22 yan 12:16liqa

“Qəbələ” “Ordabası”nın müqavimətini qıra bilmədi

“Qəbələ” “Ordabası”nın müqavimətini qıra bilmədi
Qriqorçuk “Radniçki”nin futbolçusunu sınayır
Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ”nin ikinci yoxlama oyununda Rumıniya “Qaz-Metan”ına qalib gəldiyini bilirsiz. Qələbənin memarı isə 30-cu dəqiqədə görüşdəki yeganə qola imza atan Filip Ozobiç oldu. Bu, qeyri-rəsmi də olsa, “qırmızı-qaralar”ın 2017-ci ildəki ilk qələbəsi kimi tarixə düşdü. Bölgə təmsilçisinin kapitanı Rəşad Sadiqov oyunla bağlı fikirlərini klubun saytına açıqlayıb: “Təlim-məşq toplanışında ikinci oyunumuzu keçirdik. İlk matçla müqayisədə daha yaxşı oynadıq. Çünki Albaniya “Partizani”si ilə qarşılaşma ilk oyunumuz idi. Cəmi iki məşq edib matça çıxmışdıq. Əslində “Qaz-Metan” “Partizani” ilə müqayisədə daha güclü komandadı. Rumıniya təmsilçisi öz çempionatında liderlər qrupundadı. Buna baxmayaraq, indi daha yaxşı oynadıq. Çünki həm albaniyalılarla qarşılaşmaya qədər az məşq etmişdik, həm də fərqli heyətlərlə mübarizə apardığımızdan oyunun tempini tam tuta bilmədik. Amma bu dəfə belə problemlər yox idi. Mövsümün ikinci yarısına tam hazır olduğumuzu deməzdim. İndi təxminən 50 faiz hazır vəziyyətdəyik. Hələ üzərimizdə, məşqlərdə çalışmalıyıq. Hazırlıq keçdikcə yavaş-yavaş oyun planında da hər şey qaydasına düşür. Cəmi bir həftədi hazırlığa start vermişik. Qarşıdakı yoxlama oyunlarından sonra hazırlığımız yüksək səviyyədə olacaq. Düzdü, mövcud durumda belə “Qaz-Metan” kimi komanda üzərində qələbə qazandıq. Yoxlama oyununda nəticə önəmli sayılmasa da, qələbə böyük amildi. Qalib gələndə futbolçularda özünəinam artır”.
Dünən isə “Qəbələ” Antalyada 3-cü yoxlama oyununu keçirib. Bu dəfə rəqib “Ordabası” olub. Baş məşqçi Roman Qriqorçuk Qazaxıstan klubuyla matça bu “11-liy”i buraxıb: 33. David Pietrzkieviç, 88. Tellur Mütəllimov, 3. Voislav Stankoviç, 44. Rafael Santos, 32. Rəşad Eyubov, 27. Teo Uiks, 14. Cavid Hüseynov, 11. Asif Məmmədov, 77. Araz Abdullayev, 21. Roman Hüseynov, 30. Ramazan İsayev.
Maraqlıdı ki, ehtiyatda cəmi 4 futbolçu olub. Onlar da əvəzedici komandadan cəlb olunanlardı: 36. Süleyman Süleymanov, 98. Rövlan Muradov, 26. Ülvi İbazadə, 29. Hacıağa Hacıyev.
Gördüyünüz kimi, “Qəbələ” qazaxlarla matça fərqli “11-lik”lə çıxıb ki, bu da gözlənilən idi. Ötən sayımızda ukraynalı mütəxəssisin bir gün əvvəlki oyunda start heyətində meydana çıxmayanlara üstünlük verəcəyini yazmışdıq. Bu baxımdan Tellur və Cavid istisna olub. Onlar “Qaz-Metan”la görüşün start heyətində də yer almışdı. Qriqorçukun yoxlama oyunlarında Hüseynovu başdan sona kimi oynatması başadüşüləndi. Məqsəd bir ildən artıq futbolsuz qaldıqdan sonra geri dönən yarımmüdafiəçini toplanışda tam formaya salmaqdı.
İlk “11-lik”də bir futbolçunun adı diqqəti çəkir. Söhbət Ramazan İsayevdən gedir. Hücumçu baxışa dəvət olunub. Son klubu “Radniçki” (Serbiya) olub. Onun komandada qalıb-qalmayacağına Qriqorçuk qərar verəcək.
