03 dek 12:30liqa

"Qarabağ" Romaya “qış çempionu” kimi gedir

"Qarabağ" Romaya “qış çempionu” kimi gedir
53. Qarabağ (Ağdam) - Neftçi (Bakı) 1:0 (1:0)
12. Şahruddin Məhəmmədəliyev - 5,5
77. Vild-Donald Gerye - 5,5
14. Rəşad Sadıqov (k) - 5,5
52. Yakub Jezniçak - 5,5
5. Maksim Medvedev - 5,5
2. Qara Qarayev- 5,5
20. Riçard Almeyda - 5,5
(91. Coşqun Diniyev, 87) - qiymətsiz
11. Mahir Mədətov - 6,0
8. Miçel - 5,5
99. Dani Kintana - 5,0
(10. Pedro Enrike, 68) - 5,0
9. Dino Ndlovu - 5,5
(22. Əfran İsmayılov, 79) - qiymətsiz
Ehtiyat oyunçular
1. Anton Kanibolotski
7. Rahid Əmirquliyev
21. Arif Daşdəmirov
30. Abbas Hüseynov
32. Elvin Yunuszadə
44. Ağabala Ramazanov
66. Cavid Bayramov
90. Ramil Şeydayev
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Mahir Mədətov
94. Rəşad Əzizli - 5,5
5. Anton Krivotsyuk - 5,0
15. Ruslan Abışov (k) - 4,5
25. Kiril Petrov - 5,0
21. Məhəmməd Mirzəbəyov - 4,5
6. Rəşad Sadiqov - 4,5
10. Derlis Meza Kolli - 4,5
17. Rəhman Hacıyev - 6,0
8. Emin Mahmudov - 4,5
(26. Ömər Buludov, 89) - qiymətsiz
11. İqnasio Errera - 4,5
(7. Namiq Ələsgərov, 76) - qiymətsiz
9. Hüqo Barqas - 4,5
(22. Mirabdulla Abbasov, 81) - qiymətsiz
Ehtiyat oyunçular
53. Maksim Vaylo
23. Tərzin Cahangirov
27. Məqsəd İsayev
16. Pavel Dreksa
3. Mateo Mujek
20. Elnur Süleymanov
19. Fəhmin Muradbəyli
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: Rəhman Hacıyev
Qol: M.Medvedev, 25.
Vərəqə: Miçel, 90+3 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: FARİZ YUSİFOV, Vaqif Musayev, Akif Əmirəli, Orxan Məmmədov(hamısı Bakı).
Hakim-inspektor: Xaqani Məmmədov (Bakı).
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov (Bakı).
1 dekabr. Suraxanı. Azərsun Arena. 3800 tamaşaçı (4677 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
"Qarabağ" bu oyunda qələbə qazanmaqla "qış çempionluğu"nu təmin edəcəkdi. Ağdamlılar Romaya yüksək əhval-ruhiyyədə yollanmaq üçün də qalib gəlməliydi. "Neftçi" isə fasilə ərəfəsində azarkeşlərini lideri məğlub etməklə sevindirmək niyyətində idi.Ölkənin ən titullu iki klubunun dueli bu dəfə də maraq doğururdu.
Oyunun əvvəlində topa nəzarətdə "Qarabağ"ın aşkar üstünlüyü var idi. "Neftçi" isə daha çox əks-hücumlara bel bağlayırdı. Lakin matçda ilk yaddaqalan təhlükəli vəziyyəti izləmək üçün xeyli gözlədik. Nəhayət, 21-ci dəqiqədə Dinonun cərimə meydançasının həndəvərindən zərbəsindən sonra Əzizli topu ələ keçirdi. Bundan 4 dəqiqə sonra rəqibi öz qapısına doğru sıxışdıran "köhlən atlar" hesabı açdı. Geryenin qapı önünə asması zamanı Mədətov Abışovu qabaqlayaraq, başla topu qapıya yönəltdi. Əzizli onun vuruşunu dəf etsə də, lazımi anda lazımi yerdə olan Medvedev toru silkələdi. Qoldan sonra bakılılar bir qədər fəallaşsa da, bu uzun sürmədi. Qurbanovun yetirmələri yenidən oyuna nəzarəti ələ keçirdi. Ancaq bir müddət qapılar qarşısında ciddi təhlükənin şahidi olmadıq. 38-ci dəqiqədə isə Barqas fərqlənməyə yaxın idi. O Erreranın asmasından sonra topu başla "çərçivə"yə ünvanlasa da, vuruşunda cüzi dəqiqlik çatmadı. İlk yarının sonunda isə Miçel diqqət mərkəzinə düşdü. İspan yarımmüdafiəçi rəqibin 2 futbolçusunun əhatəsindən sıyrılsa da, Əzizli qola mane oldu.
Fasilədən sonra təxminən 20 dəqiqə tərəflərdən heç biri qol vəziyyəti yaratmadı. Mübarizə əsasən meydanın mərkəzində gedirdi. 67-ci dəqiqədə isə Dino üzbəüz epiozdda Əzizli səddini keçə bilmədi. Az sonra Gerye cərimə meydançasının həndəvərindən "çərçivə"ni nişan alsa da, top qapının üstündən keçdi. Bu dəqiqələrdə "Qarabağ" təzyiqi artırmışdı. 71-ci dəqiqədə Riçard fərqlənməyə yaxın idi. Yığma üzvünün zərbəsindən sonra top cüzi fərqlə dirəyin yanından ötdü. Yavaş-yavaş özünə gələn "Neftçi" oyunu bərabərləşdirməyə nail oldu. Lakin "ağ-qaralar" real qol vəziyyəti yarada bilmirdi. Son 10 dəqiqədə isə ağdamlılar daha iki dəfə hesab arasındakı fərqi artırmaq imkanı qazandı. 82-ci dəqiqədə Mahirin olduqca təhlükəli vuruşunu Rəşad əla reaksiya ilə dəf etdi. Az sonra Mədətov əla ötürmə ilə Miçeli zərbə mövqeyinə çıxardı. Ancaq sonuncu fürsəti dəyərləndirə bilmədi. Beləliklə, "Qarabağ" "qış çempionluğu"nu rəsmiləşdirməklə yanaşı, Romaya yüksək əhval-ruhiyyədə yollanır.
FARİZ

Gözdən qaçmadı
* Matçdan öncə "Ladies of Qarabagh" fanklubu komandaya birinci mərtəbədən dəstək vermək istəsə də, buna icazə verilmədi. Sonradan xanımlar həmişə yer aldıqları sektora - ikinci mərtəbəyə qalxmalı oldular.
* Həm "Forza Neftçi", həm də "İmarət" qapıarxası tribunalarda idi. Hər iki klubun ən böyük azarkeş qrupu, eləcə də "ən yaxşı" adı uğrunda mübarizə aparan fanklubların bir-birinin səsini batırmaq cəhdləri "Azərsun Arena"da maraqlı görüntü yaratmışdı.
* İlk qoldan sonra "Qarabağ" azarkeşləri bir neçə petard yandırdı, səs "bomba"sından istifadə etdilər.
* İkinci yarının startı ərəfəsində "Qarabağ"ın iki xanım azarkeşi Coşqun Diniyevlə şəkil çəkdirdi. Onlardan biri Elvin Yunuszadənin, digəri isə Mahir Mədətovun adı yazılan formada idi.
* Fasilədən sonra başından zədə alan Mahir oyunu başısarıqlı davam etdirdi.
* Oyunun sonlarına yaxın Miçellə Kiril Petrov arasında mübahisə yarandı. Ancaq komanda yoldaşları qarşıdurmanın böyüməsinə imkan vermədi. Final fitindən sonra isə rəqib oyunçular bir-birinin əlini sıxıb, barışdılar.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza 8-11-2018, 21:17 “Neftçi” liderliyini qorudu 8-11-2018, 21:16 "Vəkillər" "Rəvan"la bacarmadı 8-11-2018, 21:11 Rusiya mətbuatı Şeydayevdən yazdı 8-11-2018, 21:10 Xristov biabırçılığa aydınlıq gətirdi 8-11-2018, 21:06 “Qəbələ” almanlarla bacarmadı 7-11-2018, 23:11 Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı 7-11-2018, 23:08 “Qarabağ”ın oyununda amansız hakim 7-11-2018, 23:06 "İmarət" "Qarabağ"ı Ukraynada tək qoymayacaq 7-11-2018, 23:05 Fərid Nəbiyev şəriksiz bombardirdi 7-11-2018, 23:03 Cənubda liderlər xal itkisi ilə yadda qaldı 7-11-2018, 22:47 “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum” 7-11-2018, 22:43 Oqtay Abdullayev ittihamlara cavab verdi 7-11-2018, 22:41 Yeni ofisdə görüş 7-11-2018, 22:38 Rəqəmlər, faktlar... 7-11-2018, 22:37 Hakimlərin mühakiməsi 7-11-2018, 22:35 “Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur Bütün xəbərlər
Ən çox oxunanlar