18 yan 20:34liqa, manset

“Sumqayıt” da özbəklərə uduzdu

“Sumqayıt” da özbəklərə  uduzdu
Samir Abasov: “Belə davam edəcəyi halda çempionatda çox şeyə nail ola bilərik”

Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” hazırlığını sürdürür. Gündə iki dəfə məşq edən Samir Abasovun yetirmələri srağagün fitnes zalına baş çəkiblər. Futbolçuların fiziki durumunu yüksəltməyə çalışan məşqçilər korpusu komanda üzvlərinə müxtəlif tapşırıqlar veriblər. Bu arada isə “gənclik şəhəri”nin təmsilçisinin forvardı Amil Yunanov klub saytına açıqlama verib: “Artıq 5 gündü burdayıq. Məşqlərimiz yüksək səviyyədə keçir. Hələ ki bir yoxlama oyunu keçirmişik. Albaniya təmsilçisi ilə görüşdə məğlub olsaq da, bu o qədər də qorxulu deyil. Baş məşqçi həmin qarşılaşmada, demək olar ki, düşərgədə olan bütün oyunçulara meydana çıxmaq şansı yaratdı. Əsas istəyimiz çempionatın qalan bölümünə maksimum yaxşı hazırlaşmaqdı. Özümdə və komanda yoldaşlarımda irəliləyişin olduğunu hiss edirəm. Qarşıda bizi daha iki yoxlama matçı gözləyir. Çalışacağıq həmin qarşılaşmalarda daha yaxşı oyun sərgiləyib, uğurlu nəticə qazanaq. Baş məşqçi xətlərarası anlaşmanın daha yüksək səviyyədə olmasına xüsusi fikir verir”.
“Ağ-göylər”in müdafiəçisi Bəxtiyar Həsənalızadə də toplanışı dəyərləndirib: “Burda olduğumuz müddətdə bizə yaradılan şəraitdən razıyıq. Hər gün iki dəfə məşq edirik. İlk oyunda müəyyən taktiki səhvlər səbəbindən uduzduq. Çalışacağıq növbəti görüşlərdə çatışmazlıqları aradan qaldıraq. Üçüncü dövrənin ilk oyununda bizi “Qəbələ” ilə çətin qarşılaşma gözləyir. Ümid edirəm ki, Türkiyə toplanışı bizə faydalı olacaq və çempionata uğurlu start verəcəyik”.
Dünən isə “kimyaçılar” Antalyada ikinci yoxlama oynuna çıxıb. Samir bəyin komandası Özbəkistan çempionatının bürünc mükafatçısı “Nasaf”la qarşılaşıb. Abasov ilk dəqiqələrdən bu futbolçulara meydana çıxmaq şansı yaradıb: Tərlan Əhmədli, Vurğun Hüseynov, Bəxtiyar Həsənalızadə, Rail Məlikov, Azər Salahlı, Fərhad Qıstarov, Sergey Çernışev, Nicat Muxtarov, Kamran Abdullazadə, Məhəmməd Qurbanov, Mirabdulla Abbasov.
Matçın ilk hissəsi, demək olar ki, bərabər səviyyədə keçib. Bu il Asiya Çempionlar Liqasında çıxış edəcək Özbəkistan təmsilçisi ilə mübarizədə premyer-liqanın 4-cü komandası heç də pis təsir bağışlamayıb. 23-cü dəqiqədə standart vəziyyətdən sonra qapı önünə asma zamanı Vurğun rəqib müdafiəçiləri qabaqlayaraq başla “çərçivə”ni nişan alsa da, top az fərqlə dirəyin yanından keçib. 4 dəqiqə sonra Mirabdulla qapıçı ilə təkbətək çıxıb. Amma şansını boşa verib. “Nasaf”ın qolkiperi vaxtında irəli çıxaraq, təhlükəni sovuşdurub. Özbəklərin də birinci hissədə fərqlənmək şansları olub. Lakin Tərlanın qapıda inamlı oyunu hesabın dəyişməsinə imkan verməyib. Yeri gəlmişkən, ilk yarıda sumqayıtlılar Kamranın zədələnərək meydanı erkən tərk etməsinə üzülüb.
Fasilədən sonra Abasov bəzi əvəzetmələrlə yadda qalıb. Amil Yunanov, Vaquf Güləliyev, Ülvi Süleymanov, Xaliq İbrahimov ikinci 45 dəqiqədə meydana çıxıblar. Məhz sonuncunun səhvindən sonra “Nasaf” hesabı açıb. Əvəzedici komandadan dəvət olunan İbrahimov 80-ci dəqiqədə qolkiperə ötürmə edərkən səhvə yol verib. Rəqibin forvardı isə “hədiyyə”dən maksimum yararlanaraq topa yiyələnib və qapıçı ilə üzbəüz qalıb. Çətinlik çəkmədən toru silkələyən futbolçu komandasını hesabda önə keçirib. Qalan dəqiqələrdə “kimyaçılar” böyük qüvvə ilə irəli atılsalar da, hesab dəyişməyib. Beləliklə, “ağ-göylər” ikinci yoldaşlıq oyunundan da məyus ayrılıb.
Qarşılaşmadan sonra “gənclik şəhəri”nin baş məşqçisi Samir Abasov oyunla bağlı fikirlkərini bizimlə bölüşdü: “Bu artıq bizim Antalyada ikinci yoxlama görüşümüz idi. Rəqib Özbəkistan təmsilçisi idi. Çox maraqlı, geniş heyətə malik komanda ilə qarşılaşdığımızı bildirməliyəm. 3 gündən sonra daha bir qarşılaşmada meydana çıxacağımızı nəzərə alıb, ilk hissədə əsas heyətə oynamaq şansı yaratmışdım. Fasilədən sonra əvəzedici heyətdən dəvət etdiyimiz gənclərə güvəndim ki, onlar da artıq böyük futbolun nə olduğunu hiss etsin. Məncə, təlim-məşq toplanışı da məhz onun üçündü ki, düşərgədə olan bütün futbolçulara özünü göstərmək şansı yaradasan. İki oyunda məğlub olmağımıza baxmayaraq, istər təcrübəli futbolçuların, istərsə də gənclərin əzmkarlığı, meydanda can qoyması məni sevindirir. Fikrimcə, belə davam edəcəyi halda çempionatda çox şeyə nail ola bilərik”.
Qeyd edək ki, “Sumqayıt” ilk hazırlıq matçında “Şkenderbu”yə (Albaniya) 1:3 hesabı ilə məğlub olmuşdu. “Nasaf” isə yanvarın 11-də “Neftçi” ilə qarşılaşmış və qələbə qazanmışdı - 1:0.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 01:16 Ayxan Abbasov ehtiyatlı danışdı Dünən, 14:11 Şəhriyar Parisdə beşinci oldu Dünən, 14:09 Kamran “gümüş”lə kifayətləndi Dünən, 14:08 Məğlubiyyət və “sülh” Dünən, 14:06 Voleybol millimiz qələbəyə həsrət qaldı Dünən, 14:05 Nəfəskəsən mübarizədən Rikkyardo qalib ayrıldı Dünən, 14:02 Yığmada ikinci Alesio dönəmi başlayır Dünən, 14:01 Fanklublar “Zirə” ilə “İnter”i dəstəkləməyəcək Dünən, 13:59 Vaqif Sadıqov Məşqçilər Komitəsinin planlarını açıqladı Dünən, 13:58 “Neftçi” bu gün başlayır Dünən, 13:57 “İnter”də nə müqavilələr yenilənib, nə də maaşlar verilib Dünən, 13:54 “Milli Dəstə” iş başında olmayacaq Dünən, 13:52 “Qarabağ” ÇSKA-dan 5 qol “yedi” Dünən, 13:49 Şeydayev darmadağına sevindi Dünən, 13:22 David Manqa “Zirə”ni və Bakını təriflədi Dünən, 13:19 “Zirə” rumın müdafiəçi ilə münasibətləri rəsmiləşdirdi Dünən, 13:18 “Ayntraxt”ın məşqçisi Renatın üstün cəhətlərindən danışdı Dünən, 13:16 AFFA-dan maliyyələşən klublara mayın maaşı verilməyib Dünən, 13:14 “Ölüm sükutu var idi, heç kim ürək edib nəsə demək istəmirdi” Dünən, 13:11 “Qəbələ”dən növbəti transfer Dünən, 13:09 “İstəyirik ki, cəlb edəcəyimiz hücumçu nəinki “Qəbələ”nin, həm də çempionatımızın siması olsun” 25-06-2017, 23:16 AÇ üçün heyət açıqlandı 25-06-2017, 23:15 Ölkə çempionatı başa çatdı 25-06-2017, 23:14 Ukrayna ilə bacarmadıq 25-06-2017, 23:13 Nağı Səfərova yenə etimad göstərildi 25-06-2017, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi 25-06-2017, 23:10 Kamran Şahsuvarlı finalda 25-06-2017, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı 25-06-2017, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı 25-06-2017, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax 25-06-2017, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi 25-06-2017, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi 25-06-2017, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi 25-06-2017, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı 25-06-2017, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib 25-06-2017, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır 25-06-2017, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də 25-06-2017, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq 25-06-2017, 22:33 Yığmamız qrupda qaldı 25-06-2017, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi 25-06-2017, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır 25-06-2017, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi 25-06-2017, 22:09 TRANSFER DOSYESİ 25-06-2017, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı 25-06-2017, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı 25-06-2017, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı Bütün xəbərlər
Ən çox oxunanlar