10 yan 23:09liqa

Sarı vərəqə sayında Şəhriyar Əliyevə çatan yoxdu

Sarı vərəqə sayında Şəhriyar Əliyevə çatan yoxdu
Ən çox “sarı” “Sumqayıt”ın, “qırmızı” isə “Qarabağ”ın hesabındadı
Premyer-liqanın 14 turu geridə qaldı. Komandalar təlim-məşq toplanışına start versələr də, futbolsevərlər üçün istirahətdi. Yalnız mətbuatda yazılanları oxumaqla kifayətlənirlər. Çempionatda fasilədi, oyunlar keçirilmir. Belə vəziyyətdə üzərimizə düşən iş onları darıxmağa qoymamaq, bəzi məqamları diqqətlərinə çatdırmaqdı. Dekabrın ortalarından bu yana ilk yarı ilə bağlı statistik göstəricilləri diqqətinizə çatdırmışıq. Bu dəfə hakimlik, vərəqə və intizam məsələsinə toxunmağı lazım bildik. Geridə qalan 56 oyunda həm hakimlərin, həm də futbolçuların vərəqələrlə bağlı nə ilə yadda qaldıqlarına nəzər yetirək.
“Qaniçənlər”: Məmmədovla Yusifov
Əvvəla onu qeyd edək ki, 56 matçda 9 fərqli hakim meydanda əsas söz sahibi olub ki, 236 halda əllərini ciblərinə salmağa məcbur olublar. Vərəqələrdən 226-nın rəngi sarı olubsa, 10 dəfə “qrımızı”ya görə əziyyət çəkiblər. Fariz Yusifov həmişəki kimi, referilər arasında ən amansızdı. 7 qarşılaşmada 35 dəfə sarı, 3 dəfə qırmızı vərəqə göstərib. Təcrübəli referinin qəzəbinə tuş gələnlər “Qəbələ”lilər olub. Stiven Jozef-Monroza oyun başa çatandan sonra komanda yoldaşı Ruslan Qurbanovu vurduğuna görə “qırmızı” göstərib. Cavid Hüseynovu isə “Zirə”ylə Bakıdakı matçda Milan Duriçə sillə atdığına görə vaxtından əvvəl paltardəyişə otağına göndərib. “Səbail” – “Neftçi” görüşündə Derlis Meza Kolliyə ikinci “sarı”nı məhz Yusifov göstərərək, paraqvaylını meydandan qovub. İnqilab Məmmədov da “az aşın duzu” deyilmiş. Cari mövsümdə olduqca inamlı təsir bağışlayan Məmmədov da vərəqəyə Fariz Yusifov qədər əl atıb: 35 “sarı”, 3 “qırmızı”. Fərq ondadı ki, Məmmədov Yusifovdan bir oyun az idarə edib. İnqilab əsasən “Keşlə”liləri cəzalandırıb. Bir dəfə Tərlan Quliyevə, digər halda İlkin Qırtımova ikinci “sarı”nı göstərərək meydandan qovub. “Sumqayıt”la BOS-dakı qarşılaşmada isə rəqibi vuran İbrahim Şehiç hakimin sərt üzünü görüb. Ümumi durum isə belədi:
oyun sayı sarı vərəqə qırmızı vərəqə
Fariz Yusifov 7 35 3
İnqilab Məmmədov 6 35 3
Rauf Cabbarov 8 30 1
Əliyar Ağayev 8 26 1
Ömər Paşayev 8 33 -
Rəhim Həsənov 7 24 -
Orxan Məmmədov 4 17 1
Ramil Diniyev 5 15 -
Rəvan Həmzəzadə 3 11 1
“Səbail” yerini bilir
Komandalar arasındakı vərəqə bölgüsünü iki kriteyaya bölmək olar: ən çox vərəqə görən kollektiv və ən intizamsız komanda. Birinci halda ilk pilləni “Sumqayıt” tutur. “Kimyaçılar”ın “qırmızı” baxımından başı dik olsa da, “sarı”da onlara çatan yoxdu. Daim intizamı ilə seçilən “Qarabağ” isə bu dəfə qırmızı vərəqə sayında liderdi. Görünür, futbolçuların dekabra qədər həm də Çempionlar Liqasının qrup mərhələsində çıxış etməsi ağdamlıların əsəblərini tarıma çəkib. Maraqlıdı ki, Şehiç rəqibini vurduğu üçün birbaşa paltardəyişə otağına göndərildiyi halda, Aqolli “Səbail”lə matçda Eltun Yaqublunun üzünə sillə vurduğuna görə ikinci “sarı”dan sonra qovulmuşdu. Miçel isə “Sumqayıt”la görüşün sonlarına yaxın rəqibinə qarşı aşkar kobud oynayaraq ikinci sarı vərəqənı alıb, Qurban Qurbanovun qəzəbinə tuş gəlmişdi. Çempionluğa namizəd “Qəbələ” də nizam-intizam istənilən səviyyədə deyil. Aralarında ən “sakit”i isə “Səbail”di. Belə deyək, debütant yerini bilir. Ümumi duruma diqqət yetirək:
sarı vərəqə qırmızı vərəqə
Qarabağ 25 3
Qəbələ 27 2
Neftçi 25 2
Keşlə 25 2
Sumqayıt 35 -
Zirə 34 -
Kəpəz 27 1
Səbail 28 -
Elvinlə Endiyə çatan yoxdu
Futbolçulardan heç biri iki dəfə qırmızı vərəqə almayıb. “Qırmızı”lar bütün hallarda ayrı-ayrı futbolçulara göstərilib ki, meydanı vaxtından əvvəl tərk edənlərlə tanış olun: İbrahim Şehiç, Ansi Aqolli, Miçel (hamısı “Qarabağ”), Stiven Jozef-Monroz, Cavid Hüseynov (hər ikisi “Qəbələ”), Derlis Meza Kolli, Mirabdulla Abbasov (hər ikisi “Neftçi”), İlkin Qırtımov, Tərlan Quliyev (hər ikisi “Keşlə”), Dedimar Fereyra (Kəpəz).
Futbolçuların sarı vərəqə sayına baxdıqda lider kürsüsündə “Kəpəz”li Şəhriyar Əliyevi görmək mümkündü. Derlis Meza Kolli, Eltun Yaqublu, Tural Axundov, Bəxtiyar Həsənəlizadə və İlkin Qırtmıov “Kəpəz”lidən nisbətən az sayda vərəqəyə layiq kobudluq edənlərdi. “Qəbələ”də əsas heyət üzvü sayılmayan Elvin Məmmədovla Endi Hallideyin sarı vərəqə siyahısına başçılıq etmələri təəccüblü görünməyə bilməz.
Qarabağ
Miçel – 4, Ansi Aqolli, Yakub Jezniçak – 3, Rəşad Sadıqov, Tarik Əlyunussi, Mahir Mədətov, Dino Ndlovu – 2, Pedro Enrike, Arif Daşdəmirov, Elvin Yunuszadə, Rahid Əmirquliyev, Vild-Donald Gerye, Riçard Almeyda, Şahruddin Məhəmmədəliyev – 1.
Qəbələ
Elvin Məmmədov, Endi Hallidey, Ürfan Abbasov – 3, Asif Məmmədov, Qismət Alıyev, Vosilav Stankoviç, Vitali Vernidub, Elvin Camalov – 2. Stiven Jozef-Monroz, Cavid Hüseynov, Ruslan Qurbanov, Filip Ozobiç, Dion Malone, Dmitri Bezotosnı, Famussa Kone, Ekiqo Ehiosun – 1.
Zirə
Vüqar Mustafayev, Təmkin Xəlilzadə, Riçard Qadze - 4. Jozef Bum, Milan Duriç – 3. Viktor İbokoyi, Yovan Krneta, Vüsal İsgəndərli, Qabriel Matey, Sadio Tounkara – 2, Anar Nəzirov, Kamal Bayramov, Yusif Nəbiyev, Nicat Qurbanov, Adil Nağıyev, İlkin Muradov – 1.
Sumqayıt
Tural Axundov, Bəxtiyar Həsənalızadə - 5, Ehtiram Şahverdiyev, Xəyal Nəcəfov, Vüqar Bəybalayev – 4, Vurğun Hüseynov – 3, Rail Məlikov, Cavid Tağıyev, Kamal Mirzəyev 2, Azər Salahlı, Mehdi Cənnətov, Rəşad Eyyubov, Amil Yunanov – 1.
Neftçi
Derlis Meza Kolli – 5, Kiril Petrov, Anton Krivotsyuk – 4, Ruslan Abışov, Hüqo Barqas, Mirabdulla Abbasov, Rəşad Sadiqov – 2, Rəhman Hacıyev, Fəhmin Muradbəyli, İqnasio Errera, Pavel Dreksa – 1.
Səbail
Eltun Yaqublu – 5, Tamazi Tsetsxladze – 4, Kamal Qurbanov, Maudo Jarjue – 3, Murad Ağayev, Emil Balayev, Elman Taqayev, Pərviz Qaraxanov – 2. Renan Telyes, Nurlan Novruzov, Vüqar Nadirov, Aqşin Muxtaroğlu, Murtuz Abakarov – 1.
Keşlə
İlkin Qırtımov – 5, Fuad Bayramov, Samir Zərgərov – 3, Tərlan Quliyev, Pərdiz Fərcad-Azad - 2, Orxan Sadıqlı, Denis Silva, Adrian Skarlatake, Mirsahib Abbasov, Slavik Alxasov, Nizami Hacıyev, Sərtan Taşkın, Mirhüseyn Seyidov, Elnur Abdullayev, Məmməd Quliyev – 1.
Kəpəz
Şəhriyar Əliyev – 6, Şəhriyar Rəhimov – 4, Novruz Məmmədov, İlkin Sadıqov – 3, Tural Rzayev – 2, Dedimar Fereyra, Kərim Diniyev, Ceyhun Cavadov, Kamran Abdullazadə, Azər Məmmədov, İlyas Səfərzadə, Sergey Çernışev, Viktor Laki, Azad Kərimov – 1.
14 turun vərəqəsiz yeganə oyunu
Vərəqələrin “göydə uçduğu” oyunların sayı çoxdu. Lakin ən gözəgəlimlisi 10-cu tura təsadüf edib. “Zirə” – “Qəbələ” görüşünü idarə edən Fariz Yusifov əlini 10 dəfə cibinə atıb. 9 halda “sarı” göstəribsə, daha birinin rəngi qırmızı olub. 12-ci turun “Kəpəz” – “Səbail” qarşılaşmasında isə Rauf Cabbarov sərt üzünü göstərib: 8 sarı, 1 qırmızı vərəqə. 5-ci turda Əliyar Ağayevin iş başında olduğu “Neftçi” – “Zirə” oyununda da 8 sarı və 1 qırmızı vərəqə qeydə alınıb.
İlk yarının ən səssiz qarşılaşması Rauf Cabbarovun adına yazılmalıdı. 13-cü turda keçirilən və sonradan yekun nəticəsi şübhə altına alınan oyunda Cabbarov bir dəfə də olsun, əlini cibinə atmayıb. 4-cü turda Orxan “Səbail” – “Qarabağ” qarşılaşmasını, 9-cu turda Əliyar “Kəpəz” – “Neftçi” matçını, 14-cü turda Fariz “Qarabağ” – “Neftçi” oyununu cəmi 1 vərəqə ilə ötüşdürüb.
Bol vərəqəli tur 6-cı tur hesab olunur. Sentyabrın 22-24-ü aralığında baş tutan 4 oyunda hakimlər 30 halda vərəqəyə əl atıblar: 27 “sarı”, 3 “qrımızı”. Maraqlısı bilirsiz nədi? Həmin 4 oyunun 3-də qırmızı vərəqə qeydə alınıb. Yalnız “Səbail” – “Kəpəz” görüşündə Rəhim Həsənov futbolçulardan heç kimi vaxtından əvvəl paltardəyişmə otağına göndərməyib. 10-cu turda isə birinin rəngi qırmızı olmaqla ümumilikdə 29 vərəqə göstərilib.
İlk yarının sonuncu – 14-cü turunun susqun keçməsi başadüşüləndi. Futbolçuların evə tələsdiyi vaxtda əsəblər yerində olub. Hakimlər də bacardıqları qədər insaflı davranmağa çalışıb. Məhz buna görədi ki, ən az vərəqə (10) 14-cü tuda göstərilib. 11-ci turda isə 11 vərəqə qeydə alınıb.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:53 "Keşlə"nin Türkiyə planı təsdiqləndi, amma... Dünən, 14:51 “Bakı yox, bölgə seçiminin olması da təqdirəlayiqdi” Dünən, 14:50 “Qarabağ” təxribatçı erməni ilə bağlı UEFA-ya müraciət edib Dünən, 14:49 “Elxan Məmmədovla görüşmək istəyirəm” Dünən, 14:46 Beşinci dəfə 1/16 finala qədər uzanmayan marafon Dünən, 14:44 “Emireyts”də 21 minə yaxın azarkeş olub Dünən, 14:43 Mövsümü 26-cı yerdə başa vurduq! Dünən, 14:41 Tribunadakı gərginlik Mehini ağladıb Dünən, 14:38 Yarımfinala gedən yol: üçü Bakıda, biri bölgədə Dünən, 14:36 AFFA-nın namizəd siyahısı genişdi Dünən, 14:34 “Liman” - “Neftçi” üçün dərman! Dünən, 14:17 Baş məşqçilər ehtiyatlı danışdı Dünən, 14:16 Lider dəyişdi Dünən, 14:14 Türk mütəxəssis yığmaya təqdim olundu Dünən, 14:09 “Qurban Qurbanov bir il əvvəl, yığmanı çalışdırmaq təklifi alanda seçim etməliydi” Dünən, 14:06 Ümummilli sorğu start götürür! Dünən, 14:05 Kərim Ağayev Şəmkirdə top payladı 13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Bütün xəbərlər
Ən çox oxunanlar