11 yan 21:43liqa

“Sumqayıt” daha transfer etməyəcək

“Sumqayıt” daha transfer etməyəcək
Ceyhun Sultanov Bəxtiyar Musayevlə razılaşmadı
Təlim-məşq toplanışının ilk mərhələsini doğma şəhərdə keçirən “Sumqayıt” gündəlik məşqlərini davam etdirir. Dövrələrarası fasiləyə 4-cü pillədə yollanan, ölkə kubokunun yarımfinalına vəsiqə qazanan komandanın düşərgəsində nələrin yaşandığını görmək üçün srağagün “kimyaçılar”ın düşərgəsinə yollandım.
Tez gələn Bəxtiyar, geriyə dönən fizioterapevt
Bir gün əvvəl komanda iki məşqə çıxıdığından çərşənbə axşamına bir məşq planlaşdırılmışdı. Onu da qeyd edim ki, məşq saat 14.00-da başlamalı olsa da, daxili qaydalara uyğun bütün futbolçular bir saat öncədən “Kapital Bank Arena”da olmalıdı ki, hamı da bir nəfər kimi buna əməl etmişdi. Ən tez gələn isə “kimyaçılar”ın müdafiəçisi Bəxtiyar Həsənalızadə idi. Məşq başlamamış baş məşqçi Samir Abasov kollektivi başına yığıb, bir qədər söhbət etdi, ardınca isə futbolçular meydanın ətrafında qaçmağa başladılar. Bir neçə dəqiqə davam edən yüngül qaçışdan sonra artıq futbolçular kiçik qruplara bölünməklə müxtəlif fiziki təmrinləri yerinə yetirməyə başladılar. Bu arada onu da qeyd edək ki, mövsümün əvvəlində “Neftçi”yə üz tutan fizioterapevt Rövşən İsmayılov artıq “Sumqayıt”a qayıdıb. Klub rəhbərliyindən alığımız bilgiyə görə, Robert Prosineçkinin dönəmində millidə də çalışan fizioterapevt baş məşqçinin istəyi ilə “kimyaçılar”a dönüb.
Madrid səfəri Abasova çox şey verib
“Təcrübə keçmək üçün Samiri yenə Avropanın hansısa top-klublarından birinə göndərsəydilər, yaxşı olardı” - bu sözlərin müəllifi Abasovun köməkçisi Vəfadar Quliyev idi. Məşqdən öncə ayaqüstü söhbət etdiyim köməkçi-məşqçi Samir bəyin “Atletiko”da Dieqo Simeonenin məşqlərindən çox şey öyrəndiyini, örda gördüklərini “Sumqayıt”da tətbiq etdiyini bildirdi. Doğrudan da 1 saat 20 dəqiqə çəkən hazırlıqda baş məşqçi yetirmələrinə bir qədər fərqli, şəxsən mənə qəribə görünən tapşırıqlar verir və bütün bunları sürətlə yerinə yetirməyi tapşırırdı. Bəzən Abasov özü də futbolçulara qoşularaq, meydanboyu yuxarı-aşağı qaçır, yüksək tonla oyunçuları motivasiya edirdi. Hazırlığın sonunda isə futbolçular yenə qaçış hərəkətlətini yerinə yetirməklə yadda qaldılar.
“Mövsümün əvvəlində avrokuboklara vəsiqədən bir qədər ehtiyatla danışırdıqsa...”
Məşqdən sonra futbolçular yorğun görünsələr də, düşərgədə ab-hava yüksək idi. Elə “kimyaçılar”ın ən təcrübəli üzvlərindən biri Fərhad Vəliyev də mənimlə söhbətə bundan başladı. 37 yaşlı qapıçı təlim-məşq toplanışında çox yorulduqlarını, ancaq heç kimin bundan narazılıq etmədiyini söylədi: “Özünüz də gördüz ki, Samir müəllim necə ağır məşqlər keçir. Hələ bu gün bəxtimiz gətirib ki, bir məşqə çıxacağıq (gülür). İlk yarıda bizim ən böyük problemimiz ehtiyat oyunçular skamyasının kasadlığı idi. Fasilədə heyətə yeni oyunçuların cəlb olunması bu çətinliyi aradan qaldıracaq. Məncə, yenilərin komandaya uyğunlaşması problem olmayacaq. Elnurla Nicat təcrübəli futbolçulardı, artıq neçə illərdi elita klublarında top qovurlar. Çempionatın qalan bölümündə bizi çox çətin, bir-birindən gərgin oyunlar gözləyir. Mövsümün əvvəlində avrokuboklara vəsiqədən bir qədər ehtiyatla danışırdıqsa, artıq bu bizim üçün əsas hədəfdi. İnanıram ki, bunun da öhdəsindən gələ biləcəyik. “Sumqayıt” bu gün üçün premyer-liqada ən baxımlı oyun sərgiləyən komandalardan biridi. Çalışacağıq oyunumuzu daha da mükəməlləşdirək. Uşaqlar məşqlərdə böyük həvəslə çalışırlar. Hamı yüksək motivasiya ilə məşq edir ki, mövsümün sonunda avrokuboklara yollanan komandalar arasında biz də olaq”.
Yayda olduğu kimi...
“Kimyaçılar”ın baş meneceri Ceyhun Sultanov isə artıq transfer çalışmalarını başa vurduqlarını bildirdi: “Artıq komandaya heç kim cəlb olunmayacaq. Yayda olduğu kimi, bu dəfə də tez hərəkətə keçdik ki, təlim-məşq toplanışı başlayanda heyət tam komplektləşsin. Kənardan üç futbolçu dəvət etməklə yanaşı, əvəzedici heyətdən də gənclər cəlb olunub. Onlar da yanvarın 21-də əsas komanda ilə birgə Türkiyəyə yollanacaq”.
Xatırlayırsızsa, bu yaxınlarda hazırda menecer kimi çalışan veteran futbolçu Bəxtiyar Musayev “Sumqayıt” rəhbərliyinin ünvanına tənqidi fikirlər səsləndirmişdi. Bəxtiyar bəy “kimyaçılar”ın heyətində yerli oyunçuların olmadığını, rəhbərliyin kənardan futbolçu dəvət etməklə uğur qazanmaq istədiyini bildirmişdi. Fürsətdən istifadə edib “ağ-göylər”in baş menecerindən Musayevin səsləndirdiyi fikirlərə münasibət öyrəndik: “Bəxtiyar Musayevdən fərqli, mən faktlarla danışmağı xoşlayıram. Musayev “Sumqayıt”ın futbol akademiyasında futbolçu yetişmədiyini, rəhbərliyin bu yöndə düzgün iş aparmadığını bildirib. Bu gün müxtəlif yaş qrupu üzrə yığmalara çağırılanların siyahısına baxaq. U-17, U-18 və U-19-un hər birində 1, U-21-də isə 4 futbolçumuz var. O ki qaldı bizdə icarədə top qovan və sonradan klublarına gedən futbolçuların “şikəst” olmasına, onların hamısı “Sumqayıt”da oynaya-oynaya “artırdılar”. Əksəriyyəti də indi aparıcı klubların şərəfini qorumaqla yanaşı, milliyə də cəlb olunur. 5 il Sumqayıtda böyük futbol olmayıb. Həmin vaxt şəhərin bir çox istedadlı gəncləri başqa klublara üz tutublar. Klub fəaliyyətə başlayandan sonra uşaq futbolunda yetərincə işlər görülüb. Bu klub demək olar ki, hər şeyə sıfırdan başlayıb və mənə elə gəlir, geridə qalan 6 ildə heç də az iş görülməyib”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-01-2018, 20:34 Şəhriyar Karuanaya necə qalib gəlib? 