Yazarlar

Reportaj
1 2 3 4 5 6 7 8

KIVDF


Məzənnə
Sorğu
2017-cı ilin ən yaxşı futbolçusu kimdir?
Araz Abdullayev
Bədavi Hüseynov
Əfran İsmayılov
Qara Qarayev
Mahir Mədətov
Rauf Əliyev
Rəşad Sadıqov
Riçard Almeyda
Ruslan Qurbanov
Təmkin Xəlilzadə

Bugünkü qəzet
Təqvim
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
27 noy 22:00liqa, reportaj

"Zirə" "Qarabağ"dan üstün oynasa da, uduzdu

"Zirə" "Qarabağ"dan üstün oynasa da, uduzdu
Ayxan Abbasov: “İki ofsayd qərarında səhvə yol verdilər”
52. Zirə – Qarabağ (Ağdam) 2:3 (0:2)

85. Kamal Bayramov (k) - 5,0
74. Yusif Nəbiyev - 3,5
(38. İlkin Muradov, 24) - 5,0
5. Adil Nağıyev - 4,5
23. Yovan Krneta - 4,5
3. Jozef Bum - 4,5
4. Vüqar Mustafayev - 5,0
8. Milan Duriç - 5,0
28. Təmkin Xəlilzadə - 5,5
(9. David Manqa, 76) - qiymətsiz
11. Viktor İbokoyi - 4,5
(17.Vüsal İsgəndərli, 46) - 5,5
7. Sadio Tounkara - 5,5
43. Riçard Qadze - 6,0
Ehtiyat oyunçular
62. Abdulla Seyidəhmədov
13. Aleksandr Şemonayev
19. Elgün Nəbiyev
21. Murad Səttarlı
39. Sadiq Quliyev
57. Kənan Zülfüqarov
87. Müşfiq İlyasov
99. Nicat Qurbanov
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Riçard Qadze

12. Şahruddin Məhəmmədəliyev - 6,0
25. Ansi Aqolli - 5,0
5. Maksim Medvedev - 5,0
52. Yakub Jezniçak - 5,0
14. Rəşad Sadıqov (k) - 4,5
20. Riçard Almeyda - 6,5
(91. Coşqun Diniyev, 70) - 4,5
2. Qara Qarayev - 5,0
8. Miçel - 5,0
11. Mahir Mədətov - 5,5
99. Dani Kintana - 5,5
(10. Pedro Enrike, 64) - 4,0
9. Dino Ndlovu - 5,5
(32. Elvin Yunuszadə, 80) - qiymətsiz
Ehtiyat oyunçular
1. Anton Kanibolotski
7. Rahid Əmirquliyev
21. Arif Daşdəmirov
22. Əfran İsmayılov
30. Abbas Hüseynov
44. Ağabala Ramazanov
70. Nicat Süleymanov
77. Vild-Donald Gerye
90. Ramil Şeydayev
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Riçard Almeyda
Qollar: R.Almeyda, 22 (0:1, M.Mədətov). D.Ndlovu, 26 (0:2, R.Almeyda). V.İsgəndərli, 51 (1:2, R.Qadze). M.Mədətov, 63 (1:3, D.Kintana). R.Qadze, 68 (2:3).
Vərəqələr: M.Mədətov, 48 (qeyri-idman hərəkəti). R.Almeyda, 67 (qeyri-idman hərəkəti). T.Xəlilzadə, 69 (qeyri-idman hərəkəti). Y.Jezniçak, 76 (qeyri-idman hərəkəti). Ş.Məhəmmədəliyev, 90+4 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: FARİZ YUSİFOV, Azər Əsgərov, Nahid Əliyev, Orxan Məmmədov (hamısı Bakı).
Hakim-inspektor: Məlik Həsənov (Bakı).
AFFA nümayəndəsi: Şaiq Həmidov (Bakı).
26 noyabr. Zirə. İdman Kompleksinin stadionu. 1200 tamaşaçı (1512 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,5.
Turun mərkəzi oyununun əhəmiyyəti “Qəbələ”nin Gəncədə darmadağınla əldə etdiyi 3 xaldan sonra birəbeş artmışdı. Nə “Qarabağ”a, nə də “Zirə”yə heç-heçə sərf edirdi, o ki qalmışdı məğlubiyyət. Odu ki, son iki dueldə qolsuz bərabərliyə üstünlük verən tərəflərin budəfəki qarşılaşması güzəştsiz mübarizə vəd edirdi.
Bəribaşdan qeyd edək ki, qol vəziyyətləri ilə zəngin və amansız mübarizə şəraitində keçən oyun izləyənlərə zövq verdi. İlk təhlükəli vəziyyət "Zirə"nin qapısı qarşısında yaşandı. Ndlovu çinah ötürməsini arxası qapıya tərəf qəbul edib çevrildi və zərbə endirdi. Di gəl ki, vuruşu qeyri-dəqiq oldu. Meydan sahiblərinin cavab həmləsi daha təhlükəli alındı. Qadze mərkəzdə topa sahib olub "Qarabağ"ın cərimə meydançasına qədər irəlilədi və reydini yaxın küncə ünvanlanan zərbə ilə tamamladı. Şahruddin sayıqlığı əldən verməyib Rəşadın da köməyi ilə ikinci cəhddə topa sahib çıxdı.
20-ci dəqiqədə "Zirə" standart vəziyyətdən sonra qola yaxın oldu. Duriçin qapı qarşısına ötürməsini Krneta tora qovuşdurmağa borclu idi. Növbəti hücumda "Qarabağ" hesabı açdı. Yusif geriyə ötürmə edərkən kobud səhvə yol verdi. Müdafiəçinin nəzarətində olan Mahir fərqlənə bilməsə də, topu Riçarda ötürə bildi. Almeydanın vuruşu Kamala dəyib qapıya daxil oldu. Bumun cəhdi faydasız oldu, Fariz Yusifov köməkçisi Azər Əsgərovun işarəsi ilə topun xətti keçdiyini işarə edib mərkəzi göstərdi.
Bir qədər sonra - 24-cü dəqiqədə Tounkaranın zərbəsi yaddaqalan oldu. Əvəzində yenə "Qarabağ" fərqləndi. 26-cı dəqiqədə Almeydanın uzun ötürməsi ilə qapıçıyla üzbəüz qalan Ndlovu şansını boşa vermədi. Yetərincə baxımlı alınan ilk yarının sonuncu dəqiqəsində "Zirə" yüzfaizlik imkandan yararlana bilmədi. Qadze təkbətəkdə Şahruddinə uduzdu.
"Zirə" ikinci yarıya qolla başladı. 51-ci dəqiqədə Təmkin müdafiədən uzun ötürmə ilə soldan Qadzeni irəli çıxardı. Hücumçu bir qədər irəlilədi və mərkəzdən dəstək verən, Ayxan Abbasovun məhz ikinci yarının startından oyuna qoşduğu Vüsal İsgəndərlini gördü. Gənc hücumçunun qüvvətli zərbəsi yolüstü Rəşad Sadıqova dəyib tora daxil oldu. Ümumiyyətlə, meydan sahiblərinin özlərinə xas ölümcül əks-hücum taktikası fasilədən sonra saat kimi işləməyə başlamışdı. Ancaq müdafiə 63-cü dəqiqədə boşluq yaratdı. Kintananın ötürməsini Mahir qola çevirdi - 1:3. Ağdamlıların ikitopluq üstünlüyü cəmi 5 dəqiqə davam etdi. Müdafiədən irəli göndərilən top uğrunda hava mübarizəsi zamanı Sadıqovun başından gələn "hədiyyə"ni Qadze məmnunluqla qəbul etdi. Qapıçıyla təkbətəkdən maksimum yararlanan forvard komandasını ümidləndirdi. Bu dəqiqələrdə meydanda amansız mübarizə gedirdi. Komandalar, belə desək, müdafiəsiz oynayırdı. Hissənin ortalarında "Zirə"nin iki həmləsini hakim ofsayd işarəsiylə dayandırdı. Halbuki ikisində də Qadze qapıçı ilə üzbəüz qalmışdı. 84-cü dəqiqədə isə hücumçu Şahruddinlə növbəti dueldən yararlana bilmədi və ikili toqquşaraq zədələndi. 88-ci dəqiqədə Duriçin qapı qarşısına asmasını Vüsal başla "çərçivə”yə ünvanlasa da, Şahruddin yaxın məsafədən vurulan zərbəyə əla reaksiya göstərdi. Qurbanovun Ndlovunu əvəzləməsi və zədəli Ansinin hücuma keçməsindən sonra "Qarabağ"da, ümumiyyətlə, heç nə alınmadı. Ancaq aramsız hücumlara baxmayaraq, "Zirə" yenilgidən qaça bilmədi.

Gözdən qaçmadı
* Qurban Qurbanovun “Zirə” ilə görüşdə “çərçivə”ni Kanibolotskiyə etibar edəcəyi proqnozlaşdırılırdı. Şehiç İntizam Komitəsi tərəfindən 3 oyunluq cəzalandırılandan sonra təcrübəli mütəxəssisin ukraynalının xeyrinə seçim edəcəyi gözlənilirdi. Ancaq Qurbanov bu dəfə də onu ehtiyatda saxlayıb, Şahruddin Məhəmmədəliyevə şans vermişdi.
* Hesabda 0:2 geri düşəndən sonra Ayxan Abbasov Yisifi əvəzlədi. Belə baxanda, ilk qolda səhvinin olduğunu nəzərə alıb bu dəyişikliyi normal qəbul etmək olar. Ancaq bir məqam diqqətimizdən yayınmadı. Yusif əvəzlənməmişdən əvvəl yan xəttin yaxınlığında kobudluğa məruz qalarkən butsının korlandığına işarə etdi və ehtiyat ayaqqabı istədi. Hakim isə ondan kənarda gözləməyi tələb etdi. Çox çəkmədən İlkin Muradov meydana çıxdı.

Reaksiyalar
Qurban Qurbanov: “Çətin və maraqlı oyun oldu. Son vaxtlar çempionatın ən gərgin oyunlarından biri idi. Futbolçularımı təbrik edirəm. İki fərqli hissə izlədik. Oyunçular sona kimi mübarizə apardılar. Bəzi komponentlərdə oyunumuz alınsmasa da, sonda qələbə qazana bildik. Ayxan Abbasovu da yaxşı komanda yaratdığına görə təbrik edirəm. Ansi Aqollinin zədəsi ciddi deyil. Ancaq vəziyyətinə sabah aydınlıq gələcək. Riçard Almeydanı yüngül zədəsi olduğuna görə əvəzləmək qərarına gəldim. Şehiçin yoxluğunda qapıda Kanibolotskiyə yox, Şahruddinə yer verməyimə gəlincə, istədim heyətdə əlavə bir gənc yerli futbolçu olsun ki, oyunun gedişində hansısa çətinliklə üzləşməyək".
Ayxan Abbasov: “Gərgin oyun oldu. Matça yaxşı hazırlaşmışdıq. Təəssüf ki, oyunun əvvəlində səhv etdik. Qarşılaşmadan öncə də uşaqlara demişdim ki, “Qarabağ” səhvi bağışlamır. Bundan sonra komanda bir qədər ruhdan düşdü. Bunun da nəticəsində rəqib ikinci qolu vurdu. Fasilədən sonra heyətdə dəyişiklik etməklə vəziyyəti nisbətən düzəldə bildik. Oyun yüksək tempdə keçdi. Aydın görünürdü ki, yan xətt hakimləri bu tempə çatdıra bilmir. Heç vaxt hakimlər barədə danışmamışam. Ancaq iki ofsayd qərarında səhvə yol verdilər. Maraqlıdı ki, səhv etdiklərini də qəbul etmək istəmirlər. Ofsayd qərarları mənim olduğum yerdən verilmişdi. Hələ heç nə itirilməyib. Yusifin erkən əvəzlənməsinə gəlincə, limit futbolumuzun inkişafı üçündü. Ancaq bu heç də həmişə komandanın xeyrinə olmur. Gördüm ki, Yusif oyunun tempinə uyğunlaşa bilmir. Bu üzdən onu əvəzləmək qərarına gəldim. Yusif istedadlı oyunçudu, ancaq bu qarşılaşmada onda alınmadı. Komandada gərginlik var idi, bu da təbiidi. “Qarabağ”a qarşı çıxış edirdik. Gərginliyi futbolçulardan götürməyə çalışmışqdıq. Çox istəyirdik ki, “Qarabağ”ı məğlub edək. Həmişə sual verirdiz ki, “Qarabağ”a niyə qol vura bilmirik. Bu gün iki qol vurduq, inşallah, tezliklə məğlub da edəcəyik.
Qurban Qurbanovla millidə işləyərəm? Qurban müəllim “Qarabağ”da baş məşqçim olub. Məşqçiliyə də onun təşəbbüsü ilə gəlmişəm. Niyyətim yox idi, o, bu işi bacaracağıma inandırdı məni.Amma bu gün üçün mən “Zirə”nin baş məqşçisiyəm. Əlbəttə, yığmada işləmək şərəfdi. Ancaq hazırda mən özümü millidə görmürəm, buna hazır da deyiləm. Bütün diqqətimi “Zirə”yə yönəltmişəm".
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:02 Azərbaycan “Qran-pri”si ilin yarışı seçildi Dünən, 18:00 Rəhimovadan ÇL-ə möhtəşəm dönüş Dünən, 17:59 Blitsdə fiasko yaşadılar Dünən, 17:58 “Azərreyl” işini çətinə saldı Dünən, 17:56 Mirhüseynlə Ağakişi apellyasiya şikayəti verib Dünən, 17:55 Musa Qurbanov “Zaqatala”da qalmaq istəmir Dünən, 17:53 “Qarabağ”a “Azərsun”dan başqa sponsorluq etmək istəyən olmayıb Dünən, 17:50 “Həm uşaq futbolu, həm də klublarda infrastrukturla bağlı problemlər var” Dünən, 17:46 “Qəbələ”də ciddi dəyişikliklər gözlənilmir Dünən, 17:44 Klublar Komitəsinin yeni sədri Orxan Hüseynzadə oldu Dünən, 17:43 Klublar Komitəsindən dəstək bəyanatı Dünən, 17:41 İlk yarımfinalçılar kim olacaq? Dünən, 17:39 Qurban Qurbanov “Çelsi”ni seçməsinin səbəbini açıqladı Dünən, 17:36 İAM ilə BOS-da yekun vurdu Dünən, 17:35 Cərimələr 50 mini ötdü Dünən, 17:34 Qurbanov "Çelsi"ni, Sadıqov "Roma"nı, Rəhmanov "Levski"ni seçdi Dünən, 17:30 Region Liqasının ilk turu şimallı azarkeşləri 20 il əvvələ qaytaracaq Dünən, 17:29 “Biz milyonçu çempionatın kasıb övladlarıyıq” Dünən, 17:26 "Araz" oynamadı, "Marafon” fərqi minimuma endirdi Dünən, 17:25 Rəşad Sadıqov U-19-dan ayrılacaq Dünən, 17:23 Rauf Əliyevdən növbəti qol, Nazarov ən yaxşı oldu 13-12-2017, 23:46 “Kəpəz” azarkeşlərinin səbr kasası dolub 13-12-2017, 23:42 Aydın Əliyev sovet jurnalistikasını daha güclü sayır 13-12-2017, 22:44 “Neftçi” Lorentsonu yenə U-12-də oynatdı 13-12-2017, 22:42 Ndlovuyla Şehiç “Qarabağ”ı tərk edə bilər 13-12-2017, 22:41 Rəşad Sadıqov U-21-i çalışdırmağa razılıq verdi 13-12-2017, 22:39 Qurban Qurbanovun yığması Gürcüstanla qarşılaşacaq 13-12-2017, 22:38 AFFA xəbərimizi təsdiqlədi 13-12-2017, 21:57 Yenilməz “qış çempionu” 13-12-2017, 21:56 Divizionda şübhəli oyunların dosyesi 13-12-2017, 21:55 Eddi İsrafilov 49 günlük həsrətə son qoydu 13-12-2017, 21:53 Samir Həmzəyev: “Onların çıxışını sürpriz saymaq olar” 13-12-2017, 21:51 “Qarabağ” ikinci yarıda özünə gəldi 13-12-2017, 21:49 Lider yenə dəyişdi 13-12-2017, 21:48 “Qəbələ” “sürüşkən” hesabla qalib gəldi 11-12-2017, 23:56 Emin Abbasov “Şüvəlan”ı “Xəzər”ə dəyişdi 11-12-2017, 23:54 Qurban Qurbanov milli üçün prinsiplərini açıqladı 11-12-2017, 23:52 Qurban Qurbanov 8-ci dəfə ilin məşqçisi seçildi 11-12-2017, 23:51 Dekabrın 13-də Region Liqasının püşkü atılacaq 11-12-2017, 19:07 “Zirə” yenə “Neftçi”ni cəzalandırdı 11-12-2017, 19:05 Arazdan öldürücü zərbə, Rüfətdən het-trik 11-12-2017, 19:00 “Qarabağ”la “Qəbələ” cütün taleyini bu gün həll edə bilər 11-12-2017, 18:59 “Keşlə” “Kəpəz”i evə əliboş göndərdi 11-12-2017, 18:40 Balakəndə futzal turniri keçiriib 11-12-2017, 18:39 Ölkə çempionu ilk dövrənin lideridi 11-12-2017, 18:38 Alim Rotterdamda fərqləndi 11-12-2017, 18:37 Qayıbovun kadrı onun xələfi oldu 11-12-2017, 18:36 Cüdoçular Sumqayıtda yarışdı 11-12-2017, 18:34 Tofiq Heydərov baş məşqçi vəzifəsindən istefa verdi 11-12-2017, 18:33 “Sumqayıt”ın qış planına aydınlıq gəldi 11-12-2017, 18:30 Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı 11-12-2017, 18:26 “İmarət” 2017-yə möhtəşəm tədbirlə yekun vurdu 11-12-2017, 18:23 Fəhmin “Neftçi”ni “Səbail”ə dəyişir 10-12-2017, 21:35 Yığmanın məşqçisi qadın güləşinin problemlərindən danışdı 10-12-2017, 21:29 Gəncənin isra başçısının foto müəmması 10-12-2017, 21:11 Çempionlar Liqası bizə nə qazandırdı? 10-12-2017, 21:09 Bakıda A qrupunun oyunlarını reallaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar