Yazarlar

Reportaj
1 2 3 4 5 6 7 8

KIVDF


Məzənnə
Sorğu
2017-cı ilin ən yaxşı futbolçusu kimdir?
Araz Abdullayev
Bədavi Hüseynov
Əfran İsmayılov
Qara Qarayev
Mahir Mədətov
Rauf Əliyev
Rəşad Sadıqov
Riçard Almeyda
Ruslan Qurbanov
Təmkin Xəlilzadə

Bugünkü qəzet
Təqvim
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
27 noy 20:40liqa

Mövsümdə yeni rekord – 16 qol

Mövsümdə yeni rekord – 16 qol
“Qarabağ” yenə uzaqlaşır…
Premyer-liqanın 13-cü turu şən ab-havada keçdi. Hər halda, məhsuldarlıq sarıdan cari mövsümün rekordu qeydə alındı. Zarafat deyil, 4 oyunda qapılara 16 top vuruldu. Bu turu qonaqların hesabına yaza bilərik. Belə ki, 2 səfər, 1 ev komandası qələbə qazandısa, daha bir görüşdə qalib müəyyənləşmədi.
Tura Gəncədə start verildi. Şahin Diniyevin istefasından sonra baş məşqçi vəzifəsinə gətirilən Yunis Hüseynovun “Kəpəz”də debütü uğurlu alınmadı. Gəncəlilər evdə tarixi məğlubiyyətə üzüldü. Bir daha məlum oldu ki, “sarı-göylər”in problemi məşqçi ilə bağlı deyil. Sadəcə, heyət bu mövsüm iddialılara başağrı olmaq üçün yetərsizdi. Ancaq Diniyevin dönəmində gəncəlilərin ilk dövrədə Qəbələdə 2:0 hesablı qələbəyə imza atdığını da unutmayaq. “Qırmızı-qaralar”ın intiqamı ağır oldu. Qonaqların qaradərili futbolçuları “Kəpəz”i silib-süpürdü. Xüsusən Davud Kəriminin səhvləri darmadağında böyük rol oynadı. Baqali Dabo dubla imza ataraq bombardirlik mübarizəsində liderliyi möhkəmləndirdi.
Daha sonra diqqətlər “Bakcell Arena”ya yönəldi. Tərlan Əhmədovun gəlişindən sonra yüksəlişdə olan “Neftçi” artıq “qapazaltı” komanda imicinə sahib çıxan “Keşlə”ni üstələdi. Hərçənd Adrian Skarlatake fərqi azaltdıqdan sonra Ramiz Məmmədovun komandasının flaqmana həyəcan yaşatdığını da qeyd etməliyik.
“Ağ-qaralar”ın qələbəsi ən çox “Sumqayıt”ın “kefinə soğan doğradı”. Axı, bakılılar onları haqlayıb. “Kimyaçılar” evdə debütantı məğlub edib, xal fərqini qorumağa borclu idi. Ancaq dolu tribunalar da Samir Abasovun yetirmələrinin dadına çatmadı. Qonaqlar 90 dəqiqə qapının toxunulmazlığını təmin edə bildi.
Turun mərkəzi oyunu Zirədə baş tutdu. Çempionlar Liqasında ağır məğlubiyyət alan “Qarabağ”da ab-hava yaxşı deyildi. Üstəlik, komanda yorğun idi. Ancaq bir daha bəlli oldu ki, “köhlən atlar” bu vəziyyətdə belə premyer-liqada dominantlıq etməyə qadirdi. Əlbəttə, zirəlilərin sonadək mübarizə aparmasını da alqışlamaq lazımdı. Amma məğlubiyyətdən yaxa qurtarmaq mümkün olmadı. Ehtiyatda bir oyunu olan “Qarabağ” ən yaxın izləyicisini 3 xal qabaqlayır. “Köhlən atlar” bu qələbə ilə həm də “Zirə”ni bir pillə geri saldı.
Topaz premyer-liqası
2-ci dövrə, 13-cü tur

25 noyabr
Kəpəz – Qəbələ 1:6
Neftçi – Keşlə 3:1
26 noyabr
Sumqayıt – Səbail 0:0
Zirə - Qarabağ 2:3
1. Qarabağ 12 10 1 1 22-6 31
2. Qəbələ 13 9 1 3 25-14 28
3. Zirə 13 8 3 2 22-11 27
4. Sumqayıt 13 5 2 6 14-17 17
5. Neftçi 13 5 1 7 17-15 16
6. Səbail 12 4 1 7 9-18 13
7. Keşlə 13 2 2 9 9-21 8
8. Kəpəz 13 2 1 10 10-26 7
Bombardirlər: Baqali Dabo (Qəbələ) – 8, Mahir Mədətov (Qarabağ), Riçard Qadze – 6, Amil Yunanov (Sumqayıt) – 5.
Növbəti turun oyunları: 2 dekabr – Kəpəz – Sumqayıt, Qarabağ – Neftçi; 3 dekabr – Qəbələ - Keşlə, Səbail – Zirə.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:02 Azərbaycan “Qran-pri”si ilin yarışı seçildi Dünən, 18:00 Rəhimovadan ÇL-ə möhtəşəm dönüş Dünən, 17:59 Blitsdə fiasko yaşadılar Dünən, 17:58 “Azərreyl” işini çətinə saldı Dünən, 17:56 Mirhüseynlə Ağakişi apellyasiya şikayəti verib Dünən, 17:55 Musa Qurbanov “Zaqatala”da qalmaq istəmir Dünən, 17:53 “Qarabağ”a “Azərsun”dan başqa sponsorluq etmək istəyən olmayıb Dünən, 17:50 “Həm uşaq futbolu, həm də klublarda infrastrukturla bağlı problemlər var” Dünən, 17:46 “Qəbələ”də ciddi dəyişikliklər gözlənilmir Dünən, 17:44 Klublar Komitəsinin yeni sədri Orxan Hüseynzadə oldu Dünən, 17:43 Klublar Komitəsindən dəstək bəyanatı Dünən, 17:41 İlk yarımfinalçılar kim olacaq? Dünən, 17:39 Qurban Qurbanov “Çelsi”ni seçməsinin səbəbini açıqladı Dünən, 17:36 İAM ilə BOS-da yekun vurdu Dünən, 17:35 Cərimələr 50 mini ötdü Dünən, 17:34 Qurbanov "Çelsi"ni, Sadıqov "Roma"nı, Rəhmanov "Levski"ni seçdi Dünən, 17:30 Region Liqasının ilk turu şimallı azarkeşləri 20 il əvvələ qaytaracaq Dünən, 17:29 “Biz milyonçu çempionatın kasıb övladlarıyıq” Dünən, 17:26 "Araz" oynamadı, "Marafon” fərqi minimuma endirdi Dünən, 17:25 Rəşad Sadıqov U-19-dan ayrılacaq Dünən, 17:23 Rauf Əliyevdən növbəti qol, Nazarov ən yaxşı oldu 13-12-2017, 23:46 “Kəpəz” azarkeşlərinin səbr kasası dolub 13-12-2017, 23:42 Aydın Əliyev sovet jurnalistikasını daha güclü sayır 13-12-2017, 22:44 “Neftçi” Lorentsonu yenə U-12-də oynatdı 13-12-2017, 22:42 Ndlovuyla Şehiç “Qarabağ”ı tərk edə bilər 13-12-2017, 22:41 Rəşad Sadıqov U-21-i çalışdırmağa razılıq verdi 13-12-2017, 22:39 Qurban Qurbanovun yığması Gürcüstanla qarşılaşacaq 13-12-2017, 22:38 AFFA xəbərimizi təsdiqlədi 13-12-2017, 21:57 Yenilməz “qış çempionu” 13-12-2017, 21:56 Divizionda şübhəli oyunların dosyesi 13-12-2017, 21:55 Eddi İsrafilov 49 günlük həsrətə son qoydu 13-12-2017, 21:53 Samir Həmzəyev: “Onların çıxışını sürpriz saymaq olar” 13-12-2017, 21:51 “Qarabağ” ikinci yarıda özünə gəldi 13-12-2017, 21:49 Lider yenə dəyişdi 13-12-2017, 21:48 “Qəbələ” “sürüşkən” hesabla qalib gəldi 11-12-2017, 23:56 Emin Abbasov “Şüvəlan”ı “Xəzər”ə dəyişdi 11-12-2017, 23:54 Qurban Qurbanov milli üçün prinsiplərini açıqladı 11-12-2017, 23:52 Qurban Qurbanov 8-ci dəfə ilin məşqçisi seçildi 11-12-2017, 23:51 Dekabrın 13-də Region Liqasının püşkü atılacaq 11-12-2017, 19:07 “Zirə” yenə “Neftçi”ni cəzalandırdı 11-12-2017, 19:05 Arazdan öldürücü zərbə, Rüfətdən het-trik 11-12-2017, 19:00 “Qarabağ”la “Qəbələ” cütün taleyini bu gün həll edə bilər 11-12-2017, 18:59 “Keşlə” “Kəpəz”i evə əliboş göndərdi 11-12-2017, 18:40 Balakəndə futzal turniri keçiriib 11-12-2017, 18:39 Ölkə çempionu ilk dövrənin lideridi 11-12-2017, 18:38 Alim Rotterdamda fərqləndi 11-12-2017, 18:37 Qayıbovun kadrı onun xələfi oldu 11-12-2017, 18:36 Cüdoçular Sumqayıtda yarışdı 11-12-2017, 18:34 Tofiq Heydərov baş məşqçi vəzifəsindən istefa verdi 11-12-2017, 18:33 “Sumqayıt”ın qış planına aydınlıq gəldi 11-12-2017, 18:30 Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı 11-12-2017, 18:26 “İmarət” 2017-yə möhtəşəm tədbirlə yekun vurdu 11-12-2017, 18:23 Fəhmin “Neftçi”ni “Səbail”ə dəyişir 10-12-2017, 21:35 Yığmanın məşqçisi qadın güləşinin problemlərindən danışdı 10-12-2017, 21:29 Gəncənin isra başçısının foto müəmması 10-12-2017, 21:11 Çempionlar Liqası bizə nə qazandırdı? 10-12-2017, 21:09 Bakıda A qrupunun oyunlarını reallaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar