18 dek 21:57liqa

Klubları Rahidlə Elvini “Neftçi”yə buraxmadı

Klubları Rahidlə Elvini “Neftçi”yə buraxmadı
“Ağ-qaralar”ın ilk transferi İlkin Qırtımovdu
Avrokuboklara iddialılardan “Qarabağ”, “Qəbələ”, “Zirə” və “Sumqayıt”ın qış transfer bazarında fəallıq göstərməyəcəyi məlumdu. Bu komandalara rəhbərlik edən baş məşqçilər yayda istədiyi heyəti yığıb və bugünkü durum hər birini razı salır. Belədə ciddi dəyişikliklərə ehtiyac yoxdu. Eyni sözləri “Neftçi”yə aid edə bilməyəcəyik.
Tərlan Əhmədovun gəlişindən sonra çempionatda 15 xal qazanaraq sonuncu yerdən 5-ci pilləyə yüksələn “ağ-qaralar” kubokun yarımfinalına yüksəlməyi bacardı. “Qarabağ”ın da kubok mübarizəsindən kənarlaşmasından sonra bakılıların “iştahı diş altındadı”. Odu ki, uzun ayrılıqdan sonra mövsümü titulla başa vurmaq üçün ələ yaxşı fürsət düşüb. Bunun üçün isə Əhmədov heyətə əl gəzdirməli, oyun fəlsəfəsinə uyğun gələn futbolçuları sərəncamında görməlidi. Hazırda bu yöndə işlər davam etdirilir.
Pavel Dreksanın icarə müqaviləsinin müddəti bitdi ki, çexiyalı müdafiəçi birdəfəlik vətəninə yollandı. İndi əsas dərd Daniel Seqoviya ilə Mateo Mujeki yola salmaqdı. Hər ikisinin “Neftçi”ylə müqaviləsi olduğundan, yeganə çıxış yolu qarşılıqlı razılıq əsasında dil tapmaqdı. Həm Seqoviyanın, həm də Mateonun menecerləri yeni klub tapmaq yönündə işlər görür. Əldə etdiyimiz bilgiyə görə, Mujeki Qazaxıstan klublarından biri heyətində görmək istəyir və hazırda bu yöndə danışıqlar aparılır. Seqoviya isə yenidən uzun illər çıxış etdiyi Avstriyaya qayıda bilər. Hazırda bu üç futbolçunun yerinə üç əcnəbi axtarışını davam etdirən klub rəhbərliyi namizədlər arasında seçim aparır. Qış fasiləsində səviyyəli azad agent tapmaq müşkülə çevrildiyindən, başbilənlər tələsik addım atmaq istəmir.
Fəhmin Muradbəylinin “Səbail”ə icarəyə veriləcəyi dəqiqdi. Artıq klublar arasında razılıq əldə olunub. Rahil Məmmədovun yolu da Bayıladı. Ortaya başqa variantın çıxması müdafiəçini diqqətli olmağa səsləyir. Belə ki, Rahili yaxından tanıyan Arif Əsədov onu öz yanına – “Sabah”a aparmaq istəyir. Məmmədov isə “Səbail”də ehtiyatda qalmaqla “Sabah”da “11-liy”in daimi “sakini” olmaq arasında seçim edir. Əsədovun göz qoyduğu təkcə Rahil deyil. Ayrı-ayrı vaxtlarda iki dəfə “Neftçi”nin baş məşqçisi olan təcrübəli mütəxəssis Maksim Vaylonu da komandasında görməkdə maraqlıdı. Hətta “Sabah” bu iki futbolçu ilə bağlı “ağ-qaralar”a rəsmi təklifdə bulunub. Tərzinlə, daha öncə xəbər verdiyimiz kimi, “Keşlə” maraqlanır. Elə Məqsəd İsayevlə də. Sadəcə, baş məşqçi məsələsinə aydınlıq gəlmədiyindən, sabiq “bankirlər” gözləmə mövqeyi tutur.
Bu qədər yerli futbolçunun ayrılığından sonra başqa yerlilərin transfer olunacağı sirr deyil. İlk transfer məlumdu. Son iki ilyarımı “Keşlə”də keçirən İlkin Qırtımov yanvardan sonra ağ-qara formanı geyəcək. Tərəflər razılığa gəlib, futbolçu sabah rəsmi müqaviləyə qol çəkəcək. Əslində İlkin kimi ortabab futbolçunun ciddi hədəfləri olan komandaya keçidi birmənalı qarşılanmır. Məcburiyyətdən atılan addımdı. Sağ cinahda çıxış edən Fəhmin Muradbəyli ilə Məqsəd İsayevin başqa komandalara keçməsindən sonra Məhəmməd Mirzəbəyovun əvəzləyicisi qalmayacaq. Milli üzvünün zədələnməsi, cəzalanması kimi ehtimalları nəzərə alan baş məşqçi həmin cinaha daha səviyyəli namizəd tapa bilmədiyindən, Qırtımovun üzərində dayanıb.
Tərlan Əhmədov Rahid Əmirquliyevlə Elvin Məmmədovu da sərəncamında görmək istəyirmiş. Hətta futbolçular da “Neftçi”də oynamağa razılıq verib. Lakin söhbət rəsmi müstəvidə davam etdirilməyib. Buna isə “Qarabağ”ın Rahidi, “Qəbələ”nin Elvini buraxmaması səbəb olub. Odu ki, “ağ-qaralar” yerli futbolçu məsələsində çıxılmaz vəziyyətdə qalıb.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib 13-02-2019, 13:20 “Neftçi”nin bazasında işlər davam etdirilir 13-02-2019, 13:14 “Keşlə” Vaqif Cavadovdan qurtuldu 13-02-2019, 13:11 Almeyda “Qarabağ”dan ayrıldı 13-02-2019, 13:09 “Salam, “Çelsi”, nətərsən?” 13-02-2019, 13:05 Moldova futboluna azarkeşlik edən rus təqaüdçü 13-02-2019, 12:59 Turun statistikası 13-02-2019, 12:56 Turun məşqçisi 13-02-2019, 12:56 Turun oyunçusu 13-02-2019, 12:55 Turun sitatı 13-02-2019, 12:54 Cənub zonasında havaya görə təxirəsalma 13-02-2019, 12:50 Hakimlərin mühakiməsi 13-02-2019, 12:48 “Banişevski kuboku”nda 6 komanda mübarizə aparacaq 13-02-2019, 12:47 “Zirə”dən 6 aylıq icarə və növbəti transfer 13-02-2019, 12:45 Turdan məqamlar 13-02-2019, 12:44 Futzal millimiz apreldə iki ölkəyə səfər edəcək 13-02-2019, 12:43 Balayev üçün rəqiblər bilindi, Paşayev məşqlərə başladı 13-02-2019, 12:42 PFL “Qarabağ”ın müraciətini müsbət cavabladı 12-02-2019, 18:12 Belə oxuculara görə yaşamağa dəyər! 12-02-2019, 18:11 Həftənin idman proqramı 12-02-2019, 18:09 U-19 toplanış ərəfəsində yenildi 12-02-2019, 18:07 Yığmanın potensial baş məşqçisi “kartları açmadı” 12-02-2019, 18:05 Bacarığının sərhədlərini tanıyan, münaqişələrdən qaçan, çılğınlıqdan uzaq, iddiasız biri... 12-02-2019, 18:03 “Qəbələ” şikayət etmək iddiasından çəkildi 12-02-2019, 18:01 Qurban Qurbanov “Sumqayıt”ın iki hücumçu ilə oynayacağını düşünürmüş 12-02-2019, 17:58 “Qarabağ” üçün birgünlük sevinc 12-02-2019, 17:50 “Qəbələ”: bir olsun, pir olsun! 12-02-2019, 17:45 “Kapital Bank Arena”nın qapı torları dəyişdiriləcək 12-02-2019, 17:42 “Forza Neftçi” yubileyini qeyd etdi 12-02-2019, 17:39 Nazarov oynamadı, komandası darmadağın oldu 12-02-2019, 17:34 Liderlər büdrəmədi, “Qəbələ” “üçlüy”ə yaxınlaşdı 12-02-2019, 17:33 Elbrus Məmmədovun ağ yalanı Bütün xəbərlər
Ən çox oxunanlar