27 dek 19:57liqa

Premyer-liqa təmsilçilərinin mövqe problemi

Premyer-liqa təmsilçilərinin mövqe problemi
“Keşlə” ilə “Kəpəz”in dərdi böyükdü
Dekabrın 15-də qış fasiləsinə yollanan premyer-liqa təmsilçilərində top qovan futbolçular bu günlər əsl istirahət kefi yaşayır. Kimi ailəsi ilə kurort şəhərindədi, kimi də evində, ailəsinin yanında dincəlir. Lakin eyni sözləri baş məşqçilər və klub rəsmiləri haqda demək çətindi. Onların başı transfer çalışmalarına qarışıb. Namizədlərin oyun disklərinə baxan da var, bir qədər irəli gedib danışıqlara start verənlər də. Anlaşılandı, qış fasiləsindən sonra finiş xəttinə yaxın mübarizə gərginləşəcək deyə, yükü indidən möhkəm tutmaq lazımdı. Problemli mövqelər gücləndirilməli, komandalarda rəqabət artmalıdı. Elə komanda yoxdu ki, “axsayan” nöqtəsi olmasın. Bu mövzuda diqqətimizi çəkən məqamlardan bəhs edəcəyik.
Qarabağ
Çempionluğa əsas namizəd göstərilən “köhlən atlar” hər nə qədər güclü və qarşısıalınmaz görünsə də, dekabra qədər olan müddətdə bəzi mövqelərdəki nöqsanlar özünü aşkar biruzə verdi. Yeni ildə isə rəqabət bir az da artacaq və çatışmazlıqlar daha çox üzə çıxacaq. Müdafiənin mərkəzi mütləq güclənməlidi. Bədavi Hüseynovun yaşıl meydanlara nə vaxt qayıdacağı bilinmir. Çox güman, cari mövsüm onun üçün başa çatıb. Hətta dönsə belə, özünə gəlməsi üçün zamana ehtiyac duyacaq. Rəşad Sadıqov U-21-in yeni baş məşqçisidi və artıq 2018-in əvvəlindən gələcək üçün planlarını quracaq. Öncə təlim-məşq toplanışı, martda isə Kosovo və Şimali İrlandiya ilə səfər qarşılaşmaları. Kapitan istər-istəməz bəzi qarşılaşmalarda kənarda qalmalı olacaq. Ümid Elvin Yunuszadə ilə Yakub Jezniçaka qalır ki, zədə və cəza ehtimalını umutmayaq. Üstəgəl, rəqabət deyilən anlayış. Hüç şübhəsiz, Qurban Qurbanov da bunun fərqindədi.
Dino Ndlovu satılacağı halda yeni hücumçunun alınması lazımdı. Mahir Mədətov, Ağabala Ramazanov, Ramil Şeydayev, hətta Pedro Enrike də qol vurmaq tapşırığının öhdəsindən gələ bilər. Ancaq yaydakı avrokubok matçları ərəfəsində forvardın komandaya uyğunlaşmasını istəyirlərsə, həmin futbolçunun indidən cəlb olunması məqsədəuyğundu. Çempionatda “Qəbələ”, “Zirə”, “Neftçi” kimi rəqiblərlə matçda Mahirin, yaxud Ramilin bacarığı kifayət etməyə bilər.
Qəbələ
Roman Qriqorçukun hazırda komandada olan futbolçularla bağlı hansı qərar verəcəyini bilmədiyimizdən, fikir yürütmək çətindi. Deyv Bultuis qalsa da, qalmasa da, müdafiənin sol cinahı möhkəmlənməlidi. Həmin mövqe ki, 14 turda orda oynamayan qalmayıb: Ürfan, Bultuis, Qismət... Ukraynalı çalışdırıcı sol cinahın həllini tapa bilmir.
Yarımmüdafiənin solunda Siven Jozef-Monroz pis təsir bağışlamır. Rəqiblər üçün olduqca təhlükəli fiqurdu. Əks cinahda isə müəyyən nöqsanlar gözə dəyir. Ruslan Qurbanov “Neftçi”də və yığmalarda daha çox hücumçu funksiyasını yerinə yetirməyə alışdığından, vinger kimi effektli deyil. Asif Məmmədov da qeyri-sabitliyi ilə seçilir. Üstəlik, Qriqorçuk son vaxtlar ona yarımmüdafiənin mərkəzində güvənir. Belədə sağ cinaha yeni futbolçunun gətirilməsi bölgə təmsilçisinin xeyrinə olar.
Zirə
Ayxan Abbasovun qapı və müdafiə ilə bağlı narahatlığı əsassızdı. Sağ cinahda Qabriel Mateylə Adil Nağıyev, solda Aleksandr Şemonayevlə Təmkin Xəlilzadə var. Arxa xəttin mərkəzində isə Yovan Krneta, Jozef Bum və Sadiq Quliyevin xidmətindən yararlanmaq olar. Dayaq yarımmüdafiəçisi mövqeyi “bərkidilməlidi”. Daim start heyətində görməyə alışdığımız Vüqar Mustafayevlə Milan Duriçin yüklənməsi açı nəticə verə bilər. Viktor İbokoyini nəzərə almasaq, ciddi rəqabət yoxdu.
Nicat Qurbanovla David Manqanın komandanı tərk etməsindən sonra yarımmüdafiənin cinahlarının güclənməsi qaçılmazdı. Orxan Əliyevin əvvəlki formasından uzaq düşdüyünü də nəzərə alaq. Odu ki, cinahda çıxış edə biləcək futbolçu alınmalıdı. Əks halda Vüsal İsgəndərli ilə Sadio Tounkaranın arxayınlaşması Ayxan Abbasova baha başa gələcək.
Ən başıbəlalı mövqe isə hücum xəttidi. Riçard Qadzenin ümidinə qalan “qartallar” qanalının mümkün itkisindən “sığortalanmayıb”. Qadze zədələnsə, vay “Zirə”nin halına. Həm də mövsümün sonuna yaxın “43 nömrə”nin yorğunluğu özünü göstərəcək.
Sumqayıt
“Kimyaçılar” transfer çalışmalarını başa vurmaq üzrədi. Elnur Abdullayevlə Nicat Qurbanovun keçidini həll edən Samir Abasovun komandası Mirsahib Abbasovu da heyətinə qatmaqda maraqlıdı. Bunu bacara bilsələr, ciddi mənada problem qalmayacaq.
“Sumqayıt”ın ən başıbəlalı mövqeyi hücum xəttidi ki, legioner gətirməsinə qadağa qoyulan komanda Amil Yunanovun ümidinə qalıb. Deyək ki, Mirsahib vaxtilə “İnter”in əvəzedicilərində forvard kimi çıxış edib deyə, Yunanova başağrı yarada bilər. Ancaq yenə də hücumçunun gətirilməsi şərtdi. Yerlilər arasında elə biri gözə dəymir.
Neftçi
“Ağ-qaralar”ın hansı mövqelərin gücləndirilməsinə ehtiyac duyduğunu az qala futbolla yeni-yeni maraqlanmağa başlayanlar da bilir. Tərlan Əhmədovun Məqsəd İsayev, Rahil Məmmədov, Tərzin Cahangirov və Fəhmin Muradbəyli kimi yerlilər, Pavel Dreksa, Daniel Seqoviya, Mateo Mujek kimi əcnəbilərlə işbirliyində maraqlı olmaması hər şeyi gün kimi aydın göstərir. Dreksa ilə Rahilin boşaltdığı mərkəz müdafiəçisi mövqeyinə mütləq kimsə cəlb olunmalıdı.
Həmçinin müdafiənin hər iki cinahına. Anton Krivotsyukla Məhəmməd Mirzəbəyov uzun marafonu təkbaşına yola verə bilməyəcəklər. Hər iki cinah güclənməlidi.
Seqoviya ilə yolları qarşılıqlı razılıq əsasında ayıra bilsələr, üstəgəl, Hüqo Barqas da karyerasını yenidən Kolumbiyada davam etdirmək istədiyini israrla desə, Tərlan Əhmədovun işi çətinləşəcək. Belədə bir yox, iki hücumçunun alınması kəsinləşəcək. Tək Mirabdulla Abbasovun bacarığına ümid edib iki cəbhədə mübarizə aparmaq ağılsızlıq olar.
Səbail
Premyer-liqanın debütantı da bu mənada böyük işlər görməlidi. Hələlik Rahil Məmmədovla Fəhmin Muradbəylinin keçidini həll edən Bayıl təmsilçisi daha bir neçə mövqeyə oyunçu cəlb etməlidi. Məsələn, müdafiənin sol cinahında Kamal Qurbanov özünü olduqca rahat hiss edir. Çünki onunla rəqabət aparacaq layiqli biri yoxdu.
Samir Əliyev həm də dayaq yarımmüdafiçisi tapmalıdı. Bu mövqedə çıxış edə bilən Amit Quluzadə ilə Seymur Əsədovun komandanı tərk etməsindən sonra əsas yük Murad Ağayevlə Tamazi Tsetsxladzenin üzərinə düşür. Hə, Yamin Ağakərimzadə də var. İstənilən halda, güclənmək qaçılmazdı.
Hücumçu(lar) alınmasa, “Səbail”in işi çox çətin olacaq. Düzdü, Vüqar Nadirovla Nurlan Novruzov var. Di gəl ki, heç biri “vuran ayaq” sayılmır. Belə deyək, Dabo, Yunanov, Rauf Əliyev tipində forvard cəlb olunmalıdı.
Keşlə
Yuri Maksimovun futbol fəlsəfəsindən və gələcək planlarından xəbərsizik deyə, hansı oyun üslubuna güvəndiyini bilmirik. Üstəlik, əvəzedicilərin gənclərinə hansı dərəcədə güvənəcəyi də məlum deyil. Məsələn, “çərçivə” ilə bağlı problem həllini tapıb. Orxan Sadıqlıya Kamran Ağayev də qoşulandan sonra qapıda çətinlik olmayacaq. Lakin qalan mövqelərin hər birinə yeni oyunçular gətirilməlidi. Qısaca belə deyək, güclənməyən mövqe qalmamalıdı. Qapıdan başqa hamısı.
Kəpəz
Eyni sözlər autsayder “Kəpəz”ə də aiddi. Yunis Hüseynov 3 əcnəbini göndərib, üstəlik, bir neçə yerli futbolçuya qapının göstəriləcəyi də sirr deyil. Gəncəlilər elitada qalmaq tapşırığının öhdəsindən gəlmək istəyirsə, 7-8 futbolçunun alınması hava-su qədər vacibdi. Yəni bu gün istənilən orta səviyyəli futbolçu Yunis Hüseynov üçün göydəndüşmədi. Konkret mövqe adı çəkməyə gərək yoxdu, təki təcrübəli futbolçu olsun.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:17 Tomaş Ayan EOC-dan narazıdı Dünən, 23:14 "Arsenal"la oyuna maraq böyükdü Dünən, 23:13 U-17 yenə darmadağın oldu Dünən, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... Dünən, 23:07 Yenilgidə hakim izi olmadı Dünən, 23:06 Üzücü başlanğıc Dünən, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! Dünən, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu Dünən, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır Dünən, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı Dünən, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi Dünən, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi Dünən, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi Dünən, 22:44 Dünya çempionatına yaxşı başlamadıq Dünən, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi Dünən, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu Dünən, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi Dünən, 22:23 İkinci tur 2 günə sığacaq Dünən, 22:21 Mik Benet təqdim olundu Dünən, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar