Yazarlar

Reportaj
1 2 3 4 5 6 7 8

KIVDF


Məzənnə
Sorğu
2017-cı ilin ən yaxşı futbolçusu kimdir?
Araz Abdullayev
Bədavi Hüseynov
Əfran İsmayılov
Qara Qarayev
Mahir Mədətov
Rauf Əliyev
Rəşad Sadıqov
Riçard Almeyda
Ruslan Qurbanov
Təmkin Xəlilzadə

Bugünkü qəzet
Təqvim
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
27 noy 21:50liqa, reportaj

Gəncəli məşqçidən gəncəlilərə “hədiyyə”

Gəncəli məşqçidən gəncəlilərə “hədiyyə”
49. Kəpəz (Gəncə) – Qəbələ 1:6 (0:3)
1. Davud Kərimi – 2,5
18. Tural Cəlilov – 3,0
4. Şəhriyar Əliyev (k) – 3,0
15. Azad Kərimov – 3,0
21. Novruz Məmmədov – 3,0
5. Kərim Diniyev – 4,0
10. Tural Rzayev – 4,5
12. İlyas Səfərzadə - 4,0
24. Məhəmməd Qurbanov – 3,0
(20. Samba Dialo, 73) – 3,0
16. Azər Məmmədov – 3,0
(11. Kamran Abdullazadə, 20) – 4,0
9. İlkin Sadıqov – 3,5
Ehtiyat oyunçular
22. Ruzi Qiyaslı
2. Yusif Cəfərov
6. Ceyhun Cavadov
7. Sergey Çernışev
17. Əli Səmədov
19. Aydın Qasımov
26. Mansur Alaci
Baş məşqçi: Yunis Hüseynov
Komandanın ən yaxşısı: Tural Rzayev

22. Dmitri Bezotosnı – 5,5
34. Ürfan Abbasov (k) – 5,5
3. Voislav Stankoviç – 6,0
15. Vitali Vernidub – 5,5
8. Qismət Alıyev – 5,5
(17. Roman Hüseynov, 70) – 5,0
4. Elvin Camalov – 5,5
(18. İlqar Qurbanov, 46) – 5,0
11. Asif Məmmədov – 6,0
45. Famussa Kone – 6,5
10. Ruslan Qurbanov – 6,0
28. Stiven Jozef-Monroz – 5,5
(19. Filip Ozobiç, 61) – 5,5
9. Baqali Dabo – 6,0
Ehtiyat oyunçular
23. Aqil Məmmədov
35. Murad Popov
6. Elvin Məmmədov
12. Endi Hallidey
29. Hacıağa Hacıyev
70. Ülvi İsgəndərov
88. Tellur Mütəllimov
90. Ekiqo Ehiosun
Baş məşqçi: Roman Qriqorçuk
Komandanın ən yaxşısı: Famussa Kone
Qollar: B.Dabo, 1 (0:1, F.Kone). S.Jozef-Monroz, 14 (0:2). F.Kone, 40 (0:3). B.Dabo, 54 (0:4). K.Diniyev, 56-p. (1:4). R.Qurbanov, 65 (1:5, A.Məmmədov). F.Kone, 78 (1:6, A.Məmmədov).
Vərəqələr: İ.Sadıqov, 27 (hakimin qərarına etiraz). F.Kone, 31 (qeyri-idman hərəkəti). N.Məmmədov, 35 (qeyri-idman hərəkəti). Ü.Abbasov, 58 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ÖMƏR PAŞAYEV, Namiq Hüseynov, Vüsal Qənbərov, Ziya Nəsirov (hamısı Bakı).
Hakim-inspektor: Rövşən Əhmədov (Mingəçevir).
AFFA nümayəndəsi: Vaqif Davudov (Bakı).
25 noyabr. Gəncə. Şəhər stadionu. 8500 tamaşaçı (24000 yerlik).
Hər hissəyə 1 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
“Kəpəz”in “Qəbələ” ilə dueli bir sıra məqamlara görə diqqət mərkəzində idi. Əvvəla, Yunis Hüseynov “sarı-göylər”in baş məşqçisi kimi debüt edəcəkdi. Gəncəli mütəxəssisin doğma şəhərinin komandasının baş məşqçisi postunda ilk oyunda hansı nəticəyə imza atacağı maraqla gözlənilirdi. Bundan başqa, Yunis bəyin bir neçə il öncə Qriqorçukdan aldığı ağır məğlubiyyət də hamının yadındadı. İki il öncə “Xəzər Lənkəran”ın baş məşqçisi oduğu vaxt Hüseynov Qəbələdə 0:6 hesablı yenilgiyə üzülmüşdü. “Qəbələ” isə ilk dövrədə bu rəqibdən aldığı yenilginin (0:2) əvəzini çıxmaq niyyətində idi.
PFL media nümayəndələrinin Gəncəyə səfərini təşkil etmişdi. Jurnalistləri daşıyan avtobus Bakını tərk edəndə yağış başlasa da, “qərbin paytaxtı”nda əsl futbol havası var idi. Noyabr soyuğu özünü hiss etdirsə də, Günəşin isti nəfəsi havanın sərt üzünü xeyli yumşaltmışdı.
Hüseynovun seçimi: itkirlər fonunda 11 yerli
Hiss olunurdu ki, gəncəli azarkeşlər də Hüseynova inanır, onun gəlişindən sonra komandanın uğursuzluq zolağından çıxacağına ümid edir. Halbuki mövcud heyətlə bundan artığını gözləmək yersizdi. Elə oyunun nəticəsi də bunu sübüt etdi. Matça keçməzdən öncə bəzi məqamları qeyd edək. Belə ki, tuneldən çıxaraq meydanın mərkəzinə doğru addımlayan “Kəpəz”in futbolçuları azarkeşlərdən alqış payını aldı. Gəncəli fanatlar Yunis bəyə də eyni dəstəyi göstərdi və mütəxəssis əlini qaldıraraq, onlara təşəkkür etdi. Məlum olduğu kimi, Viktor Oseqeyl zədəyə, Şəhriyar Rəhimovla Dedimar isə vərəqə cəzalısı olduğuna görə “Qəbələ” ilə oyunu buraxırdı. İtkilər fonunda Hüseynov start “11-liy”ini sırf yerlilərdən qurmuşdu. Əslində ehtiyatdakı iki legioner - Alaci ilə Dialo əsas heyət üzvü sayılmır. Lakin bəlkə də onlardan ən azı birinin meydanda olması komandaya fayda verə bilərdi.
“SS Düzəldəjiy!”
Oyunu 18-ci sektordan izləyən “Xəmsə” fanklubunun açdığı pankart dərhal diqqəti cəlb etdi. Fanatlar üzərində “SS Düzəldəjiy!” yazılmış plakat qaldırmışdı. Təbii, pankartın açıqlamasını düşünərkən müxtəlif versiyalar irəli sürən oldu. Hər halda, aldığımız bilgiyə görə, bu “Sevə-sevə düzəldəjiy!” şüarının qısa formasıdı. Bununla belə, polislər onun üzün müddət tribunada qalmasına icazə vermədi. “Xəmsə” pankartı yığşdırmaqla bərabər, həmin sektoru tərk etdi. Yeri gəlmişkən, ilk hissədən sonra tribunalarda ciddi azalma müşahidə olundu. Çox güman, hesab azarkeşlərin ikinci oyunla bağlı ümidini dəfn etmişdi.
“Kəpəz”in ən zəif oyunu
Düzdü, Gəncə təmsilçisi bu mövsüm uğursuz çıxış edir. Ancaq “Qəbələ” ilə görüşdə komanda ən zəif oyunu göstərdi. Komanda oyunsonrası mətbuat konfransında Hüseynovun da qeyd etdiyi kimi, məsuliyyətsiz görünürdü. Halbuki yeni baş məşqçi gələndə, adətən, futbolçularda silkələnmə hiss olunur. Çünki hər oyunçu özünü çalışdırıcıya göstərmək, əsas heyətdə yerini möhkəmlətmək istəyir. “Kəpəz”də isə bunun əksini gördük. Az-çox Tural Rzayevin fəallığı hiss olunurdu, vəssalam. Davudun buraxdığı səhvlərə isə söz tapmaq çətindi. Jozef-Monroza topu “bağışlayan”, Baqalinin uzaqdan aşırma zərbə ilə baxımlı qola imza atmasına şərait yaradan qapıçı digər qollarda da olduqca inamsız görünürdü. Ancaq komandanın zəifi təkcə Kərimi deyildi. Famussa meydanın mərkəzindən topu götürüb, rəqib müdafiəçilərini pərən-pərən salıb, reydini qolla tamamladı. Bu qol ölkənin ən köklü klublarından birinin adına heç yaraşmadı. Sadıqovun hücumda nə etdiyini anlamaq nə qədər çətin idisə, Məhəmmədin ələ düşən əla fürsətləri qaçırmasına ad tapmaq olmur. Heç Yunis bəyin vəziyyətdən çıxmaq üçün 20-ci dəqiqədə dəyişikliyə əl atması da işə yaramadı. Paşayevin “Qəbələ”nin qapısına təyin etdiyi primitiv penalti olmasaydı, Hüseynov 2 il öncəki kimi 0:6 hesabına üzüləcəkdi. Ancaq yenə də onun komandası “Qəbələ”dən 6 qol buraxdı. Təbii, penalti epizodu zamanı maraqlı durumun şahidi olduq. 11 metrlik cərimə zərbəsini qazanan İlkin özü onu yerinə yetirmək istədi. Daha sonra “nöqtə”yə Abdullazadə yaxınlaşdı. Lakin sonda məhz Kərim bu işi üzərinə götürdü. Diniyevin qeyri-dəqiq olacağı halda hansı reaksiyanı görəcəyini təsəvvür etmək çətin deyil. Onsuz da buna qədər o tez-tez azarkeşlərin hədəfinə düşürdü. Hələ epizodların birində azarkeşlərdən birinin uca səslə “Kərim oynamır” deməsinə digərinin “mənim də atamı işdən çıxarsalar, oynamaram” cavabını verməsi ətrafdakıların gülüşünə səbəb oldu. Ancaq elə az-çox nəsə etməyə çalışanlardan biri Diniyev idi.
Qriqorçuk: əvvəl narazı, sonra razı
“Sarı-göylər”in zəif çıxışını qeyd etməklə “Qəbələ”nin qələbəsinə kölgə salmaq olmaz. Qurulan hücumlar, baxımlı qollar həm Qriqorçukun, həm də matçı VİP-dən izləyən “qırmızı-qaralar”ın prezidenti Taleh Heydərovun ürəyincə olmalıdı. Artıq 25-ci saniyədə Dabo hesabı açmaqla mövsümün ən erkən qoluna imza atdı. 14-cü dəqiqədə isə Stiven “Qəbələ”nin daha rahat oynamasına imkan verən qolu vurdu. Ancaq bundan sonra da Qriqorçuk narazı görünürdü. Düz Famussanın fərqləndiyi epizoda kimi. Həmin qol zamanı yetirməsinin bacarığına heyrətini gizlədə bilməyən ukraynalı çalışdırıcının qalan dəqiqələrdə komandasından artıq razı qaldığı aşkar hiss olunurdu. Maraqlıdı ki, “Qəbələ”nin qolunu vuran futbolçular ehtiyat oyunçular skamyasına qədər gəlir və Hallideylə sevincini bölüşürdü.
“Qayıt, paltarını geyin, bala, üşüyərsən”
Oyunun bitməsinə bir neçə dəqiqə qalmış Mansur Alaci 4-cü hakimin yanına gəldi. Lakin orda xeyli gözləsə də, əvəzetmə baş tutmadı. Artıq hakimin əlavə etdiyi 1 dəqiqə oynanıldığından seneqallı yarımmüdafiəçi gözləməyin mənasız olduğunu dərk edib, kor-peşman ehtiyat oyunçular skamyasına qayıtmalı oldu. Bu zaman yaşlı azarkeşlərdən biri uca səslə “qayıt, paltarını geyin, bala, üşüyərsən” dedi ki, bu sözlərə dodağı qaçmayan az adam olardı. Beləcə yarımmüdafiəçi kimi, stadiona təşrif buyuran yerli azarkeşlər də arenanı üzgün tərk etdi.

Reaksiyalar
Roman Qriqorçuk: “Komandadan razı qaldım. Bu gün istədiyimizi əldə etdik. Həm futbolçuların çıxışı, həm də nəticə ürəyimcə oldu. Keyfiyyətli oyun nümayiş etdirdik. Uşaqlar çox yaxşı çıxış etdilər. Komandamı tərifləmək üçün tələsirəm. İlk dövrədəki 0:2 hesabından sonra nə dəyişib? Rəqib haqda danışmağı xoşlamıram. Özümüzlə bağlı onu deyə bilərəm ki, həmin vaxtdan bəri çox müddət keçib. Üzərimizdə çox işləmişik və bu gün bunun bəhrəsini gördük”.
Yunis Hüseynov: “Açığı, hələ bilmirəm nədən başlayım. Komandamız çox pis məğlub oldu. “Kəpəz”in bütün matçlarına baxırdım. Amma bugünkü kimi zəif oyun görməmişdim. Həddən artıq zəif oynadılar. Elə bunun nəticəsidi ki, 1:6 hesabı ilə uduzduq. Demirəm ki, 3 futbolçu olsaydı, qalib gələcəkdik. Amma iki əsas müdafiəçi və hücumçumuz yox idi. Bu da təsirini göstərdi. Uşaqlara iradlarımı bildirdim. İlk oyunum idi, istəməzdim belə məğlub olaq. Həyat davam edir. Azarkeşlərlə də görüşdüm və söz verdim ki, bu komandanı düzəldəcəm. Nədən başlamaq lazımdı? Gəlin, bu sualların cavabını sonraya saxlayaq. Qış fasiləsində 2-3 oyunçu gətirməliyik. Komandanın vəziyyətini dərk edib, razılıq verib gəlmişəm. Buna görə də oturmaq yox, işləmək lazımdı. Əl-qolumu çırmayıb işləyəcəm və komandanı bu vəziyyətdən çıxarmağa çalışacam. Öz oynadığım dövrü xatırlayıram. Yeni məşqçi gələndə futbolçular həddən artıq istəkli olur, çalışdırıcıya özünü yaxşı tərəfdən göstərmək istəyirlər. Uşaqlara başa salırdım ki, məni qırağa qoymaq lazımdı. İstək sizi “yandıra” bilər. İnandırım sizi, oyundan öncə uşaqlara lövhədə göstərirdim ki, bu epizodlarda diqqətli olun. Elə bil hiss edirdim. Bu da başımıza gəldi. Erkən qoldan sonra da ruh düşkünyülü oldu. İstədilər oyunu xilas etsinlər, bu da əks-təsir göstərdi. “Qəbələ”nin hücumçuları fərdi şəkildə çox güclüdü. Üstəlik, öz səhvlərimizin qurbanı olduq. Uşaq səhvləri buraxdılar. Həmin səhvləri bəlkə də heç vaxt etməyiblər. Bu gün çox istəməkdən “yandılar”. Yeni transferlərin cəlb olunması mənə həvalə olunub. Amma “ayağımızı yorğanımıza görə uzadacağıq”. Bahalı oyunçu ala bilmərik. Qış fasiləsində yaxşı futbolçu tapmaq çətindi. İndidən axtarışdayam. Bəzi oyunçular diqqətimdədi. Hansı ki, qışda onların müqaviləsinin müddəti bitir. Bundan başqa, 3-4 əcnəbi də gətirmək lazımdı. Bunu nə qədər reallaşdıracağımızı zaman göstərəcək. Gəlmişəmsə, əziyyət çəkməliyəm... Alaci niyə meydana çıxmadı? Vaxt qutardığı üçün əvəzlənmədi. Sona 8 dəqiqə qalmış meydana çıxmalıydı. Amma o, formasını gec geydi. Belə şeylərə görə cəza olacaq. Hamı məsuliyyətli olmalıdı. Bu nəticəyə görə cəzalar olacaq. Bu həvəskar yox, peşəkar komandadı. Ona görə də futbolçular işinə peşəkar yanaşmalıdı. Onlara irad bildirdim ki, belə olmayacaq”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:02 Azərbaycan “Qran-pri”si ilin yarışı seçildi Dünən, 18:00 Rəhimovadan ÇL-ə möhtəşəm dönüş Dünən, 17:59 Blitsdə fiasko yaşadılar Dünən, 17:58 “Azərreyl” işini çətinə saldı Dünən, 17:56 Mirhüseynlə Ağakişi apellyasiya şikayəti verib Dünən, 17:55 Musa Qurbanov “Zaqatala”da qalmaq istəmir Dünən, 17:53 “Qarabağ”a “Azərsun”dan başqa sponsorluq etmək istəyən olmayıb Dünən, 17:50 “Həm uşaq futbolu, həm də klublarda infrastrukturla bağlı problemlər var” Dünən, 17:46 “Qəbələ”də ciddi dəyişikliklər gözlənilmir Dünən, 17:44 Klublar Komitəsinin yeni sədri Orxan Hüseynzadə oldu Dünən, 17:43 Klublar Komitəsindən dəstək bəyanatı Dünən, 17:41 İlk yarımfinalçılar kim olacaq? Dünən, 17:39 Qurban Qurbanov “Çelsi”ni seçməsinin səbəbini açıqladı Dünən, 17:36 İAM ilə BOS-da yekun vurdu Dünən, 17:35 Cərimələr 50 mini ötdü Dünən, 17:34 Qurbanov "Çelsi"ni, Sadıqov "Roma"nı, Rəhmanov "Levski"ni seçdi Dünən, 17:30 Region Liqasının ilk turu şimallı azarkeşləri 20 il əvvələ qaytaracaq Dünən, 17:29 “Biz milyonçu çempionatın kasıb övladlarıyıq” Dünən, 17:26 "Araz" oynamadı, "Marafon” fərqi minimuma endirdi Dünən, 17:25 Rəşad Sadıqov U-19-dan ayrılacaq Dünən, 17:23 Rauf Əliyevdən növbəti qol, Nazarov ən yaxşı oldu 13-12-2017, 23:46 “Kəpəz” azarkeşlərinin səbr kasası dolub 13-12-2017, 23:42 Aydın Əliyev sovet jurnalistikasını daha güclü sayır 13-12-2017, 22:44 “Neftçi” Lorentsonu yenə U-12-də oynatdı 13-12-2017, 22:42 Ndlovuyla Şehiç “Qarabağ”ı tərk edə bilər 13-12-2017, 22:41 Rəşad Sadıqov U-21-i çalışdırmağa razılıq verdi 13-12-2017, 22:39 Qurban Qurbanovun yığması Gürcüstanla qarşılaşacaq 13-12-2017, 22:38 AFFA xəbərimizi təsdiqlədi 13-12-2017, 21:57 Yenilməz “qış çempionu” 13-12-2017, 21:56 Divizionda şübhəli oyunların dosyesi 13-12-2017, 21:55 Eddi İsrafilov 49 günlük həsrətə son qoydu 13-12-2017, 21:53 Samir Həmzəyev: “Onların çıxışını sürpriz saymaq olar” 13-12-2017, 21:51 “Qarabağ” ikinci yarıda özünə gəldi 13-12-2017, 21:49 Lider yenə dəyişdi 13-12-2017, 21:48 “Qəbələ” “sürüşkən” hesabla qalib gəldi 11-12-2017, 23:56 Emin Abbasov “Şüvəlan”ı “Xəzər”ə dəyişdi 11-12-2017, 23:54 Qurban Qurbanov milli üçün prinsiplərini açıqladı 11-12-2017, 23:52 Qurban Qurbanov 8-ci dəfə ilin məşqçisi seçildi 11-12-2017, 23:51 Dekabrın 13-də Region Liqasının püşkü atılacaq 11-12-2017, 19:07 “Zirə” yenə “Neftçi”ni cəzalandırdı 11-12-2017, 19:05 Arazdan öldürücü zərbə, Rüfətdən het-trik 11-12-2017, 19:00 “Qarabağ”la “Qəbələ” cütün taleyini bu gün həll edə bilər 11-12-2017, 18:59 “Keşlə” “Kəpəz”i evə əliboş göndərdi 11-12-2017, 18:40 Balakəndə futzal turniri keçiriib 11-12-2017, 18:39 Ölkə çempionu ilk dövrənin lideridi 11-12-2017, 18:38 Alim Rotterdamda fərqləndi 11-12-2017, 18:37 Qayıbovun kadrı onun xələfi oldu 11-12-2017, 18:36 Cüdoçular Sumqayıtda yarışdı 11-12-2017, 18:34 Tofiq Heydərov baş məşqçi vəzifəsindən istefa verdi 11-12-2017, 18:33 “Sumqayıt”ın qış planına aydınlıq gəldi 11-12-2017, 18:30 Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı 11-12-2017, 18:26 “İmarət” 2017-yə möhtəşəm tədbirlə yekun vurdu 11-12-2017, 18:23 Fəhmin “Neftçi”ni “Səbail”ə dəyişir 10-12-2017, 21:35 Yığmanın məşqçisi qadın güləşinin problemlərindən danışdı 10-12-2017, 21:29 Gəncənin isra başçısının foto müəmması 10-12-2017, 21:11 Çempionlar Liqası bizə nə qazandırdı? 10-12-2017, 21:09 Bakıda A qrupunun oyunlarını reallaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar