22 yan 12:28liqa, manset

Şahin Diniyevdən şok etiraf

Şahin Diniyevdən şok etiraf
“Dario ilə müqavilənin müddətin uzatdığımıza görə hardasa peşmanam”
“Kəpəz” - “Zaqatala” qarşılaşmasından sonra qələbə qazanan komandanın baş məşqçisi Şahin Diniyev təbrikləri qəbul etsə də, yetərincə qayğılı görünürdü. Mərdəkana gedib komandadakı çatışmazlıqları görəndən sonra təcrübəli çalışdırıcı ilə söhbətləşməmək mümkünsüz idi. Odu ki, Diniyevlə 10 dəqiqəlik söhbətdə aktual suallara cavab tapmağa çalışdıq.
- Soyuq havada, dəniz qırağında - Mərdəkanda özünüzü necə hiss edirsiz?
- Havanın soyuqluğunu düz qeyd etdiz. Buna baxmayaraq, səkkiz gün yüksək səviyyədə işləyə bildik. Səhərlər dəniz qırağında, axşam isə toplu çalışmalar. Yorğunluq fonunda dörd yoxlama görüşü keçirməyə nail olduq.
- Yəni Mərdəkanda özünüzü yaxşı hiss edirsiz.
- Yaxşı yox, çox yaxşı.
- Antalyada hazırlıq keçən premyer-liqadakı altı rəqibinizə baxanda öz-özünüzə “biz niyə burdayıq” sualını vermirsiz ki?
- Düzünü desəm, yox. Əlbəttə, hər bir məşqçi, futbolçu daha yaxşı şərait arzulayır. Amma mən reallığı qəbul etməyi bacaran insanam. Bu gün imkanımız buna imkan verirsə, sükür etməliyik. Səmimi deyim ki, budəfəki toplanışda mənə əsasən fiziki hazırlığa diqqət yetirmək lazım idi. Bunun üçün isə yaxşı şərait var. Qumun yerini heç nə verə bilməz.
- Bəs yoldaşlıq görüşləri? “Qaradağ Lökbatan”, “Zaqatala” kimi rəqiblərlə “Styaua”, “Şkenderbü”, “Sivasspor” eynidi?
- Nəyə işarə vurduğunu anladım. Sizinlə tam razıyam (bir qədər fikrə getdikdən sonra). Reallıq budu ki, bu gün büdcəmiz bundan artığına imkan vermir. Şəxsən Mərdəkan toplanışı çox xoşuma gəldi. Baş məşqçi kimi istəyimə nail oldum. Dediyim kimi, hər bir insan ən yaxşısını arzulayır.
- Qayğılı görünürsüz. Bu gün sizi nə narahat edir?
- Mövqelərdə boşluqlar var. O boşluqları doldura bilməməyimiz məni narahat edir. Komandanın inkişafa nail olması üçün futbolçular arasında rəqabət olmalıdı. Hər bir oyunçu arxasında nəfəs hiss etməlidi. Elə mövqelər var ki, yalnız bir nəfərin ümidinə qalmışıq. Qısa desəm, heyət kasadlığı var.
- “Zaqatala”ya hər iki qolu standart vəziyyətlər hesabına vurduz. Düşünülmüş hücum kombinasiyaları azlıq təşkil edir, olanda da şanslar boşa verilirdi.
- Gördüyün kimi, Nicat, Orxan və Ebahın fərqlənmək üçün yaxşı imkanları oldu. Amma dəyərləndirə bilmədilər. Bunun bir səbəbi də ayaqların “oturmasına” görədi. Fiziki yüklənmələrdən sonra beynin düşündüyünü ayaqlar icra edə bilmir. Amma o iradla razıyam ki, hücumda rəngarəng oyun göstərə bilmirik. Rəngarənglik olanda da lazım olan qolu vacib anda vura bilmirik.
- Səbəb nədi?
- Ustalıq səviyyəsinin aşağı olması.
- Aşağı dəstə təmsilçiləri ilə oyunlarda problemləri aşkarlaya bilirsiz? Nəzərə alaq ki, səhvləri görmək üçün rəqib səni səhv etməyə məcbur etməlidi. Xüsusilə müdafiə xəttində hansı çatışmazlıqların olduğunu görmək mümkünsüzə çevrilir.
- Tam razıyam. Rəqib güclü olanda daha çox hücum edir, təzyiq altında saxlayır. Belədə problemlər üzə çıxır. Burdakı rəqiblərimizi aşağılamaq istəməzdim. Xüsusilə “Zaqatala” əsas heyətimizə qarşı layiqincə mübarizə apardı. Büdcənin az olmasına görə bu gün dediyiniz Avropa klublarının yalnız adını eşitməyə məcburuq. Ustalıq səviyyəsi baxımından əsas rəqiblərdən geri qalırıq deyə, bu nöqsanı fiziki hazırlıqla ört-basdır etməliyik. Mənim istəyim də güc planında irəliləyişə nail olmaqdı. Rəqiblərimiz heyətini yeni futbolçular hesabına gücləndirdiyi halda biz özümüz–özümüzü gücləndirməyə məcburuq.
- Vüqar Bəybalayev iki oyunun heç birində meydana çıxmadı...
- Vüqarın dünəndən qızdırması var. Ona görə də bu gün ona dincəlmək imkanı yaratdıq.
- Zədəli(lər) var?
- Ceyhun Cavadov idi, o da artıq kollektiv hazırlıqlarda iştirak edir. “Qaradağ Lökbatan”a qarşı 75 dəqiqə oynadı.
- Renan hazırlığa hardasa bir həftə güc qoşuldu. Artıq çəki aşkarlamısız?
- Renandan narahat deyiləm. Çünki cəza səbəbindən “İnter”lə matçda iştirak edə bilməyəcək. 16-cı turdakı görüşə qədər tam hazır olacaq. Bir neçə məşqi buraxıb, ona görə də onu daha çox yükləyəcəm. Komanda üzvləri iki gün dincələndə Renan “işləyəcək”.
- Dario Federikodan nə xəbər var?
- Renanla Darionun gələcəyi təyyarə reysi İstanbuldakı hava şəraitinə görə təxirə salınmışdı. Ona görə də yubanmalı oldular. Gördüyünüz kimi, Renan burdadı, yanvarın 18-i səhər gəldi. Dario da bilet satışı ilə məşğul olan şirkətdən cavab gözləyir. Çünki təxirə salınan reyslərin sərnişinlərini hissə-hissə yola salırlar.
- Özü ilə danışmısız?
- Meneceri bizimlə əlaqə saxlayır. Yaxın iki-üç gün ərzində məsələ həllini tapmalıdı.
- Fiziki çalışmalarda iştirak etməyən birini, yəqin ki, növbəti turda meydana buraxmayacaqsız.
- “Kəpəz”də heç bir futbolçunun haqqı yeyilə bilməz. Kimlər ki bu neçə gündə əziyyət çəkib, çempionatda bəhrəsini görəcək.
- Federikodan gözlədiyiniz effekti almırsız: zədələr, yubanmalar... Onunla müqaviləni vaxtından əvvəl - hələ ötən mövsümün ortalarında zədələnəndə - uzatdığınıza görə peşman deyilsiz?
- Səmimi deyim?
- Onsuz da sizi səmimi insan kimi tanıyırıq.
- Hardasa peşmanam. Artıq sual vermə, cavab verməyəcəm.
- Razılaşarsız ki, avrokuboklara dörd vəsiqəyə “Qarabağ”, “Qəbələ” və “İnter” əsas namizədlərdi. Yerdə qalan bir yer uğrunda “Zirə”, “Kəpəz”, “Sumqayıt” və “Neftçi” mübarizə aparacaq.
- Riyazi baxımdan elədi. Amma bu o demək deyil ki, əllərimizi qaldırıb təslim olmalıyıq. Çempionatın 3 xallıq sistemlə keçirildiyini nəzərə alsaq, kiminsə 8-9 xalı “əritmək” şansı boyükdü. Dediyin 4-cü yerə adlarını çəkdiyin komandalarla yanaşı, AZAL da iddia edə bilər. Beş komandanın hər biri şanslıdı. Yanvardan sonra çempionat daha gərgin keçəcək, bu dəqiqdi.
- Sualımın canı var. Həmin o 4-cü yerə “Neftçi” də göz dikib. Rəqibinizin etdiyi transferlərdən, yəqin ki, xəbərdarsız.
- Əlbəttə.
- Hər dəfə yeni futbolçu ilə müqavilə bağladıqlarını eşidəndə narahat olmursuz?
- Narahat oldum, ya olmadım - fərq etməyəcək. Bu dəqiqə əsas diqqətimi öz komandamı gücəndirməyə ayırmışam. Fiziki hazırlığımız son dərəcə yaxşı olmalıdı. Yalnız əzmkarlıq hesabına istəyimizə çata bilərik. Başqalarının güclənməsi isə, təbii ki, onlara fayda verəcək.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir Dünən, 15:26 TRANSFER DOSYESİ Dünən, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı Dünən, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı Dünən, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi Dünən, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb Dünən, 15:15 “Neftçi” yeni kartların satışına başladı Dünən, 15:14 “Parken”də anşlaq gözlənilir Dünən, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu Dünən, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd Dünən, 15:10 Dima qol hesabını açdı Dünən, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq Dünən, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? Dünən, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı Dünən, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi Dünən, 14:00 Almaniyaya səfər ərəfəsində görüş Dünən, 13:59 Bu dəfə Sloveniyaya uduzdular Dünən, 13:58 Ruslan bir pillə irəlilədi Dünən, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? Dünən, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir Dünən, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı Dünən, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək Dünən, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı Dünən, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir 19-08-2017, 19:46 Yığma üzvü zədələnib 19-08-2017, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək 19-08-2017, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi 19-08-2017, 19:39 Yığmamız mövqeyini qorudu 19-08-2017, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi 19-08-2017, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır 19-08-2017, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb 19-08-2017, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir 19-08-2017, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb 19-08-2017, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? 19-08-2017, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi 19-08-2017, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub 19-08-2017, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək 19-08-2017, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq 19-08-2017, 19:02 Şehiç yığmaya dəvət aldı 19-08-2017, 18:56 “Qarabağ” səfərdə nə etməlidi? 19-08-2017, 18:52 “Qarabağ” iki gün əvvəl gedir 19-08-2017, 16:41 Əsasnamənin havadan asılı qalan müddəaları 19-08-2017, 16:39 “Fikrimcə, ikili müqavilələr tək “İnter”də yox, başqa klublarda da var” 19-08-2017, 16:32 Ramil yenə meydana çıxmadı 19-08-2017, 16:29 Kəmaləddin Heydərov postunda qaldı 19-08-2017, 16:25 AQF saxta konfrans keçirib, Yaşar Məmmədovu neytrallaşdırdı 19-08-2017, 16:22 Dünya mətbuatı Ramil Quliyevdən yazır 19-08-2017, 16:14 UEFA “Kopenhagen”in Maksimlə bağlı şikayətini rədd etdi 17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc Bütün xəbərlər
Ən çox oxunanlar