Yazarlar

Reportaj
1 2 3 4 5 6 7 8

KIVDF


Məzənnə
Sorğu
2017-cı ilin ən yaxşı futbolçusu kimdir?
Araz Abdullayev
Bədavi Hüseynov
Əfran İsmayılov
Qara Qarayev
Mahir Mədətov
Rauf Əliyev
Rəşad Sadıqov
Riçard Almeyda
Ruslan Qurbanov
Təmkin Xəlilzadə

Bugünkü qəzet
Təqvim
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
20 noy 19:57liqa, reportaj

“Qəbələ” bu dəfə də keçilməz oldu

“Qəbələ” bu dəfə də keçilməz oldu
Tərlan Əhmədov Nizami Hacıyevlə anlaşdıqlarını təsdiqlədi
48. Neftçi (Bakı) – Qəbələ 2:3 (1:1)
94. Rəşad Əzizli – 5,0
5. Anton Krivotsyuk – 4,5
15. Ruslan Abışov (k) – 4,5
25. Kiril Petrov – 5,5
21. Məhəmməd Mirzəbəyov – 5,5
6. Rəşad Sadiqov – 5,0
10. Derlis Meza Kolli – 5,0
11. İqnasio Errera – 5,0
(7. Namiq Ələsgərov, 74) – 5,0
8. Emin Mahmudov – 5,5
17. Rəhman Hacıyev – 6,0
9. Hüqo Barqas – 5,0
(22. Mirabdulla Abbasov, 66) – 5,0
Ehtiyat oyunçular
53. Maksim Vaylo
3. Mateo Mujek
12. Daniel Seqoviya
16. Pavel Dreksa
23. Tərzin Cahangirov
26. Ömər Buludov
27. Məqsəd İsayev
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: Rəhman Hacıyev

