19 yan 19:57liqa, manset

"Qarabağ" "Styaua"ya "2" verdi

"Qarabağ" "Styaua"ya "2" verdi
Antalyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” dünən ikinci yoxlama oyununa çıxıb. Qurban Qurbanovun yetirmələri Rumıniyanın ən titullu klubu, 26 dəfə çempion, 22 dəfə kubokun, 6 dəfə isə superkubokun qalibi olan "Styaua" ilə qarşılaşıb. Buxarestlilərin çempionatda 21 turdan sonra 40 xal topladığını və qış fasiləsinə 2-ci pillədə yollandığını da əlavə edək. Laurentu Reqekampfın komandası lider “Vitorul”dan 2 xal geri qalır.
Oyuna gəlincə, sürətli hücumlara üstünlük verən ağdamlılar ilk dəqiqələrdən təşəbbüsə yiyələndi. Hərçənd 15-ci dəqiqədə Rəşad Sadıqovun zədələnərək yerini Elvin Yunuszadəyə verməsi Qurban Qurbanovun ovqatını korladı. 26-cı dəqiqədə Kintananın cərimə meydançasına ötürməsini Ndlovu başla dəqiq tamamladı. İlk yarı ağdamlıların 1:0 hesablı qələbəsiylə bitdi.
Qurbanov ikinci hissəyə cəmi bir dəyişikliklə başladı ki, Şahruddini əvəzləyən Şehiç "çərçivə"yə keçdi. 55-ci dəqiqədə isə Əfranla Muarem oyuna qoşuldu. Məhz sonuncu əvəzetmə matçın yekun nəticəsinin müəyyənləşməsində birbaşa rol oynadı. Cəmi 4 dəqiqə sonra rəqib qapısına yol tapan Muarem 2:0-lıq qələbəni rəsmiləşdirdi.
"Styaua" ilə oyunda Qurban Qurbanov bu futbolçuların xismətindən yararlandı: Şahruddin Məhəmmədəliyev (İbrahim Şehiç, 46), Bədavi Hüseynov (Elgün Uluxanov, 70), Rəşad Sadıqov (Elvin Yunuszadə, 15), Maksim Medvedev (İlqar Qurbanov, 70), Ansi Aqolli (Arif Daşdəmirov, 70), Qara Qarayev (Riçard Almeyda, 70), Rahid Əmirquliyev (Muarem Muarem, 55), Miçel ( Eltun Turabov, 70), Ağabala Ramazanov (Əfran İsmayılov, 55), Dino Ndlovu (Mahir Mədətov, 70), Dani Kintana (Vüqar Nadirov, 70).
Qurban Qurbanov klubun saytına oyunla bağlı fikirlərini bildirib: "Maraqlı oyun alındı. Hər bir matçda nəticə vacibdi. Bu oyunda da nəticə bizi qane etdi. Yaxşı çıxış etdik. Futbolçular verdiyimiz tapşırıqları yerinə yetirdilər. Bu oyunda qələbə bizim üçün daha faydalı oldu. Rəşad Sadıqovun zədəsi ciddi görünmür, amma yekun durum sabah tibbi müayinədən sonra məlum olacaq. Muarem Muarem isə əvəzlənməyi özü istədi. Ümid edirəm ki, ciddi bir şey yoxdu. Belə oyunlar təhlükəlidi, fiziki yükləmələr bəzən zədələrə səbəb olur. Təlim-məşq toplanışında belə zədələrin olması normaldı".
Xatırladaq ki, “Qarabağ” Türkiyə toplanışı çərçivəsində ilk sınaq matçında Albaniya təmsilçisi “Şkenderbü"yə qalib gəlmişdi -1:0.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar