22 noy 02:04liqa

Şahin Diniyevin oyunsonrası açıqlamalarının xronikası

Şahin Diniyevin oyunsonrası açıqlamalarının xronikası
Bəs deyirdiz ki, bizim küçəmizdə də bayram olacaq...
Son vaxtlar “Kəpəz”də baş verən olaylar idman mətbuatının əsas müzakirə obyektidi. Pul yeyintisi faktlarının ardından komandanın baş məşqçisi Şahin Diniyev də istefa vardi. Bəli, sıralanan uğursuzluqların ardından. Gəncə klubu 12 turda cəmi 2 qələbə, 1 heç-heçə və 9 məğlubiyyətlə turnir cədvəlinin son pilləsində qərarlaşıb. Rəqib qapılarından cəmi 9 qol keçirən “sarı-göylər” öz “tor”unda 20 qol görüb. Artıq komandanı kimin çalışdıracağı da məlumdu. Bu, hamımızın yaxşı tanıdığı Yunis Hüseynovdu. Bəs həqiqətənmi “Kəpəz”in u]ursuzluqlarında əsas günahkar Diniyev idi? Belədisə, niyə qərar verməkdə gecikdi? Hansı səbəbdən məğlubiyyətlər sıralananda inamlı danışır, “bizim də küçəmizdə bayram olacaq” deyirdi? Və ya belə deyildisə, niyə istefa verdi? Sona kimi vuruşacaqlarına söz verdiyi halda niyə getdi? Bəli, bəlli məsələdi ki, bugünkü ”Kəpəz” bəlkə də heyətinə görə çempionatın ən zəif klubudu. Yayda komanda tam dəyişdi. Əsas fiqurlar klubu tərk etdi, əvəzində isə aşağı dəstədən futbolçular gəldi. Çətin olacağı gözlənilən idi. Özü də dəfələrlə açıqqlamalarında “bu komandanı mən yığmışam” deyib. Bəs niyə onu yarıyolda buraxdız, cənab Diniyev? Pulun olmadığını, futbolçu gətirə bilməyəcəyinizi bilə-bilə, niyə yayda komandadan ayrılmadız? Belə çıxır ki, özünüzü oda atmısız və ya başqa məqsədiniz olub. Məqsədə tam çatmağa isə nəticələr imkan vermədi.
Əziz oxucu, indi Şahin Diniyevin geridə qalan 12 turda verdiyi açıqlamaları diqqətinizə çatdırırıqq. Oxuyun, onun “Kəpəz”in uрursuzluqlarında günahının olub-olmadığına özünüz qərar verin.
1-ci tur, Sumqayıt – Kəpəz 2:1
"Oyuna qələbə üçün çıxmışdıq. Fərdi səhvlər ucbatından məğlub olduq. Mərkəz müdafiəçilərimizin səhvindən. Hər bir gənc futbolçuya şans verməliyik. Təbii, limit məsələsi də var. Bundan başqa, təcrübə söhbəti də var. Bu gün yeni legionerlərdən narazı qalmadım”.
2-ci tur, Kəpəz – Zirə 0:3
“Belə oyundan sonra nəsə demək çətindi. Komanda bu cür meydanda heç nə yarada bilmədi. "Zirə" bizə əks-hücumlarda qollar vurdu. Bu gün komandanın oyununda hər şeydən narazı qaldım. Bu, ilk dəfə idi. Futboldu, irəli baxmaq lazımdı. İstəməzdik ki, ev oyunumuzu belə hesabla başa vuraq. Bunu heç bir məşqçi istəməz. Amma həyatın sonu deyil. Qarşıda oyunlar var".
3-cü tur, Neftçi – Kəpəz 0:0
“Gərgin oyun idi. Yeni komandayıq. Səbr etmək, bir az gözləmək lazımdı. Komanda meydanın hər qarışı uğrunda vuruşdu. Şadam ki, gənc futbolçularımız ansamblı pozmadı. Gördük ki, komandamızda potensial var. Getdikcə daha da “artırıb”, üstünə qoymalıyıq. Futbolçularımın meydandakı mübarizə əzmindən razı qaldım. Mən isə “Kəpəz”dən heç yerə gedən deyiləm. Azarkeşlər, rəhbərlik qarşısında öhdəliyim var. Bu futbolçuları mən yığmışam”.
4-cü tur, İnter – Kəpəz 3:2
“Belə oyundan sonra danışmaq çox çətindi. Komanda yeni formalaşıb. Yayda bizə 15 yeni futbolçu qoşuldu. Birinci dəstədən, əvəzedicilərdən komandaya cəlb olunan futbolçu çoxdu. Onların uyğunlaşması üçün vaxt lazımdı. Bizdə oyunun taleyini dəyişəcək futbolçu yoxdu. Heç nəyə baxmayaraq, “Kəpəz”ə sonuncu pillə yaraşmır”.
5-ci tur, Qarabağ – Kəpəz 2:0
“Qarabağ”a qarşı açıq futbol oynamaq mümkünsüzdü. Bu gün əsas heyətlə oyuna çıxmışdılar. Güclü komandaların bir fərqi var ki, kiçik səhvlərdən maksimum yararlanırlar. Oyun heç-heçə də nəticələnə bilərdi. Bir neçə qol şansımız oldu. Ancaq bu, mülahizələrdi. Futbolçularımdan razıyam, meydanın hər qarışı uğrunda mübarizə apardılar. Əsas odu ki, buraxılan qoldan sonra da komanda sınmadı. Yayda heyətdə 16 futbolçu dəyişmişik. Xətlərarası anlaşılmazlıqlar belə anlarda üzə çıxır. Anlaşma yüksək səviyyədə deyil. Əsas heyətin bəzi üzvləri 1-ci divizion komandalarından gəlib. Ötən mövsümdəki heyətdən 4 nəfər qalıb. Futbolçular vuruşdular, onların əməyini yerə sala bilmərəm. “Kəpəz” yerindən, məkanından asılı olmayaraq, iddialı komandadı. Mənim dərdimi açdınız. Bizim büdcəmiz 7 komandadan qat-qat aşağıdı. Məsuliyyəti baş məşqçi daşıyır. Büdcəm olsaydı, heç olmasa, 100 minlik futbolçu götürərdim. Məndə o imkan yoxdu indi. Rəhbərlik də nə bacardısa, onu da etdi. Büdcənin formalaşmasında da baş məşqçi məsuliyyət daşıyır. Məsuliyyətin 51 faizi mənim üzərimdədi”.
6-cı tur, Səbail – Kəpəz 1:0
“Olmayan oyun haqda danışmaq çox çətindi. Komanda psixoloji təsir altındadı. Bu mövsüm ən pis oyunlarımızdan birini sərgilədik. Çox ağır vəziyyətə düşmüşük. Elə bir vəziyyətdəyik ki, bundan çıxmaq çətin olacaq. Amma irəli baxmalı və növbəti oyunlarımızı fikirləşməliyik. Turnir cədvəlində olduğumuz yer bizi narahat edir. Futbolçular rahat oynaya bilmirlər, çox təzyiq altındadılar”.
7-ci tur, Qəbələ - Kəpəz 0:2
“Maraqlı oyun oldu. Rəqibin gücünə bələd idik. Çox ehtiyatlı oynamağa çalışdıq. Matçı əks-hücumlar üzərində qurmuşduq. Bu da bizdə alındı. Çox xallar itirmişik, bundan sonra çalışacağıq ki, uğurlu çıxış edək. Sonuncu yer Gəncə futboluna yaraşmır. Klub rəhbərliyinə və azarkeşlərə minnətdaram. Onlar komandanın arxasında durdular. Biz də onların inamını, etimadını doğrultmağa çalışdıq”.
8-ci tur, Zirə - Kəpəz 3:0
“Çox pis oynadıq. Bu, bizim oyunumuz deyildi. Matçı əks-hücumlar üzərində qurmuşduq. İlk hissədə oyunumuz alındı. Rəqib müdafiəmizi yara bilmədi. Əvəzində 3 qol buraxdıq. Çox acınacaqlı məğlubiyyətdi. Bu oyunu unudub, qarşıdakı matçlara hazırlaşmalıyıq. Futbol ev və ya səfər oyunundan ibarət deyil. Müasir futbolda bu cür anlayış yoxdu. Bu gün sabit oyun nümayiş etdirə bilmirik. Əsas problem budu. Heyətimizin böyük hissəsi yenilənib. Hər oyun fərqli çıxış edirik”.
9-cu tur, Kəpəz – Neftçi 0:1
“Oyun haqda çox şey demək istəmirəm. Səbəblər içimizdədi. Məğlub olsaq da, komandadan razı qaldım. Oyundan-oyuna futbolçular yaxşı təsir bağışlayırlar. Diqqətimizi növbəti oyuna yönəltməli, sona qədər mübarizə aparmalıyıq. Sabit heyəti qurmaq vacibdi. Axtarışdayıq. Əlimizi yerə salıb, dayanmamalıyıq. Təkcə ölümə çarə yoxdu. Bugünkü məğlubiyyətə görə məsuliyyəti mən daşıyıram. Gec-tez bu durumdan çıxacağıq. Bizim də küçəmizdə bayram olacaq. Məndən əvvəl azarkeşlər var. Təbii ki, mənim də imicim var. Bu durumla barışmayacam. Başımızı aşağı salıb, çətin durumdan çıxmalıyıq. Qış fasiləsinə qədər bacardığımız qədər xal toplamalıyıq. Getmək çox asandı. Bu komandanı mən qurmuşam. Sona qədər vuruşacağıq. Əminəm ki, çətin vəziyyətdən çıxacağıq. Sabit heyət müəyyənləşdirə bilmirik, problem bundadı. Əl-ələ verib, bu durumdan xilas olmalıyıq”.
10-cu tur, Keşlə - Kəpəz 0:2
“Çox gərgin oyun oldu. “Keşlə” yeni adı ilə qələbə qazanmaq istəyirdi. Amma biz bu oyunda da xal itirsəydik, işimiz daha da çətinləşəcəkdi. Futbolçular gözəl oyundan çox, nəticə üçün oynadılar. Bu gün futbolçularımızın üzərində təzyiq var. Şükürlər olsun ki, bu təzyiqi geridə qoyduq. Ümid edirəm ki, növbəti oyunlarda daha yaxşı çıxış edəcəyik”.
11-ci tur, Kəpəz – Qarabağ 0:2
“Gərgin oyun oldu. “Qarabağ” kiçik səhvlərimizdən istifadə etdi. Qısa zamanda qollar buraxdıq. Məncə, birinci qol komandanı “sındırdı”. Viktor Oseqeylə penalti epizoduna görə təşəkkür edirəm. Onun kimi futbolçu ilə işlədiyimə görə sevinirəm”.
12-ci tur, Kəpəz – Səbail 2:3
“Çox maraqlı oyun izlədik. Futbolçulardan narazı qala bilmərəm. Çünki artıq 5-ci dəqiqədə oyunun taleyi həll olunmuşdu. Qapımıza təyin olunan penaltidən və azlıqda qalandan sonra mübarizə aparmaq çətin idi. Açığı, gözləmirdim ki, hesabı bərabərləşdirə bilərik. Ancaq komanda xarakter göstərdi. İkinci hissədə rəqibi əks-hücumda yaxalamaq istəsək də, alınmadı. Adi bir səhv üzündən qapımızda qol gördük. Bu gün qələbə bizə vacib idi. Təəssüf ki, alınmadı. Qələbə münasibəti ilə “Səbail”i təbrik edirəm. İndidən deyirəm ki, mənə artıq sual verməyəsiz. Çünki bu dəqiqədən mən artıq “Kəpəz”in baş məşqçisi deyiləm. İstefa ərizəmi İslam Abbasova təqdim etdim. Heç nə məni fikrimdən daşındıra bilməz. Mən sözü bir dəfə deyirəm. Möhtəşəm Gəncə azarkeşlərinə təşəkkür etmək istəyirəm. Burda həm yaxşı, həm də pis günlərim oldu. Bu gün komanda sonuncu pillədə qərarlaşıb və bunu özümə sığışdıra bilmirəm. Buna görə əsl azarkeşlərdən üzr istəyirəm. Futbolçulara yeni gələn məşqçiyə dəstək olmalarını demişəm. Yaşanan son olayların istefama heç bir aiddiyatı yoxdu. Xahiş edirəm, bunu siyasiləşdirməyək".
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
11-12-2017, 23:56 Emin Abbasov “Şüvəlan”ı “Xəzər”ə dəyişdi 11-12-2017, 23:54 Qurban Qurbanov milli üçün prinsiplərini açıqladı 11-12-2017, 23:52 Qurban Qurbanov 8-ci dəfə ilin məşqçisi seçildi 11-12-2017, 23:51 Dekabrın 13-də Region Liqasının püşkü atılacaq 11-12-2017, 19:07 “Zirə” yenə “Neftçi”ni cəzalandırdı 11-12-2017, 19:05 Arazdan öldürücü zərbə, Rüfətdən het-trik 11-12-2017, 19:00 “Qarabağ”la “Qəbələ” cütün taleyini bu gün həll edə bilər 11-12-2017, 18:59 “Keşlə” “Kəpəz”i evə əliboş göndərdi 11-12-2017, 18:40 Balakəndə futzal turniri keçiriib 11-12-2017, 18:39 Ölkə çempionu ilk dövrənin lideridi 11-12-2017, 18:38 Alim Rotterdamda fərqləndi 11-12-2017, 18:37 Qayıbovun kadrı onun xələfi oldu 11-12-2017, 18:36 Cüdoçular Sumqayıtda yarışdı 11-12-2017, 18:34 Tofiq Heydərov baş məşqçi vəzifəsindən istefa verdi 11-12-2017, 18:33 “Sumqayıt”ın qış planına aydınlıq gəldi 11-12-2017, 18:30 Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı 11-12-2017, 18:26 “İmarət” 2017-yə möhtəşəm tədbirlə yekun vurdu 11-12-2017, 18:23 Fəhmin “Neftçi”ni “Səbail”ə dəyişir 10-12-2017, 21:35 Yığmanın məşqçisi qadın güləşinin problemlərindən danışdı 10-12-2017, 21:29 Gəncənin isra başçısının foto müəmması 10-12-2017, 21:11 Çempionlar Liqası bizə nə qazandırdı? 10-12-2017, 21:09 Bakıda A qrupunun oyunlarını reallaşacaq 10-12-2017, 21:08 Yorğunluq da "Qarabağ"a mane olmadı 10-12-2017, 20:46 “Azərsell” Lunyovu 2100 manat cərimələtdi 10-12-2017, 20:34 Qalmaqallı oyunun hakimi susdu 10-12-2017, 20:32 “Xəzər Lənkəran” ən sadiq azarkeşlərindən birini itirdi 10-12-2017, 19:28 “Futbol+” ilin ən yaxşılarını seçir! 10-12-2017, 19:24 “Neftçi” yenə kubokda sevinəcək? 10-12-2017, 19:22 Arif Əsədov “Sabah”ı yeni transferlərlə gücləndirəcək 10-12-2017, 19:19 Çempiona iki qol da kifayət etmədi 10-12-2017, 19:18 Yunis Hüseynov “Keşlə” səddini keçməkdə iddialıdı 8-12-2017, 21:17 Azərbaycan “Qran-pri”sinin vaxtı dəyişmədi 8-12-2017, 21:14 Voleybol yığmamız Rusiya və ABŞ ilə qarşılaşacaq 8-12-2017, 21:12 “Lokomotiv” Portuqaliya klubuna da aman vermədi 8-12-2017, 21:09 “Neftçi” kuboku qurban verməlidi 8-12-2017, 21:07 AFFA “Xəzər Lənkəran”ın rəsmisini 5 oyunluq cəzalandırdı 8-12-2017, 21:04 Mirhüseyn gələn həftə apellyasiya şikayəti verəcək 8-12-2017, 21:03 Prosineçkinin müqaviləsinin müddəti 4 gün öncə bitib 8-12-2017, 20:15 “Qarabağ” strategiyasını dəyişməyəcək! 8-12-2017, 20:14 “Əbədi şəhər”ə macəralı səfər 8-12-2017, 20:13 “Sky Sport İtaly”nin əməkdaşını UEFA rəsmisi dayandırıb 8-12-2017, 20:05 “Qarabağ”ın ÇL-dən qazancı 33 milyondu! 8-12-2017, 20:04 Şehiç ən çox seyv edən qapıçıdı! 8-12-2017, 20:03 Azərbaycanlılardan biri yerli fanatlar tərəfindən döyülüb 8-12-2017, 19:54 Arif Əsədovun "Sabah"ı təhlükəli zonadan uzaqlaşdı 8-12-2017, 19:52 “Səbail” 2-ci dövrənin qalibidi! 8-12-2017, 19:47 “Futbol+” ilin ən yaxşılarını seçir! 8-12-2017, 19:45 Kamranla Namiq “Kəpəz”in maraq dairəsindədi 8-12-2017, 19:32 Premyer-liqa "Bayıl Arena”da yarılanacaq 8-12-2017, 19:19 Vaqif Paşayev problemi uşaq məşqçilərində görür 8-12-2017, 19:16 Brüssel siyahıdan çıxarıldı, yığmamız ilk səbətdə yer aldı 8-12-2017, 18:47 “Çelsi”ylə “Qarabağ” bir qrupa düşəndə çox sevinmişdim” 7-12-2017, 19:12 Fərid Qayıbov Mariana Vasilyevaya alternativ yerli məşqçi görmür 7-12-2017, 19:10 Yığma üzvlərinin duelindən Polina qalib ayrıldı 7-12-2017, 19:08 “Pul qazancım olsaydı, adamı bu qədər “yandırmazdı” 7-12-2017, 19:02 “Neftçi” bəyanat yaydı 7-12-2017, 19:01 Elxan Məmmədov: “Hüquq-mühafizə orqanlarının araşdırması davam edir” Bütün xəbərlər
Ən çox oxunanlar