Yazarlar

Reportaj
1 2 3 4 5 6 7 8

KIVDF


Məzənnə
Sorğu
2017-cı ilin ən yaxşı futbolçusu kimdir?
Araz Abdullayev
Bədavi Hüseynov
Əfran İsmayılov
Qara Qarayev
Mahir Mədətov
Rauf Əliyev
Rəşad Sadıqov
Riçard Almeyda
Ruslan Qurbanov
Təmkin Xəlilzadə

Bugünkü qəzet
Təqvim
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
20 noy 19:32liqa, reportaj

Debütant önündə yenilgi Diniyevin sonu oldu

Debütant önündə yenilgi Diniyevin sonu oldu
“Futbolçulara yeni gələn məşqçiyə dəstək olmalarını tapşırmışam”
47. Kəpəz (Gəncə) – Səbail 2:3 (2:2)
1. Davud Kərimi – 4,0
13. Şəhriyar Rəhimov (k) – 3,5
4. Şəhriyar Əliyev – 3,5
3. Dedimar Fereyra – 3,0
21. Novruz Məmmədov – 3,5
26. Mansur Alaci – qiymətsiz
(15. Azad Kərimov, 12) – 3,5
5. Kərim Diniyev – 4,0
12. İlyas Səfərzadə - 4,5
(9. İlkin Sadıqov, 56) – 4,0
24. Məhəmməd Qurbanov – 4,0
10. Tural Rzayev – 4,0
8. Viktor Oseqeyl – 4,0
(20. Samba Dialo, 79) – qiymətsiz
Ehtiyat oyunçular
22. Ruzi Qiyaslı
18. Tural Cəlilov
2. Yusif Cəfərov
16. Azər Məmmədov
17. Əli Səmədov
7. Sergey Çernışev
Baş məşqçi: Şahin Diniyev
Komandanın ən yaxşısı: İlyas Səfərzadə

1. Emil Balayev – 4,0
23. Ayron Stati – 5,0
35. Edqaras Jarskis – 4,5
(11. Elman Taqayev, 59) – 4,5
99. Maudo Jarjue – 4,0
20. Eltun Yaqublu (k) – 5,0
3. Tamazi Tsetsxladze – 5,0
6. Murad Ağayev – 5,0
26. Kamal Qurbanov – 5,0
21. Murtuz Abakarov – 5,0
(66. Pərviz Qaraxanov, 70) – 4,5
17. Vüqar Nadirov – 5,0
18. Adrian Popoviçi – 5,5
(13. Murad Musayev, 90+3) – qiymətsiz
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
5. Seymur Əsədov
9. Raul Yaqubzadə
69. Renan Telyes
88. Orxan Qurbanlı
Baş məşqçi: Samir Əliyev
Komandanın ən yaxşısı: Adrian Popoviçi
Qollar: A.Popoviçi, 5-p. (0:1). A.Stati, 15 (0:2). İ.Səfərzadə, 28 (2:1, T.Rzayev). K.Diniyev, 36-p. (2:2). V. Nadirov, 57 (2:3, A.Popoviçi).
Vərəqələr: D.Fereyra, 3 (qeyri-idman hərəkəti). E.Balayev, 35 (qeyri-idman hərəkəri). A.Kərimov, 42 (qeyri-idman hərəkəti). E.Yaqublu, 69 (qeyri-idman hərəkəti). M.Ağayev, 79 (qeyri-idman hərəkəti). Ş.Rəhimov, 83 (qeyri-idman hərəkəti). K.Qurbanov, 86 (oyunun bərpasını ləngitmək). Ş.Əliyev, 88 (qeyri-idman hərəkəti) – sarı. D.Fereyra, 5 (aqressiv davranış) – qırmızı.
Hakimlər: RAUF CABBAROV, Elman Musayev, Vüqar Bayramov (hamısı Bakı). Rəvan Həmzəzadə (Şəki).
Hakim-inspektor: Fazil Mürşüdov (Sumqayıt).
AFFA nümayəndəsi: Eldar Qasımov (Bakı).
18 noyabr. Gəncə. Şəhər stadionu. 9300 tamaşaçı (25000 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Son həftələr “Kəpəz”in başının üstünü qara buludlar aldığından, bu matça maraq yetərincə böyük idi. Qarşılaşmadan öncə mətbuatda “Səbail”lə oyunun kimlər üçünsə sonuncu olacağı haqda xəbərlər dolaşırdı ki, 90 dəqiqənin tamamında bu özünü doğrultdu. 2 ildən bir qədər artıq “sarı-göylər”ə rəhbərlik edən Şahin Diniyev istefa verdiyini açıqladı. Bəlkə də yetirmələri elitanın debütantı ilə görüşdən 3 xalla ayrılsaydı, Şahin bəy işini davam etdirə bilərdi. Qazanılacaq 3 xal ən azı “Kəpəz”i sonuncu pillədən qutaracaqdı. Çünki bu matçdan əvvəl başa çatan görüşdə “Keşlə” “Zirə”yə məğlub olmuşdu. Təəssüf ki, komandası baş məşqçinin üzünü ağarda bilmədi. Artıq 5-ci dəqiqədə meydan sahiblərinə ikiqat zərbə dəymişdi. 3-cü dəqiqədə cərimə meydançasının daxilində Abakarova qarşı kobud oynayan Dedimar penaltiyə səbəb oldu. “Nöqtə”yə yaxınlaşan Popoviçi isə şansını qaçırmadı. İki dəqiqə sonra braziliyalı müdafiəçi məhz ilk qolun müəllifinin sifətinə futbolçuya yaraşmayan zərbə endirdiyinə görə meydandan qovuldu. Bu azmış kimi, 15-ci dəqiqədə gəncəlilər artıq ikinci dəfə meydanın mərkəzinə dəvət olundular. Bu dəfə “Səbail”in hollandiyalı legioneri Stati tribunlara toplaşan azarkeşləri məyus etdi. Popoviçinin iti bucaq altında zərbəsindən sonra top dirəkdən qayıdaraq hollandiyalının qarşısıına düşdü. O isə bir toxunuşla toru silkələdi. Həmin an azlıqda qalan və iki top geridə olan meydan sahiblərinin geridönüş etməyi bacaracağını çox az adam düşünə bilərdi. Ancaq gəncəlilər özlərində bu gücü tapdılar. Əvvəlcə meydan sahiblərinin heyətində ən fəallardan olan Səfərzadə 28-ci dəqiqədə qonaq müdafiəçilərin səhvindən yararlanaraq buraxılan qollardan birinin əvəzini çıxdı. 36-cı dəqiqədə isə Diniyev adını tabloya yazdırdı. O, Balayevin Viktora qarşı qayda pozuntusundan sonra təyin olunan penaltini dəqiq yerinə yetirdi. Bu həm də dramatik məcrada keçən ilk yarıda sonuncu qol oldu.
Fasilədən sonra komandalar daha ehtiyatlı oyuna üstünlük verdi. Azlıqda qalan meydan sahiblərinə heç-heçə sərf etsə də, Əliyevin komandası say üstünlüyündən maksimum yararlanmağa çalışırdı. Bu üzdən qonaqların azsaylı həmlələri daha kəsərli alınırdı. Belə hücumların birində Popoviçinin zərbə mövqeyinə çıxardığı Nadirov təxminən 22 metrdən uzaq küncü dəqiq nişan aldı. Matçın qalan dəqiqələrində meydanda gərginlik hiss olunsa da, bu əsasən futbolçular arasında münasibətlərdə özünü daha çox göstərirdi. Hər dəfə ikili mübarizələrdən sonra yerdə qalıb vaxtı uzatmağa çalışan qonaqların bu addımı “Kəpəz”in oyunçuları tərəfindən heç də xoş qarşılanmır, tərəflər arasında xırda insidentlərə səbəb olurdu. Bütün bunlara baxmayaraq, 90 dəqiqənin tamamında “şirlər” istəyinə çatdı və çətin Gəncə səfərindən 3 xalla geri dönməyi bacardı. “Kəpəz” isə həm sonuncu pillədə qaldı, həm də baş məşqçini itirdi.
RƏŞAD

Gözdən qaçmadı
* ”Kəpəz”in Müşahidə Şurasının sədri Elmir Vəliyev cari mövsümdə ilk dəfə Gəncədə “sarı-göylər”in oyununu tribunadan izlədi.
* 5-ci dəqiqədə meydandan qovulan Fereyra əvvəlcə paltardəyişmə otağına yollansa da, ikinci yarını məşhur “Gəncə dəhlizi”nin girişindən izlədi. Onun addımı qaydalara zidd olsa da, 4-cü hakim bu məqamı gözdən qaçırdı.
* İkinci qoldan sonra tribunalarda “istefa” şüarları səslənsə də, çox keçmədən azarkeşlər sakitləşdi. Ancaq hakimin final fiti çalınar-çalınmaz azarkeşlər yenidən, bu dəfə daha coşğu ilə Şahin Diniyevi istefaya səslədilər.
* Rauf Cabbarovun idarəçiliyindən narazı qalan Şahin bəy matçın gedişində bir neçə dəfə ona narazılığını bildirdi.
* Meydana sonradan çıxan Azad Kərimovun meydanın rəqibə aid hissəsindən Davud Kərimiyə ötürmə etməsi Kərim Diniyevi özündən çıxardı. “Kəpəz”in hesabda geri olduğunu komanda yoldaşının diqqətinə çatdıran dayaq yarımmüdafiəçisi çox aqressiv formada müdafiəçiyə arxaya yox, irəli ötürmə etməli olduğunu bildirdi.

