19 yan 20:32liqa

“İnsanlar öz oyunçularını gətirməklə pul qazanmaq istəyirdilər”

“İnsanlar öz oyunçularını gətirməklə pul qazanmaq istəyirdilər”
Vadim Borets Azərbaycandakı illəri yada saldı

8 il Azərbaycanda legioner həyatı yaşamış,“Neftçi” və “Bakı” kimi klubların şərəfini qorumuş, hazırda isə Moldovanın “Sfıntul George” klubunda məşqçilik edən Vadim Borets ölkəsinin mətbuatına müsahibə verib. Moldova millisinin sabiq üzvü ölkəmizdə keçirdiyi illəri yada salıb.
- Futbolçu karyeranızda nə qədər kubok qazandığınızı xatırlayırsız?
- Tam yox. İki dəfə “Birlik kuboku”nun qalibi olmuşam: “Şerif” və Azərbaycanın “Neftçi” komandasının heyətində.
- Bundan əlavə, Moldova və Azərbaycanda həm çempion, həm də ölkə kubokunun qalibi olmusuz...
- Bəli. Medallarım evdə qutuda “yatır”, onları nə edəcəyimi bilmirəm (gülür). Mən mükafatlarımı saymıram, həmişə irəli baxmağa öyrəşmişəm. Düzdü, vurduğum hansısa qolu yada salanda nostalji hisslər keçirirəm. Hollandiya ilə matçda vurduğum qoldan başqa da unudulmaz qollarım olub. Yadımdadı, “Neftçi”nin heyətində Çempionlar Liqasında “Anderlext”lə qarşılaşırdıq. Evdə 2:0 hesablı qələbə qazandıq (veteran futbolçu burda hesabı səhv salıb. Həmin oyunda “ağ-qaralar” 1:0 hesabı ilə qalib gəlmişdi). Həmin matçda penaltini dəqiq yerinə yetirib, adımı tabloya yazıdrmışdım. Həmin anı tez-tez yada salıram, çünki vacib qol idi. Stadion tam dolmuşdu, insanları sevindirmişdim. Yeri gəlmişkən, Moldovadan kənara çıxmaqda mənə Leonid İstrati yardımçı olmuşdu. Əvvəlcə yarımilliyə Polşaya yollandım, sonra isə Azərbaycana getdim. 8 ilim Bakıda keçdi. Ailəm hələ də bu şəhərdən ötrü darıxır. Şadam ki, mənə əvvəlcə “Neftçi”də, sonra isə “Bakı”da oynamaq qismət olub. Hər ikisi güclü, yaxşı komanda idi.
- “Neftçi”də 4 il çıxış etdikdən sonra komandanızı dəyişmək istəmirdiz...
- Etiraf edim ki, “Neftçi”dən getməyi heç istəmirdim. Amma orda yeni komanda qurulurdu, yeni baş məşqçi gəlmişdi və onun öz planları var idi. Başa düşürsüz, bir yerdə çox qalanda adama rahat olur, insanlar səni tanıyır və çox şeyi bağışlayırlar. Tanınmadığım yerə getmək istəmirdim. Buna görə də uzağa getmədim, paytaxtın digər komandası “Bakı” ilə müqavilə imzaladım.
- 2009-cu ildə “Bakı” Azərbaycan çempionu olanda məhz sizin qolunuz həlledici olmuşdu...
- Həmin vaxt “İnter”lə çempionluq mübarizəsi aparırdıq. Aramızda minimal xal fərqi var idi. Çempionatın sonuna bir-iki tur qalmış “Simurq”la oynayırdıq. Əlavə vaxtda fərqlənərək, komandamıza qələbə qazandırdım. Qol vurandan sonra hamı üstümə tullandı, elə sevinirdilər ki... Mən isə ən aşağıda, komanda yoldaşlarımın altında qalmışdım. Az qala nəfəsim kəsiləcəkdi. O qələbə sayəsində turnir cədvəlində irəlilədik və sonra bizə çatmaq mümkün olmadı.
- Lakin sonradan “Bakı”dakı günləriniz heç də yaxşı keçmədi. Sizi Aleksey Savinovla birlikdə əvəzedici heyətə göndərdilər...
- Bəli, çox xoşagəlməz an idi. Vinfrid Şefer komandaya yeni gələndə məni və Savinovu çox tərifləyirdi. Amma futbolu biznes idarə edir. İnsanlar öz oyunçularını gətirməklə pul qazanmaq istəyirdilər. Şeferin məni hesabdan silməsi xoşuma gəlmədi. Axı həmin vaxt təcrübəli futbolçu idim. Biz komanda ilə çempion olub, kubok qazanmışdıq. Məşqlərdə bütün gücümüzü qoyurduq. Bir dəfə məşq zamanı Şeferin gətirdiyi belçikalı futbolçu ilə sözümüz çəpləşdi və əlbəyaxa olduq. Onu da qeyd edim ki, ikimiz də eyni mövqenin oyunçuları idik. Bu insidentdən sonra məni və Savinovu birhəftəlik əvəzedici heyətə göndərdilər. Orda hər ikimiz qol vurduqdan sonra bizi geri qaytardılar.
- Şeferdən sonra “Bakı”nı Aleksandr Starkov çalışdırdı. Müsahibələrinizin birində eyni dildə danışacağınız məşqçinin komandaya gəlişinə görə sevindiyinizi demişdiz. Lakin yekunda bir-birinizi başa düşmədiz...
- Mən Starkovu başa düşmürdüm. Onu çoxdan tanıyırdım. “Zimbru”nun şərəfini qoruyanda biz Starkovun çalışdırdığı “Skonto”nu 2:0 hesabı ilə məğlub etmişdik. Starkov “Bakı”ya gələndə komandada yalnız məni tanıyırdı. Azərbaycanda yaxşı nüfuzum var idi. Starkov məni çağırdı və dedi: “Vadim, mənə kömək edin. Biz komanda qurmalıyıq”. Sonra yenə maliyyə ilə bağlı sual ortaya çıxdı və özü gətirdiyi futbolçulara maraq artdı. Amma mənə heç nə edə bilmədi. Çünki klubla müqaviləm var idi. Komandadan göndəriləcəyim halda mənə təzminat ödənilməli idi. Bunu Starkovun üzünə dedim: “Bakı” mənim sonuncu komandamdı, karyeramı bitirirəm və mənim klubla hələ müqaviləm var”.
- Starkovun vaxtında nədənsə “Bakı”nın heyətində az-az görünürdüz…
- Başlanğıcda hər şey normal idi, amma sonra... Mən oynamaq istəyirdim. Məndən olsaydı, 40 yaşıma kimi top qovardım. Komanda ilə birlikdə təlim-məşq toplanışına yollandıq. Starkovun köməkçisi hazırda “Daçiya”da işləyən İqor Klesov idi. Onun təklifi ilə futbolçular məşqlərdə hər dəfə fərqli heyətlərdə yer alırdılar. İkitərəfli oyun keçirirdik və hansı heyətin qalib gəldiyini özümüzdə qeyd edirdik. Mən 37 yaşımda komandanın ən yaxşı oyunçusu seçilmişdim. Bu onu göstərir ki, var gücümlə məşq edirdim və yaxşı formadaydım. Sadəcə, bəzi insanlar öz işlərini görürdü.
- Futbolçu karyeranıza son qoymaq bununla bağlı oldu?
- Çox istərdim ki, karyerama major notda son qoyum. Ancaq geriyə boylananda futbolçu kimi qazandıqlarımdan razıyam. Karyerama sakit, heç bir vida matçı olmadan nöqtə qoydum. Ardınca isə məşqçi kurslarına qatıldım. Futbol sahəsində biliyimi, bacarığımı, təcrübəmi həmişə uşaqlarla bölüşməyə hazıram. Gələcəklə bağlı böyük planlarım var. İstərdim ki, rəhbərliyim altında çıxış edən gənclər oyundan-oyuna “artırsınlar”. Bizim qazandığımız uğurlardan daha artığına nail olsunlar.
RƏŞAD hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
"Neftçi" yubiley tədbirində jurnalistləri görmək istəmir! 23:22“80 yox, 100 yaşı da olsa, mənim gözümdə uşaq kimi qalacaq” 14:54“Zirə”lilər “Qarabağ”la oyuna adi yanaşır 14:50“Kəpəz” azarkeşlərə Novruz hədiyyəsi etmək istəyir 14:48Superkubok da “Şəfəq”in oldu 14:46“Xəmsə” yeni loqosunu təqdim etdi 14:40“Zirə”dən İslam Həmrəyliyi Oyunlarına dəstək 14:39Kamerun vətəndaşlarının meyidləri ölkələrinə göndərildi 14:37“Futbolda mümkünsüz heç nə yoxdu” 15:05Azərbaycanlı qapıçı Qırğızıstan klubunda 15:02“Zaqatala” iki qolla ikinci yerə qalxdı 14:59Almanlarla oyuna 19 min bilet satılıb 14:47“Sektor 11” ilə “Milli dəstə” ayrı-ayrı sektorlarda olacaq 14:44Avropanın nəhəng klublarının üzvləri ölkəmizə səfər edəcək 14:41Robert Prosineçkinin 26 nəfərlik fəlsəfəsi 14:38Almaniya: son 10 ildə iki dəfə 14:34Azadlığa çıxan Sərdar Bağırov Rövnəq Abdullayevin ətrafını “topa tutdu” 14:18Olimpiya stadionu UEFA-nın qərarını gözləyir 14:12“Lokomotiv”in borclarını AVF ödədi 14:07Hakim haqsızlığı “klassiklər”i kubokdan məhrum etdi 14:02Sumqayıtda voleybol klubu yaradıla bilər 13:55Baraban çalmaqdan vitse-prezidentliyə gedən yol 11:51"Səbail" büdrədi, Kvaratsxeliya üzüldü 11:43AFFA-nın Konfransından geriyə qalanlar... 11:32“Neftçi” mühafizə məsələsində rəqiblərlə razılığa gəlir 11:24UEFA İcraiyyə Komitəsinə can atan Elxan Məmmədovun seçki platforması 11:20AFFA “Şərurspor”la “Rəvan”ın “başını kəsdi” 11:12Futbolçular İK-nın qərarını ədalətsiz sayır 11:09“Rəvan”la “Şərurspor” AFFA-nın qərarı ilə barışmır 11:05“Böyük Dəbilqə”nin qəhrəmanı uğurunu davam etdirmək əzmindədi 11:00“Klassiklər”dən Dünya Kubokuna uğurlu start 10:55Oleq Stepko da Azərbaycanı tərk etdi 10:49“Zirə” Zirədə məktəblilərlə görüşdü 10:35Sərdar Bağırov azadlığa çıxan kimi "Futbol+"ə danışdı 00:50“Turan Tovuz” bəyanat yaydı 13:35Atletlər “Fəcr kuboku”na üç “bürünc”lə başladı 13:33Yığmamız “Böyük Dəbilqə”də ikinci oldu 13:32Üçhakimiyyətlilik davam edir 13:29Rüfət Dadaşov 8-ci qolunu vurdu 13:27Divizionun iddialıları, demək olar, hazırdı 13:24Mübariz Mənsimovun milyonlarını “yeyən” əcnəbi məşqçilər 13:21Mikayıl Nərimanoğlu jurnalistləri günahkar çıxardı 13:17“Əl-Sadd” stadionuna buraxılmayanlar “Futbol+”ə danışdı 13:16“Təyyarəçilər” intizamsız futbolçu ilə yolları ayırdı 13:13Maşallah Əhmədovun şikayətinə baxılacaq 13:10AVF reqlamenti niyə dəyişib? 13:09Kamil Nurəhmədov İmişlidə darıxır 11:46Şirdanov komandasını AZAL və “Kəpəz” səviyyəsində görür 11:44Mahmud Qurbanov yığmanın çıxışını dəyərləndirdi 11:37Elçin Məmmədov ad çəkmədi 11:36Mikayıl Nərimanoğlu doğum gününü yığmanın düşərgəsində qeyd edib 11:34Lənkəranlıları ölkə futboluna bəxş edə bilməyən “Xəzər Lənkəran” 11:31Kvekveskiri Apellyasiya Arbitraj Tribunalına təşəkkür etdi 11:29Rafael Ağayev uğurunun sirrini açıqladı 11:28“Azərreyl” sindromu qırsa da... 11:26Çempionatda mübarizə qızışır 11:24İlk gündə qazancımız bir “bürünc” oldu 11:23 Bütün xəbərlər
Ən çox oxunanlar