Yazarlar

Reportaj
1 2 3 4 5 6 7 8

KIVDF


Məzənnə
Sorğu
2017-cı ilin ən yaxşı futbolçusu kimdir?
Araz Abdullayev
Bədavi Hüseynov
Əfran İsmayılov
Qara Qarayev
Mahir Mədətov
Rauf Əliyev
Rəşad Sadıqov
Riçard Almeyda
Ruslan Qurbanov
Təmkin Xəlilzadə

Bugünkü qəzet
Təqvim
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
20 noy 19:37liqa, reportaj

1:1 seriyası bitdi, “Keşlə”nin məğlubiyyətləri yox

1:1 seriyası bitdi, “Keşlə”nin məğlubiyyətləri yox
46. Keşlə - Zirə 0:1 (0:1)
1. Orxan Sadıqlı – 5,5
33. Tərlan Quliyev – 5,0
3. Denis Silva (k) – 5,0
27. Adrian Skarlatake – 5,0
22. İlkin Qırtımov – 5,0
24. Fuad Bayramov – 5,0
10. Elnur Abdullayev – 4,5
4. Slavik Alxasov – 4,5
19. Mirhüseyn Seyidov – 4,5
(8. Nizami Hacıyev, 38) – 5,0
2. Sərtan Taşkın – 4,5
(46. Əsəd Məsimov, 75) – 4,0
7. Mirsahib Abbasov – 5,0
(9. Pərdis Fərzad-Azad, 58) – 5,0
Ehtiyat oyunçular
16. Şahin Zəkiyev
6. Samir Zərgərov
39. Əlibəy Məmmədli
58. Sinan Akkoyun
66. Murad Qayalı
77. Oleq Hüseynov
80. Rafael Məhərrəmli
88. Məmməd Quliyev
99. Ricat Qarayev
Baş məşqçi: Ramiz Məmmədov
Komandanın ən yaxşısı: Orxan Sadıqlı

85. Kamal Bayramov (k) – 5,0
74. Yusif Nəbiyev – 5,0
(17. Vüsal İsgəndərli, 78) – 4,5
3. Jozef Bum – 5,5
23. Yovan Krneta – 5,0
5. Adil Nağıyev – 5,0
4. Vüqar Mustafayev – 5,0
8. Milan Duriç – 6,0
7. Sadio Tounkara – 5,5
11. Viktor İbokoyi – 5,0
(9. David Manqa, 67) – 4,5
28. Təmkin Xəlilzadə - 5,5
(13. Aleksandr Şemonayev, 83) – qiymətsiz
43. Riçard Qadze – 5,5
(17. Vüsal İsgəndərli, 78) – qiymətsiz
Ehtiyat oyunçular
62. Abdulla Seyidəhmədov
21. Murad Səttarlı
38. İlkin Muradov
39. Sadiq Quliyev
47. Əmrah Bayramov
87. Müşfiq İlyasov
99. Nicat Qurbanov
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Milan Duriç
Qol: M.Duriç, 18 (R.Qadze).
Vərəqələr: V.İbokoyi, 42 (sistematik qayda pozuntusu), İ.Qırtımov, 56 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RAMİL DİNİYEV, Azər Əsgərov, Rahil Ramazanov, Elvin Əsgərov (hamısı Bakı).
Hakim-inspektor: Kərim Ağayev (Bakı).
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev (Abşeron).
18 noyabr. Bakı. İnter Arena. 1750 tamaşaçı (5700 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
“Keşlə”lə “Zirə”nin son 5 duelində qalib müəyyənləşməmişdi. Bu görüşlərin maraqlı cəhəti ondan ibarət idi ki, hamısı 1:1 nəticələnmişdi. Ramiz Məmmədovun bu duellərdə iştirakı isə yenilik idi. Ən azı bu məqam nəticənin fərqli olacağını proqnozlaşdırmağa əsas verirdi. “İnter”in xələfi ardıcıl son 5 oyunda məğlubiyyətləri sıraladığından uğursuz axara “dur” demək istəyirdisə, “Zirə” növbəti tur qarşılaşacağı lider “Qarabağ”la xal fərqini qorumaq əzmindəydi.
Məmmədovun istər taktiki sxemdə, istərsə də heyət seçimindəki dəyişiklikləri dərhal diqqəti cəlb etdi. Təcrübəli mütəxəssis “4-lü müdafiə”yə üstünlük verməklə hücumu daha çox düşündüyünü büruzə verdi. Əslində orta sahəyə daha çox qüvvə səfərbər olunmuşdu. Bununla belə, mərkəzdə Nizamini Mirhüseynin əvəzləməsi bir qədər gözlənilməz oldu. Ancaq baş məşqçi 38-ci dəqiqədə Mirhüseynin əvəzinə Hacıyevi meydana buraxmaqla “səhvini düzəltdi”.
Buna qədər isə hesab açılmışdı. İlk dəqiqələrdən təşəbbüsü ələ alan qonaqlar təktoxunuşlu ötürmələr və cinah dəyişdirmələri ilə rəqibin “ikinci müdafiə xətti”ni rahat yara bilirdi. Qol isə 18-ci dəqiqəyə təsadüf etdi. Autdan sonra topu “Keşlə”nin cərimə meydançasında qəbul edən və əhatəsində 3-4 müdafiəçi olmasına baxmayaraq, bir qədər var-gəl edən Qadze Duriçin fərqlənməsinə imkan yaratdı. O, topu cərimə meydançasının önünə çıxardı ki, belə vəziyyətlərdə zərbə endirməyi sevən serbin qüvvətli vuruşu qarşısıalınmaz oldu.
26-cı dəqiqədə “Zirə” əks-hücumdan sonra fərqi artıra bilərdi. Duriçin əla ötürməsiylə qapıçı ilə təkbətək çıxan Təmkin yüzfaizlik şansı boşa verdi. Daha doğrusu, Orxan komandası üçün xilaskar rolunu oynadı. On dəqiqə sonra Ayxan Abbasovun yetirmələri daha bir əlverişli şansdan yararlana bilmədi. Daha doğrusu, İbokoyi cərimə meydançasına daxil olub Sadıqlı ilə üzbəüz qalsa da, topu yandan vurdu.
İkinci hissədə isə oyun fərqli məcrada keçdi. Bu dəfə üstün olan tərəf “Keşlə” idi, “Zirə” əks-hücumlara bel bağlayırdı. Ancaq meydan sahibləri rəqibə, demək olar, belə imkan yaratmadı. Fasilədən sonra ilk 5 dəqiqə ərzində qonaqlar, ümumiyyətlə, cərimə meydançasını tərk edə bilmədilər. Ardıcıl cinah asmalarından və bir neçə künc zərbəsindən sonra “Zirə”nin qapısı qarşısında çaxnaşma yaranmışdı. 49-cu dəqiqədə isə bəxt zirəlilərin tərəfində oldu. Nizaminin küncdən qapı qarşısına göndərdiyi topu Skarlatake başla “çərçivə”yə ünvanladı. Qapı çatından dönən top Yusifə dəyib az qala tora daxil olacaqdı ki, Kamalın reaksiyası işə yaradı. 