19 yan 20:25liqa, manset

Ozobiç “Qəbələ”yə 2017-də ilk qələbəsini qazandırdı

Ozobiç “Qəbələ”yə 2017-də ilk qələbəsini qazandırdı
“Qırmızı-qaralar” üçün azarkeş marağı önəmli deyil?
“Qəbələ” mövsümün ikinci yarısına hazırlığı Antalyada plan üzrə davam etdirir. Yanvarın 17-də Roman Qriqorçuk gündüz otaq şəraitində nəzəri məşğələ keçibsə, axşam toplu çalışmalara üstünlük verib. Dünən isə “qırmızı-qaralar” toplanış çərçivəsində 2-ci yoxlama oyununu keçirib.
Ozobiç qayıtdı və qol vurdu
Ukraynalı mütəxəssis “Qaz-Metan”la görüşdə legionerlərdən Teo Uiks, Baqali Dabo, Vitali Vernidub və Petar Franyiçin adını “18-liy”ə salmayıb. Əvəzedici komandadan Hacıağa Hacıyevin adı iştirak ərizəsinə salınıb. Qriqorçuk startda bu “11-liy”ə güvənib: 22. Dmitri Bezotosnı, 20. Rikardinyo, 3. Voislav Stankoviç, 88. Tellur Mütəllimov, 34. Ürfan Abbasov, 7. Nika Kvekveskiri, 6. Rəşad Sadiqov (k), 14. Cavid Hüseynov, 19. Filip Ozobiç, 10. Ruslan Qurbanov, 9. Sergey Zenyov.
Əslində oyun haqda daha geniş məlumat vermək istərdik. Çempionluğa oynayan komanda bu gün yalnız öz azarkeşləri yox, neytral futbolsevərlər üçün də maraqlıdı. Təəssüf ki, “qırmızı-qaralar” ardıcıl 2-ci yoxlama oyununu “yutub” kanalı vasitəsilə yayınlamadı. Halbuki bu o qədər də böyük vəsait tələb etmir. Axı öncəki toplanışlarda bölgə təmsilçisi oyunlarını “yutub”dan yayınlayıb. Maraqlıdı ki, dünən klubun saytı da işləmirdi. Klubun “feysbuk” səhifəsində oyuna baxmaq üçün link istəyən xeyli azarkeşin müraciəti ilə rastlaşdıq. Yalnız 19 saniyəlik videogörüntüdə futbolçuların start fitindən əvvəl salamlaşdığını gördük. Meydanda başverənləri isə canlı izləmək mümkün olmadı.
Heç olmasa, “Partizani” ilə oyunun gedişində klubun “feysbuk” səhifəsində ara-sıra paylaşılan statuslarda “Qəbələ”nin hücumlarından bəhs olunurdu. Amma bu dəfə buna da həsrət qaldıq. Beləliklə, ilk hissədə yalnız yarımsaatın tamamında Ozobiçin hesabı açdığını öyrəndik. Təbii, bu durumda ikinci yarıda kimin kimi əvəzlədiyini bilmək də mümkün deyildi. Yalnız o bəlli oldu ki, fasilədən sonra qol səsi çıxmayıb. Beləliklə, “Qəbələ” qeyri-rəsmi olsa da, 2017-ci ildə ilk qələbəsini qazandı. “Qırmızı-qaralar” bu gün “Ordabası” ilə yoxlama oyunu keçirəcək.
“Sonda titul əldə edəcəyimizə inanıram”
Bu arada Rumıniya klubunun qapısına yol tapan Ozobiç klubun “yutub” kanalına müsahibə verib. Yarımmüdafiəçi daha çox Xorvatiya yığmasına çağırılmasından və Çindəki yarışdan danışıb: “Mənə zəng edib, yığmaya dəvət aldığımı söylədilər. Buna çox sevindim və dərhal evə zəng etdim. Xoş xəbəri çatdırdım. Həyatım boyunca Xorvatiya millisinə çağırılmaq üçün çalışmışam. Komandadakı əksər futbolçuları aşağı yaşlılardan ibarət yığmalarda oynayarkən tanıyırdım. Məşqçi məni təbrik edib, rahat oynamalı olduğumu söylədi. Komandada hamımız dost, bir ailə kimi idik. Ümid edirəm ki, növbəti dəfə milliyə dəvət alacam. Çində yaxşı turnirdə iştirak etdik. Hər iki matçda penalti seriyasında uduzduq. Ancaq yaxşı oynadığımızı düşünürəm. İlk görüşdən əvvəl bir az gərgin idim. Qarşılaşmanın gedişində sakitləşdim və rahat oynamağa başladım. Oyuna qədər cəmi 1 məşqimiz olmuşdu. Bu üzdən matça tam hazır deyildik. Bununla belə, yaxşı oynadığımızı düşünürəm. Debüt oyunumda 60 dəqiqə meydanda oldum. Çalışdırıcımız bütün komandanın yaxşı oynadığını dedi. Təəssüf ki, finala çıxa bilmədik. Rəqib bizdən daha yaxşı hazırlaşmışdı. Onlar dekabrın 26-da, biz isə turnirin startından cəmi 2 gün əvvəl toplaşmışdıq. Baş məşqçi xüsusi olaraq mənə nəsə demədi. Sadəcə, komandadan ümumi razılığını bildirdi. Bəlkə də bu futbolçulardan kimlərsə martda seçmə mərhələ oyunu üçün yığmaya dəvət ediləcək. Ümid edirəm ki, dəvətlilər sırasında mən də yer alacam. Bu nə dərəcədə realdı, onu deyə bilmərəm. Ancaq “Qəbələ”də yaxşı oynamalıyam. Azərbaycan çempionu olmalıyam. Bəlkə onda yığmaya yenidən dəvət gələr. Hazırda “Qəbələ”ni və çempion olmaq haqda fikirləşirəm. Komandada hər şey yaxşıdı. Çempionatın ikinci yarısına yaxşı hazırlaşacağımıza, sonda titul əldə edəcəyimizə inanıram”.
“Partizani” rəhm etmədi
“Qəbələ”dən söz düşmüşkən, əsas komandanın ardından əvəzedicilər də “Partizani” ilə yoxlama oyunu keçirib. Albaniya klubu Hüseynqulu Quliyevin yetirmələrinə rəhm etməyib - 6:2. Küləkli havada baş tutan görüşdə “qırmızı-qaralar”ın qollarına Rövlan Muradov və Nurlan Quliyev imza atıb.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... Dünən, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər Dünən, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu Dünən, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı Dünən, 14:56 Əliyarı finala layiq görmədilər Dünən, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi Dünən, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi Dünən, 14:12 Mahirdən şübhəli mesaj Dünən, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” Dünən, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq Dünən, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı Dünən, 14:00 Emildən növbəti “quru” oyun Dünən, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq Dünən, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi Dünən, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir Dünən, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür Dünən, 13:51 “Keşlə” sabah toplanışa başlayır Dünən, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır Dünən, 13:39 Həftənin idman proqramı 18-06-2019, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı 17-06-2019, 21:26 "Neftçi" gözlənilən transferi gerçəkləşdirdi 17-06-2019, 21:24 “Qarabağ”ın veteranı klub rəhbərliyindən gileyləndi 17-06-2019, 21:23 “Əvəzimə əcnəbi müdafiəçi alınmayacaq, çünki komandada üç yerli müdafiəçi var” 17-06-2019, 20:06 Süni gündəm: “Qarabağ”ın futbolçuları hədəf göstərilir 17-06-2019, 20:04 Əfran İsmayılov yığmada lider çatışmazlığını qabartdı 17-06-2019, 20:03 U-21-in üzvü “Zirə”də 17-06-2019, 20:02 “Real”ın yeni transferinin zirvəyə yolu “Qəbələ Cup”dan keçib 17-06-2019, 20:01 Transfer dosyesi 17-06-2019, 20:00 Futbolçular xaricə gedə bilməməyin günahını agentlərdə görürülər 17-06-2019, 19:58 Gerye “köhlən atlar”la razılığa gəldi 17-06-2019, 19:57 Arif Əsədov üzr istədi və vaxt azlığını əsas gətirdi 17-06-2019, 19:55 Aleksey İsayev Avropaya yollanır 17-06-2019, 19:20 “Xəzər qasırğası” 75 yaşında! 17-06-2019, 18:53 Azad Cabbarov yenə sədr seçildi 17-06-2019, 18:49 Rıbka da azarkeşsizlikdən gileylənir 17-06-2019, 18:47 “Bu təcrübə Bakıya AÇ-2020-də зox kцmək edəcək” 17-06-2019, 18:36 “Energetik” can üstədi... 14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər Bütün xəbərlər
Ən çox oxunanlar