27 dek 19:12liqa

Xaqani Məmmədov Rəhim Həsənovu “Qəbələ”dən uzaq tutur

Xaqani Məmmədov Rəhim Həsənovu “Qəbələ”dən uzaq tutur
Rauf Cabbarov ən çox təyinat alan, Ömər Paşayev ən çox qazanan hakimdi
Mövsümün yarılanmasından iki həftəyə yaxın vaxt ötüb. Komandalar hazırda istirahətdədi. Biz də bu boşluqdan yararlanıb, premyer-liqada iki dövrənin yekunlarına nəzər salmaq istəyirik. İlk yazını hakimlərə həsr edəcəyik. Mövsümün ilk yarısında hakimliklə bağlı yetərincə narazılıq oldu ki, bu da problemin ciddiliyindən xəbər verir. Bir yerdə ki müvafiq komitənin işi şəffaf deyil, qiymətlər və cəzalar açıqlanmır, orda çatışmazlıqların olması təbiidi. Bunu uşaq da bilir ki, cəzası cəmiyyətdən gizli qalan ədalət təmsilçisinin məsuliyyəti azalır.
Rauf Cabbarova tam etimad: 14 tur, 14 təyinat
Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov 14 tur ərzində 11 referinin xidmətindən yararlanıb ki, onlardan 2-si baş hakim yox, 4-cü kimi iş başında olub. Beləliklə, 9 hakimə fit verilərək oyunlara göndərilib. İnsafən, təyinat bölgüsü ədalətlidi. Əvvəlki mövsümlərdən fərqli, çempionatın yükü 3-4 hakimin çiyinlərinə düşməyib. Aşağı-yuxarı, əksəriyyətin oyun sayı eynidi. Ömər Paşayev baş hakim kimi hamıdan çox – 9 oyuna gedib. Əliyar Ağayevlə Rauf Cabbarov 1 oyun az idarə edibsə, Rəhim Həsənovla Fariz Yusifov hərəyə 7 matçda fit çalıb. İnqilab (6) və Orxan (4) Məmmədovlar da həmsoyad olduqları komitə sədrinin güvəndiyi hakimlər sırasındadı.
Məsələnin ilginc tərəfi odu ki, Hakimlər Komitəsinin sədri 14 tur ərzində aparıcı hakimlərini, demək olar, işsiz qoymayıb. Konkret Rauf Cabbarov bütün turlarda iş başında olub – 8 dəfə baş hakim, 6 dəfə ehtiyat hakim kimi. Xaqani Məmmədov Orxandan əsasən 4-cü kimi yararlanmağa üstünlük verib (9 dəfə). Bu baxımdan sabiq FİFA referisi ümumi təyinat sıralamasında 2-ci yerdədi. Komitə sədrinin iki dövrə ərzində, demək olar, istirahət vermədiyi Orxanla Raufun FİFA referiliyinə namizədliyi də müzakirə mövzusu idi. 2018-ci il üçün FİFA-ya göndərilən siyahıda 4-cü yerə onlardan hansının təqdim edildiyi açıqlanmasa da, əldə etdiyimiz bilgiyə görə, bu, məhz Cabbarov olub. Ancaq məlum olduğu kimi, beynəlxalq qurum bizimkilərə əlavə yer vermədi və beləliklə, növbəti ildə də 3 referi ilə təmsil olunacağıq.
təyinat sayı
cəmi baş hakim 4-cü hakim
Rauf Cabbarov 14 8 (2+5+7+8+10+11+12+13) 6 (1+3+4+6+9+14)
Orxan Məmmədov 13 4 (3+4+6+10) 9 (1+2+4+5+9+11+12+13+14)
Ömər Paşayev 12 8 (1+3+4+7+9+11+13+14) 4 (2+6+8+12)
Ramil Diniyev 12 5 (2+5+7+9+12) 7 (1+3+4+6+8+10+13)
Əliyar Ağayev 11 8 (1+2+4+5+8+9+11+12) 3 (6+7+10)
İnqilab Məmmədov 11 6 (3+6+7+9+12+14) 5 (1+2+4+5+8)
Rəhim Həsənov 10 7 (1+4+6+8+11+13+14) 3 (2+3+5)
Fariz Yusifov 10 7 (1+3+6+8+10+13+14) 3 (7+9+11)
Rəvan Həmzəzadə 9 3 (2+5+10) 6 (3+7+9+12+13+14)
Ziya Nəsirov 5 - 5 (5+10+11+13+14)
Elvin Əsgərov 5 - 5 (7+8+10+11+12)

Xaqani Məmmədov hansı hakimi hansı klubdan “gizlədir”?
Hakimlər Komitəsinin referilərə görə təyinat bölgüsünü təqdir etsək də, komanda - hakim münasibətləri haqda bunu demək olmur. Bu baxımdan ortada bərbad mənzərə var. Konkret elə hakim var ki, eyni komandayla dəfələrlə yolu kəsişdiyi halda, digərinin üzünü belə görməyib. Məsələn, Xaqani Məmmədov Rəhim Həsənovu “Kəpəz”in 6 oyununa (əsas və ehtiyat hakim kimi) göndərib, ancaq “Qəbələ”yə həsrət qoyub. Təsəvvür edirsiz, 10 oyuna təyinat alan FİFA referisi ölkənin iddialı klublarından birinin üzünü görməyib. Bu baxımdan ən gülünc vəziyyət Ramil Diniyevlə bağlıdı. O, “Səbail” və “Keşlə” ilə 6, “Neftçi”ylə 5 dəfə görüşdüyü halda, “Qarabağ”, “Qəbələ” və “Kəpəz”lə yolları kəsişməyib.
komandalar
Rauf Cabbarov Qəbələ - 7 Səbail - 5 Qarabağ - 4 Keşlə - 3 Zirə - 3 Kəpəz - 2 Sumqayıt - 2 Neftçi - 2
Orxan Məmmədov Qarabağ - 7 Kəpəz - 6 Neftçi - 6 Səbail - 2 Keşlə - 2 Sumqayıt Qəbələ Zirə
Ömər Paşayev Qəbələ-6 Zirə-4 Neftçi-3 Qarabağ-3 Keşlə-3 Sumqayıt-3 Kəpəz Səbail
Ramil Diniyev Səbail-6 Keşlə-6 Neftçi-5 Sumqayıt-4 Zirə-3
Əliyar Ağayev Keşlə-4 Neftçi-5 Qarabağ-3 Qəbələ-3 Sumqayıt-3 Kəpəz-2 Zirə-2
İnqilab Məmmədov Sumqayıt-4 Keşlə-4 Qarabağ-3 Zirə-3 Qəbələ-3 Kəpəz-2 Səbail-2 Neftçi
Rəhim Həsənov Kəpəz-6 Sumqayıt-4 Zirə-3 Səbail-3 Neftçi-2 Keşlə Qarabağ
Fariz Yusifov Qarabağ-4 Neftçi-4 Zirə-4 Qəbələ-3 Səbail-2 Sumqayıt Kəpəz Keşlə
Rəvan Həmzəzadə Kəpəz-4 Zirə-3 Sumqayıt-3 Səbail-3 Qarabağ-2 Qəbələ-2 Keşlə
Ziya Nəsirov Səbail-2 Sumqayıt-2 Kəpəz-2 Qəbələ-2 Qarabağ Keşlə
Elvin Əsgərov Səbail-2 Zirə-2 Kəpəz-2 Keşlə-2 Sumqayıt Qəbələ

Əli Hüseynovdan ədalətli bölgü
Hakim-inspektorlar Komitəsinin sədri Əli Hüseynov qəzetimizə verdiyi müsahibələrin birində inspektor və AFFA nümayəndələrinin təyinatı zamanı digər komitə ilə əlaqəli çalışdıqlarını bildirmişdi. Reallıq necədi? Təcrübəli mütəxəssis şablon fikir səsləndirməyib. Həqiqətən də hakimlərlə inspektorların, eləcə də nümayəndələrin bölgüsündə balans mümkün qədər nəzərə alınıb. Hər halda, hətta ən çox təyinat alan Rauf Cabbarov da bir inspektorun və ya AFFA nümayəndəsinin üzünü uzağı 3 dəfə görə bilib. 14 tur ərzində yolların ən çox elə 3 dəfə kəsişməsi normaldı.