71-ci dəqiqədə oyuna sonradan qoşulan Pərdisin uzaqdan zərbəsi yaddaqalan oldu. Kamal ikinci cəhddə də olsa, topu ram edə bildi. “Zirə”nin fasilədən sonra yeganə qol şansını 79-cu dəqiqədə Duriçin ifasında izlədik. Onun uzaqdan qüvvətli zərbəsindən sonra azarkeşlər “qol” qışqırsalar da, top toru üstdən silkələdi. “Keşlə” isə 85-ci dəqiqədə növbəti dəfə qola yaxın oldu. Slavikin cinah ötürməsini Pərdis yaxın məsafədən başla qapıya yönəltsə də, top dirəyin dibindən çölə çıxdı. Beləliklə, “Keşlə” keçirdiyi ardıcıl 6-cı oyunda da məğlubiyyətlə üzləşdi. “Zirə” isə “Qarabağ”la oyun ərəfəsində vacib 3 xal qazandı.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:02 Azərbaycan “Qran-pri”si ilin yarışı seçildi Dünən, 18:00 Rəhimovadan ÇL-ə möhtəşəm dönüş Dünən, 17:59 Blitsdə fiasko yaşadılar Dünən, 17:58 “Azərreyl” işini çətinə saldı Dünən, 17:56 Mirhüseynlə Ağakişi apellyasiya şikayəti verib Dünən, 17:55 Musa Qurbanov “Zaqatala”da qalmaq istəmir Dünən, 17:53 “Qarabağ”a “Azərsun”dan başqa sponsorluq etmək istəyən olmayıb Dünən, 17:50 “Həm uşaq futbolu, həm də klublarda infrastrukturla bağlı problemlər var” Dünən, 17:46 “Qəbələ”də ciddi dəyişikliklər gözlənilmir Dünən, 17:44 Klublar Komitəsinin yeni sədri Orxan Hüseynzadə oldu Dünən, 17:43 Klublar Komitəsindən dəstək bəyanatı Dünən, 17:41 İlk yarımfinalçılar kim olacaq? Dünən, 17:39 Qurban Qurbanov “Çelsi”ni seçməsinin səbəbini açıqladı Dünən, 17:36 İAM ilə BOS-da yekun vurdu Dünən, 17:35 Cərimələr 50 mini ötdü Dünən, 17:34 Qurbanov "Çelsi"ni, Sadıqov "Roma"nı, Rəhmanov "Levski"ni seçdi Dünən, 17:30 Region Liqasının ilk turu şimallı azarkeşləri 20 il əvvələ qaytaracaq Dünən, 17:29 “Biz milyonçu çempionatın kasıb övladlarıyıq” Dünən, 17:26 "Araz" oynamadı, "Marafon” fərqi minimuma endirdi Dünən, 17:25 Rəşad Sadıqov U-19-dan ayrılacaq Dünən, 17:23 Rauf Əliyevdən növbəti qol, Nazarov ən yaxşı oldu 13-12-2017, 23:46 “Kəpəz” azarkeşlərinin səbr kasası dolub 13-12-2017, 23:42 Aydın Əliyev sovet jurnalistikasını daha güclü sayır 13-12-2017, 22:44 “Neftçi” Lorentsonu yenə U-12-də oynatdı 13-12-2017, 22:42 Ndlovuyla Şehiç “Qarabağ”ı tərk edə bilər 13-12-2017, 22:41 Rəşad Sadıqov U-21-i çalışdırmağa razılıq verdi 13-12-2017, 22:39 Qurban Qurbanovun yığması Gürcüstanla qarşılaşacaq 13-12-2017, 22:38 AFFA xəbərimizi təsdiqlədi 13-12-2017, 21:57 Yenilməz “qış çempionu” 13-12-2017, 21:56 Divizionda şübhəli oyunların dosyesi 13-12-2017, 21:55 Eddi İsrafilov 49 günlük həsrətə son qoydu 13-12-2017, 21:53 Samir Həmzəyev: “Onların çıxışını sürpriz saymaq olar” 13-12-2017, 21:51 “Qarabağ” ikinci yarıda özünə gəldi 13-12-2017, 21:49 Lider yenə dəyişdi 13-12-2017, 21:48 “Qəbələ” “sürüşkən” hesabla qalib gəldi 11-12-2017, 23:56 Emin Abbasov “Şüvəlan”ı “Xəzər”ə dəyişdi 11-12-2017, 23:54 Qurban Qurbanov milli üçün prinsiplərini açıqladı 11-12-2017, 23:52 Qurban Qurbanov 8-ci dəfə ilin məşqçisi seçildi 11-12-2017, 23:51 Dekabrın 13-də Region Liqasının püşkü atılacaq 11-12-2017, 19:07 “Zirə” yenə “Neftçi”ni cəzalandırdı 11-12-2017, 19:05 Arazdan öldürücü zərbə, Rüfətdən het-trik 11-12-2017, 19:00 “Qarabağ”la “Qəbələ” cütün taleyini bu gün həll edə bilər 11-12-2017, 18:59 “Keşlə” “Kəpəz”i evə əliboş göndərdi 11-12-2017, 18:40 Balakəndə futzal turniri keçiriib 11-12-2017, 18:39 Ölkə çempionu ilk dövrənin lideridi 11-12-2017, 18:38 Alim Rotterdamda fərqləndi 11-12-2017, 18:37 Qayıbovun kadrı onun xələfi oldu 11-12-2017, 18:36 Cüdoçular Sumqayıtda yarışdı 11-12-2017, 18:34 Tofiq Heydərov baş məşqçi vəzifəsindən istefa verdi 11-12-2017, 18:33 “Sumqayıt”ın qış planına aydınlıq gəldi 11-12-2017, 18:30 Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı 11-12-2017, 18:26 “İmarət” 2017-yə möhtəşəm tədbirlə yekun vurdu 11-12-2017, 18:23 Fəhmin “Neftçi”ni “Səbail”ə dəyişir 10-12-2017, 21:35 Yığmanın məşqçisi qadın güləşinin problemlərindən danışdı 10-12-2017, 21:29 Gəncənin isra başçısının foto müəmması 10-12-2017, 21:11 Çempionlar Liqası bizə nə qazandırdı? 10-12-2017, 21:09 Bakıda A qrupunun oyunlarını reallaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar