Yazarlar

Reportaj
1 2 3 4 5 6 7 8

KIVDF


Məzənnə
Sorğu
2017-cı ilin ən yaxşı futbolçusu kimdir?
Araz Abdullayev
Bədavi Hüseynov
Əfran İsmayılov
Qara Qarayev
Mahir Mədətov
Rauf Əliyev
Rəşad Sadıqov
Riçard Almeyda
Ruslan Qurbanov
Təmkin Xəlilzadə

Bugünkü qəzet
Təqvim
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
03 dek 11:56liqa

Tərlan Əhmədov ədalətli araşdırma istəyir

Tərlan Əhmədov ədalətli araşdırma istəyir
Qurban Qurbanov: "İnsanın da zəif yerləri var, bəzən özünü saxlaya bilmir, çaşır"
Oyundan sonra “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədovun mətbuat konfransı start götürdü.
- Fanatlarımıza təşəkkür edirəm. Məğlub olmağımıza baxmayaraq, komandamıza sona kimi dəstək oldular, futbolçuları ruhlandırdılar. İki fərqli hissə izlədik. İlk yarıda müdafiəyə qapandıq. Bu, ümumiyyətlə, planımızda yox idi. Hücum futbolu oynamalıydıq. İkinci hissədə isə istədiyimizin 70-80 faizini rellaşdıra bildik. Lakin qol çatışmadı “Qarabağ”a qarşıdakı Çempionlar Liqası oyununda uğurlar arzulayıram. Artıq kubok oyunlarına köklənməliyik.
- Anton Krivotsyuk hündür boyuna baxmayaraq, künc zərbələri zamanı rəqibin cərimə meydançasına girmirdi. Bu xüsusi tapşırıq idi?
- “Qarabağ” bizim standartlardan sonra əks-hücumlar qururdu. Belə problem yaşamamaq üçün Məhəmmədlə Krivotsyuku arxada saxlayırdıq.
- Bu gün AFFA İntizam Komitəsi Nizami Hacıyevlə Mirhüseyn Seyidovu ömürlük futboldan kənarlaşdırdı. Ortada heç bir fakt yoxdu. Aydın məsələdi ki, burda başqa səbəblər var. Düşünmürsüz ki, bu, “Neftçi”yə qarşı hazırlanmış bir planın tərkib hissəsidi. Hər iki futbolçunun “Neftçi”yə keçidi gündəmdə idi.. Bu qərarla bağlı nə deyə bilərsiz?
- Burda iki insanın taleyindən söhbət gedir. Həm klub, həm də şəxsən mən baş məşqçi olaraq İntizam Komitəsinin qərarına hörmətlə yanaşıram. Ancaq mənim transfer siyahımda Mirhüseynin adı olmayıb. Nizami ilə danışıqlarımız olmuşdu və kubokun 1/4 final oyunlarından sonra müqavilə hüquqi müstəvidə həllini tapmalıydı. Niyə belə olduğunu bilmirəm və bu artıq bizim müzakirə edəcəyimiz məsələ deyil. İstərdik ki, haqq-ədalət yerini tapsın.
- "Keşlə"nin yaydığı bəyanatda 5-6 oyunun adı çəkilirdi. Sonda məhz sizinlə oyunun üzərində dayanıldı. Mirhüseyn “Neftçi” ilə matçda qəsdən zəif çıxış etdiyini boynuna alıb. Oyun zamanı belə bir şey hiss etdiz?
- Oğru elə bilir ki, hamı oğrudu. Həyatım boyunca heç kimi belə bir şeylə ittiham edə, üstünə şər ata bilmərəm. Həmişə öz oyunumuza baxıram. Rəqibdə nə baş verdiyi mənim marağımda deyil. Bu məsələ ilə hüquq-mühafizə orqanları məşğul olsun, İntizam Komitəsi bunu ədalətli şəkildə araşdırsın. Kim niyə oynamayaıb və səbəbinin nə olduğunu bilmirəm. Bu gün "Neftçi"yə gəlmək istəyən çox futbolçu var. Elə futbolçular var ki, müzakirələr aparırıq. Amma bu o demək deyil ki, bu futbolçular “Neftçi”yə keçəcək, bizimlə oyunda zəif çıxış edəcəklər. Niyə bu məsələdə "Neftçi"nin adının hallandığını anlamıram.
- Kubok matçında 3 qol vuran Seqoviyanı meydana buraxmaq olmazdı?
- Elə "Zaqatala" ilə kubok matçında Daniel zədələndi və 3 həftə oynaya bilməyəcək.
- Mirabdullanın 10 dəqiqə sərgilədiyi oyun Barqasın 80 dəqiqədəki çıxışından daha effektli idi. Ona daha çox şans verməyə sizə nə mane olur?
- Mənə heç nə mane olmur. Futbola siz başqa prizmadan baxırsız, mən başqa. Mirabdulla 30-35 dəqiqəlik futbolçudu. O fiziki cəhətdən tam hazır deyil. Uzun müddət zədəli olub. Mən kluba gələndə də onun zədəsi var idi. Futbolçu elədi ki, bir oyun alına bilər, bir oyun alınmaya bilər. Biz də hər şeyi ölçüb-biçib qərar veririk. "Qarabağ" elə komandadı ki, onun müdafiə xəttini təzyiqdə saxlamaq üçün təcrübəli hücumçuya ehtiyac var.
Ardınca “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlər önünə çıxdı. O da əvvəlcə oyun haqda düşüncələrini dilə gətirdi:
- Çox vacib 3 xal qazandıq. Topla yaxşı davranan rəqibə qarşı oynadıq. Biz də buna görə çalışdıq ki, topla daha çox rəftar edək. Düşünürəm ki, maraqlı oyun oldu. Futbolçularımı təbrik edirəm və Tərlan Əhmədova uğurlar arzulayıram.
- Baş verən son hadisələrə - iki futbolçunun ömürlük bu idman növündən uzaqlaşdırılmasına millinin baş məşqçisi kimi münasibətiniz necədi?
- Kənardan baxanda bizə asan gələ bilər. Hansısa klubun işinə qarışmaq da düzgün çıxmaz. Hamımıza vaxt lazımdı. Ola bilər ki, hamımız çılğın reaksiya verə bilərik. Heç nədən xəbərimiz yoxdu, yalnız yazılanları bilirik. Mənim açıqlama verməyim məntiqsiz olar. Bizim futbolda belə şeylərin olması yaxşı hal deyil. Bundan əvvəl də UEFA-dan "danışılmış oyunlar"la bağlı xəbərdarlıq gəlirdi. Belə bir şey varsa, mütləq yığışdırılmalıdı. Ancaq indiki halda həm o futbolçular, həm də “Neftçi” və “Keşlə” haqda fikir bildirmək düzgün olmaz. Hər halda, bu bizim futbola antipatiya yarada bilər.
- Düşünmürsünüz ki, bu kimi hallar “Qarabağ”ın ÇL-də qazandığı hörmətə kölgə salır?
- İnanmıram ki, bu bizim adımıza ləkə olar. "Danışılmış oyunlar"la bağlı yazılanlar təkcə bizdə yaşanmır. İtaliyadakı məlum haidəsələr hər kəsin yadındadı. İnsanın da zəif yerləri var, bəzən özünü saxlaya bilmir, çaşır.
- "Roma" ilə oyunla bağlı iki sualım var. Ansi Aqolli oynaya biləcək?
- O, “Roma” ilə oyunda çıxış etməyəcək. Ümumiyyətlə, Aqolli üçün il başa çatıb.
- Bədavi zədəlidi, Rəşad cəzalıdı. Müdafiənin mərkəzində Elvin olacaq, yoxsa başqa bir sürpriz gözlənilir?
- Xeyr, sürpriz gözlənilmir. Çox güman, müdafiənin mərkəzində Yunuszadə oynayacaq. Amma oyuna kimi vaxt var. Rəqibin hücumçuları da ucaboydu. Bu üzdən Elvinin üzərində dayanmağımız doğru olar. Təcrübəsi var, həm də istəklidi.
- Son 20-25 dəqiqədə nəzarəti əldən verdiz. Bu, xüsusi tapşırıq idi?
- Düz qeyd etdiz. Ancaq ciddi şəkildə oyuna nəzarəti əldən vermədik. Sadəcə, bir neçə top itkisi oldu. Bu baxımdan bir az çətinlik oldu. Məğlub durumda olan hər komanda hücuma atılır. Ona görə də Coşqunu meydana buraxdım.
- Mahir Mədətovun xarici klubların diqqətində olması haqda nə deyə bilərsiz?
- Məncə, bu sualı onun atasına verin. Məndə belə məlumat yoxdu. Kluba, mənə və ya menecerinə hansısa təklif olmayıb.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:02 Azərbaycan “Qran-pri”si ilin yarışı seçildi Dünən, 18:00 Rəhimovadan ÇL-ə möhtəşəm dönüş Dünən, 17:59 Blitsdə fiasko yaşadılar Dünən, 17:58 “Azərreyl” işini çətinə saldı Dünən, 17:56 Mirhüseynlə Ağakişi apellyasiya şikayəti verib Dünən, 17:55 Musa Qurbanov “Zaqatala”da qalmaq istəmir Dünən, 17:53 “Qarabağ”a “Azərsun”dan başqa sponsorluq etmək istəyən olmayıb Dünən, 17:50 “Həm uşaq futbolu, həm də klublarda infrastrukturla bağlı problemlər var” Dünən, 17:46 “Qəbələ”də ciddi dəyişikliklər gözlənilmir Dünən, 17:44 Klublar Komitəsinin yeni sədri Orxan Hüseynzadə oldu Dünən, 17:43 Klublar Komitəsindən dəstək bəyanatı Dünən, 17:41 İlk yarımfinalçılar kim olacaq? Dünən, 17:39 Qurban Qurbanov “Çelsi”ni seçməsinin səbəbini açıqladı Dünən, 17:36 İAM ilə BOS-da yekun vurdu Dünən, 17:35 Cərimələr 50 mini ötdü Dünən, 17:34 Qurbanov "Çelsi"ni, Sadıqov "Roma"nı, Rəhmanov "Levski"ni seçdi Dünən, 17:30 Region Liqasının ilk turu şimallı azarkeşləri 20 il əvvələ qaytaracaq Dünən, 17:29 “Biz milyonçu çempionatın kasıb övladlarıyıq” Dünən, 17:26 "Araz" oynamadı, "Marafon” fərqi minimuma endirdi Dünən, 17:25 Rəşad Sadıqov U-19-dan ayrılacaq Dünən, 17:23 Rauf Əliyevdən növbəti qol, Nazarov ən yaxşı oldu 13-12-2017, 23:46 “Kəpəz” azarkeşlərinin səbr kasası dolub 13-12-2017, 23:42 Aydın Əliyev sovet jurnalistikasını daha güclü sayır 13-12-2017, 22:44 “Neftçi” Lorentsonu yenə U-12-də oynatdı 13-12-2017, 22:42 Ndlovuyla Şehiç “Qarabağ”ı tərk edə bilər 13-12-2017, 22:41 Rəşad Sadıqov U-21-i çalışdırmağa razılıq verdi 13-12-2017, 22:39 Qurban Qurbanovun yığması Gürcüstanla qarşılaşacaq 13-12-2017, 22:38 AFFA xəbərimizi təsdiqlədi 13-12-2017, 21:57 Yenilməz “qış çempionu” 13-12-2017, 21:56 Divizionda şübhəli oyunların dosyesi 13-12-2017, 21:55 Eddi İsrafilov 49 günlük həsrətə son qoydu 13-12-2017, 21:53 Samir Həmzəyev: “Onların çıxışını sürpriz saymaq olar” 13-12-2017, 21:51 “Qarabağ” ikinci yarıda özünə gəldi 13-12-2017, 21:49 Lider yenə dəyişdi 13-12-2017, 21:48 “Qəbələ” “sürüşkən” hesabla qalib gəldi 11-12-2017, 23:56 Emin Abbasov “Şüvəlan”ı “Xəzər”ə dəyişdi 11-12-2017, 23:54 Qurban Qurbanov milli üçün prinsiplərini açıqladı 11-12-2017, 23:52 Qurban Qurbanov 8-ci dəfə ilin məşqçisi seçildi 11-12-2017, 23:51 Dekabrın 13-də Region Liqasının püşkü atılacaq 11-12-2017, 19:07 “Zirə” yenə “Neftçi”ni cəzalandırdı 11-12-2017, 19:05 Arazdan öldürücü zərbə, Rüfətdən het-trik 11-12-2017, 19:00 “Qarabağ”la “Qəbələ” cütün taleyini bu gün həll edə bilər 11-12-2017, 18:59 “Keşlə” “Kəpəz”i evə əliboş göndərdi 11-12-2017, 18:40 Balakəndə futzal turniri keçiriib 11-12-2017, 18:39 Ölkə çempionu ilk dövrənin lideridi 11-12-2017, 18:38 Alim Rotterdamda fərqləndi 11-12-2017, 18:37 Qayıbovun kadrı onun xələfi oldu 11-12-2017, 18:36 Cüdoçular Sumqayıtda yarışdı 11-12-2017, 18:34 Tofiq Heydərov baş məşqçi vəzifəsindən istefa verdi 11-12-2017, 18:33 “Sumqayıt”ın qış planına aydınlıq gəldi 11-12-2017, 18:30 Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı 11-12-2017, 18:26 “İmarət” 2017-yə möhtəşəm tədbirlə yekun vurdu 11-12-2017, 18:23 Fəhmin “Neftçi”ni “Səbail”ə dəyişir 10-12-2017, 21:35 Yığmanın məşqçisi qadın güləşinin problemlərindən danışdı 10-12-2017, 21:29 Gəncənin isra başçısının foto müəmması 10-12-2017, 21:11 Çempionlar Liqası bizə nə qazandırdı? 10-12-2017, 21:09 Bakıda A qrupunun oyunlarını reallaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar