Yazarlar
Həbib
Pulun üzü qara olsunAmal
Absurdla dolu futbol
Reportaj
KIVDF

Facebook-da biz
Məzənnə
Sorğu

BMM “Futbol+”ə yer verməkdən çəkindi

“Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi

AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı

“Futbol+” kollektivi İlham Əliyevə müraciət etdi

Kamran Ağayevdən növbəti özündənrazı açıqlama

Adil Nadirov vəfat etdi

Bordin toplanışdan və komandasından razıdı

“Kəpəz”in yeni rəhbərliyi məlum oldu

PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib

PFL klublarımızın oyunlarını canlı yayınlamaq istəyir

Yaşar Seyidov “Bakı”nın bazasına gedə bilmir

“Aldığımız avadanlıqlara 3 milyondan çox pul xərclədik”

“Xaqani Məmmədov keçmişdəki bəzi səhvlərinə görə kənarda qalıb”

“Aclar” məhəlləsindən çıxan “futbol manyakı”
Sadiq Quliyev “Zirə”yə dönüşünü dəyərləndirdi

“Rəqabətdən çəkinmirəm və bu məni daha da gücləndirir”
Premyer-liqanın ilk yarısında istədiyi nəticələri qazana bilməyən “Zirə”də qış fasiləsinin əvvəlində baş məşqi dəyişikliyi reallaşdı. Bunun əsas səbəbi kimi komandanın nəticələri göstərildi. Bir halda ki qeydə alınan nəticələr rəhbərliyi qane etmir, deməli, heyətdə də yeniliklər olmalı, komanda gücləndirilməlidi. Lakin qəsəbə təmsilçisi bu vaxta qədər cəmi bir transfer gerçəkləşdirib. Belə ki, ötən mövsüm “qartallar”ın heyətində icarə əsasında çıxış edən Sadiq Quliyev bu dəfə azad agent kimi “Zirə”nin sıralarına qoşulub. Klub rəhbərliyi ilə futbolçu arasında əldə olunan razılığa əsasən müdafiəçi mövsümün sonuna kimi “qartallar”ın uğurları üçün tər tökəcək.
Sadiq “Qəbələ”də, demək olar, şans qazanmadı. Cari mövsüm premyer-liqada cəmi 1 oyunda meydana çıxdı. O, “Sumqayıt” - “Qəbələ” qarşılaşmasının (2:2) 61-ci dəqiqəsində Tellur Mütəllimovu əvəzlədi. Lakin Quliyev üçün həmin görüş uğursuz alındı. Belə ki, müdafiəçi meydanda olduğu 29 dəqiqə ərzində 2 sarı vərəqəyə tuş gəldi və “qırmızı” ilə cəzalandı. Quliyev qırmızı vərəqə aldığı epizodda penaltiyə də səbəb oldu ki, bu da Roman Qriqorçukun rəhbərlik etdiyi kollektivin qələbəni əldən verməsi ilə nəticələndi. Bir sözlə, Sadiqlə həm “Qəbələ”, həm də “Zirə” ilə bağlı söhbətləşmək qərarına gəldik ki, qısaca da olsa, bizi maraqlandıran suallara cavab almağa çalışdıq.
- Yenidən "Zirə"dəsən. Yarım ildə komanda çox dəyişib?
- Mən burda olduğum müddətdə komandada vəziyyət necə idisə, indi də elədi. Yəni ab-hava eynidi. Çox böyük dəyişiklik görmürəm.
- Yayda yetirməsi olduğun "Qəbələ"yə döndün. Lakin bölgə təmsilçisində işlərin qaydasında getmədi. Bunun səbəbini izah edə bilərsən?
- “Qəbələ”də oyun təcrübəsi sarıdan əziyyət çəkirdim. Çox az oynamaq şansım olduğu üçün rəhbərliklə məsləhətləşdim. Çox sağ olsunlar ki, “Qəbələ” rəhbərliyi mənim bu fikrimi nəzərə aldı.
- “Qəbələ”də səndən öncə də bir sıra yerli futbolçular oynamaq şansı qazanmayıb. Hətta bəziləri bu fikirdədi ki, Roman Qriqorçuk yerlilərə sanki bir qədər fərqli münasibət göstərir.
- Mən futbolçuyam. Məşqçilər haqda danişmağı xoşlamıram. Hər bir çalışdırıcının öz fikri var.
- “Sumqayıt”la qarşılaşmadan öncə Qriqorçuk qəzetimizə müsahibə vermişdi və orda səninlə bağlı sualı da cavablamışdı. Demişdi ki, ona da şans verəcəm. Ancaq həmin oyun (2:2) sənin üçün o qədər də uğurlu alınmadı. Sırf “Sumqayıt”la matçdan sonra “Qəbələ”dən ayrılmaq qərarına gəldin?
- Xeyr. Məhz bu qarşılaşmaya görə “Qəbələ”dən ayrılmadım. Bir qədər öncə də vurğuladığım kimi, az oynadığıma görə “Qəbələ”dən ayrıldım.
- “Qəbələ” haqda bu qədər. “Zirə”dəki təlim-məşq toplanışının geridə qalan hissəsi haqda nə deyə bilərsən?
- Hazırda hazırlıq prosesi yüksək səviyyədə davam edir.
- Bəs Adil Şükürovun komandadan gedəcəyini gözləyirdin?
- Adil Sükürov baş məşqçi postundan ayrılarkən mən komandada deyildim.
- Bu məlumdu. Belə deyək, bir mövsüm Adil Şükürovun rəhbərliyi aıtında top qovmusan. Onun istefa verməsiylə bağlı xəbəri necə qarşıladın?
- Ümumiyyətlə, məşqçilər haqda danışmaq istəmirəm.
- Hazırda sənin çıxış etdiyin mövqedə Migel Lorentso ilə Yovan Krneta var. Rəqabətdən çəkinmirsən?
- Hər bir iddiali komandada rəqabət var. Bundan çəkinmirəm. Əksinə, rəqabət məni daha da gücləndirir.
- Cari mövsümün geridə qalan hissəsində “Zirə” istədiyi nəticələri qazana bilməyib. Komandanın avrokuboklara vəsiqə əldə etmək şansını necə dəyərləndirirsən?
- Avrokuboklar haqda nəsə deməyim hələ ki tezdi. Əlimizdən gələni edəcəyik ki, turnir cədvəlində üst pillələrə qalxaq.
FARİZ
Şərh yaz