25 dek 14:18liqa

Barqas da “Neftçi”dən ayrılır

Barqas da “Neftçi”dən ayrılır
“Ağ-qaralar” Kolumbiyadan məktub gözləyir
Qış transfer dönəminin ən fəal klubu olan “Neftçi”də xəbərlər sanki bir-birinin bəhsinə girib. Tərlan Əhmədovun heyətdə müəyyən dəyişikliklər etmək istəyinə düşməsi başadüşüləndi. Təcrübəli çalışdırıcı Elxan Abdullayevin istəyi ilə komandaya cəlb olunan futbolçularla “ağ-qaralar”ı sonuncu pillədən 5-ci yerə qaldırmaqla, üstəlik, kubokun yarımfinalına daşımaqla klub rəhbərliyinin etimadını qazandı. Odu ki, heyətə əl gəzdirmək istəyi qarşısında “yaşıl işıq yanır”.
Rahil Məmmədovla Fəhmin Muradbəylinin karyerasını “Səbail”də davam etdirəcəyi hələ iki həftə əvvəldən bilinirdi. Artıq bu məsələ rəsmi təsdiqini tapıb və hər iki futbolçu mövsümün sonuna qədər Bayıl təmsilçisinə icarəyə verilib. Maksim Vaylo da eyni aqibəti yaşayacaq. Lakin premyer-liqada yox, birinci divizionda. Vaylo Arif Əsədovun istəyi ilə “Sabah”a icarəyə verilib. Məqsəd İsayevlə isə yollar birdəfəlik ayrılıb. Sağ cinah müdafiəçisinin tez-tez zədələnməsi, üstəgəl, fiziki cəhətdən hazır olmaması Tərlan Əhmədovu qane etmədiyindən, müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Karyerasını, çox güman, “Keşlə”də davam etdirəcək. Baş məşqçinin sərəncamında görmək istəmədiklərindən Tərzin Cahangirov qalıb ki, onun taleyinə də yaxın günlərdə aydınlıq gəlməlidi. Çox güman, yenidən Məqsəd İsayevlə komanda yoldaşı olacaq.
Müqavilə müddəti bitən Pavel Dreksaya və daha iki legioner – Daniel Seqoviya ilə Mateo Mujekə Əhmədovun komandasında yer olmadığını bilirdik. Ona görə də sonuncu iki futbolçunun “Neftçi”dən ayrılması an məsələsidi. Lakin Hüqo Barqasın da getmək eşqinə düşməsi klub rəsmilərini pis vəziyyətdə qoyub. Tərlan bəyin bəyəndiyi futbolçulardan olan Barqasla anlaşma bu ay başa çatsa da, rəhbərlik onunla və İqnasio Errera ilə müqavilənin müddətini mövsümün sonuna qədər uzatmışdı. Lakin indi məlum olur ki, Hüqo Azərbaycana qayıtmaq istəmir. Yenidən Kolumbiyaya – vaxtilə şərəfini qoruduğu “Bluminq”ə dönməkdə israrlıdı. Qarşı tərəf Barqasla danışıb, futbolçunun razılığını alsa da, məsələylə bağlı “Neftçi”yə rəsmi müraciət gəlməyib. Cənubi amerikalıların göndərəcəyi məktubdan sonra klub rəsmiləri düşünüb qərar verəcək. Və çox güman, ürəyi başqa komandada olan Barqasın istəyinə qarşı çıxmayacaqlar.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 11:32 “Bu təcrübəni Foqtsun dövründəki Azərbaycan millisindən götürmüşdük” Bu gün, 11:30 Basketbol Federasiyası boykotçuları təxribatda suçladı Bu gün, 11:26 “Çelik” “Sumqayıt”la oyunda pul qazanmaq istəyirmiş Bu gün, 11:24 “CBC Sport” Antalyadan dörd yoxlama oyununu göstərəcək Bu gün, 11:22 “Qarabağ”ın hücumçusu “Neftçi”yə mesaj göndərdi Bu gün, 11:18 Bizimkilərin yoldaşlıq oyunları sərgüzəştləri Bu gün, 11:17 Nazarov üçüncü hissədə oynadı Bu gün, 11:16 "Səbail" ukraynalıları məğlub etdi Bu gün, 11:15 Beşgünlük tura təyinatlar açıqlandı Bu gün, 11:13 “Qəbələ” nigeriyalını baxışdan keçirəcək Bu gün, 11:12 İmaməliyevin əvəzinə çempion məşqçi Bu gün, 11:10 Stoylov yenidən Qazaxıstanda çalışmaq istəmir Bu gün, 11:08 AFFA millilərlə bağlı strategiyasını dəyişməyib Bu gün, 11:07 “Hövsan”ın sponsoru olsa... Bu gün, 11:05 BKFF şəhidləri andı, “Müşfiq” bir həftəyə 6 xal qazandı Bu gün, 11:04 "Liman" sahilə yan aldı, "kapitan"ı "ağ bayraq qaldırdı" Bu gün, 11:01 Qazandığını haqq edən legionerlər Bu gün, 10:59 Namiq Ələsgərov azarkeşlərin dəstəyinə ümid edir Bu gün, 10:57 “Forza Neftçi” bu gün önəmli qərar verəcək 21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ Bütün xəbərlər
Ən çox oxunanlar