22 noy 01:34liqa

“Kəpəz”də Yunis Hüseynov dönəmi başladı

“Kəpəz”də Yunis Hüseynov dönəmi başladı
“Gəncə kimi şəhərin komandası turnir cədvəlinin sonunda qərarlaşa bilməz”
Şahin Diniyevin istefasından sonra baş məşqçi postu çox boş qalmadı. “Kəpəz”in “sükan”ı Yunis Hüseynova tapşırıldı. Sonuncu dəfə “Xəzər Lənkəran”ı çalışdıran 52 yaşlı mütəxəssis bu gün komandaya təqdim olunacaq. Dünən isə “sarı-göylər”in yeni çalışdırıcısı ilə əlaqə saxlayıb, yeni işi ilə bağlı söhbətləşdik.
- “Kəpəz”i çalışdırmaqla bağlı təklifi kimdən aldız? Müşahidə Şurasının sədri Elmir Vəliyevdən, yoxsa AFFA-nın şuradakı təmsilçisi İslam Abbasovdan?
- Şahin müəllimin istefasından sonra Müşahidə Şurasının toplantısı olub. Orda mənimlə yanaşı, bir neçə mütəxəssisin namizədliyi müzakirə olunub. Bildiyim qədər sonda mənim namizədliyim üzərində dayanıblar. Ondan sonra əlaqə saxladılar, mən də razılığımı bildirdim.
- “Kəpəz”in indiki durumu o qədər də ürəkaçan deyil. Turnir cədvəlinin zirzəmisində qərarlaşan komandada həm heyətlə bağlı çatışmazlıqlar mövcuddu, həm də büdcə baxımından kasadlıqdı. “Hə” cavabı verərkən bu məqamları nəzərə aldız?
- Sizə açıq deyirəm, çox çətin olacaq. Ancaq vəziyyət o dərəcədə də acınacaqlı deyil. Bir də ki, “Kəpəz”in əsas silahı azarkeşlərdi. Özüm də futbolçu olmuşam və bilirəm ki, geniş auditoriya qarşısında oynamaq necə böyük məsuliyyətdi. Hamı bilir ki, bü gün Azərbaycan futbolunda stadiona ən çox azarkeş “Kəpəz”in ev oyunlarında gəlir. Bu üzdən futbolçular işlərinə daha məsuliyyətli yanaşıb, daha əzmkar oyun sərgiləməyə borcludular. Ustalıq səviyyəsi aşağı olan komanda bu çatışmazlığı əzmkarlıq hesabına “sığortalamalıdı”. Qış fasiləsinə çox az müddət alıb. Bəlkə də komandanı yayda götürsəydim, işim daha asan olardı. Ən azı yayda heyətə yeni futbolçu cəlb etmək qışdakından daha asandı. Əksər oyunçuların müqavilələri davam etdiyindən yanvarda istədiyin futbolçu ilə anlaşa bilmirsən. Buna baxmayaraq, heyəti gücləndirmək üçün maksimum səy göstərəcəyik.
- Azarkeşdən söz düşmüşkən, “Kəpəz” tərəfdarlarını narazı salan məqamlardan biri də komandanın Bakıda məskunlaşması, yalnız oyundan-oyuna Gəncəyə yollanmasıdı. Sizin məşqçiliyiniz dönəmində bu məsələ necə tənzimlənəcək?
- Fikrimcə, gəncəli azarkeşlər bu məsələdə haqlıdılar. Gəncəni təmsil edən klub elə bu şəhərdə qalmalı, onu sevənlərin gözü qarşısında olmalıdı. Ancaq çox təəssüf ki, hazırda klubun bazasında şərait istənilən səviyyədə deyil. Məşq etmək üçün ehtiyat meydançanın olmaması da işi çətinləşdirir. Düzdü, çox gözəl, hətta deyərdim, ideal səviyyədə əsas meydan var. Lakin həftəboyu ondan yararlansaq, ot örtüyünü sıradan çıxarmış olarıq. Ancaq Müşahidə Şurasının sədri Elmir Vəliyev bildirib ki, 2018-ci il üçün həm baza əsaslı təmir olunacaq, həm də yardımçı meydança hazır olacaq. Artıq onda “Kəpəz” birdəfəlik Gəncədə məskunlaşacaq.
- Ötən mövsümlə müqayisədə hazırda düşərgədə yer alan legionerlərin də səviyyəsi o qədər də yüksək deyil. Qış fasiləsində komandaya yeni oyunçular dəvət edəcəyinizi bildirdiz. Onlar arasında legionerlər olacaq?
- Bu haqda indidən nəsə deyə bilmərəm. Komanda ilə ilk məşqə sabah (bu gün) çıxacam. Düzdü, həmin futbolçuları televiziya vasitəsilə izləmişəm. Ancaq oyunçunu canlı iş başında görmək başqa, ekranda baxmaq başqa. İnşallah, onları məşqlərdə izlədikdən sonra qərarımı verəcəm.
- Köməkçiləriniz kimlər olacaq? Mətbuatda yazılanlara inansaq, Diniyevlə birgə işləyənlərdən yalnız Vidadi Rzayevi məşqçilər korpusunda saxlamaq fikriniz var. Bir də Hüseyn Məhəmmədovun “Kəpəz”də qapıçılarla işləyən məşqçi kimi çalışacağı deyilir.
- Sözün düzü, hələ bu məsələ ilə bağlı heç bir qərar verməmişəm. Nə heç kimi işdən uzaqlaşdırmışam, nə də kimisə yanıma dəvət etmişəm. Mən də sizin kimi bu xəbərləri ordan-burdan oxuyuram. Yalnız onu deyə bilərəm ki, Xaliq Mərdanov özü klubdan ayrılmaq istəyi ilə bağlı müraciət edib. Bu dəqiqə hamı öz yerindədi və işini davam etdirir.
- Əvəzedici heyətin baş məşqçisi Azər Məmmədovun da klubdan gedəcəyi söylənilir.
- Yenə deyirəm, hələ ki heç kimlə nə görüşmüşəm, nə də söhbət etmişəm. Yayılan söz-söhbət həqiqəti əks etdirmir.
- “Karvan”, “Xəzər Lənkəran” kimi iddialı klubları çalışdırmısız və hər zaman qarşınıza yüksək hədəflər qoyulub. Heç şübhəsiz, “Kəpəz” rəhbərliyi indiki məqamda sizdən bunu tələb edə bilməz. Bəs özünüz qarşınıza hansı məqsədi qoymusuz?
- İndi əsas məqsəd baxımlı oyunla gəncəli azarkeşləri sevindirməkdi. Gəncədə daim futbol olub, yerli futbolsevərlər ağı qaradan, pisi yaxşıdan seçməyi yaxşı bacarırlar. Bu şəhərdə futbola başlamışam, burda böyümüşəm. Bilirəm ki, Gəncənin futbol həyatı nə deməkdi. Elə etməliyik ki, tribunalara toplaşan 10-12 min tərəfdar komandanın oyunundan zövq alsın. Yenə deyirəm, bu gün “Kəpəz”in başqa klubdan üstünlüyü böyük azarkeş ordusuna malik olmasıdı. “12-ci oyunçu”nun köməyindən maksimum yararlanmalı, bacardıqca nəticələrimizi yaxşılaşdırmalıyıq. Gəncə kimi şəhərin komandası turnir cədvəlinin sonunda qərarlaşa bilməz.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar