18 yan 20:47liqa, manset

“Ramazanovla Abışovun yoxluğunu hiss etməyəcəyik”

“Ramazanovla Abışovun yoxluğunu hiss etməyəcəyik”
Rauf Əliyev “İnter”in oyun modelinə güvənir

Azərbaycan Beynəlxalq Bankının (ABB) “İnter”dən imtina etdiyi və klubun SOCAR-ın himayəsinə keçəcəyi haqda xəbərləri, yəqin ki, mediada hər gün oxuyursuz. Adı çəkilən bankdakı problemlər üzündən kluba maliyyənin ayrılmayacağı haqda yayılan xəbərlər həqiqətə daha çox oxşayır. Düzdü, paytaxt təmsilçisinin yeni prezidenti Azər Əliyev “Futbol+”ə müsahibəsində belə bir şeyin olmadığını və bankla işbirliyinin davam etdiyini bildirsə də, izlədiyimiz proseslər “bankirlər”in əslində “göydə olmasından” xəbər verir. Məlum transfer qadağası ilə üzləşən komandanın iki əsas futbolçusunu - Ağabala Ramazanovla Ruslan Abışovu məhz buna görə satdığı bildirilir. Bu həm də ondan xəbər verir ki, qış “transfer pəncərəsi” dönəmində komadanı başqa futbolçular da tərk edə bilər. Ən çox isə qapıçı Səlahət Ağayevlə hücumçu Rauf Əliyevin adı çəkilir. Bütün bunları nəzərə alaraq, hazırda Antalyada təlim-məşq toplanışında olan “bankirlər”in düşərgəsində yer alan Əliyevlə danışmağı lazım bildik. Yığmanın da şərəfini qoruyan forvard toplanışı dəyərləndirməklə yanaşı, Ağabala ilə Ruslanın gedişindən və klubun maliyyə problemi ilə üzləşdiyi haqda yayılan xəbərlərdən danışdı.
- Rauf, bir neçə gündü Antalyadasız. Təlim-məşq toplanışı necə keçir, komandada ab-hava necədi?
- Hər şey normaldı. Çalışmalarımızı yüksək səviyyədə davam etdiririk. Komandadaxili ab-hava da pis deyil. Bizdə münasibətlər həmişə dost, qardaşcasına olub, indi də belədi. Hamı yüksək əhval-ruhiyyədə mövsümün ikinci yarısına hazırlaşır. Ümid edək ki, hazırlıq müddətində çəkdiyimiz zəhmətin bəhrəsini çempionatda və kubok oyunlarında görəcəyik.
- Srağagün komanda ilk yoxlama oyununu keçirdi. “Ordabaşı” ilə heç-heçə yekunlaşan qarşılaşma haqda nə deyə bilərsən?
- Bəli, bu yeni ildə ilk matçımız idi. Komanda çox yaxşı təsir bağışladı. Oyun baxımından rəqibi açıq-aşkar üstələdik. Bir neçə qol şansımız da oldu, lakin yararlana bilmədik. Növbəti qarşılaşmalarda yaxalayacadığımız əlverişli vəziyyətlərdən istifadə etməliyik. Müəyyən çatışmazlıqlar var ki, məşqçilər korpusunun köməyi ilə onları aradan qaldırmağa çalışırıq.
- Əsas oyunçulardan Ağabala və Ruslan komandadan getdi. Səncə, onların yoxluğu “İnter”in çıxışına nə dərəcədə təsir edəcək?
- Onların hər ikisi yüksək səviyyəli futbolçudu. Təbii ki, komandada qalsaydılar, daha yaxşı olardı. Amma Ağabala ilə Ruslanın gedişinin komandamızın oyununa ciddi təsir edəcəyini düşünmürəm. “İnter”in oyun modeli elədi ki, daha çox kollektiv oyuna üstünlük veririk. Onların mövqeyində mübarizə apara biləcək futbolçularımız var. Odu ki, Ramazanovla Abışovun yoxluğunu hiss etməyəcəyik.
- Hər iki futbolçunun gedişi böyük əks-səda doğurdu. Onları “İnter” üçün transfer qadağası olduğu halda klubu tərk etdiklərinə görə qınayırlar. Yəni kluba sadiq olmamaqda suçlayırlar. Sənin buna münasibətin necədi?
- Nə deyə bilərəm ki?! Futbolçu karyerasıdı da. Onları da başa düşmək olar. Futbolçunu komandada məcbur saxlamaq olmaz. Bu gün hər iki oyunçu öz seçimini etdi. Onların qərarına hörmətlə yanaşmalıyıq. Kiməsə “filan yerə niyə gedirsən” deyə bilmərik. Hər ikisinə uğurlar arzulayıram. Təki hər şey Ağabala və Ruslan üçün yaxşı olsun.
- Rauf, sənin də gedəcəyini düşünənlər var...
(müsahibə tam halda qəzetin çap variantında)
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu Bu gün, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi Bu gün, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? Bu gün, 13:06 “Standard” xal itirdi Bu gün, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir Bu gün, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi Bu gün, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı Bu gün, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası Bu gün, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” Bu gün, 12:36 4-cü səbət əldən çıxdı Bu gün, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub Bu gün, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır Bu gün, 12:21 Kosovo biletləri satışa çıxardı Bu gün, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi Bu gün, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar 16-11-2018, 15:26 Farer adaları erkən və itki ilə gəldi 16-11-2018, 15:22 Foqts Rüfəti təriflədi 16-11-2018, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” 16-11-2018, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı 16-11-2018, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək 16-11-2018, 15:12 U-19 ilk oyunda darmadağın oldu 16-11-2018, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək 16-11-2018, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider 16-11-2018, 15:00 Bakı İdman Sarayında dramatik sonluq 16-11-2018, 14:58 Dedov hücum haqda düşünür 16-11-2018, 14:57 Stuxlik “Zenit”in oyununda 16-11-2018, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək 16-11-2018, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq 16-11-2018, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” Bütün xəbərlər
Ən çox oxunanlar