19-01-2018, 20:32 Tofiq Heydərov AAAF-ın bu il üçün hədəflərini açıqladı 19-01-2018, 20:17 Ruslan Abışov ateist olduğuna görə Dreksayla danışmırmış 19-01-2018, 20:15 Fazil Mustafa yığmanın Kosovo ilə oynamasında problem görmür 19-01-2018, 20:14 Ruslar “Qarabağ”a tərif yağdırdı 19-01-2018, 20:12 Ndlovu “Qarabağ”dakından üç dəfə çox qazanacaq 19-01-2018, 19:27 Samir Əliyev yetirmələrinin “Sumqayıt” üzərində qələbəyə sevinməsini normal sayır 19-01-2018, 19:16 Samirlərin duelindən Əliyev qalib ayrıldı 19-01-2018, 19:03 Əsgər Abdullayev: “Adda hərfin dəyişməsi qorxulu deyil...” 19-01-2018, 18:57 Sloveniyada hədəf 1/4 finala yüksəlmək olacaq 19-01-2018, 18:55 Liderdən böyükhesablı qələbə 19-01-2018, 18:53 Xəzər Babazadə vahid liderdi 19-01-2018, 18:51 Həsənzadə sertifikat payladı 19-01-2018, 18:46 “Qəbələ”nin futbolçularından Bakıya gələn də var, Antalyada qalan da 19-01-2018, 18:45 Moldova millimizlə oyun üçün heyəti açıqladı 19-01-2018, 18:43 Hakimlər Maksimova qaydaları öyrətdi 19-01-2018, 18:41 “Sabah” Qvanzavı transfer etdi 19-01-2018, 18:39 Vaqif Əliyev “Simurq”lu günlər üçün darıxır 19-01-2018, 18:32 Ərtoğrul Sağlam “Traktorsazi”nin baş məşqçisi olacaq 19-01-2018, 18:28 Şeydayevlə Mədətov U-21-də 19-01-2018, 18:27 Araz yenə sözünü deyib 19-01-2018, 18:23 “Qarabağ”ın qələbəsi idman uğurudu, amma bizə torpaqları qaytarmaq lazımdı” 18-01-2018, 22:38 “Lokomotiv” Yunanıstandan əliboş dönür 18-01-2018, 22:30 Şəhriyar Karuananı udub, liderlər qrupuna yüksəldi 18-01-2018, 22:23 “Rəhbərlikdə təmsil olunanlar özləri belə yayda klubun taleyinin necə olacağını bilmirlər” 18-01-2018, 22:20 “Neftçi” Antalyaya 18 futbolçuyla uçdu 18-01-2018, 22:17 Yığma İranda turnirə qatılacaq 18-01-2018, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir 18-01-2018, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi 18-01-2018, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" 18-01-2018, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi 18-01-2018, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı 18-01-2018, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı 18-01-2018, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi 18-01-2018, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq 18-01-2018, 18:55 Yarım mövsümün rəqəmli tablosu 18-01-2018, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür 18-01-2018, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş 18-01-2018, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq 18-01-2018, 18:49 Məkan və saat dəqiqləşdi 18-01-2018, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı 18-01-2018, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi 18-01-2018, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc 18-01-2018, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq 18-01-2018, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb 18-01-2018, 18:37 "Keşlə"də daha bir ukraynalı 18-01-2018, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi 17-01-2018, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü 17-01-2018, 18:53 Yunis Hüseynov baxışda olan yerlilərin hamısını yola saldı 17-01-2018, 18:52 Topaz premyer-liqası 17 pillə gerilədi 17-01-2018, 18:51 Elxan Məmmədovla Qurban Qurbanov Lozannaya gedəcək 17-01-2018, 18:48 Seqoviya haqq yoluna gəlir 17-01-2018, 18:46 Ozobiç üçün ən önəmli qol “Lill”ə vurduğu topdu 17-01-2018, 18:45 “Nə vaxt mediada görünürəm, işlərim tərsinə gedir” 17-01-2018, 18:43 Samir Abasov gecə Rəşad Sadıqova zəng vurub 17-01-2018, 18:41 “Sumqayıt” divizionun liderinə acımadı 17-01-2018, 18:36 “Neftçi” və “Keşlə” penaltiyə həsrət qalıb Bütün xəbərlər
Ən çox oxunanlar