İndi isə keçək dünənki oyuna. Təbii, yenə görüş haqda klubun “feysbuk” səhifəsindəki onlayn yenilənmə yoluyla məlumat əldə edə bildik. 2-ci dəqiqədə Arazın uzaq məsafədən zərbəsi qapının üstündən keçib. Bir qədər sonra “Qəbələ”nin silsilə hücumları reallaşıb. Əvvəlcə Ramazan reydini zərbəylə tamamlasa da, hesab açılmayıb. Ardınca Asif Arazı qapıçıyla təkbətək çıxarıb. Ancaq Abdullayev əla fürsəti qaçırıb. Daha sonra baxışda olan hücumçu şansını uzaqdan yoxlayıb. 16-cı dəqiqədə Məmmədov uzaqdan “çərçivə”yə düşə bilməyib. 27-ci dəqiqədə qazaxlar “Qəbələ”nin qapısı qarşısında ilk təhlükəli vəziyyəti yaradıblar. Pietrzkieviç uzaqdan zərbəni əla seyvlə dəf edib. 33-cü dəqiqədə Tellurun cəhdi uğursuz alınıb. 4 dəqiqə sonra Arazın vuruşunu rəqib qapıçı zərərsizləşdirib. Bu, ilk yarıda son yaddaqalan epizod olub.
İkinci yarının əvvəllərində nisbi sakitlik hökm sürüb. 57-ci dəqiqədə Cavidin zərbəsi qeyri-dəqiq olub. Bir qədər sonra “Ordabası” hesabı açmaq üçün əla fürsət yaxalayıb. “Qırmızı-qaralar”ın qapısına penalti təyin edilsə də, özbəkistanlı forvard Aleksandr Heynrixin zərbəsini David qarşılayıb. Bundan bir dəqiqə sonra Abdullayevin asmasını Stankoviç başla dəqiq tamamlaya bilməyib. 71-ci dəqiqədə Rafael “ikinci mərtəbə”də dəqiq oynamayıb. 10 dəqiqə sonra Cavidin cərimə zərbəsini qapıçı kornerə çıxarıb. Həmin künc zərbəsindən edilən asmanı Santos başla tamamlasa da, top “çərçivə”dən yan keçib. Beləliklə, oyun qolsuz “sülh”lə bitib.
“Qəbələ”nin əvəzedicilərinin Antalya toplanışı da davam edir. Hüseynqulu Quliyevin yetirmələri ikinci yoxlama oyununda Türkiyənin 3-cü liqa təmsilçisi “Manavqatspor”la qarşılaşıb. Komanda meydana aşağıdakı heyətlə çıxıb: Həsən Hüseynov, Amin Seydiyev, Elvin Dəmirov, Əzəmət Ələkbərli, Ülvi İbazadə (k), Tural Məmmərzayev, Rövlan Muradov, Baxşəli Baxşəliyev, Elvin Həsənov, Nurlan Quliyev, Ülvi İsgəndərov.
Qarşılaşma “Qəbələ”nin üstünlüyü ilə keçib. İlk oyunda Albaniya “Partizani”sinə böyük hesabla (2:6) uduzan “ikincilər” bunun əvəzini manavqatlılardan çıxıb - 4:1. Ülvi İsgəndərov dubl edib. Nurlan Quliyev və meydana sonradan çıxan Qədir Bayramlı hərəyə 1 qolla darmadağına töhfə verib.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi 20-08-2017, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? 20-08-2017, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir 20-08-2017, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı 20-08-2017, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək 20-08-2017, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı 20-08-2017, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir 19-08-2017, 19:46 Yığma üzvü zədələnib 19-08-2017, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək 19-08-2017, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi 19-08-2017, 19:39 Yığmamız mövqeyini qorudu 19-08-2017, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi 19-08-2017, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır 19-08-2017, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb 19-08-2017, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir 19-08-2017, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb 19-08-2017, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? 19-08-2017, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi 19-08-2017, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub 19-08-2017, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək 19-08-2017, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq 19-08-2017, 19:02 Şehiç yığmaya dəvət aldı 19-08-2017, 18:56 “Qarabağ” səfərdə nə etməlidi? 19-08-2017, 18:52 “Qarabağ” iki gün əvvəl gedir 19-08-2017, 16:41 Əsasnamənin havadan asılı qalan müddəaları 19-08-2017, 16:39 “Fikrimcə, ikili müqavilələr tək “İnter”də yox, başqa klublarda da var” 19-08-2017, 16:32 Ramil yenə meydana çıxmadı 19-08-2017, 16:29 Kəmaləddin Heydərov postunda qaldı 19-08-2017, 16:25 AQF saxta konfrans keçirib, Yaşar Məmmədovu neytrallaşdırdı 19-08-2017, 16:22 Dünya mətbuatı Ramil Quliyevdən yazır 19-08-2017, 16:14 UEFA “Kopenhagen”in Maksimlə bağlı şikayətini rədd etdi 17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc Bütün xəbərlər
Ən çox oxunanlar