Yazarlar

Reportaj
1 2 3 4 5 6 7 8

KIVDF


Məzənnə
Sorğu
2017-cı ilin ən yaxşı futbolçusu kimdir?
Araz Abdullayev
Bədavi Hüseynov
Əfran İsmayılov
Qara Qarayev
Mahir Mədətov
Rauf Əliyev
Rəşad Sadıqov
Riçard Almeyda
Ruslan Qurbanov
Təmkin Xəlilzadə

Bugünkü qəzet
Təqvim
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
27 noy 22:14liqa, reportaj

Samirlərin duelində qalib müəyyənləşmədi

Samirlərin duelində qalib müəyyənləşmədi
Heç-heçəyə pul “atan” oğlan “əla Balayev, səni sevirəm” dedi...
51. Sumqayıt – Səbail 0:0

1. Fərhad Vəliyev – 5,0
19. Azər Salahlı – 5,0
2. Rail Məlikov – 5,0
3. Vurğun Hüseynov (k) – 4,5
13. Bəhlul Mustafazadə - 5,0
18. Tural Axundov – 5,0
32. Rəşad Eyyubov – 5,0
6. Kamal Mirzəyev – 5,0
9. Amil Yunanov – 4,5
10. Cavid İmamverdiyev – 5,5
90 Ramil Həsənov – 4,0
(11. Ehtiram Şahverdiyev, 51) – 4,0
Ehtiyat oyunçular
23. Mehdi Cənnətov
17. Fərid Kərimzadə
20. Rüfət Abdullazadə
28. Səbuhi Abdullazadə
39. Tural Bayramlı
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Cavid İmamverdiyev
1. Emil Balayev – 5,0
26. Kamal Qurbanov – 5,0
3. Tamazi Tsetsxladze – 5,5
99. Maudo Jarjue – 5,0
23. Ayron Stati – 5,0
6. Murad Ağayev – 4,5
11. Elman Taqayev – 4,5
(4. Amit Quluzadə, 77) – qiymətsiz
88. Orxan Qurbanlı – 4,5
(14. Yamin Ağakərimzadə, 68) – 4,0
66. Pərviz Qaraxanov – 5,5
(77. Təyyar Məmmədov, 90+1) – qiymətsiz
17. Vüqar Nadirov (k) – 5,0
18. Aleksandru-Adrian Popoviçi – 5,0
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
9. Raul Yaqubzadə
13. Murad Musayev
69. Renan Telyes
98. Kamran Əliyev
Baş məşqçi: Samir Əliyev
Komandanın ən yaxşısı: Pərviz Qaraxanov
Vərəqlər: M.Ağayev, 68 (qeyri-idman hərəkəti). T.Axundov, 70 (qeyri-idman hərəkəti). T.Tsetsxladze, 82 (qeyri-idman hərəkəti). V.Hüseynov, 83 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RƏHİM HƏSƏNOV, İsgəndər Əliyev, Elşad Abdullayev (hamısı Bakı), Rəvan Həmzəzadə (Şəki).
Hakim-inspektor: Vüsal Əliyev (Bakı).
AFFA nümayəndəsi: Rauf Hüseynli (Bakı).
26 noyabr. Sumqayıt. Kapital Bank Arena. 1326 tamaşaçı (1326 yerlik).
Yalnız ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Nəhs turun ilk oyun günündə “Sumqayıt”ın turnir cədvəlində ən yaxın izləyicisi “Neftçi”nin 3 xal qazanması və “kimyaçılar”ı qabaqlayaraq 4-cü pilləyə yüksəlməsi Samir Abasovu narahat etməyə bilməzdi. Bu üzdən cari mövsümdə qarşısına avrokuboklara vəsiqə qazanmaq vəzifəsi qoyulan “kimyaçılar” debütüntla matça qələbə əzmi ilə çıxmışdı. Onu da qeyd edək ki, “ağ-göylər”in əsas heyət üzvlərindən üçü – Bəxtiyar Həsənalızadə, Vüqar Bəybalayev və Xəyal Nəcəfov cəza səbəbindən oyunu buraxmaq məcburiyyətində idi. Xüsusilə Bəxtiyarla Xəyalın yoxluğu məşqçilər korpusunu qayğılandırırdı. Elə qonaqlar da Sumqayıta itki ilə gəlmişdi. “Şirlər”in kapitanı Eltun Yaqublu sarı vərəqə limitini aşdığından oyunu tribunadan izləməli idi.
Bəlkə də hər iki komandanın heyətində itkilər olduğundan ilk dəqiqələr sakit keçdi. Tribunalara toplaşan azarkeşlər, hər klubun rəsmiləri ilk 20 dəqiqədə darıxdırıcı, məzmunsuz oyuna şahidlik etməli oldular. Əsasən mərkəzdə gedən mübarizədə istər meydan sahibləri, istərsə də qonaqlar çoxsaylı top itkiləri ilə yadda qalır, ardıcıl 3 ötürməni belə normal verə bilmirdilər. 25-ci dəqiqədə, nəhayət, “kimyaçılar” azarkeşlərini həyəcanlandırmağı bacardı. Yunanovun sağ cinahdan qapı önünə paralel ötürməsini Cavid təxminən 7 metrdən qapının üstündən vurdu. 1 dəqiqə sonra, bu dəfə sol cinahdan cərimə meydançasına İmamverdiyev oxşar ötrümə etsə də, Yunanovun zərbəsi dəqiq alınmadı. Top cüzi fərqlə dirəyin yanından keçdi. Onu da qeyd edək ki, məlum itkilər fonunda Samir Abasov debütantla matçda Amili yarımmüdafiənin solunda oynatmağı lazım bilmişdi. Hücumun sivri ucunda isə Ramil Həsənov qərarlaşmışdı ki, bu da o qədər effektli olmadı. Cari mövsümdə ilk dəfə əsas heyətdə mübarizəyə qoşulan Həsənov meydanda olduğu müddətdə “kimyaçılar” sanki azlıqda oynayırdı. Ümumi ansambldan ayrı düşən ucaboy forvard bir daha göstərdi ki, premyer-liqada oynamağa hazır deyil. Qonaqlar isə ilk yarıda daha çox qapılarının toxunulmaz qalmasına çalışırdı.
Fasilədən sonra meydan sahiblərinin təzyiqi artıracağı gözlənilsə də, əksi baş verdi. Samir Əliyevin yetirmələri ikinci hissəyə daha fəal başladı. Popoviçi, Qaraxanov tez-tez Vəlievin qapısı önündə görünür, “ağ-göylər”in müdafiəçilərinə həyəcanlı anlar yaşadırdılar. 56-cı dəqiqədə rumın forvard topu havada “tutub” bir toxunuşla onu “çərçivə”yə göndərsə də, təcrübəli Fərhad barmaqlarının ucu ilə topu kornerə çıxarmağı bacardı. İki dəqiqə sonra Pərviz diqqət mərkəzinə düşdü. Onun cərimə meydançasının yaxınlığından zərbəsi cüzi fərqlə tirin üstündən keçdi. Ardıcıl iki real qol şansını boşa verən qonaqlar az sonra meydanın mərkəzinə dəvət oluna bilərdilər. Lakin Yunanov İmamverdiyevin ideal ötürməsini boşa verməklə yadda qaldı. Amil ləng davranıb vaxt itirməsəydi, Balayev topu tordan çıxarmaq məcburiyyətində qalacaqdı. Ancaq azərbaycanlı forvardların əbədi çatışmazlığı - topa bir neçə toxunuş etmək – Yunanovun adını tabloya yazdırmasına imkan vermədi. Son 10 dəqiqədə azarkeşlər hər iki komandanın ifasında açıq futbola şahidlik etdilər. Lakin bütün cəhdlərə baxmayaraq, tablodakı sıfırlar dəyişmədi. Yeri gəlmişkən onu da qeyd edək ki, 86-cı dəqiqədə “Sumqayıt” azlıqda qalmalıydı. Rəqibi əks-hücumda yaxalayıb Fərhadla duelə yollanan Popoviçini bu matçda heç də pis təsir bağışlamayan Bəhlul açıq-aşkar əllə tutub saxlasa da, baş hakimin fiti susdu.
Reaksiyalar
Samir Abasov: “Nəticə ürəyimcə olmadı. Bəlkə də həddən artıq udmaq istəyimiz belə nəticəyə gətirib çıxardı. Bu cür qarşılaşmada uda da, məyus da ola bilərdik. Bilmirəm uduzmamağımıza görə sevinim, yoxsa 3 xalı əldən verdiyimizə görə təəssüflənim. Çünki bizim kimi, rəqibin də yetərincə qol imkanı oldu. Amil Yunanovun son vaxtlar oyunu alınmır. Bilmirəm nədəndi... Bəlkə də qarşısına bombardir olmaq məqsədi qoyub və bu səbəbdən “yanır”. Son 2 qarşılaşmada 6 real qol imkanını qaçırdı. Qış fasiləsində soyuq başla təhlillər aparıb qərar verəcəyik. Bu gün Ramil Həsənovu məcburiyyətdən meydana buraxmışdıq. Çünki 3 futbolçumuz cəza səbəbindən meydana çıxa bilmədi. O ki qaldı Ehtiram Şahverdiyevə, o da komandaya istənilən kimi fayda vermədi. İki əlverişli fürsəti qaçıran, o cür ötürmələri dəyərləndirə bilməyən futbolçu barədə xoş söz deyə bilmərəm. Bu gün tələsmədən sakit oyuna üstünlük verməliydik. İlk yarıda məşqlərdə etdiyimizi həyata keçirə biləsydik, nəticə fərli olardı. Qol vəziyyətlərindən yararlanmamaq məni narahat edir. PRO kateqoriyası çərçivəsində Madrid “Atletiko”sunun düşərgəsinə yollanacağım hələ dəqiqləşməyib. Bu komandanın sərgilədiyi oyunu bəyənirən. İlk növbədə "Atletiko" razılıq verməlidi. Klubumuz da əlindən gələni edir ki, ən yaxşı klublardan birinə gedim”.
Samir Əliyev: “Çox yaxşı, mütəşəkkil komandaya qarşı oynadıq. Bu matçı uda da bilərdik, uduza da. Futbolçularımızın əzmkarlığından razıyıq. Səfərdə"Sumqayıt"dan xal almaq yaxşı nəticədi. Rəhim Həsənovun idarəçiliyinə Hakimlər Komitəsinin sədri qiymət verməlidi. Hakimin bilərəkdən və ya bilməyərəkdən belə etdiyini demək çətindi. Oyun vaxtı əsəbi görünməyim normaldı. Bu cür qarşılaşmalarda bəzən emosiyalara hakim olmaq mümkün olmur. Taqayevin əvəzlənməsi hələ optimal formada olmaması ilə bağlıdı.Məncə, zədədən sonra hələ tam hazır deyil. Meydana buraxırıq ki, oyundan-oyuna qaydasına düşsün".

Gözdən qaçmadı
* Sumqayıtın soyuq və küləkli havası, deyəsən, “Səbail”in afrikalı, daha dəqiq desək, qvineyalı legioneri Maudo Jarjueyə pis təsir etmişdi. Matçda yararnan kiçik fasilələrdə o biri futbolçular ehtiyat oyunçular skamyasına yaxınlaşıb su içib, məşqçilər korpusundan göstərişlər alsa da, o dayanmadan isinmə hərəkətləri edir, bədənini qızışdırmağa çalışırdı.
* Matç başlayandan media tribunasının yaxınlığında əyləşən bir gənc yanında oturan xanım dostuna oyunun qosuz heç-heçə ilə başa çatacağını və buna “Topaz”da pul qoyuluşu etdiyini söyləyirdi. Hər dəfə qapılar önündə təhlükəli vəziyyət yaşananda gənc topun qapı xəttini keçməməsi üçün dua edirdi. Matçın sonlarına yaxın Emil Balayev növbəti dəfə komandasını real qoldan xilas edincə, mərc həvəskarı “əla Balayev, səni sevirəm” söylədi ki, bu da yanındakı xanımın təəccübünə səbəb oldu. O yanındakı oğlana acıqla “Balayev kimdi? Bəs deyirdin səni sevirəm” sualını verdi. Pərt olan gənc bir qədər fasilə verərək “Balayevi futbolçu kimi sevirəm. Sən isə mənim ürəyimsən” deyib birtəhər vəziyyətdən çıxdı.
* Oyundan sonra 4-cü hakim Rəvan Həmzəzadə “Sumqayıt”ın mətbuat katibi Rəşad Məmmədova yaxınlaşaraq, oyunu nə qədər azarkeşin izlədiyini soruşdu. Rəşad bəy trubunanın tam dolduğunu bildirincə, 4-cü hakim “yüz faiz? Deyəsən, boş yerlər var idi axı” söylədi. Rəşad bəy hələ ayaqüstə də oyunu izləyənlərin olduğunu bildirincə Həmzəzadə “yaxşı, sənin xətrinə 1326 yazıram” deyib, protokola qeydlərini əlavə etdi.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:02 Azərbaycan “Qran-pri”si ilin yarışı seçildi Dünən, 18:00 Rəhimovadan ÇL-ə möhtəşəm dönüş Dünən, 17:59 Blitsdə fiasko yaşadılar Dünən, 17:58 “Azərreyl” işini çətinə saldı Dünən, 17:56 Mirhüseynlə Ağakişi apellyasiya şikayəti verib Dünən, 17:55 Musa Qurbanov “Zaqatala”da qalmaq istəmir Dünən, 17:53 “Qarabağ”a “Azərsun”dan başqa sponsorluq etmək istəyən olmayıb Dünən, 17:50 “Həm uşaq futbolu, həm də klublarda infrastrukturla bağlı problemlər var” Dünən, 17:46 “Qəbələ”də ciddi dəyişikliklər gözlənilmir Dünən, 17:44 Klublar Komitəsinin yeni sədri Orxan Hüseynzadə oldu Dünən, 17:43 Klublar Komitəsindən dəstək bəyanatı Dünən, 17:41 İlk yarımfinalçılar kim olacaq? Dünən, 17:39 Qurban Qurbanov “Çelsi”ni seçməsinin səbəbini açıqladı Dünən, 17:36 İAM ilə BOS-da yekun vurdu Dünən, 17:35 Cərimələr 50 mini ötdü Dünən, 17:34 Qurbanov "Çelsi"ni, Sadıqov "Roma"nı, Rəhmanov "Levski"ni seçdi Dünən, 17:30 Region Liqasının ilk turu şimallı azarkeşləri 20 il əvvələ qaytaracaq Dünən, 17:29 “Biz milyonçu çempionatın kasıb övladlarıyıq” Dünən, 17:26 "Araz" oynamadı, "Marafon” fərqi minimuma endirdi Dünən, 17:25 Rəşad Sadıqov U-19-dan ayrılacaq Dünən, 17:23 Rauf Əliyevdən növbəti qol, Nazarov ən yaxşı oldu 13-12-2017, 23:46 “Kəpəz” azarkeşlərinin səbr kasası dolub 13-12-2017, 23:42 Aydın Əliyev sovet jurnalistikasını daha güclü sayır 13-12-2017, 22:44 “Neftçi” Lorentsonu yenə U-12-də oynatdı 13-12-2017, 22:42 Ndlovuyla Şehiç “Qarabağ”ı tərk edə bilər 13-12-2017, 22:41 Rəşad Sadıqov U-21-i çalışdırmağa razılıq verdi 13-12-2017, 22:39 Qurban Qurbanovun yığması Gürcüstanla qarşılaşacaq 13-12-2017, 22:38 AFFA xəbərimizi təsdiqlədi 13-12-2017, 21:57 Yenilməz “qış çempionu” 13-12-2017, 21:56 Divizionda şübhəli oyunların dosyesi 13-12-2017, 21:55 Eddi İsrafilov 49 günlük həsrətə son qoydu 13-12-2017, 21:53 Samir Həmzəyev: “Onların çıxışını sürpriz saymaq olar” 13-12-2017, 21:51 “Qarabağ” ikinci yarıda özünə gəldi 13-12-2017, 21:49 Lider yenə dəyişdi 13-12-2017, 21:48 “Qəbələ” “sürüşkən” hesabla qalib gəldi 11-12-2017, 23:56 Emin Abbasov “Şüvəlan”ı “Xəzər”ə dəyişdi 11-12-2017, 23:54 Qurban Qurbanov milli üçün prinsiplərini açıqladı 11-12-2017, 23:52 Qurban Qurbanov 8-ci dəfə ilin məşqçisi seçildi 11-12-2017, 23:51 Dekabrın 13-də Region Liqasının püşkü atılacaq 11-12-2017, 19:07 “Zirə” yenə “Neftçi”ni cəzalandırdı 11-12-2017, 19:05 Arazdan öldürücü zərbə, Rüfətdən het-trik 11-12-2017, 19:00 “Qarabağ”la “Qəbələ” cütün taleyini bu gün həll edə bilər 11-12-2017, 18:59 “Keşlə” “Kəpəz”i evə əliboş göndərdi 11-12-2017, 18:40 Balakəndə futzal turniri keçiriib 11-12-2017, 18:39 Ölkə çempionu ilk dövrənin lideridi 11-12-2017, 18:38 Alim Rotterdamda fərqləndi 11-12-2017, 18:37 Qayıbovun kadrı onun xələfi oldu 11-12-2017, 18:36 Cüdoçular Sumqayıtda yarışdı 11-12-2017, 18:34 Tofiq Heydərov baş məşqçi vəzifəsindən istefa verdi 11-12-2017, 18:33 “Sumqayıt”ın qış planına aydınlıq gəldi 11-12-2017, 18:30 Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı 11-12-2017, 18:26 “İmarət” 2017-yə möhtəşəm tədbirlə yekun vurdu 11-12-2017, 18:23 Fəhmin “Neftçi”ni “Səbail”ə dəyişir 10-12-2017, 21:35 Yığmanın məşqçisi qadın güləşinin problemlərindən danışdı 10-12-2017, 21:29 Gəncənin isra başçısının foto müəmması 10-12-2017, 21:11 Çempionlar Liqası bizə nə qazandırdı? 10-12-2017, 21:09 Bakıda A qrupunun oyunlarını reallaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar