Yazarlar

Reportaj
1 2 3 4 5 6 7 8

KIVDF


Məzənnə
Sorğu
2017-cı ilin ən yaxşı futbolçusu kimdir?
Araz Abdullayev
Bədavi Hüseynov
Əfran İsmayılov
Qara Qarayev
Mahir Mədətov
Rauf Əliyev
Rəşad Sadıqov
Riçard Almeyda
Ruslan Qurbanov
Təmkin Xəlilzadə

Bugünkü qəzet
Təqvim
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
27 noy 20:45liqa, reportaj

“Neftçi” uddu, Ramiz Məmmədov “od püskürdü”

 “Neftçi” uddu, Ramiz Məmmədov “od püskürdü”
“Bu komandanı dağıdıb, yenidən qurmaq lazımdı”
50. Neftçi (Bakı) – Keşlə (Bakı) 3:1 (1:0)
94. Rəşad Əzizli – 5,0
21. Məhəmməd Mirzəbəyov – 5,0
15. Ruslan Abışov (k) – 5,5
25. Kiril Petrov – 5,5
26. Ömər Buludov – 5,5
6. Rəşad Sadiqov – 5,5
(12. Daniel Seqoviya, 90+2) – qiymətsiz
10. Derlis Meza Kolli – 5,0
17. Rəhman Hacıyev – 5,5
8. Emin Mahmudov – 5,0
11. İqnasio Errera – 6,0
(7. Namiq Ələsgərov, 63) – 5,0
22. Mirabdulla Abbasov – 5,5
(9. Hüqo Barqas, 72) – 5,0
Ehtiyat oyunçular
53. Maksim Vaylo
3. Mateo Mujek
16. Pavel Dreksa
20. Elnur Süleymanov
23. Tərzin Cahangirov
27. Məqsəd İsayev
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: İqnasio Errera

