22 noy 02:00liqa

Turdan məqamlar

Turdan məqamlar
Turun...
...diktoru...

“Neftçi”nin ev oyunlarını keçirdiyi “Bakcell Arena”da ATV-də çalışan həmkarımız İlkin Fikrətoğlunun səsini eşitməyə alışmışıq. Bəzən onun yoxluğunda bu işin öhdəsindən elə həmin telekanalın digər əməkdaşı Sənan Şəfizadə gəlməyə çalışıb. Bu iki şəxs olmayanda isə “CBC Sport”dakı fəaliyyəti ilə tanıdığımız Ürfan Məmmədli iş başında olub. Lakin bu dəfə, “Neftçi” – “Qəbələ” qarşılaşmasından öncə komanda üzvlərinin adlarını səsləndirən, vurulan qolları və əvəzetmələri təqdim edən diktorun səsi bir az qəribə gəldi. Kim idisə, futbolda səsini eşitməmişdik. Özünəməxsus fəaliyyəti ilə diqqəti üzərinə çəkməyi bacardı. Xüsusilə bakılılar qol vuranda diktorun “qol” sözünü uzadaraq bir neçə dəfə səsləndirməsi stadiondakılara qəribə təsir bağışladı. Sonradan öyrəndik ki, Kənan Quliyev həmkarımızdı, basketbol şərhçisi kimi tanınır. Bu gün də “CBC Sport”da çalışır. Bu öz yerində. Sual doğuran məqam İlkinin, Sənanın və Ürfanın yoxluğuydu. Bunun səbəbini öyrənmək üçün “Neftçi”nin Mətbuat və Marketinq Departamentinin rəhbəri Anar Şabanoğlunu aradıq: “Bəli, komandamızın ev oyunlarında diktor funksiyasını İlkin Fikrətoğlu icra edir. Yəni əsas diktor İlkindi. Sadəcə, şəxsi işləriylə bağlı bu dəfə bizə kömək edə bilmədi. Sənan Şəfizadə isə ölkə xaricindəydi. Ona görə də bu işi Kənan Quliyevə həvalə etdik. Kənan azarkeşlərə oyundan öncə təqdim olunan promolardan tanışdı. Həm “Neftçi”, həm də “Sumqayıt”la qarşılaşmalardan əvvəl hazırlannış anons tipli promolarda eşitdiyiniz Kənanın səsidi. Belə deyim, “Neftçi”ylə ilk əməkdaşlığı deyil. Ona görə də İlkin Fikrətoğlunun yoxluğunda bu iş məhz Kənan Quliyevə etibar olunmuşdu”.
...diqqətsizliyi...
Azərbaycan futbolunda təşkilatçılıq və peşəkarlıq baxımından ciddi nöqsanların olduğu heç kimə sirr deyil. İstər azarkeşlərlə bağlı olsun, istər oyunun təşkili, istərsə də cavabdeh şəxslərin diqqətsizliyi. Məsələn, azarkeş sayı düzgün qeyd olunmur. Ya süni şəkildə artırılır, ya da azaldılır. Bəzi oyunlardan sonra azyaşlı azarkeşlər meydana daxil olub futbolçuların qarşısını kəsib, futbolka, buts istəyir. Bəzən məğlub komandanın heç bir futbolçusu jurnalistlərə açıqlama vermir. Halbuki klubun mətbuat katibi komanda üzvlərdən hansısa birinin media mənsubları ilə danışmasına şərait yaratmalıdı. Hə, bir də qırmızı vərəqə alan futbolçunun meydanın həndəvərindən uzaqlaşdırılması ilə bağlı gördüklərimiz.
Hələ ötən mövsüm, “Kəpəz” – “Qəbələ” oyunundan sonra bu mövzuya toxunmuşduq. Nicat Qurbanovla Nika Kvekveskirinin qarşılıqlı kobudluğu hər iki futbolçunun “qırmızı” alması ilə nəticələnmişdi. Onlar gözə görünməmək əvəzinə Gəncədəki stadionun paltardəyişmə otağına gedən yolda, dəqiq desək, tunelə düşən pilləkənlərdə dayanıb oyunu sona qədər izləmişdilər. Halbuki qaydalara ziddi, belə şey ola bilməz. Meydandan qovulan futbolçunun hakimə yaxın ərazidə, üstəlik, nəzarətsiz qalması ciddi riskdi. Həmin vaxt yazdıqlarımızın qulaqardına vurulmasının nəticəsidi ki, eyni mənzərəyə bu dəfə də şahidlik etdik. Və yenə Gəncədə.
“Kəpəz” – “Səbail” görüşünün 5-ci dəqiqəsində Rauf Cabbarovun qırmızı vərəqəsinə tuş gələn Dedimar Fereyra ilk anda paltardəyişmə otağına yollansa da, çox keçmədən tunelə girişdəki pilləkənlərdə göründü. Oyunu da sona qədər orda dayanıb izlədi. Əsəbləri tarıma çəkilən, məğlubiyyətə əsas səbəbkar olan həmin futbolçu özünə haqq qazandırmaq üçün oyun başa çatan kimi hakimlərin üzərinə hücum çəksəydi, Rauf Cabbarovu təpiklə yerə sərsəydi, buna görə kim cavabdehlik daşıyacaqdı? Təbii ki, biabırçılıq olacaqdı. Cavabdeh şəxslər məsələyə soyuq yanaşsa da, yetərincə ciddi təhlükədi. Nəzarət etməli olan şəxs ilk növbədə həmin ərazini vizual görən dördüncü hakim Rəvan Həmzəzadə idisə, AFFA nümayəndəsi Elmar Qasımov da mühafizə əməkdaşlarına Dedimarın ordan uzaqlaşdırılmasına dair tapşırıq verməliydi. Təəssüf ki, heç biri bunu etmədi. Dünən adı çəkilənlərlə əlaqə saxlamaq cəhdlərimiz də boşa getdi. Nə Həmzəzadə, nə də Qasımov zənglərimizə cavab verdi.
...ilki
“Ölkənin ən böyük arenası” adını “Tofiq Bəhramov”un əlindən alan Olimpiya stadionu, nəhayət, premyer-liqa qarşılaşmasına da qucaq açdı. İndiyə qədər orda müxtəlif yarışlar keçirilmişdi. Əsas yığma oynamışdı, U-17-lərin Avropa çempionatının görüşlərinə tamaşa etmişdik, İslam Həmrəyliyi Oyunları baş tutmuşdu, “Qarabağ”ın Çempionlar Liqasındakı qarşılaşmalarını izləmişdik. Bu dəfə “Qarabağ” – “Sumqayıt”ı BOS-da qəbul edincə, premyer-liqa oyunlarına qucaq açan stadionların adlarına biri də əlavə olundu. 70 minə yaxın azarkeş tutumu olan arenada 2 min futbolsevərin görünməsi miskin görüntü idi. Sanki oyun azarkeşsiz keçirilirdi. Söhbət BOS-dan gedirsə, sualların olması da təbiidi. Məsələn, bilet stışının təşkili, “Qarabağ”ın bu oyun üçün ödədiyi icarə haqqı, stadion əməkdaşlarının iş rejimi. Və ən vacib məqam polislərlə azarkeşlər arasındakı qarşıdurma zamanı BOS-a maddi ziyanın dəyib-dəyməməsi. Bu mövzuda stadionun direktoru Cavid Qarayevlə qısa söhbət etdik: “Əlbəttə, ölkə çempionatının oyununun BOS-da keçirilməsi sevindirici haldı. Hər bir işin başlanğıcı çətin olur. Ona görə də stadiona az azarkeşin təşrif buyurması başadüşüləndi. Ümid edək ki, gələcəkdə “Qarabağ”ın iştirakıyla keçirilən premyer-liqa qarşılaşmalarını onminlərlə azarkeş izləyəcək. Polislərlə azarkeşlər arasında yaşanan münaqişənin detalları haqda məlumatım yoxdu. Amma onu deyə bilərəm ki, stadiona ziyan dəyməyib. Oturacaqlar, ayaqyollarındakı vəziyyət – hamısı qaydasındadı. Xeyr, bilet satışı təşkil olunmamışdı. Buna ehtiyac duyulmadı. Azarkeşlərin marağını nəzərə alıb, onların stadiona rahat daxil olması üçün şərait yaratdıq. O ki qaldı icarə haqqına, açığı, bu haqda heç bir söhbətimiz olmadı. Düzdü, Çempionlar Liqasının oyunları ilə bağlı tərəflər arasında maliyyə danışıqları olub. Ancaq bu müqavilə sirri olaraq qalır, hansısa açıqlama verə bilmərəm. Sırf “Sumqayıt”la qarşılaşmadan danışırıqsa, yenə deyirəm, maliyyə ilə bağlı söhbət etmədik. Gəlib, oyunlarını oynayıb, getdilər”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
11-12-2017, 23:56 Emin Abbasov “Şüvəlan”ı “Xəzər”ə dəyişdi 11-12-2017, 23:54 Qurban Qurbanov milli üçün prinsiplərini açıqladı 11-12-2017, 23:52 Qurban Qurbanov 8-ci dəfə ilin məşqçisi seçildi 11-12-2017, 23:51 Dekabrın 13-də Region Liqasının püşkü atılacaq 11-12-2017, 19:07 “Zirə” yenə “Neftçi”ni cəzalandırdı 11-12-2017, 19:05 Arazdan öldürücü zərbə, Rüfətdən het-trik 11-12-2017, 19:00 “Qarabağ”la “Qəbələ” cütün taleyini bu gün həll edə bilər 11-12-2017, 18:59 “Keşlə” “Kəpəz”i evə əliboş göndərdi 11-12-2017, 18:40 Balakəndə futzal turniri keçiriib 11-12-2017, 18:39 Ölkə çempionu ilk dövrənin lideridi 11-12-2017, 18:38 Alim Rotterdamda fərqləndi 11-12-2017, 18:37 Qayıbovun kadrı onun xələfi oldu 11-12-2017, 18:36 Cüdoçular Sumqayıtda yarışdı 11-12-2017, 18:34 Tofiq Heydərov baş məşqçi vəzifəsindən istefa verdi 11-12-2017, 18:33 “Sumqayıt”ın qış planına aydınlıq gəldi 11-12-2017, 18:30 Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı 11-12-2017, 18:26 “İmarət” 2017-yə möhtəşəm tədbirlə yekun vurdu 11-12-2017, 18:23 Fəhmin “Neftçi”ni “Səbail”ə dəyişir 10-12-2017, 21:35 Yığmanın məşqçisi qadın güləşinin problemlərindən danışdı 10-12-2017, 21:29 Gəncənin isra başçısının foto müəmması 10-12-2017, 21:11 Çempionlar Liqası bizə nə qazandırdı? 10-12-2017, 21:09 Bakıda A qrupunun oyunlarını reallaşacaq 10-12-2017, 21:08 Yorğunluq da "Qarabağ"a mane olmadı 10-12-2017, 20:46 “Azərsell” Lunyovu 2100 manat cərimələtdi 10-12-2017, 20:34 Qalmaqallı oyunun hakimi susdu 10-12-2017, 20:32 “Xəzər Lənkəran” ən sadiq azarkeşlərindən birini itirdi 10-12-2017, 19:28 “Futbol+” ilin ən yaxşılarını seçir! 10-12-2017, 19:24 “Neftçi” yenə kubokda sevinəcək? 10-12-2017, 19:22 Arif Əsədov “Sabah”ı yeni transferlərlə gücləndirəcək 10-12-2017, 19:19 Çempiona iki qol da kifayət etmədi 10-12-2017, 19:18 Yunis Hüseynov “Keşlə” səddini keçməkdə iddialıdı 8-12-2017, 21:17 Azərbaycan “Qran-pri”sinin vaxtı dəyişmədi 8-12-2017, 21:14 Voleybol yığmamız Rusiya və ABŞ ilə qarşılaşacaq 8-12-2017, 21:12 “Lokomotiv” Portuqaliya klubuna da aman vermədi 8-12-2017, 21:09 “Neftçi” kuboku qurban verməlidi 8-12-2017, 21:07 AFFA “Xəzər Lənkəran”ın rəsmisini 5 oyunluq cəzalandırdı 8-12-2017, 21:04 Mirhüseyn gələn həftə apellyasiya şikayəti verəcək 8-12-2017, 21:03 Prosineçkinin müqaviləsinin müddəti 4 gün öncə bitib 8-12-2017, 20:15 “Qarabağ” strategiyasını dəyişməyəcək! 8-12-2017, 20:14 “Əbədi şəhər”ə macəralı səfər 8-12-2017, 20:13 “Sky Sport İtaly”nin əməkdaşını UEFA rəsmisi dayandırıb 8-12-2017, 20:05 “Qarabağ”ın ÇL-dən qazancı 33 milyondu! 8-12-2017, 20:04 Şehiç ən çox seyv edən qapıçıdı! 8-12-2017, 20:03 Azərbaycanlılardan biri yerli fanatlar tərəfindən döyülüb 8-12-2017, 19:54 Arif Əsədovun "Sabah"ı təhlükəli zonadan uzaqlaşdı 8-12-2017, 19:52 “Səbail” 2-ci dövrənin qalibidi! 8-12-2017, 19:47 “Futbol+” ilin ən yaxşılarını seçir! 8-12-2017, 19:45 Kamranla Namiq “Kəpəz”in maraq dairəsindədi 8-12-2017, 19:32 Premyer-liqa "Bayıl Arena”da yarılanacaq 8-12-2017, 19:19 Vaqif Paşayev problemi uşaq məşqçilərində görür 8-12-2017, 19:16 Brüssel siyahıdan çıxarıldı, yığmamız ilk səbətdə yer aldı 8-12-2017, 18:47 “Çelsi”ylə “Qarabağ” bir qrupa düşəndə çox sevinmişdim” 7-12-2017, 19:12 Fərid Qayıbov Mariana Vasilyevaya alternativ yerli məşqçi görmür 7-12-2017, 19:10 Yığma üzvlərinin duelindən Polina qalib ayrıldı 7-12-2017, 19:08 “Pul qazancım olsaydı, adamı bu qədər “yandırmazdı” 7-12-2017, 19:02 “Neftçi” bəyanat yaydı 7-12-2017, 19:01 Elxan Məmmədov: “Hüquq-mühafizə orqanlarının araşdırması davam edir” Bütün xəbərlər
Ən çox oxunanlar