22. Dmitri Bezotosnı – 5,5
34. Ürfan Abbasov (k) – 5,0
3. Voislav Stankoviç – 5,0
21. Deyv Bultuis – 5,0
8. Qismət Alıyev – 5,5
16. Dion Malone – 4,5
(28. Stiven Jozef-Monroz, 46) – 5,5
4. Elvin Camalov – 5,0
6. Elvin Məmmədov – 4,0
(10. Ruslan Qurbanov, 21) – 5,5
11. Asif Məmmədov – 5,0
9. Baqali Dabo – 6,0
45. Famusse Kone – 5,5
(90. Ekiqo Ehiosun, 87) – qiymətsiz
Ehtiyat oyunçular
23. Aqil Məmmədov
35. Murad Popov
15. Vitali Vernidub
17. Roman Hüseynov
18. İlqar Qurbanov
19. Filip Ozobiç
29. Hacıağa Hacıyev
70. Ülvi İsgəndərov
88. Tellur Mütəllimov
Baş məşqçi: Roman Qriqorçuk
Komandanın ən yaxşısı: Baqali Dabo
Qollar: E.Mahmudov, 19 (1:0, K.Petrov). B.Dabo, 22 (1:1, Q.Alıyev). K.Petrov, 48 (2:1, R.Hacıyev). R.Qurbanov, 56-p. (2:2). S.Jozef-Monroz, 80 (2:3).
Vərəqələr: A.Krivotsyuk, 55 (qeyri-idman hərəkəti). E.Camalov, 61 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov (hamısı Bakı).
Hakim-inspektor: Əli Hüseynov (Bakı).
AFFA nümayəndəsi: Sakin Məmmədzadə (Lənkəran).
19 noyabr. Bakı. Bakcell Arena. 2500 tamaşaçı (11000 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Bu oyunun hesabat turunun sonuncu gününə salınması və bazar günü yeganə matç olması təsadüfi deyildi. Mərkəzi qarşılaşma sayılırdı və kifayət qədər marağın olacağı gözlənilən idi. İlk dövrədə Qəbələdə baş tutan matçla müqayisədə bu dəfə “Neftçi”nin yüksəlişdə olması oyunun gərgin keçəcəyindən xəbər verirdi. Bir gün əvvəl “Sumqayıt”ın “Qarabağ”a məğlub olması “ağ-qaralar”ı həvəsləndirməyə bilməzdi. “Qəbələ” ilə görüşdə qazanılacaq qələbə bakılıları 4-cü pilləyə yüksəldəcəkdisə, bölgə təmsilçisinin “Qarabağ” və “Zirə”ylə xal fərqi artacaqdı. Odu ki, hər iki komandanı yalnız və yalnız qələbə düşündürürdü. Tərlan Əhmədov heyətlə bağlı ciddi narahatlıq keçirə bilməzdi. Əvəzedici komandaya göndərdiyi Elnur Cəfərov xaric, bütün futbolçular baş məşqçinin sərəncamında idi. Əvəzində Roman Qriqorçuk qayğılı görünürdü. Zədəsini tam sağaltmayan Filip Ozobiçlə qırmızı vərəqə cəzalısı Cavid Hüseynovun yoxluğu “qırmızı-qaralar”ın yarımmüdafiə xəttinə mənfi təsir göstərəcəkdi.
Heyətlərə nəzər salanda, “Neftçi”də Namiq Ələsgərovun ehtiyatda qalmasına təəccüblənmək olardısa, Qriqorçuk un Tellurla İlqarı yanında oturdub, sağ cinahda dayaq yarımmüdafiəçisi kimi görməyə alışdığımız Qisməti oynatması gözlənilməz idi. Elə komandasının ən yaxşılarından olan Jozef-Monrozun da “11-lik”də olmaması qəribə görünürdü.
“Ağ-qaralar” artıq 3-cü dəqiqədə meydan sahibi olduğunu göstərdi. Rəhman bir hərəkətlə qarşısındakı rəqibi yerə sərib qapı istiqamətinə zərbə endirsə də, dəqiq ola bilmədi. Elə ilk kornerə də “Neftçi”nin ifasında şahidlik etdik. 10-cu dəqiqədə künc zərbəsindən qapı qarşısına havalandırılan topu Emin tələsik zərbəylə “çərçivə”yə yox, kənara vurdu. Top qonaqlarda olanda futbolçuların böyük qüvvə irəli atılması bakılıların işini asanlaşdırırdı. Hücumu məntiqi sonluqla başa çatdıra bilməyəndə, “Neftçi”lilər Errerayla Rəhmanın ifasında əks-hücum qurmaq imkanı qazanırdı. Əhmədovun yetirmələri 10-cu dəqiqədə edə bilmədiyini 9 dəqiqə sonra bacardı. Yenə korner, yenə topun başında Rəhman, yenə cərimə meydançasına asma, top Petrovun başına dəyib yenə Eminə düşdü. Vaxtilə “Spartak”ın şərəfini qoruyan Mahmudov bu dəfə hesabı açdı. Meydan sahiblərinin sevinci cəmi 2 dəqiqə çəkdi. “Qəbələ” istəyinə künc zərbəsindən sonra çatdı. Qismətin asmasını Dabo başla dəqiq tamamladı. Bu epizodda yan xətt hakimi Akif Əmirəlinin kobud səhvi qeyd olunmalıdı. Top meydanı Ruslandan tərk etsə də, laysman korneri göstərib nəticəyə təsir edən səhvə yol verdi. Buraxılan qollardan sonra hər iki komanda üzvlərinin ehtiyatlı davranmasının nəticəciydi ki, təhlükəli vəziyyətlərə tamaşa etmək mümkünsüzə çevrilmişdi. Oyun əsasən meydanın mərkəzində keçir, ikili mübarizələr çoxluq təşkil edirdi. İlk hissənin sonlarına yaxın Rəhmanın qapının yanından keçən zərbəsi azarkeşləri ayağa qaldırdı.
İkinci yarı qolla başladı. Rəhmanın baxımlı zərbəsi öncə Bezotosnıya, daha sonra tirə dəyib meydanı tərk etdi. Oyundakı 3-cü qol da kornerdən sonra vuruldu. “Neftçi”nin ən yaxşılarından biri Rəhmanın qapı qarşısına havalandırdığı topu Petrov başla tora qovuşdurdu. “Neftçi”nin qol sevinci yenə çox çəkmədi. Krivostyuk gərəksiz vəziyyətdə cərimə meydançası daxilində Koneyə qarşı kobudluq edincə, epizoda yaxın olan Əliyar çəkinmədən “nöqtə”ni göstərdi. Topun başına keçən Ruslan Qurbanov sabiq komandasını məyus etməkdə çətinlik çəkmədi. Bir saatın tamamında “Qəbələ” daha bir qola yaxın oldu. Konenin yaxaladığı əlverişli imkanın qol olmamasına topu küncə çıxaran Petrov imkan vermədi. 63-cü dəqiqədə Emin Mahmudov rəqibin cərimə meydançasında yerdə qaldı. Əliyarın budəfəki qərarı “davam” oldu. 68-ci dəqiqədə Eminin zərgər dəqiqliyi ilə etdiyi ötürməni oyuna yeni qoşulan Mirabdulla boşa verdi. Dəqiq desək, zərbəni Bezotosnı zərərsizləşdirdi. “Neftçi” 3-cü qolun axtarışında olduğu anda qapısında qol gördü. Meydana çıxandan sonra “Qəbələ”nin oyununa rəng qatan Jozef-Monroz qonaqların müdafiə xəttini pərən-pərən salıb Rəşada şans yeri qoymadı. Cərimə meydançasına daxil olmaqda çətinlik çəkən “Neftçi”nin futbolçuları çıxış yolunu uzaqdan zırbələrdə görürdü ki, Rəhman - Bezotosnı duellərində ikinci səhvsiz oynayırdı. Oyunun sonlarına yaxın bakılılar bərabərlik qolunu vurmaq üçün çox çalışsalar da, xeyri olmadı.
“Neftçi” “Sumqayıt”la xallarını bərabərləşdirmək şansını qaçırdısa, bölgə təmsilçisi “Qarabağ”la “Zirə”nin uzaqlaşmasına imkan vermədi.
HƏBİB

Gözdən qaçmadı
* ”Neftçi”nin ev oyunları zamanı “Bakcell Arena”nın diktoru rolunda İlkin Fikrətoğlu ilə Sənan Şəfizadədən birini görməyə alışsaq da, bu dəfə fərqli həmkarımız iş başında idi.
* Oyundan əvvəl narıncı rəngli itin meydanın kənarında nə axtardığı özündən yaxşı bilən olmazdı.
* Səfər oyunlarında “Qəbələ”ni azı 50-60 azarkeşin dəstəklədiyinin şahidi olmuşuq. Bu dəfə “Bakcell Arena”dakı qəbələli fanatların sayı 30-dan artıq deyildi.
* Fasilədə “Neftçi”nin ehtiyat oyunçular skamyasının arxasındakı məhəccərdən boylanan üç azyaşlı azarkeş isinmə hərəkətləri edən Namiq Ələsgərovdan su istəyincə, futbolçu yerdəki su qabını götürüb onlara verdi.
* Oyundan əvvəl Roman Qriqorçuka yaxınlaşıb əl sıxan Tərlan Əhmədov, komandasının məğlub olmasına baxmayaraq, hakimin final fitindən sonra da eyni cür davrandı.
* “Neftçi” uduzsa da, oyundan sonra “Forza Neftçi”lilər futbolçuları ayaqüstə alqışladı.

Reaksiyalar
Roman Qriqorçuk: “Hər şeydən razıyam. Vacib olan 3 xal idi ki, onu da əldə etdik. Turun sonuncu oyunu idi və əsas rəqiblərimiz qalib gəlmişdi. Xal itirməyimiz yaxşı olmazdı. Standart vəziyyətlərdən qol buraxmağımızla bağlı sualınıza gəlincə, boy heç də hər şeyi həll etmir. Razıyam, ucaboy futbolçularımız var. Sadəcə, boydan istifadə etmək vacibdi. Ağıllı oynamalısan, harda nə etməyin lazım gəldiyini bilməlisən. Görünür, bu çatışmazlıq üzərində işləmək vaxtı çatıb. Rəqibin standart vəziyyətləri zamanı tüklərimiz biz-biz olurdu, bunu gizlətmirəm. Düzü, oyunun gedişində matın hansı hesabla başa çatacağını düşünmürdüm. Tabloya baxırdım və qarşıda kifayət qədər vaxtımızın olduğunu anlayırdım. Bütün diqqətim oyunda idi. Sadəcə, hansı yöndə dəyişiklik etmək barədə götür-qoy edirdim. Elvin Məmmədovu erkən əvəzləməyimin səbəbi verdiyim tapşırığı yerinə yetirməməsinə görəydi. “Neftçi” birinci qolu vurmamışdan əvvəl Elvin Mahmudovun qol imkanı yaratmasına imkan vermişdi. Həmin an ona ciddi xəbərdarlıq etdim. Lakin çox keçmədən eyni diqqətsizliyi etdi və rəqib fərqləndi. Təcrübəli futbolçu belə səhvlər etməməlidi. Ona görə də əvəzlədim ki, bir daha qapımız qarşısında belə təhlükə yaşanmasın”.
Tərlan Əhmədov: “Uduzmağımıza baxmayaraq, sürətli və maraqlı oyun alındı. Xatırlayırsızsa, yeni gəldiyim vaxtlarda komandanın tam hazır olmadığını demişdim. Hətta ardıcıl 4 qələbədən sonra da hardasa “qırılma nöqtəsi”nin olacağını bilirdim. Təməlin düzgün qurulmamasının acısını yaşayıram. Son iki matçda yaxşı oynasaq da, uduzuruq. Yaydakı hazırlıq dönəmi ola bilsin, bizi çox məyus edəcək. “Qəbələ”nin hücum xəttində fərdi keyfiyyətləri yüksək olan futbolçular var. Qələbəni də həmin oyunçuların sayəsində qazandılar. Məğlubiyyətə baxmayaraq, futbolçulara təşəkkür edirəm. Rəqibin birinci qolundan əvvəl əsəbləşməyimin səbəbi laysmanın yanlış qərarı idi. Səhvən künc nöqtəsini göstərdi və gördüyünüz kimi qol oldu. Fasilədə videotəkrara baxanda, yan xətt hakiminin səhvini gördüm. Epizoda yaxın idim və top olan istiqamətə baxırdım. Seqoviya iki həftəyə yaxın idi zədədən əziyyət çəkirdi. Məşqlərə dörd gündü qoşulub. Hazır olsaydı, təbii ki, ikinci hücumçu kimi onu meydana buraxacaqdım... Nizami “Neftçi”yə keçəcəyini deyibsə, deməli, nəsə var (gülür). İlkin danışığımız və anlaşmamız olsa da, məsələyə nöqtə qoyulmayıb. Çünki Nizaminin “Keşlə” ilə müqaviləsi var. Məsələ rəsmiləşəndən sonra bu haqda dəqiq nəsə demək mümkündü. “Neftçi” kimi komandada səviyyəli hücumçular olmalıdı. Bu gün əsas problemimiz hücum xəttiylə bağlıdı. Bu mövqe üçün yerli futbolçu tapa bilmirəm. Hətta gənclərin arasında da belələrini görmürəm. Hazırlığın düzgün qurulmamasında, transferlərin gerçəkləşməsində rəhbərliyin günahı yoxdu. Futbolçunu istəyən baş məşqçi və məşqçilər heyətidi, rəhbərlik yox. Elnur Cəfərovla söhbət edəndə mənə dedi ki, maşın şəkli paylaşmaqla səhv hərəkət etdiyini anlayıb, ancaq sosial şəbəkədə söyüş söyən özü olmayıb. İstənilən halda, mən onu əsas komandadan uzaqlaşdırdım. Millinin və “Neftçi”nin formasını geyən futbolçu o cür hərəkət edə bilməz. Onu düz yola gətirmək üçün vaxt vermişik. Bundan sonra özündən asılıdı. Yeni transferimiz Elnur Süleymanov 6 aydı futbol oynamırdı. Məşqlərdə çalışır, formaya düşmək istəyir. Ola bilsin, kubok görüşündə ona şans verdim”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:02 Azərbaycan “Qran-pri”si ilin yarışı seçildi Dünən, 18:00 Rəhimovadan ÇL-ə möhtəşəm dönüş Dünən, 17:59 Blitsdə fiasko yaşadılar Dünən, 17:58 “Azərreyl” işini çətinə saldı Dünən, 17:56 Mirhüseynlə Ağakişi apellyasiya şikayəti verib Dünən, 17:55 Musa Qurbanov “Zaqatala”da qalmaq istəmir Dünən, 17:53 “Qarabağ”a “Azərsun”dan başqa sponsorluq etmək istəyən olmayıb Dünən, 17:50 “Həm uşaq futbolu, həm də klublarda infrastrukturla bağlı problemlər var” Dünən, 17:46 “Qəbələ”də ciddi dəyişikliklər gözlənilmir Dünən, 17:44 Klublar Komitəsinin yeni sədri Orxan Hüseynzadə oldu Dünən, 17:43 Klublar Komitəsindən dəstək bəyanatı Dünən, 17:41 İlk yarımfinalçılar kim olacaq? Dünən, 17:39 Qurban Qurbanov “Çelsi”ni seçməsinin səbəbini açıqladı Dünən, 17:36 İAM ilə BOS-da yekun vurdu Dünən, 17:35 Cərimələr 50 mini ötdü Dünən, 17:34 Qurbanov "Çelsi"ni, Sadıqov "Roma"nı, Rəhmanov "Levski"ni seçdi Dünən, 17:30 Region Liqasının ilk turu şimallı azarkeşləri 20 il əvvələ qaytaracaq Dünən, 17:29 “Biz milyonçu çempionatın kasıb övladlarıyıq” Dünən, 17:26 "Araz" oynamadı, "Marafon” fərqi minimuma endirdi Dünən, 17:25 Rəşad Sadıqov U-19-dan ayrılacaq Dünən, 17:23 Rauf Əliyevdən növbəti qol, Nazarov ən yaxşı oldu 13-12-2017, 23:46 “Kəpəz” azarkeşlərinin səbr kasası dolub 13-12-2017, 23:42 Aydın Əliyev sovet jurnalistikasını daha güclü sayır 13-12-2017, 22:44 “Neftçi” Lorentsonu yenə U-12-də oynatdı 13-12-2017, 22:42 Ndlovuyla Şehiç “Qarabağ”ı tərk edə bilər 13-12-2017, 22:41 Rəşad Sadıqov U-21-i çalışdırmağa razılıq verdi 13-12-2017, 22:39 Qurban Qurbanovun yığması Gürcüstanla qarşılaşacaq 13-12-2017, 22:38 AFFA xəbərimizi təsdiqlədi 13-12-2017, 21:57 Yenilməz “qış çempionu” 13-12-2017, 21:56 Divizionda şübhəli oyunların dosyesi 13-12-2017, 21:55 Eddi İsrafilov 49 günlük həsrətə son qoydu 13-12-2017, 21:53 Samir Həmzəyev: “Onların çıxışını sürpriz saymaq olar” 13-12-2017, 21:51 “Qarabağ” ikinci yarıda özünə gəldi 13-12-2017, 21:49 Lider yenə dəyişdi 13-12-2017, 21:48 “Qəbələ” “sürüşkən” hesabla qalib gəldi 11-12-2017, 23:56 Emin Abbasov “Şüvəlan”ı “Xəzər”ə dəyişdi 11-12-2017, 23:54 Qurban Qurbanov milli üçün prinsiplərini açıqladı 11-12-2017, 23:52 Qurban Qurbanov 8-ci dəfə ilin məşqçisi seçildi 11-12-2017, 23:51 Dekabrın 13-də Region Liqasının püşkü atılacaq 11-12-2017, 19:07 “Zirə” yenə “Neftçi”ni cəzalandırdı 11-12-2017, 19:05 Arazdan öldürücü zərbə, Rüfətdən het-trik 11-12-2017, 19:00 “Qarabağ”la “Qəbələ” cütün taleyini bu gün həll edə bilər 11-12-2017, 18:59 “Keşlə” “Kəpəz”i evə əliboş göndərdi 11-12-2017, 18:40 Balakəndə futzal turniri keçiriib 11-12-2017, 18:39 Ölkə çempionu ilk dövrənin lideridi 11-12-2017, 18:38 Alim Rotterdamda fərqləndi 11-12-2017, 18:37 Qayıbovun kadrı onun xələfi oldu 11-12-2017, 18:36 Cüdoçular Sumqayıtda yarışdı 11-12-2017, 18:34 Tofiq Heydərov baş məşqçi vəzifəsindən istefa verdi 11-12-2017, 18:33 “Sumqayıt”ın qış planına aydınlıq gəldi 11-12-2017, 18:30 Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı 11-12-2017, 18:26 “İmarət” 2017-yə möhtəşəm tədbirlə yekun vurdu 11-12-2017, 18:23 Fəhmin “Neftçi”ni “Səbail”ə dəyişir 10-12-2017, 21:35 Yığmanın məşqçisi qadın güləşinin problemlərindən danışdı 10-12-2017, 21:29 Gəncənin isra başçısının foto müəmması 10-12-2017, 21:11 Çempionlar Liqası bizə nə qazandırdı? 10-12-2017, 21:09 Bakıda A qrupunun oyunlarını reallaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar