03 dek 15:07liqa

Ramiz Məmmədov sabiq komandasına qarşı

Ramiz Məmmədov sabiq komandasına qarşı
“Səbail” Bayıla qayıtdı, Xaqani Məmmədovdan maraqlı yanaşma
Dünən bir oyunla start götürən Topaz premyer-liqasının 14-cü turu həftəsonu da davam edəcək. İkinci dövrənin son turu çərçivəsində bu gün 1, sabah 2 matç baş tutacaq. 2017-ci ildəki son çempionat oyunlarından ikisi bölgədə, biri paytaxtda olacaq. Həm bugünkü, həm də sabahkı oyunlar “CBC Sport” telekanalı vasitəsilə canlı yayınlanacaq.
Onu da əlavə edək ki, Hakimlər Komitəsi turun təyinatları ilə bağlı maraqlı yanaşma ortaya qoyub. Əvvəlcə bir oyunun - “Qarabağ” – “Neftçi” matçının təyinatlarını açıqlayan Xaqani Məmmədov dünən yenə eyni addımı atıb. Belə ki, o, yalnız bugünkü oyunda iş başında olacaq hakimlərin adlarını açıqlayıb. Bazar günü baş tutacaq görüşlərin hakim təyinatları isə böyük ehtimalla, bu gün elan olunacaq.
Topaz premyer-liqası
2-ci dövrə, 14-cü tur

2 dekabr
54. Kəpəz – Sumqayıt
Hakimlər: RƏHİM HƏSƏNOV, Yaşar Abbasov, Rahil Ramazanov, Ziya Nəsirov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
“Kəpəz”in bu rəqiblə ev oyunlarının balansı: 8:+4=4-0, 10-3.
2011/12 - 1:1, 4:1; 2012/13 - 0:0, 1:0; 2015/16 - 3:1, 0:0; 2016/17 – 0:0, 1:0.
Cəzalı: Dedimar Fereyra (Kəpəz).
“Futbol+”in proqnozu: 30-35-35
Gəncə. Şəhər stadionu. Saat 14.00
“Kəpəz”in baş məşqçisi kimi debüt matçında “Qəbələ”dən evdə ağır məğlubiyyət alan, bununla belə, Bakıda keçirdiyi kubok oyununda ilk qələbəsini qazanan Yunis Hüseynov yenə doğma publika qarşısında növbəti sınağına çıxacaq. Bu dəfə rəqib “Sumqayıt”dı. Təcrübəli mütəxəssis, belə desək, sabiq yetirməsini sınağa çəkəcək. Belə ki, Samir Abasov futbolçu kimi Hüseynovun rəhbərliyi altında çıxış edib. Bu, 2005/06 mövsümünə təsadüf edib. Düzdü, mövsümün çox hissəsini zədəli keçirən Abasov cəmi 8 oyunda meydana çıxıb və 1 dəfə fərqlənməyi bacarıb. “Sumqayıt” ilk “üçlüy”ə yaxınlaşmaq üçün səfərdən 3 xalla dönməyə borcludu. “Kəpəz” isə nəhayət, sonuncu pillədən xilas olmağa çalışır. Heç-heçə belə qərb təmsilçisinin “zirzəmi”dən qurtulmasına kifayət edə bilər. Hər halda, “Keşlə”ni sabah ağır Qəbələ səfəri gözləyir.
“Kəpəz”in oyuna itki ilə çıxacağını da əlavə edək. Dedimar Fereyra cəzalı olduğuna görə komandasına kömək edə bilməyəcək.

3 dekabr
55. Səbail – Zirə
Hakim-inspektor: Kərim Ağayev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
“Səbail”in bu rəqiblə ev oyunlarının balansı: indiyə qədər görüşməyiblər.
Cəzalılar: Tamazi Tsetsxladze (Səbail), Təmkin Xəlilzadə (Zirə).
“Futbol+”in proqnozu: 25-30-45
Bakı. Bayıl Arena. Saat 18.30
Bazar günü “Səbail” “Zirə”ni qonaq edəcək ki, bu görüşlə tura yekun vurulacaq. Debutant bu dəfə ev oyununu Mərdəkanda yox, Bayılda keçirəcək. 13 xalın yarıdan çoxunu ikinci dövrədə qazanan Samir Əliyevin komandası bu göstəricisini daha da yaxşılaşdıra bilər. Tərəflər arasında ilk dövrədə Zirədə baş tutan matçda da “Səbail” yaxşı oyun sərgiləmiş, rəqibə müqavimət göstərmişdi. Düzdü, qış fasiləsi ərəfəsində mümkün xal itkisi “Zirə”nin planlarına daxil deyil. Əks halda, Ayxan Abbasovun komandası ikinci yer uğrunda mübarizədə “Qəbələ”dən aralı düşə bilər.
Hər iki komanda meydana itkilərlə çıxacaq. “Səbail” Tamazi Tsetsxladzenin, “Zirə” isə Təmkin Xəlilzadənin xidmətindən məhrumdu. Hər iki futbolçu ötən turda aldığı sarı vərəqəylə cəzalı duruma düşdü. Belə ki, bu onların cari mövsümdə gördüyü 4-cü sarı vərəqə oldu.
56. Qəbələ – Keşlə
Hakim-inspektor: Fazil Mürşüdov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
“Qəbələ”nin bu rəqiblə ev oyunlarının balansı: 18:+5=8-5, 18-20.
2006/07 - 0:0; 2007/08 - 2:1; 2008/09 - 0:1; 2009/10 - 0:1, 1:1; 2010/11 - 0:1; 2011/12 - 0:0, 2:1; 2012/13 - 1:0, 1:2; 2013/14 - 3:2, 1:4; 2014/15 - 1:1, 1:1; 2015/16 - 1:1, 0:0; 2016/17 – 0:0, 4:3.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 50-30-20
Qəbələ. Şəhər stadionu. Saat 16.00
Həftəiçi kubokda ən məhsuldar nəticə ilə yadda qalan və adını 1/4 finala yazdıran “Qəbələ” “Keşlə”ni qonaq edəcək. Beləliklə, “qırmızı-qaralar” Qəbələdə ardıcıl ikinci oyuna çıxacaq. Roman Qriqorçukun komandası son vaxtlar məhsuldar oyun sərgiləməyə başlayıb. Kuboku da nəzərə alsaq, “Qəbələ” son 4 oyunda 20 qola imza atıb. “Keşlə”ni də eyni aqibət gözləyə bilər. Autsayderlərdən olan paytaxt təmsilçisi son günlər böhran yaşayır. Kapitan Nizami Hacıyevlə Mirhüseyn Seyidov ətrafında yaşananlar və onların təkcə komandadan yox, futboldan birdəfəlik uzaqlaşdırılması “Keşlə”yə psixoloji cəhətdən də zərbə vurub. Bundan başqa, heyətlə bağlı sıxıntı artıb. Ramiz Məmmədovun əksəriyyəti əvəzedicilərdən ibarət olan ehtiyat qüvvədən yararlanmaqdan başqa çarəsi qalmayıb. Bu isə məğlubiyyəti qaçılmaz edə bilər. Baxmayaraq ki, “Qəbələ” Ramiz Məmmədov üçün yad komanda deyil. Məmmədov vaxtilə “qırmızı-qaralar”ı çalışdırıb. Heç şübhəsiz, o, sabiq komandasına özünü göstərmək, haqsız yerə uzaqlaşdırıldığını sübut etmək istəyəcək.
“Keşlə”dən fərqli, “Qəbələ”nin itkisi yoxdu. Üstəlik, cəzasını başa vuran Cavid Hüseynov sıraya dönüb və çempionat oyununda komandasına kömək edə biləcək.
Topaz.az
1 X 2 1X 12 2X alt üst kod
Kəpəz – Sumqayıt 2.30 2.80 2.45 1.26 1.19 1.31 1.45 1.95 196
Qəbələ - Keşlə 1.05 6.00 11.00 - - 3.88 2.15 1.35 559
Səbail – Zirə 3.50 3.00 1.70 1.62 1.14 1.09 1.50 1.85 802
1. Qarabağ 13 11 1 1 23-6 34
2. Qəbələ 13 9 1 3 25-14 28
3. Zirə 13 8 3 2 22-11 27
4. Sumqayıt 13 5 2 6 14-17 17
5. Neftçi 14 5 1 8 17-16 16
6. Səbail 12 4 1 7 9-18 13
7. Keşlə 13 2 2 9 9-21 8
8. Kəpəz 13 2 1 10 10-26 7
Bombardirlər: Baqali Dabo (Qəbələ) - 8, Mahir Mədətov (Qarabağ), Riçard Qadze (Zirə) - 6, Amil Yunanov (Sumqayıt) - 5.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu Dünən, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər Dünən, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… Dünən, 10:28 Koronavirus olmasaydı... Dünən, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri 17-05-2020, 11:17 Klublar Komitəsinin iclasında daha çox təqvim müzakirə olunub 17-05-2020, 11:13 Skarlatake “Sumqayıt”la əlavə oyun istəyir 17-05-2020, 11:10 “Ağsu Siti” yeni arenaya köçür 16-05-2020, 10:56 Hər şey hazırdı, başlaya bilərik! 16-05-2020, 10:31 “Qəbələ”nin 195 iddialısı 16-05-2020, 10:27 “Neftçi” liderdi, baş məşqçinin oğlu bombardir 16-05-2020, 10:23 Namaşko “Keşlə”dən yeni müqavilə gözləyir 16-05-2020, 10:19 Baba yaşında ...ata olacaq 16-05-2020, 10:15 Elnur Əşrəfoğlu: “İndi həmin şərhimə qulaq asanda gülməyim gəlir” 16-05-2020, 10:09 Türklərə qarşı oynayan yığmanı Ələkbər Cəfərov çalışdırıb Bütün xəbərlər
Ən çox oxunanlar