08 dek 19:45liqa

Kamranla Namiq “Kəpəz”in maraq dairəsindədi

Kamranla Namiq “Kəpəz”in maraq dairəsindədi
Gəncəlilər Antalyaya gedə bilər
Dekabrın 2-si “Kəpəz” üçün əlamətdar gün kimi yadda qaldı. Yox, “Sumqayıt”la oyundakı biabırçı məğlubiyyəti nəzərdə tutmuruq. Söhbət elə həmin qarşılaşmanın axşamı “Ramada” otelində baş tutan görüşdən gedir.
1967-ci ildə o vaxtkı adı Kirovabad (Gəncə) olan şəhərin təmsilçisi SSRİ çempionatının güclülər dəstəsinə vəsiqə qazanmaqla yerli futbolsevərləri sevindirmişdi. Həmin hadisənin üstündən isə 50 il ötür. Elə çal-çağırlı məclisin baş tutmasına səbəb də məhz bu idi. Yığıncaqda həmin komandanın heyətində oynamış bir neçə veteranla yanaşı, indiki “Kəpəz”in rəsmiləri, tanınmış gəncəli keçmiş futbolçular və AFFA-dan dəvət olunan qonaqlar da iştirak edirdi. Ən diqqəti çəkəni Gəncənin icra başçısı, futbol azarkeşi kimi tanınan Elmar Vəliyevlə oğlu, klubun Müşahidə Şurasının sədri Elmir Vəliyevin də qonaqlar arasında yer almasıydı.
Məsələyə toxunmağımız Elmar bəyin mikrofonu əlinə alandan sonra dilinə gətirdiyi sözlərə görədi. 2018-ci ilin Nizami yurdunda “İdman ili” elan olunacağını deyən başçı “Kəpəz”ə xüsusi diqqət ayrılacağını bildirmişdi. 5 yeni meydançanın inşa olunacağı, idman sarayının tikiləcəyi, bazanın əsaslı təmir olunacağı və təbii ki, güclü komanda yaradıb avrokuboklara vəsiqə qazanmaqla bağlı planlar ata Vəliyevin dilindən çıxan sözlər idi. Deyibsə, edəcək, başqa cür ola bilməz.
Maraqlıdı ki, artıq əməli fəaliyyətə start verilib. Elmar bəyin inamlı çıxışından sonra oğul Vəliyev “Kəpəz”in gücləndirilməsi yönündə hansı addımların atılmasının vacibliyi mövzusunda baş məşqçi Yunis Hüseynovla söhbət edib. Qərara alınıb ki, növbəti mövsümdə iddialılardan biri olmaq üçün komandanın özəyi indidən, dəqiq desək, qış fasiləsində qoyulmalıdı. Bunun üçün isə ilk növbədə heyətə səviyyəli futbolçular cəlb olunmalıdı. Planda 5-6 yerli oyunçunun adı olsa da, onlardan ikisinin adını öyrənə bildik. Bunlar yığma üzvləri Kamran Ağayevlə Namiq Ələsgərovdu.
Düzdü, Kamranla “Keşlə” də yaxından maraqlanır və bu komandayla anlaşmaq şansı kifayət qədər realdı. “Kəpəz”in də AFFA-nın nəzarətində olduğunu nəzərə alsaq, təcrübəli qapıçının assosiasiyada çalışanların məsləhəti əsasında Yunis Hüseynovun rəhbərliyi altında oynayacağı istisna olunmur. Üstəlik, Kamran publikaya işləyən futbolçu kimi tanınır deyə, Gəncədə böyük coşqu ilə qarşılanması və daim diqqət mərkəzində olması ehtimalı keçiddə əsas rol oynaya bilər. Öz aramızdı, Ağayevin o boyda icra başçısının, yaxud oğlunun zənginə “yox” deyəcəyi də inandırıcı görünmür.
Namiq Ələsgərovun durumu məlumdu. Tərlan Əhmədovun əsas heyətdə şans vermədiyi yarımmüdafiəçi məlum durumla barışa bilməz. Heç şübhəsiz, ehtiyatda qalması özünə də xoş deyil. Daim oynaya biləcəyi komandaya üz tutmaq istəyir. Üstəlik, “Kəpəz” və Gəncə ona doğmadı. Xatırlayırsızsa, Namiq 2015/16 mövsümünün ikinci yarısını məhz “Kəpəz”də keçirmişdi. Azarkeşlərin sevimlisidi, yerli mühitlə tanışdı.
Daha bir maraqlı xəbər autsayderin yanvardakı təlim-məşq toplanışı ilə bağlıdı. Ötən qış yığmaların Mərdəkandakı təlim-məşq bazasına sığınan, yayda isə 10 günlük də olsa, Ərzurumda məskunlaşan “sarı-göylər” bu dəfə Antalyaya yollana bilər. Heyət gücləndirilirsə, yerli oyunçularla yanaşı, legionerlərin cəlb olunması da gündəmdədisə, Türkiyənin bir nömrəli kurort şəhərində hazırlıq keçmək istəyi başadüşüləndi. Həm güclü rəqiblərlə yoldaşlıq görüşləri, həm də daxildəki ab-havanı yaxşılaşdırmaq yönündən.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib Dünən, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı Dünən, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? Dünən, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda Dünən, 18:18 Malta ayağımızın altını qazdı Dünən, 18:15 Haşımov Bebeki bəyənib Dünən, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” Dünən, 18:11 AFFA üçün sponsorluq müqaviləsi Dünən, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi Dünən, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi Dünən, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi Dünən, 18:04 Həftənin idman proqramı Dünən, 18:03 Xal itirməyən iki komanda qaldı Dünən, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi Dünən, 18:00 Yaxşı ki “Səbail” var… Dünən, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu Dünən, 17:57 “Xəzər Lənkəran”a uduzduq… Dünən, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək Dünən, 17:54 Samir Abasov sabiq komandasını üstələdi Dünən, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” Bütün xəbərlər
Ən çox oxunanlar