hakim-inspektorlar AFFA nümayəndələri
Rauf Cabbarov Asim Xudiyev-3 Ramiz Mustafayev-3
Məlik Həsənov-2 Mübariz Hüseynov-2
Əli Hüseynov-2 Şaiq Həmidov-2
Fazil Mürşüdov-2 Rauf Əmirov
Füzuli Nəcəfov-2 Məmmədəli Məmmədov
Murad Məmmədov Sakin Məmmədzadə
Vüsal Əliyev Elbrus Abbasov
Kərim Ağayev Ramiz Abdullayev
Eldar Qasımov
Abas Hüseynov
Orxan Məmmədov Məlik Həsənov-2 Məmmədəli Məmmədov-2
Xaqani Məmmədov-2 Namiq Məstanov
Asim Xudiyev-2 Arif Fərəcov
Füzuli Nəcəfov Ramiz Abdullayev
Kərim Ağayev Rauf Hüseynli
Vüsal Əliyev Elbrus Abbasov
Şahin Cəfərov Erkin Hüseynov
Məhəmməd Məmmədov Seymur Səlimli
Əhmədağa Cabbarov Zamiq Hüseynov
Əli Hüseynov Eldəniz Musayev
Sakin Məmmədzadə
Şaiq Həmidov
Ömər Paşayev Məhəmməd Məmmədov-3 Abas Hüseynov-2
Əli Hüseynov-2 Ramiz Mustafayev-2
Murad Məmmədov-2 Əsgər Əmirəliyev-2
Asim Xudiyev Nüvər Xasıyev
Şahin Cəfərov Şaiq Həmidov
Vüsal Əliyev Rauf Əmirov
Rövşən Əhmədov Eldəniz Musayev
Kərim Ağayev Mübariz Hüseynov
Vaqif Davudov
Ramil Diniyev Kərim Ağayev-2 Ramiz Abdullayev-2
Fazil Mürşüdov-2 Sakin Məmmədzadə
Məlik Həsənov-2 Eldəniz Musayev
Əhmədağa Cabbarov Zamiq Hüseynov
Füzuli Nəcəfov Rauf Hüseynli
Şahin Cəfərov Erkin Hüseynov
Rövşən Əhmədov Məmmədəli Məmmədov
Asim Xudiyev Elbrus Abbasov
Rövşən Əhmədov Vaqif Davudov
Əsgər Abdullayev
Abas Hüseynov
Əliyar Ağayev Şahin Cəfərov-2 Əsgər Əmirəliyev-2
Xaqani Məmmədov-2 Seymur Səlimli-2
Məhəmməd Məmmədov-2 Elbrus Abbasov
Əli Hüseynov-2 Abas Hüseynov
Asim Xudiyev Arif Fərəcov
Məlik Həsənov Eldəniz Musayev
Vüsal Əliyev Namiq Məstanov
Ramiz Mustafayev
Sakin Məmmədzadə
İnqilab Məmmədov Murad Məmmədov-3 Mübariz Hüseynov-3
Xaqani Məmmədov-2 Elbrus Abbasov-3
Fazil Mürşüdov-2 Sakin Məmmədzadə-2
Vüsal Əliyev-2 Zamiq Hüseynov
Əhmədağa Cabbarov Namiq Məstanov
Asim Xudiyev Elçin Məmmədov
Rəhim Həsənov Əhmədağa Cabbarov-3 Məmmədəli Məmmədov-3
Rövşən Əhmədov-2 Vaqif Davudov-2
Kərim Ağayev Rauf Hüseynli-2
Məlik Həsənov Eldar Qasımov
Fazil Mürşüdov Eldəniz Musayev
Vüsal Əliyev Əsgər Əmirəliyev
Füzuli Nəcəfov
Fariz Yusifov Xaqani Məmmədov-2 Şaiq Həmidov-2
Məlik Həsənov-2 Elbrus Abbasov
Murad Məmmədov Nüvər Xasıyev
Əli Hüseynov Mübariz Hüseynov
Şahin Cəfərov Rauf Hüseynli
Fazil Mürşüdov Erkin Hüseynov
Vüsal Əliyev Seymur Səlimli
Məhəmməd Məmmədov Eldəniz Musayev
Məmmədəli Məmmədov
Rəvan Həmzəzadə Vüsal Əliyev-2 Eldar Qasımov-2
Fazil Mürşüdov-2 Mübariz Hüseynov
Məhəmməd Məmmədov Abas Hüseynov
Şahin Cəfərov Erkin Hüseynov
Əhmədağa Cabbarov Namiq Məstanov
Murad Məmmədov Elçin Məmmədov
Kərim Ağayev Nüvər Xasıyev
Rauf Hüseynli
Ziya Nəsirov Füzuli Nəcəfov-2 Ramiz Mustafayev-2
Kərim Ağayev Nüvər Xasıyev
Şahin Cəfərov Vaqif Davudov
Rövşən Əhmədov Əsgər Əmirəliyev
Elvin Əsgərov Kərim Ağayev-2 Ramiz Abdullayev-2
Əhmədağa Cabbarov Vaqif Davudov
Asim Xudiyev Zamiq Hüseynov
Füzuli Nəcəfov Əsgər Əmirəliyev
Ömər Paşayev 4 ayda 7300 manat qazanıb
Hakimlərimiz bizdən inciməsin, onların qonorarlarını da “sayacağıq”. Bəribaşdan qeyd edək ki, AFFA premyer-liqa oyunları üçün baş hakimə 700, ehtiyat hakimə isə 250 manat ödəyir. Təyinatlara əsasən 4 ay ərzində kimin nə qədər qazandığını müəyyənləşdirmək elə də çətin deyil. Rauf Cabbarov hamıdan çox iş başında olsa da, Ömər Paşayev qonorar məbləğinə görə ilk sıradadı. FİFA referisi 7300 manat qazanıb. Təbii ki, bura məvacibdən tutulan vergi aid deyil. Rauf Cabbarov 7100, Əliyar Ağayev 6350 manat irəli düşüb. Təyinat sıralamasına görə 2-ci yerdə olan Orxan Məmmədov isə hətta “5-liy”ə də düşmür.
qonorar
cəmi baş hakim 4-cü hakim
Ömər Paşayev 7300 6300 (9X700) 1000 (4X250)
Rauf Cabbarov 7100 5600 (8X700) 1500 (6X250)
Əliyar Ağayev 6350 5600 (8X700) 750 (3X250)
Rəhim Həsənov 5650 4900 (7X700) 750 (3X250)
Fariz Yusifov 5650 4900 (7X700) 750 (3X250)
İnqilab Məmmədov 5450 4200 (6X700) 1250 (5X250)
Ramil Diniyev 5250 3500 (5X700) 1750 (7X250)
Orxan Məmmədov 5050 2800 (4X700) 2250 (9X250)
Rəvan Həmzəzadə 3600 2100 (3X700) 1500 (6X250)
Ziya Nəsirov 1250 - 1250 (5X250)
Elvin Əsgərov 1250 - 1250 (5X250)
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir Bu gün, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi Bu gün, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" Bu gün, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi Bu gün, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı Bu gün, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı Bu gün, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi Bu gün, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq Bu gün, 18:55 Yarım mövsümün rəqəmli tablosu Bu gün, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür Bu gün, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş Bu gün, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq Bu gün, 18:49 Məkan və saat dəqiqləşdi Bu gün, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı Bu gün, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi Bu gün, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc Bu gün, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq Bu gün, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb Bu gün, 18:37 "Keşlə"də daha bir ukraynalı Bu gün, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi Dünən, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü Dünən, 18:53 Yunis Hüseynov baxışda olan yerlilərin hamısını yola saldı Dünən, 18:52 Topaz premyer-liqası 17 pillə gerilədi Dünən, 18:51 Elxan Məmmədovla Qurban Qurbanov Lozannaya gedəcək Dünən, 18:48 Seqoviya haqq yoluna gəlir Dünən, 18:46 Ozobiç üçün ən önəmli qol “Lill”ə vurduğu topdu Dünən, 18:45 “Nə vaxt mediada görünürəm, işlərim tərsinə gedir” Dünən, 18:43 Samir Abasov gecə Rəşad Sadıqova zəng vurub Dünən, 18:41 “Sumqayıt” divizionun liderinə acımadı Dünən, 18:36 “Neftçi” və “Keşlə” penaltiyə həsrət qalıb Dünən, 18:33 “Binə”nin yeni baş məşqçisi planlardan danışdı Dünən, 18:24 Qabriel Matey “Zirə”ni seçərkən tələsib Dünən, 18:22 “Neftçi” - yarım mövsümün antirekordçusu! Dünən, 18:21 Vitali Borisov məşqlərə qoşuldu Dünən, 18:19 Liderlər sürprizə imkan vermədi Dünən, 18:18 “Marafon”lular Renatın etirazına qoşuldular Dünən, 18:16 Türkiyədəki legionerlər üçün üzücü həftə Dünən, 18:09 Çilingərin futbola gətirdiyi sex rəisi Dünən, 18:06 “Qarabağ”ın oyununun vaxtı dəqiqləşdi Dünən, 18:04 “Səbail” “Xəzər”ə qalib gəldi 16-01-2018, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı 16-01-2018, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi 16-01-2018, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi 16-01-2018, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi 16-01-2018, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır 16-01-2018, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək 16-01-2018, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı 16-01-2018, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı 16-01-2018, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər 16-01-2018, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi 16-01-2018, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu 16-01-2018, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu 16-01-2018, 15:09 “Sumqayıt”ın əvəzediciləri “Xəzər”i üstələdi 16-01-2018, 15:08 Araz 89 dəqiqə oynasa da... 16-01-2018, 15:06 Rafael Abdulov komandasının çıxışını orta qiymətləndirir 16-01-2018, 15:04 Fasiləyə iki liderlə 16-01-2018, 15:03 “Velveyk” Ozancanı U-21-ə buraxmadı Bütün xəbərlər
Ən çox oxunanlar