20 noy 19:39liqa

Ayxan Abbasov “Zirə”nin oyununda geriləmə görmür

Ayxan Abbasov “Zirə”nin oyununda geriləmə görmür
Oyunsonrası mətbuat konfransına əvvəlcə qonaq komandanın baş məşqçisi Ayxan Abbasov təşrif buyurdu. Gənc mütəxəssis öncə matçla bağlı ümumi fikirlərini bölüşdü:
- Bizim üçün vacib qələbə idi. İki ardıcıl qələbədən sonra komandanı bu oyuna hazırlamaq asan deyildi. Futbolçular qarşılaşmaya yaxşı köklənmişdilər. Rəqibin turnir cədvəlində vəziyyəti yaxşı olmasa da, onlarla oyun həmişə çətin olur. “Keşlə”ni yaxşı təhlil etmişdik. Növbəti turda bizi “Qarabağ”la çətin qarşılaşma gözləyir. Həmin oyuna yaxşı hazırlaşmağa çalışacağıq.
- 13 günlük fasilənin komandaya təsiri necə oldu?
- Fasilənin komandaya xeyri də oldu, ziyanı da. Məncə, bizim komandaya xeyri daha çox oldu. “Neftçi” və “Qəbələ” ilə oyunlardan sonra komandaya istirahət lazım idi. Mikrozədəlilərimiz də var idi ki, onlar bərpa oldular.
- “Zirə” sanki mövsümün əvvəli ilə müqayisədə daha zəif təsir bağışlayır...
- Komandanın oyununda geriləmə yoxdu. Sadəcə, rəqiblər artıq bizi yaxşı təhlil edir. Həm də mövsümün əvvəlində biz çempionata daha yaxşı hazırlaşmışdıq.
- Qarşıda “Qarabağ”la oyun var. Rəqibiniz ÇL-də “Çelsi” ilə görüşdən sonra sizinlə qarşılaşacaq. Bu sizin üçün üstünlükdü? Həmin qarşılaşmaya hansı taktikayla çıxacaqsız?
- “Qarabağ” Azərbaycan futbolunun brendidi. Bu komanda ilə ilk oyunda futbolçularım sübut etdi ki, bu rəqibə qarşı oynamaq mümkündü. “Qarabağ”ın hətta ehtiyat oyunçuları da başqa komandalarda lider ola bilər. Öz meydanımızda oynayacağıq, çalışacağıq ki, bu üstünlükdən yararlanaq.
- Təmkin Xəlilzadənin əvəzlənməsinə səbəb nə idi?
- O, bu gün verilən tapşırqları yerinə yetirdi. Ancaq ikinci hissədə rəqib uzun toplardan çox istifadə edirdi. Buna görə də daha təcrübəli Aleksandr Şemonayevi meydana buraxdım. Həm də Təmkin bir qədər yorulmuşdu.
- Təmkinə daha çox yarımmüdafiə, yoxsa müdafiədə şans verməyə üstünlük verirsiz?
- Bu, rəqibin kimliyindən asılı olaraq dəyişir. Özü daha çox yarımmüdafiədə oynamaq istəyir. Ancaq həm müdafiədə, həm də yarımmüdafiədə yaxşı təsir bağışlayır.
Abbasovun ardınca Ramiz Məmmədov jurnalistlərin qarşısına çıxdı. O da ilk növbədə matçla bağlı fikirlərini çatdırdı:
- Uşaqların oyunundan razı qaldım. Nizami Hacıyevi zədəsinə görə ehtiyatda saxlamışdım. 90 dəqiqə oynamağa tam hazır deyil. İlk yarıda buraxdığımız qol planlarımızı pozdu. Ancaq uşaqlar qarşımıza qoyduğumuz tapşırığı 90 faiz yerinə yetirdi. Həmişə uşaqlara deyirəm: ilk qolu biz vurmalıyıq ki, oyun planımız pozulmasın.
- Komanda daha çox hücuma diqqət ayırır. Ancaq “Keşlə”də ağır futbolçular var ki, onlar buna uyğun deyil.
- Bununla tam razıyam. Artıq çəkini aradan qaldırmaq üçün müəyyən vaxt lazımdı. Başqa idman növlərində üç kq çəki atmaq üçün uzun müddət çalışmalı olurlar. Komandada artıq çəkisi olan futbolçuları bilirsiz. Onların bu çəkini atması üçün vaxt lazımdı.
- Nizami Hacıyev artıq “Neftçi” ilə müqavilə bağladığını deyib...
- Biz peşəkar komandanın üzvüyük. Həvəskar komanda deyilik. Müqavilə bağlayıbsa, ona uğurlar arzulayıram. Çalşacağıq qışda onun möqeyinə yeni oyunçu tapaq.
- Deməli, qarşıdakı oyunlarda çıxış etməyəcək?
- Xeyr, oynayacaq. Nizami müqaviləsinin son gününə kimi bizdə qalacaq. Hazır olsa, oyuna da çıxacaq.
- Artıq çəkinin atılması komandada fiziki yüklənmə yaratmayacaq ki?
- Belə olacağını düşünmürəm. Hər məşqimiz 90-120 dəqiqə çəkir. Bu məşq zamanı artıq çəkinin atılmasına çalışacağıq. Əlavə yüklənmə olmayacaq.
- Bu sizin komanda deyil. Artıq üçüncü dövrənin komandasını qurmusuz?
- Qarşıma qoyulan əsas məqsəd bu heyətlə üçüncü dövrəyə kimi çıxış etməkdi. Ən azı 75 gün vaxtımız var. Lazım olan oyunçuları əvəzləyə bilərik. Kimin müqaviləsi varsa, son günə kimi onların xidmətindən istifadə edəcəyik. Akademiyanın da oyunçularından yararlanacağıq. Bahalı futbolçular almaq fikrimiz yoxdu.
- “İnter”in bəlli oyun üslubu var idi – “5-li müdafiə”. Bu sistemi dəyişmisiz. Bu, komandaya nə dərəcədə təsir edəcək?
- Biz bu sistemi birdən-birə pozmadıq. Çünki birdən bunu etmək çox çətinlik yaradardı. Fasilə müddətində vaxtımız var idi. Bu gün bu sistem komandanın qələbəsi üçün planlaşdırılmışdı. İlk hissədə “Zirə”nin üstünlüyünü inkar edə bilmərəm. Lakin ikinci hissədə üstünlüyümüz göz önündə idi. Bir hücumçunu üç müdafiəçinin saxlaması məşqçinin qorxaqlığıdı. Ancaq indiki sistemdə iki müdafiəçi bir hücumçunu saxlayır. Azərbaycan klublarının bir hücumçudan daha çox istifadə etdiyini nəzər alsaq, beş müdafiəçili sistemə ehtiyac görmürəm. İki müdafiəçi bir hücumçunu saxlaya bilməyəcəksə, mən, ümumiyyətlə, həmin müdafiəçiləri komandada saxlamaram.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
11-12-2017, 23:56 Emin Abbasov “Şüvəlan”ı “Xəzər”ə dəyişdi 11-12-2017, 23:54 Qurban Qurbanov milli üçün prinsiplərini açıqladı 11-12-2017, 23:52 Qurban Qurbanov 8-ci dəfə ilin məşqçisi seçildi 11-12-2017, 23:51 Dekabrın 13-də Region Liqasının püşkü atılacaq 11-12-2017, 19:07 “Zirə” yenə “Neftçi”ni cəzalandırdı 11-12-2017, 19:05 Arazdan öldürücü zərbə, Rüfətdən het-trik 11-12-2017, 19:00 “Qarabağ”la “Qəbələ” cütün taleyini bu gün həll edə bilər 11-12-2017, 18:59 “Keşlə” “Kəpəz”i evə əliboş göndərdi 11-12-2017, 18:40 Balakəndə futzal turniri keçiriib 11-12-2017, 18:39 Ölkə çempionu ilk dövrənin lideridi 11-12-2017, 18:38 Alim Rotterdamda fərqləndi 11-12-2017, 18:37 Qayıbovun kadrı onun xələfi oldu 11-12-2017, 18:36 Cüdoçular Sumqayıtda yarışdı 11-12-2017, 18:34 Tofiq Heydərov baş məşqçi vəzifəsindən istefa verdi 11-12-2017, 18:33 “Sumqayıt”ın qış planına aydınlıq gəldi 11-12-2017, 18:30 Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı 11-12-2017, 18:26 “İmarət” 2017-yə möhtəşəm tədbirlə yekun vurdu 11-12-2017, 18:23 Fəhmin “Neftçi”ni “Səbail”ə dəyişir 10-12-2017, 21:35 Yığmanın məşqçisi qadın güləşinin problemlərindən danışdı 10-12-2017, 21:29 Gəncənin isra başçısının foto müəmması 10-12-2017, 21:11 Çempionlar Liqası bizə nə qazandırdı? 10-12-2017, 21:09 Bakıda A qrupunun oyunlarını reallaşacaq 10-12-2017, 21:08 Yorğunluq da "Qarabağ"a mane olmadı 10-12-2017, 20:46 “Azərsell” Lunyovu 2100 manat cərimələtdi 10-12-2017, 20:34 Qalmaqallı oyunun hakimi susdu 10-12-2017, 20:32 “Xəzər Lənkəran” ən sadiq azarkeşlərindən birini itirdi 10-12-2017, 19:28 “Futbol+” ilin ən yaxşılarını seçir! 10-12-2017, 19:24 “Neftçi” yenə kubokda sevinəcək? 10-12-2017, 19:22 Arif Əsədov “Sabah”ı yeni transferlərlə gücləndirəcək 10-12-2017, 19:19 Çempiona iki qol da kifayət etmədi 10-12-2017, 19:18 Yunis Hüseynov “Keşlə” səddini keçməkdə iddialıdı 8-12-2017, 21:17 Azərbaycan “Qran-pri”sinin vaxtı dəyişmədi 8-12-2017, 21:14 Voleybol yığmamız Rusiya və ABŞ ilə qarşılaşacaq 8-12-2017, 21:12 “Lokomotiv” Portuqaliya klubuna da aman vermədi 8-12-2017, 21:09 “Neftçi” kuboku qurban verməlidi 8-12-2017, 21:07 AFFA “Xəzər Lənkəran”ın rəsmisini 5 oyunluq cəzalandırdı 8-12-2017, 21:04 Mirhüseyn gələn həftə apellyasiya şikayəti verəcək 8-12-2017, 21:03 Prosineçkinin müqaviləsinin müddəti 4 gün öncə bitib 8-12-2017, 20:15 “Qarabağ” strategiyasını dəyişməyəcək! 8-12-2017, 20:14 “Əbədi şəhər”ə macəralı səfər 8-12-2017, 20:13 “Sky Sport İtaly”nin əməkdaşını UEFA rəsmisi dayandırıb 8-12-2017, 20:05 “Qarabağ”ın ÇL-dən qazancı 33 milyondu! 8-12-2017, 20:04 Şehiç ən çox seyv edən qapıçıdı! 8-12-2017, 20:03 Azərbaycanlılardan biri yerli fanatlar tərəfindən döyülüb 8-12-2017, 19:54 Arif Əsədovun "Sabah"ı təhlükəli zonadan uzaqlaşdı 8-12-2017, 19:52 “Səbail” 2-ci dövrənin qalibidi! 8-12-2017, 19:47 “Futbol+” ilin ən yaxşılarını seçir! 8-12-2017, 19:45 Kamranla Namiq “Kəpəz”in maraq dairəsindədi 8-12-2017, 19:32 Premyer-liqa "Bayıl Arena”da yarılanacaq 8-12-2017, 19:19 Vaqif Paşayev problemi uşaq məşqçilərində görür 8-12-2017, 19:16 Brüssel siyahıdan çıxarıldı, yığmamız ilk səbətdə yer aldı 8-12-2017, 18:47 “Çelsi”ylə “Qarabağ” bir qrupa düşəndə çox sevinmişdim” 7-12-2017, 19:12 Fərid Qayıbov Mariana Vasilyevaya alternativ yerli məşqçi görmür 7-12-2017, 19:10 Yığma üzvlərinin duelindən Polina qalib ayrıldı 7-12-2017, 19:08 “Pul qazancım olsaydı, adamı bu qədər “yandırmazdı” 7-12-2017, 19:02 “Neftçi” bəyanat yaydı 7-12-2017, 19:01 Elxan Məmmədov: “Hüquq-mühafizə orqanlarının araşdırması davam edir” Bütün xəbərlər
Ən çox oxunanlar