1. Orxan Sadıqlı – 4,5
33. Tərlan Quliyev – 4,0
2. Sərtan Taşkın – 4,5
3. Denis Silva – 4,0
22. İlkin Qırtımov – 4,0
24. Fuad Bayramov – 4,0
(4. Slavik Alxasov, 46) – 4,5
27. Adrian Skarlatake – 5,5
6. Samir Zərgərov – 4,0
(7. Mirsahib Abbasov, 63) – 4,0
19. Mirhüseyn Seyidov – 4,0
8. Nizami Hacıyev (k) – 4,0
(80. Rafael Məhərrəmli, 58) – 4,5
9. Pərdis Fərcad-Azad – 5,0
Ehtiyat oyunçular
16. Şahin Zəkiyev
39. Əlibəy Məmmədli
40. Asif Vəliyev
46. Əsəd Məsimov
58. Sinan Akkoyun
66. Murad Qayalı
77. Oleq Hüseynov
88. Məmməd Quliyev
99. Ricat Qarayev
Baş məşqçi: Ramiz Məmmədov
Komandanın ən yaxşısı: Adrian Skarlatake
Qollar: M.Abbasov, 34 (1:0, İ.Errera). İ.Errera, 51 (2:0, R.Sadiqov). A.Skarlatake, 69 (2:1). R.Abışov, 89 (3:1, R.Hacıyev).
Vərəqə: yoxdu.
Hakimlər: RAUF CABBAROV, Knyaz Əmiraslanov, Yaşar Abbasov, Ramil Diniyev (hamısı Bakı).
Hakim-inspektor: Asim Xudiyev (Bakı).
AFFA nümayəndəsi: Abas Hüseynov (Bakı).
25 noyabr. Bakı. Bakcell Arena. 600 tamaşaçı (11000 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Ramiz Məmmədovun gəlişindən sonra qələbə hədəfinə çata bilməyən “Keşlə”nin budəfəki rəqibi nisbətən münasib idi. “Neftçi”nin qeyri-sabit təsir bağışlaması, üstəgəl, əvvəlki iki oyunda uduzması həm Məmmədovu, həm də futbolçularını həvəsləndirməyə bilməzdi. “Ağ-qaralar” isə göz dikdiyi 4-cü pillədəki əsas rəqibi “Sumqayıt”ı özündən irəli buraxmamaq üçün nəyin bahasına olur-olsun, qələbə qazanmalıydı. Oyunda prinsipial adam Nizami Hacıyev idi. Bir həftə əvvəl “Neftçi”yə keçəcəyini deyən kapitanın potensial komandasına qarşı necə oynayacağı maraq doğururdu. Maraq üçün qeyd edək ki, Hacıyev meydanda heç nə ilə yadda qalmadı deyə, baş məşqçi “Neftçi”nin gələcək futbolçusunu ikinci hissənin gedişində əvəzlədi.
Oyuna gəlincə, ilk dəqiqələrdə “Keşlə” yetərincə təhlükəli görünürdü. 4-cü dəqiqədə Nizami təxminən 25 metrdən qüvvətli zərbəylə Əzizlinin sayıqlığını yoxlayandan 3 dəqiqə sonra bu dəfə İlkin Qırtımov əla fürsət yaxaladı. Müdafiəçinin iti bucaq altından vuruşu zamanı Rəşad yerində idi. Məhz bu iki epizod meydan sahiblərini “ayıltdı”. “Ağ-qaralar” ardıcıl 4 qol imkanını boşa verəndə, Tərlan Əhmədovun özündən çıxması başadüşülən idi. Məsələn, 9-cu dəqiqədə Derlis Orxanın ötürmə səhvindən sonra qapıçıyla üzbəüz qalanda hesabı açmalıydı. “10 nömrə” heç kimə ötürmə vermədən topu qolkiperin başı üzərindən tora qovuşdurmaq istəyinə düşdü ki, Sadıqlı səhvini düzəltdi. “Neftçi” oyuna tam nəzarət edib, qol imkanları yaxalasa da, son nöqtəni qoymaq problemi tablodakı “0”-ların dəyişməsini əngəlləyirdi. Susqunluğu buna qədər baş məşqçidən iki dəfə irad eşidən Mirabdulla pozdu. 34-cü dəqiqədə Erreradan ideal ötürmə alan hücumçu qapıçı ilə təkbətək şansından maksimum yararlandı. Ümumi götürsək, ilk hissəni birmənalı “Neftçi”nin aktivinə yazmaq olar.
Lakin eyni sözləri ikinci yarı haqda demək çətindi. Düzdü, 51-ci dəqiqədə hesab arasındakı fərq artdı. Errera Rəşadın ötürməsindən sonra bir hərəkətlə Tərlandan sıyrılıb uzaq küncü dəqiq nişan aldı. Bu qoldan sonra meydan sahiblərinin nisbətən arxayınlaşması, üstəlik Ramiz Məmmədovun artıq 63-cü dəqiqəyə qədər bütün əvəzetmə imkanlarından yararlanması “Keşlə”nin oyununda yaxşı mənada əksini tapdı. Odu ki, Skarlatakenin hesab arasındakı fərqi azaltması təəccüblü görünmədi. Mərkəz müdafiəçisi kimi tanıdığımız rumın futbolçu cərimə meydançasının yarımdövrəsində eyni hərəkətlərlə iki dəfə Emin Mahmudovu yerə sərib, topu qapıdan keçirdi. 85-ci dəqiqədə Skarlatake oyunun qəhrəmanı ola bilərdi. Adrianın qol vurduğu mövqedən növbəti qüvvətli zərbəsini “Neftçi”nin qapıçısı dəf edə bildi. “Ağ-qaralar”ın ən yaxşılarından olan Rəhman Hacıyevin qol vurmaq istəyi 88-ci dəqiqədə də “suya düşəndən” 1 dəqiqə sonra “17 nömrə” bu dəfə Ruslan Abışova fərqlənmək imkanı yaratdı. Kapitan Hacıyevin qapı qarşısına ötürdüyü topa toxunmaqla bu gün toyu olacaq Orxanı məyus etdi.
HƏBİB

Gözdən qaçmadı
* Oyundan əvvəl texniki zonaya yaxınlaşan Tərlan Əhmədov yolüstü qarşısına çıxan hər kəslə salamlaşdı. Futbolçuların meydana ayaq basmadığını görən “Neftçi”nin baş məşqçisi fürsətdən istifadə edib “skay-boks”dakı yüksək rütbəli polis zabiti ilə də uzaqdan da olsa, hal-əhval tuta bildi.
* “Keşlə”nin təxminən 50-60 nəfərdən ibarət azarkeş qrupu 90 dəqiqə boyunca sevimlilərini qələbəyə səsləyirdi. Bu azmış kimi, klubun 6 iri həcmli bayrağını yer aldıqları tribunanın məhəccərinə bərkitməyə də imkan tapmışdılar.
* 33-cü dəqiqədə Pərdisin “Neftçi”nin cərimə meydançasında yerdə qaldığını görən Rəşad Əzizli qapının yanına özü üçün qoyduğu plasmas su qabını götürüb rəqib futbolçuya uzatdı. Rəşadın əli bir müddət havada qalsa da, Fərcad-Azad sonda boğazını yaşladı.
* “Neftçi” rəhbərliyi fasilədən istifadə edib azarkeşləri və futbolçuları ədalətli oyuna dəvət etdi. Hər halda, stadionun tablosunda yazılan “FİFA FAİR PLAY” sözləri buna hesablanmışdı.
* 61-ci dəqiqədə, yəni “Neftçi” 2 top fərqiylə hesabda öndə olarkən, Erreranın topu rəqibin ayaqları arasından keçirmək istəyi alınmadı və “Keşlə”nin futbolçuları əks-hücuma çıxdı. Tərlan Əhmədov Mirabdullaya qol ötürməsi verən, üstəlik özü də fərqlənən Erreraya haqlı narazılığını bildirəndən sonra dərhal isinmə hərəkətlərini edən Namiq Ələsgərovu yanına səslədi. 2 dəqiqə sonra Namiq İqnasionun əvəzinə meydana çıxdı.
* Xüsusilə ikinci hissədə olduqca emosional görünən Ramiz Məmmədov 70-ci dəqiqədə əsəblərinə hakim ola bilmədi. Üzünü Mirsahibə tutan təcrübəli mütəxəssisin “hərəkət elə, 10 dəqiqədi oynayırsan” sözlərinə futbolçunun cavabı belə oldu: “neyniyim e mən”.
*Matç başa çatan kimi Ramiz Məmmədov qələbəyə görə Tərlan Əhmədovu təbrik etmədən birbaşa paltardəyişmə otağına yollandı. Halbuki Əhmədov rəqib həmkarının əlini sıxmaq üçün ona doğru yaxınlaşırdı.
* Hakimin oyuna əlavə etdiyi dəqiqələrdə meydana çıxan Daniel Seqoviya topa yalnız bir dəfə toxuna bildi. Rauf Cabbarovun final fitindən dərhal sonra Tərlan Əhmədovun köməkçisi ilə birgə Seqoviyaya yaxınlaşıb nəsə deməsi gözümüzdən qaçmadı.

Reaksiyalar
Tərlan Əhmədov: “Qazanılan 3 xal münasibətilə futbolçularımı təbrik edirəm. Hcüum futbolu oynamağa, müdafiədəki səhvlərin sayını azaltmağa çalışdıq.Hucumların rəngarəng alınması üçün işlər görürük. Yaradılan qol imlanlarından maksimum dərəcədə yararlanmamaq məni narahat edir. Hər halda, qələbə qələbədi. Komandamda əzmkarlıq, xüsusi istək gördüm. İki gündən sonra kubok qarşılaşmasına çıxmalıyıq, həmin oyuna hazırlaşmalıylq. Bu qarşılaşma tam ürəyimcə olmasa da, nəticə qənaətbəxşdi. İqnasionu əvəzləməyə gəlincə, bəli, etdiyi hərəkətə görəydi. İlk gündən demişəm ki, rəqibə hörmətlə yanaşmaq lazımdı. 2:0 öndə olmaq qalib gəldiyimiz anlamına gəlməməlidi. Errera topu rəqibin ayaqları arasından keçirmək istəsə də, alınmadı. Bu hərəkəti komanda yoldaşlarının zəhmətini yerə vurmaq idi. Buna isə yol vermərəm. Ona görə əvəzlədim ki, başqalarına da dərs olsun. Seqoviyaya şans vermək istəyirdim. Sadəcə, top meydanı tərk etmirdi deyə, bir neçə dəqiqə gözləməli oldu və nəticədə meydanda çox az müddət keçirdi. Yaxınlaşıb bizi üzürlü saymasını xahiş etdim və növbəti oyunda ona yenə şans verəcəyimi dedim… Gizlətmirəm, “Neftçi”də oynamaq istəyən futbolçular var. Lakin hələ heç bir futbolçu ilə müqavilə bağlanmayıb. Sadəcə, ilkin danışıqlarımız olub. Bu gün məni ən çox narahat edən məqam müdafiə xəttindəki boşluqlardı. Son 3 oyunda qapımızda 5 qol görmüşük. Belə olmamalıdı. Mirabdulla Abbasov ölkədə ən perspektivli hücumçulardandı. Bunu özünə də demişəm.Mənfi cəhətləri həddən artıq çoxdu. Tənbəllik edir, öz üzərində işləmir. Meydanda faydalı iş əmsalı çox aşağıdı. Düzdü, qol vurur, nəsə etməyə çalışır. Amma tez yorulur, mübarizələrin əksəriyyətini uduzur. Mirabdulla yorulanda hücum potensialımız da azalır”.
Ramiz Məmmədov: “Çox danışmayacam, bircə onu demək istəyirəm ki, bəzi futbolçular bacardıqlarından xeyli aşağı oynayırlar. Mənim sözüm bu qədər, suallarınızı cavablamağa hazıram. Nizaminin zədədən qayıtdığını bilirsiz. Amma bu gün vəziyyət elədi ki, təcrübəli oyun qurucusuna ehtiyacımız var. Özü də yaxınlaşıb oynamaq, özünü sübut etmək istədiyini bildirdi. Oyunun gedişində yorulduğunu görüb, onu gənc futbolçuyla əvəzlədim. Futbolçuların zəif çıxışının səbəbini başqa yerdə axtarmaq lazımdı. Hər şeyi burda açıb danışsam, böyük partlayış olacaq. Ehtiyac yoxdu. Mən sözümü dedim, siz jurnalistlər hansı tərəfə yozursuz-yozun. Adlarını açıqlamayacam, amma ayrı-ayrı futbolçularla oturub söhbətimi edəcəm. İstəsələr, bundan artığını oynaya bilərlər. Yaradılan qol imkanları da göz qabağındadı, buraxılan fərdi səhvlər də. Burda uzatmağa ehtiyac yoxdu. Şəxsən bunu təhlil edib, nəticə çıxaracam. Ola bilsin, kimlərsə özü üçün əsas heyətdə yerini təmin edib, kimlərsə də artıq indidən qış fasiləsinə yollanıb. Bu komandanı dağıdıb, yenidən qurmaq lazımdı. Köklü dəyişikliyə ehtiyac var. 3-4 futbolçunu dəyişməklə yara sağalmayacaq. Karyeram ərzində hələ belə halın şahidi olmamışdım… Skarlatakeni yarımmüdafiədə oynatmağımın səbəbi “ikinci toplar”da üstünlük qazanmağa görəydi. Top saxlamağı bacaran futbolçudu. Bu gün öz təcrübəsiylə universal futbolçu olduğunu sübut etdi. Üzərinə düşən vəzifənin öhdəsindən artıqlamasıyla gəldi. Buna görə ona təşəkkür edirəm”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:02 Azərbaycan “Qran-pri”si ilin yarışı seçildi Dünən, 18:00 Rəhimovadan ÇL-ə möhtəşəm dönüş Dünən, 17:59 Blitsdə fiasko yaşadılar Dünən, 17:58 “Azərreyl” işini çətinə saldı Dünən, 17:56 Mirhüseynlə Ağakişi apellyasiya şikayəti verib Dünən, 17:55 Musa Qurbanov “Zaqatala”da qalmaq istəmir Dünən, 17:53 “Qarabağ”a “Azərsun”dan başqa sponsorluq etmək istəyən olmayıb Dünən, 17:50 “Həm uşaq futbolu, həm də klublarda infrastrukturla bağlı problemlər var” Dünən, 17:46 “Qəbələ”də ciddi dəyişikliklər gözlənilmir Dünən, 17:44 Klublar Komitəsinin yeni sədri Orxan Hüseynzadə oldu Dünən, 17:43 Klublar Komitəsindən dəstək bəyanatı Dünən, 17:41 İlk yarımfinalçılar kim olacaq? Dünən, 17:39 Qurban Qurbanov “Çelsi”ni seçməsinin səbəbini açıqladı Dünən, 17:36 İAM ilə BOS-da yekun vurdu Dünən, 17:35 Cərimələr 50 mini ötdü Dünən, 17:34 Qurbanov "Çelsi"ni, Sadıqov "Roma"nı, Rəhmanov "Levski"ni seçdi Dünən, 17:30 Region Liqasının ilk turu şimallı azarkeşləri 20 il əvvələ qaytaracaq Dünən, 17:29 “Biz milyonçu çempionatın kasıb övladlarıyıq” Dünən, 17:26 "Araz" oynamadı, "Marafon” fərqi minimuma endirdi Dünən, 17:25 Rəşad Sadıqov U-19-dan ayrılacaq Dünən, 17:23 Rauf Əliyevdən növbəti qol, Nazarov ən yaxşı oldu 13-12-2017, 23:46 “Kəpəz” azarkeşlərinin səbr kasası dolub 13-12-2017, 23:42 Aydın Əliyev sovet jurnalistikasını daha güclü sayır 13-12-2017, 22:44 “Neftçi” Lorentsonu yenə U-12-də oynatdı 13-12-2017, 22:42 Ndlovuyla Şehiç “Qarabağ”ı tərk edə bilər 13-12-2017, 22:41 Rəşad Sadıqov U-21-i çalışdırmağa razılıq verdi 13-12-2017, 22:39 Qurban Qurbanovun yığması Gürcüstanla qarşılaşacaq 13-12-2017, 22:38 AFFA xəbərimizi təsdiqlədi 13-12-2017, 21:57 Yenilməz “qış çempionu” 13-12-2017, 21:56 Divizionda şübhəli oyunların dosyesi 13-12-2017, 21:55 Eddi İsrafilov 49 günlük həsrətə son qoydu 13-12-2017, 21:53 Samir Həmzəyev: “Onların çıxışını sürpriz saymaq olar” 13-12-2017, 21:51 “Qarabağ” ikinci yarıda özünə gəldi 13-12-2017, 21:49 Lider yenə dəyişdi 13-12-2017, 21:48 “Qəbələ” “sürüşkən” hesabla qalib gəldi 11-12-2017, 23:56 Emin Abbasov “Şüvəlan”ı “Xəzər”ə dəyişdi 11-12-2017, 23:54 Qurban Qurbanov milli üçün prinsiplərini açıqladı 11-12-2017, 23:52 Qurban Qurbanov 8-ci dəfə ilin məşqçisi seçildi 11-12-2017, 23:51 Dekabrın 13-də Region Liqasının püşkü atılacaq 11-12-2017, 19:07 “Zirə” yenə “Neftçi”ni cəzalandırdı 11-12-2017, 19:05 Arazdan öldürücü zərbə, Rüfətdən het-trik 11-12-2017, 19:00 “Qarabağ”la “Qəbələ” cütün taleyini bu gün həll edə bilər 11-12-2017, 18:59 “Keşlə” “Kəpəz”i evə əliboş göndərdi 11-12-2017, 18:40 Balakəndə futzal turniri keçiriib 11-12-2017, 18:39 Ölkə çempionu ilk dövrənin lideridi 11-12-2017, 18:38 Alim Rotterdamda fərqləndi 11-12-2017, 18:37 Qayıbovun kadrı onun xələfi oldu 11-12-2017, 18:36 Cüdoçular Sumqayıtda yarışdı 11-12-2017, 18:34 Tofiq Heydərov baş məşqçi vəzifəsindən istefa verdi 11-12-2017, 18:33 “Sumqayıt”ın qış planına aydınlıq gəldi 11-12-2017, 18:30 Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı 11-12-2017, 18:26 “İmarət” 2017-yə möhtəşəm tədbirlə yekun vurdu 11-12-2017, 18:23 Fəhmin “Neftçi”ni “Səbail”ə dəyişir 10-12-2017, 21:35 Yığmanın məşqçisi qadın güləşinin problemlərindən danışdı 10-12-2017, 21:29 Gəncənin isra başçısının foto müəmması 10-12-2017, 21:11 Çempionlar Liqası bizə nə qazandırdı? 10-12-2017, 21:09 Bakıda A qrupunun oyunlarını reallaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar