29 dek 19:14liqa

Baqali Dabo: kiçik oyunların böyük qəhrəmanı!

Baqali Dabo: kiçik oyunların böyük qəhrəmanı!
Yunanov ev, Dinoyla Kone səfər matçlarının adamıdı
Premyer-liqanın ilk yarısı maraqlı idman mübarizəsi şəraitində keçdi desək, yanılmarıq. Düzdü, lider “Qarabağ”la 2-ci pillədə qərarlaşan “Qəbələ” arasında 6 xallıq fərqin olması birincilərin bütün rəqiblərdən üstün olduğunu göstərir. Elə 3-cü pillədəki “Zirə” ilə 4-cü sıradakı “Sumqayıt” arasında 10 xallıq fərq də çempionatın qışdan sonrakı intriqasını bir qədər öldürür. Sirr deyil ki, noyabr və dekabrda olduqca inamlı təsir bağışlayan “Qəbələ” sona qədər çempionluq uğrunda mübarizə aparacaq. Elə 4-cü yeri tutub Avroliqaya vəsiqəni təmin etmək istəyən “Sumqayıt”la “Neftçi”nin “didişəcəyi” də sirr deyil. 7 xalla sonuncu pillədə yer alan “Kəpəz”in çempionatda qalmaq üçün özündən cəmi 1 xal öndə olan “Keşlə”nin “nəfəsini kəsəcəyi” də gözləniləndi.
Hədəfə çatmaq üçün əsas yük hücumçuların üzərinə düşəcək. Hər komandanın “vuran ayağı” var ki, onlar hər zaman diqqət mərkəzində olur. 14 turdan sonra hesabına 9 qol yazdıran Baqali Dabo izləyicilərindən uzaqlaşmağı bacarıb. Onu rəqib qapıçıları hərəyə 6 dəfə məyus edən Mahir Mədətovla Riçard Qadze izləyir. 5 qol vuranların sayı isə üç nəfərdi – Amil Yunanov, Dino Ndlovu və Famussa Kone. Azərbaycanlı futbolsevərlər üçün sevindirici məqam siyahıda yerli futbolçuların da olmasıdı. 2017-ci ildə olduqca inamlı təsir bağışlayan Mahirlə Amil mövsümün sonuna qədər iddiasını davam etdirəcək. Xüsusilə Mahirin bombardir olmaq şansları yüksək qiymətləndirilir. Ndlovu karyerasını Çində davam etdirsə, Mədətov hədəfə bir az da yaxınlaşacaq.
Madam ki, fasilədi, bombardirlər üzərində müəyyən “gəzişmə” etmək istədik. Hansı forvard üçün rəqib anlayışı yoxdu? Hansı futbolçu daha çox intriqalı oyunlarda fərqlənib? Hansı hücumçu iddialıların qənimidi?
Baqali Dabo
Fransalı oyunçunu digərlərindən fərqləndirən əsas cəhət 3 dəfə dubla imza atmasıdı. Başqa cür desək, 9 qoldan 6-nı 3 oyunda vurub. “Səbail”lə həm Bakıda, həm də Qəbələdə gerçəkləşən qarşılaşmalarda Dabo dubl edib. Həmçinin 13-cü turda Gəncədə “Kəpəz” üzərində darmadağın zamanı (6:1) “9 nömrə” Davud Kərimini topu 2 dəfə tordan çıxarmağa məcbur edib. Qalan 3 qoldan ikisini “Neftçi”nin qapısından keçirib. 6-cı turda Qəbələdə, 12-ci turda Bakıda azarkeşləri ayağa qaldırıb. Daha bir dəfə “Keşlə”nin qapısına yol tapıb. Yeri gəlmişkən, cüssəli forvardla bağlı daha bir diqqəti çəkən məqam var. Belə ki, Dabo ardıcıl 4 oyunda – 11-14-cü turlarda fərqlənməyi bacaran yeganə futbolçudu. Həqiqətən də qış fasiləsinə yaxın qarşısıalınmaz görünürdü.
Göstərilən adlara nəzər salanda Baqalinin kiçik oyunların böyük qəhrəmanı olduğu üzə çıxır. Fikir verdizsə, əcnəbi hücumçu 9 qolun hamısını 5-8-ci sıralarda qərarlaşan komandaların qapısından keçirib. “Qarabağ”, “Zirə”, “Sumqayıt” kimi əsas rəqiblərin qapılarına yol tapa bilməyib.
Mahir Mədətov
Bu il yaxşı mənada diqqətləri üzərinə çəkən Mahirin hər şeydən əvvəl hücumçu yox, cinah yarımmüdafiəçisi kimi çıxış etdiyini nəzərə almalıyıq. Buna baxmayaraq, “Qarabağ”ın əsas forvardı Dino Ndlovudan daha çox fərqlənib. 1-ci turda “Neftçi”ylə səfər matçında dubl edən 20 yaşlı futbolçu 3-cü turda “Qəbələ”ni məyus edə bilib. 6-cı turda Tofiq Bəhramov adına Respublika stadionunda “Sumqayıt”la baş tutan qarşılaşmada isə mükəmməl oyunla 2 möhtəşəm qola imza atmışdı. Mehdi Cənnətovun qapısından keçirdiyi hər 2 qolu cərimə meydançasının xaricindən vurmuşdu. 13-cü turda “Zirə” ilə gərgin səfər qarşılaşması yaxın keçmişə təsadüf edir. Mədətov komandasının 3:2 hesablı qələbəsinə 1 qolla töhfə vermişdi.
Göründüyü kimi, ağdamlıların “11 nömrə”si 6 qoldan 4-nü ilk “4-lük”də yer alan komandaların qapısında keçirib. Daha 2 qolu isə “Neftçi”yə vurub. Üstəlik, hesabında 3 məhsuldar ötürmə də var. Dabodan fərqli, Mahir böyük oyunların qəhrəmanı hesab olunur.
Riçard Qadze
Cari mövsümdə haqqında ən çox söz etdirən hücumçudu. “Qarabağ” və “Qəbələ”dəki həmkarlarından qat-qat az maaş almasına baxmayaraq, rəqib qapıçıları məyus etməkdən doymur. Ya qol vurur, ya ötürmə verir. Təsadüfi deyil ki, hesabında 6 qol və 5 məhsuldar ötürmə var. Hələ ki dubl etməyib, 6 qolun hamısını ayrı-ayrı oyunlarda vurub. 1-ci turda “Səbail”i məyus edib, 3-cü turda “Sumqayıt”la görüşdə fərqlənməyi bacarıb. 5 və 11-ci turlarda “Neftçi”nin qapısına yol tapıb. 8-ci turda “Kəpəz”lə oyunda Davudu topu tordan çıxarmağa məcbur edib. 13-cü turda “Qarabağ”la baş tutan matçda isə komandasının ən yaxşısı idi. Qol da vurdu, ötürmə də verdi. Üstəlik, dubl etmək üçün əla imkanları var idi.
Nəzər yetirsəz görərsiz ki, Riçard iddialılardan yalnız “Qəbələ”nin qapısına yol tapa bilməyib. “Qarabağ”ı, “Sumqayıt”ı, “Neftçi”ni məyus edə bilib.
Amil Yunanov
Dubl etmədən bombardirlər sırasında yer alan iki futbolçudan biri Qadzedisə, digəri məhz Amildi. “Sumqayıt”ın hücum xəttində rəqabət olmasa da, Yunanov arxayınlaşmır, qolları sıralamaqda davam edir. Mahirlə Riçard kimi, onun da “siftə”si 1-ci tura təsadüf edib. “Kəpəz” üzərində qazanılan ev qələbəsində Yunanovun faydası vurduğu qol olub. 4-cü turda “Sumqayıt” “Neftçi”ni 1:0 hesabıyla məğlub edəndə, “9 nömrə” penalti zərbəsini dəqiq yerinə yetirib. Yunanovun vurduğu 5 qoldan cəmi 1-i səfər qarşılaşmasına təsadüf edib ki, hücumçu 7-ci turda “Səbail”in qolkiperi Emil Balayevi məyus edib. Amil 9-cu turda “Zirə”nin, 11-ci turda “Keşlə”nin Sumqayıtdan məğlub yola salınmasında hər oyunda 1 qol vurmaqla yadda qalıb.
Bu isə o deməkdi ki, Amil Yunanov əsasən “Kapital Bank Arena”da parlayır. Vurduğu 5 qoldan 4-nə məhz sumqayıtlı fanatların gözü qarşısında imza atıb. Ötən mövsümdə də əsasən Sumqayıtdakı qarşılaşmalarda sözünü deməyi bacarmışdı.
Dino Ndlovu
Transfer dəyəri 1 milyon avro məbləğində ölçülən cənubi afrikalının hesabında 14 turdan sonra cəmi 5 qolun olması hardasa başadüşüləndi. Çempionlar Liqasının qrup mərhələsi olmasaydı, Dino bəlkə də bombardirlər yarışına başçılıq edirdi. Razılaşarsız ki, “Çelsi”, “Atletiko”, “Roma” kimi dünya nəhənglərinə qarşı oynayan futbolçunun Azərbaycan çempionatına köklənməsi asan məsələ deyil. Bunun üstünə rəqib müdafiəçilərin ona xüsusi diqqət ayırması faktını da gəlmək olar. Və ən əsası, belə vacib fiqurların ÇL ərəfəsində baş tutan oyunlarda özlərini qoruması. Qısası, Dinonun 5 qol vurması sırf hücumçu kimi oynayan biri üçün yaxşı göstərici deyil.
Ndlovu da 1-ci turda fərqlənənlər arasındadı. Mahirin dubl etdiyi matçda “9 nömrə” cəmi 1 qol vurmuşdu. Həmin oyundan sonra 6 tur “susan” forvard bir də 8-ci turda “Keşlə” ilə qarşılaşmada özünə gəlmişdi. “İnter”lə oyunun heç-heçə başa çatacağını düşünənlər son 5 dəqiqədə Dinonun dubluna şahidlik etmişdi. 12-ci turda “Sumqayıt”ın, bir tur sonra “Zirə”nin qapıçılarını məyus edən Ndlovunun Çin klubuna transfer olub-olmayacağı yaxın günlərdə bilinəcək.
Amilə ev oyunlarının qəhrəmanı deyiriksə, Dinoda əksinədi. “Sumqayıt”la görüş xaric, digər 3-də səfərdə fərqlənib.
Famussa Kone
Stiven Jozef-Monroz və Baqali Dabo ilə müqayisədə o qədər də nəzərə çarpmayan malili forvard minimum hədəfin öhdəsindən gəlməyi bacarıb. Çempionatın ilk dövrəsində komanda yoldaşlarının “kölgəsində qalan” Konenin ayağı ikinci dövrədə “açılıb”. 8-ci turda “Qəbələ” “Sumqayıt”ı səfərdə məğlub edəndə, vurulan yeganə qola məhz bu hücumçu imzasını yazdırıb. Famussa 10-cu turda yenə komandasının yeganə qoluna imza atıb. Lakin bu dəfə bölgə təmsilçisi “Zirə”yə uduzub – 1:2. 11-ci tur da “45 nömrə” üçün düşərli olub. “Səbail”in qapısından keçirilən 3 qoldan 1-də Kone adını tabloya yazdırıb. 13-cü tur Dabo kimi onun üçün də düşərli olub. “Kəpəz” üzərində 6:1 hesablı qələbənin qazanılmasına hər ikisi dublla töhfə verib.
Kone də Ndlovu kimi səfər oyunlarının adamıdı. Malili hücumçu “Səbail”lə oyundakı qol xaric, digər 4 topun hamısına səfərdə imza atıb.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq Dünən, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib Dünən, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi Dünən, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq Dünən, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi Dünən, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu Dünən, 23:14 “Neftçi” Mujekdən də qurtuldu Dünən, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir Dünən, 23:02 “Darmadağınçı” qonaqlar Dünən, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi Dünən, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək Dünən, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı Dünən, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi Dünən, 22:42 Ölkə çempionatı başladı Dünən, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc Dünən, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət Dünən, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı Dünən, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü Dünən, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır Dünən, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” 21-02-2018, 14:38 Ruslan Qurbanov söyüş söyməsinin səbəbini açıqladı 21-02-2018, 14:31 Turun statistikası 21-02-2018, 14:29 Turun məşqçisi 21-02-2018, 14:28 HAKİMLƏRİN MÜHAKİMƏSİ 21-02-2018, 14:26 Turun oyunçusu 21-02-2018, 14:25 Turun sitatı 21-02-2018, 14:24 TURDAN MƏQAMLAR 21-02-2018, 14:03 Bakıda türkmənlər sevindi 21-02-2018, 14:02 Polina “Fənər”in qələbəsinə 24 xalla töhfə verdi 21-02-2018, 14:02 Çempionatda sürpriz lider 21-02-2018, 13:59 VİP intriqanı ölməyə qoymadı 21-02-2018, 13:58 Elçin Məmmədov yenidən iş başında 20-02-2018, 00:52 Ölkə çempionatı başladı 20-02-2018, 00:50 Titula iddialılar qalib gəldi 20-02-2018, 00:48 Rafael Ağayev sözünü Dubayda dedi 20-02-2018, 00:46 Cüdo yığmamız Avstriyada birinci oldu 20-02-2018, 00:45 Stadnik yenə yaponla bacarmadı 20-02-2018, 00:43 Məmmədova sevindi, Poznyak üzüldü 20-02-2018, 00:42 Olimpiyaçımız böyük slalomda yarışmadı 20-02-2018, 00:41 Yeniyetmələr sensasiyaya imza atdı 20-02-2018, 00:40 “Aeroflot Open”də üç şahmatçımız yarışacaq Bütün xəbərlər
Ən çox oxunanlar