərin 6-cı günü üçün olan vəziyyəti nəzərdə tuturam”.
"Santos"dan baxışa gələn var
Gördüyünüz kimi, komandada yeni legioner var. Kalke Vercilio "Santos"un əvəzedicilərində forma geyib. 22 yaşlı hücumameyilli yarımmüdafiəçi yanvarın 5-dən baxışdadı. Çox güman, Qriqorçuk yanvarın 14-də "Atırau" ilə baş tutacaq ikinci yoxlama oyununda da "sambaçı"nı sınadıqdan sonra qərarını verəcək.
Qapıçı lazımdı
Endi Hallidey və Deyv Bultuis kimi legionerlərlə yolları ayıran “Qəbələ”ni Aqil Məmmədovun da tərk etdiyini bilirsiz. Qolkiperin gedişindən sonra Dmitri Bezotosnını əvəzləyəcək qapıçı qalmayıb. Düzdü, Murad Popov var. Ancaq o da hazırda iddialı komandada “çərçivə”ni qoruyacaq qədər təcrübəyə sahib deyil. Qısası, ukraynalı qapıçı sıradan çıxsa, “qırmızı-qaralar” ciddi problemlə üzləşəcək. Bu üzdən Qriqorçuk rəhbərliyə qapıçı transferinin şərt olduğunu bildirib. Başqa mövqelərə də transfer ola bilər. Ancaq bunun üçün münasib qiymətə futbolçu tapmaq lazımdı. Bu gün üçün real keçiddən söhbət getmir.
Hallidey “Qəbələ”ni niyə tərk edib?
Bu arada “Qəbələ”dən ayrılaraq “Reyncers”ə dönən Endi Hallidey həmin klubun saytına müsahibə verib. Yarımmüdafiəçi ölkəmizdə keçirdiyi günlər haqda bunları deyib: “Reyncers”ə döndüyüm üçün çox məmnunam. Burdan ayrılmağım çox şanssız bir qərar idi, amma tezliklə geri dönmək üçün bir fürsət olacağını bilirdim və bunu gözləyirdim. Azərbaycana gedəndən cəmi 7 gün sonra artıq geri dönmək haqda düşünürdüm. Qərarımın səhv olduğunu bilirdim, amma başqa yerə getmək üçün icazə verməyəcəklərinin də fərqindəydim. Bu üzdən mümkün qədər pozitiv olmağa və vaxtımı gözləməyə başladım. Azərbaycanda keçirdiyim bir neçə ay çox çətin oldu. İngiliscə bilən adamlar az idi. Ailəm yanımda deyildi, üstəlik, sevgilimin Şotlandiyada davamlı işi olduğu üçün mənimlə gəlməmişdi. Yaxşı ki, komandada bir neçə hollandiyalı oyunçu var idi və onlarla ingilis dilində ünsiyyət qura bilirdim. 6 ay müddətində əsasən onlarla münasibət qurdum. Üç matçda mərkəz müdafiəçisi kimi oynadım. Komandanın iki əcnəbi müdafiəçisi var idi və ikisi də zədələndi. Bu məqamda heç vaxt oynamadığım mövqedə çıxış etməli oldum. Həmin qarşılaşmalarda qapımızda qol görmədik. Mənim üçün yeni bir təcrübə idi. Avropa Liqası və kubok görüşlərində əcnəbi oyunçu limiti olmadığı üçün heyətə düşə bilirdim. Xüsusən də “Qəbələ”nin Avroliqada çıxış etməsi qərarımda həlledici rol oynadı. Bir il əvvəl qrup mərhələsində oynamışdılar. Bu dəfə də yaxşı şans var idi. Amma püşk bizim üçün uğursuz oldu. Polşa komandasını keçsək də, “Panatinaikos”la bacarmadıq. Avropada qazandığım təcrübə üçün minnətdaram. Amma bundan başqa maraqlı nəsə olmadı”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-01-2018, 20:34 Şəhriyar Karuanaya necə qalib gəlib? 19-01-2018, 20:32 Tofiq Heydərov AAAF-ın bu il üçün hədəflərini açıqladı 19-01-2018, 20:17 Ruslan Abışov ateist olduğuna görə Dreksayla danışmırmış 19-01-2018, 20:15 Fazil Mustafa yığmanın Kosovo ilə oynamasında problem görmür 19-01-2018, 20:14 Ruslar “Qarabağ”a tərif yağdırdı 19-01-2018, 20:12 Ndlovu “Qarabağ”dakından üç dəfə çox qazanacaq 19-01-2018, 19:27 Samir Əliyev yetirmələrinin “Sumqayıt” üzərində qələbəyə sevinməsini normal sayır 19-01-2018, 19:16 Samirlərin duelindən Əliyev qalib ayrıldı 19-01-2018, 19:03 Əsgər Abdullayev: “Adda hərfin dəyişməsi qorxulu deyil...” 19-01-2018, 18:57 Sloveniyada hədəf 1/4 finala yüksəlmək olacaq 19-01-2018, 18:55 Liderdən böyükhesablı qələbə 19-01-2018, 18:53 Xəzər Babazadə vahid liderdi 19-01-2018, 18:51 Həsənzadə sertifikat payladı 19-01-2018, 18:46 “Qəbələ”nin futbolçularından Bakıya gələn də var, Antalyada qalan da 19-01-2018, 18:45 Moldova millimizlə oyun üçün heyəti açıqladı 19-01-2018, 18:43 Hakimlər Maksimova qaydaları öyrətdi 19-01-2018, 18:41 “Sabah” Qvanzavı transfer etdi 19-01-2018, 18:39 Vaqif Əliyev “Simurq”lu günlər üçün darıxır 19-01-2018, 18:32 Ərtoğrul Sağlam “Traktorsazi”nin baş məşqçisi olacaq 19-01-2018, 18:28 Şeydayevlə Mədətov U-21-də 19-01-2018, 18:27 Araz yenə sözünü deyib 19-01-2018, 18:23 “Qarabağ”ın qələbəsi idman uğurudu, amma bizə torpaqları qaytarmaq lazımdı” 18-01-2018, 22:38 “Lokomotiv” Yunanıstandan əliboş dönür 18-01-2018, 22:30 Şəhriyar Karuananı udub, liderlər qrupuna yüksəldi 18-01-2018, 22:23 “Rəhbərlikdə təmsil olunanlar özləri belə yayda klubun taleyinin necə olacağını bilmirlər” 18-01-2018, 22:20 “Neftçi” Antalyaya 18 futbolçuyla uçdu 18-01-2018, 22:17 Yığma İranda turnirə qatılacaq 18-01-2018, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir 18-01-2018, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi 18-01-2018, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" 18-01-2018, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi 18-01-2018, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı 18-01-2018, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı 18-01-2018, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi 18-01-2018, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq 18-01-2018, 18:55 Yarım mövsümün rəqəmli tablosu 18-01-2018, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür 18-01-2018, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş 18-01-2018, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq 18-01-2018, 18:49 Məkan və saat dəqiqləşdi 18-01-2018, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı 18-01-2018, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi 18-01-2018, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc 18-01-2018, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq 18-01-2018, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb 18-01-2018, 18:37 "Keşlə"də daha bir ukraynalı 18-01-2018, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi 17-01-2018, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü 17-01-2018, 18:53 Yunis Hüseynov baxışda olan yerlilərin hamısını yola saldı 17-01-2018, 18:52 Topaz premyer-liqası 17 pillə gerilədi 17-01-2018, 18:51 Elxan Məmmədovla Qurban Qurbanov Lozannaya gedəcək 17-01-2018, 18:48 Seqoviya haqq yoluna gəlir 17-01-2018, 18:46 Ozobiç üçün ən önəmli qol “Lill”ə vurduğu topdu 17-01-2018, 18:45 “Nə vaxt mediada görünürəm, işlərim tərsinə gedir” 17-01-2018, 18:43 Samir Abasov gecə Rəşad Sadıqova zəng vurub 17-01-2018, 18:41 “Sumqayıt” divizionun liderinə acımadı 17-01-2018, 18:36 “Neftçi” və “Keşlə” penaltiyə həsrət qalıb Bütün xəbərlər
Ən çox oxunanlar