12 yan 00:44liqa

“Keşlə” kamerunlu və serbiyalı legionerləri sınayır

“Keşlə” kamerunlu və serbiyalı legionerləri sınayır
“Keşlə” mövsümün ikinci yarısına hazırlığı davam etdirir. Adrian Skarlatakedən başqa hamı, o cümlədən yeni transferlər Vaqif Cavadov, Kamran Ağayev, Məqsəd İsayev və argentinalı Pablo Podio toplanışda iştirak edir. Okeanın o tayında, konkret Amerikada istirahət edən rumın müdafiəçi sabah komandaya qoşulacaq. Premyer-liqada debütünü səbirsizliklə gözləyən Yuri Maksimovun rəhbərliyi altında hazırlıq keçən paytaxt təmsilçisi bu gün ilk yoxlama matçına çıxacaq. “Keşlə” İsmət Qayıbov adına stadionda birinci divizion təmsilçisi "Qaradağ Lökbatan"la qarşılaşacaq. Divizonda “qış çempionu” olan komanda ilə oyun saat 13.30-da start götürəcək.
"Keşlə" transfer çalışmalarına da ara vermir. Düşərgədə olan Məhəmməd Qurbanov və İdris Musluyevdən başqa, baxışa daha iki legioner dəvət olunub. Klubdan aldığımız bilgiyə görə, çərşənbə axşamı Bakıya gələn Kamerun millisinin sabiq futbolçusu Herve Tçami həmin gün komandanın axşam məşqində iştirak edib. Dünən səhər isə serbiyalı yarımmüdafiəçi Nemanya Stayanoviç komandaya qoşulub. Onların "Keşlə”də qalıb-qalmayacağı baxış müddətində özlərini necə göstərməsindən asılıdı. 30 yaşlı Tçami cinah yarımmüdafiəçisidi. O, karyerası ərzində bir çox ölkədə legioner həyatı yaşayıb. Bu vaxta qədər “Hamburq-2” (Almaniya), “Zaqlebiye”, “Poqon” (hər ikisi Polşa), “Karvina” (Çexiya), “Solnoki”, “Honved” (hər ikisi Macarıstan), “Varnamo” (İsveç), "USM Bel-Abbes" (Əlcəzair), "Əl-Oruba" (Oman), “Girəsunspor” (Türkiyə) və “Feyrense” (Portuqaliya) klublarında oynamış vingerin son iş yeri ötən ilin oktyabrında ayrıldığı "Hajer” (Səudiyyə Ərəbistanı) olub. Tçami 2013-cü ildə Kamerun yığmasında debüt edib. O, millinin heyətində 1 oyun keçirib.
Nemanya Stayanoviç isə karyerası ərzində əsasən ölkəsində çıxış edib. Onun sonuncu klubu Serbiya "Drina"sı olub.
Hər iki futbolçu bu gün "Qaradağ Lökbatan"la keçiriləcək yoxlama oyununda iştirak edəcək. Onların durumu Yuri Maksimovu qane etsə, hər ikisi ilə müqavilə bağlanacaq.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 15:54 Cenk Tosun Aleksi Hacidən üstün sayır Bu gün, 15:46 “Ayntraxt”ın izi ilə Gəncədən ABŞ-a Bu gün, 15:16 “Rəcəbovun qaytarılması məntiqəuyğun olmazdı” Bu gün, 15:13 Teymur şahmatı stolüstü tennisə dəyişib Bu gün, 15:11 Messi Anrinin gözünün içinə baxa bilmirmiş Bu gün, 10:42 "Keşlə" yardım payladı Dünən, 20:43 “CBC Sport” Olimpiada ilə bağlı film təqdim edəcək Dünən, 20:34 “Qəbələ”dən daha bir statistika Dünən, 20:23 Barselona qəhrəmanı kövrəldi... Dünən, 20:20 Saxtakar dünya çempionu... Dünən, 20:18 Yığma üzvü karantindən evə buraxıldı Dünən, 20:14 Robbenin xanımı koronavirusdan qurtuldu Dünən, 20:08 AÇ-nin ev sahibləri dəyişəcəkmi? Dünən, 20:04 Klopp Maneni ilk görüşdə kimə bənzədib? Dünən, 12:27 Karantin Ruslanın “başına oyun açıb” Dünən, 12:11 AİJF Baş nazirə müraciət etdi Dünən, 12:06 “9 aydan sonra doğuş sayında inanılmaz artım yaşansa, təəccüblənmərəm” 8-04-2020, 21:12 Teymur Rəcəbov 100 min dollar ziyana düşüb 8-04-2020, 21:09 Fərid Qayıbov payızı nişan verdi 8-04-2020, 20:59 Yaşar Vahabzadəni bu gün hamıdan tez nəvəsi təbrik edib 8-04-2020, 16:03 Mourinyo və oyunçular parkda məşq etdi 8-04-2020, 15:59 Terim koronavirusdan qurtuldu! 7-04-2020, 22:15 Belarus çempionatında futbolçular nə qədər qazanır? 7-04-2020, 21:54 Koronavirus Qvardiolanın anasını öldürdü 7-04-2020, 21:50 Rusiya və Qətər mundialı pulla alıb? 7-04-2020, 21:40 “Düzdü, stadiondakı effekti vermir, ancaq özümü yora bilirəm” 7-04-2020, 21:28 “Qarabağ” boş dayanmır 7-04-2020, 21:19 “Doğulduğum Təbrizdə də vəziyyət ürəkaçan deyil” 7-04-2020, 21:07 Kimdi günahkar? 7-04-2020, 20:51 Evdə qal, yemək bişir! 7-04-2020, 15:17 Arif Rəhimov dəqiqliyin tərəfdarıdı 7-04-2020, 15:11 Klublarda qeyri-müəyyənlik davam edir 7-04-2020, 15:07 Azarkeş qrupları imkansızları sevindirməkdə davam edir 7-04-2020, 15:02 “Zaqatala”dan örnək addım 6-04-2020, 17:24 AGİN yığmalar üçün toplanış təşkil etməyi düşünür 6-04-2020, 17:14 Obradoviçlə Velebit gedib, Lippert Bakıdadı 6-04-2020, 16:53 FİFA yaş limitini artırmağı zəruri sayır 6-04-2020, 16:43 UEFA: milli çempionatlar sona çatdırılmalıdı! 6-04-2020, 16:40 “Barselona”ya qayıdıb yeni səhifə açmaq istəyirəm” 6-04-2020, 16:30 Karius FIFA-ya şikayət etdi 6-04-2020, 16:25 “Heç kim hadisələrin necə inkişaf edəcəyini bilmir” 6-04-2020, 16:20 Tramp da videokonfrans keçirdi 6-04-2020, 16:13 Xabib – Toni dueli 5-ci cəhddə də baş tutmadı 6-04-2020, 16:09 Türkiyəyə futbol nə vaxt “qayıdacaq”? 6-04-2020, 14:49 "Qəbələ" tarixindəki 78 penaltidən 61-ni qola çevirib 6-04-2020, 14:46 "Qəbələ": 546 oyun, 41 kapitan 5-04-2020, 11:22 Fonda daha hansı klub pul köçürəcək? 5-04-2020, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest Bütün xəbərlər
Ən çox oxunanlar