Reaksiyalar
Şahin Diniyev: “Çox maraqlı oyun izlədik. Futbolçulardan narazı qala bilmərəm. Çünki artıq 5-ci dəqiqədə oyunun taleyi həll olunmuşdu. Qapımıza təyin olunan penaltidən və azlıqda qalandan sonra mübarizə aparmaq çətin idi. Açığı, gözləmirdim ki, hesabı bərabərləşdirə bilərik. Ancaq komanda xarakter göstərdi. İkinci hissədə rəqibi əks-hücumda yaxalamaq istəsək də, alınmadı. Adi bir səhv üzündən qapımızda qol gördük. Bu gün qələbə bizə vacib idi. Təəssüf ki, alınmadı. Qələbə münasibəti ilə “Səbail”i təbrik edirəm. İndidən deyirəm ki, mənə artıq sual verməyəsiz. Çünki bu dəqiqədən mən artıq “Kəpəz”in baş məşqçisi deyiləm. İstefa ərizəmi İslam Abbasova təqdim etdim. Heç nə məni fikrimdən daşındıra bilməz. Mən sözü bir dəfə deyirəm. Möhtəşəm Gəncə azarkeşlərinə təşəkkür etmək istəyirəm. Burda həm yaxşı, həm də pis günlərim oldu. Bu gün komanda sonuncu pillədə qərarlaşıb və bunu özümə sığışdıra bilmirəm. Buna görə əsl azarkeşlərdən üzr istəyirəm. Futbolçulara yeni gələn məşqçiyə dəstək olmalarını tapşırmışam. Yaşanan son olayların istefama heç bir aidiyyatı yoxdu. Xahiş edirəm, bunu siyasiləşdirməyək”.
Samir Əliyev: “Hər iki komandaya qələbə lazım idi. "Kəpəz"in durumu məlum idi. Gərgin matç oldu. Sevinirəm ki, bu çətin oyundan3 xalla ayrıla bildik. Komandanın ikinci qoldan sonra dayanması mənə də maraqlı gəldi. Heç bir penalti haqda fikir söyləyə bilmərəm. Çünki həmin epizodlardan uzaqdaydım. Ancaq qırmızı vərəqəni haqlı sayıram. Rəqib futbolçu da dedi ki, oyunçumuzu vurub. Bu isə qırmızı vərəqədi. Hər mövqedə problemimiz var. Ümumiyyətlə, heyətlə bağlı çatışmazlıqlarımız çoxdu. Biz bunu yaxşı bilirik, siz də kənardan görürsüz. Rəhbərliklə söhbətləşəcəyik. Artıq indidən qışda kimlərlə yollarımızı ayıracağımızı müəyyənləşdiririk. Qarşıda kuboku da nəzərə alsaq, 6 oyunumuz var. Şahin müəllimin istefa verdiyini bilmirdim. Bu qərar mənim üçün gözlənilməz oldu. Mən hələ ilk dövrədə "Kəpəz"ə qalib gələndə də demişdim ki, Diniyev ən yaxşı məşqçilərimizdən biridi. "Kəpəz" onun vaxtında yaxşı oyun göstərirdi. Bu futboldu. İstefa hər baş məşqçinin başına gələ bilər. Mən də nə vaxtsa postumdan gedə bilərəm. Belə olmasını istəməzdim. Təəssüf edirəm ki, belə alındı”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:02 Azərbaycan “Qran-pri”si ilin yarışı seçildi Dünən, 18:00 Rəhimovadan ÇL-ə möhtəşəm dönüş Dünən, 17:59 Blitsdə fiasko yaşadılar Dünən, 17:58 “Azərreyl” işini çətinə saldı Dünən, 17:56 Mirhüseynlə Ağakişi apellyasiya şikayəti verib Dünən, 17:55 Musa Qurbanov “Zaqatala”da qalmaq istəmir Dünən, 17:53 “Qarabağ”a “Azərsun”dan başqa sponsorluq etmək istəyən olmayıb Dünən, 17:50 “Həm uşaq futbolu, həm də klublarda infrastrukturla bağlı problemlər var” Dünən, 17:46 “Qəbələ”də ciddi dəyişikliklər gözlənilmir Dünən, 17:44 Klublar Komitəsinin yeni sədri Orxan Hüseynzadə oldu Dünən, 17:43 Klublar Komitəsindən dəstək bəyanatı Dünən, 17:41 İlk yarımfinalçılar kim olacaq? Dünən, 17:39 Qurban Qurbanov “Çelsi”ni seçməsinin səbəbini açıqladı Dünən, 17:36 İAM ilə BOS-da yekun vurdu Dünən, 17:35 Cərimələr 50 mini ötdü Dünən, 17:34 Qurbanov "Çelsi"ni, Sadıqov "Roma"nı, Rəhmanov "Levski"ni seçdi Dünən, 17:30 Region Liqasının ilk turu şimallı azarkeşləri 20 il əvvələ qaytaracaq Dünən, 17:29 “Biz milyonçu çempionatın kasıb övladlarıyıq” Dünən, 17:26 "Araz" oynamadı, "Marafon” fərqi minimuma endirdi Dünən, 17:25 Rəşad Sadıqov U-19-dan ayrılacaq Dünən, 17:23 Rauf Əliyevdən növbəti qol, Nazarov ən yaxşı oldu 13-12-2017, 23:46 “Kəpəz” azarkeşlərinin səbr kasası dolub 13-12-2017, 23:42 Aydın Əliyev sovet jurnalistikasını daha güclü sayır 13-12-2017, 22:44 “Neftçi” Lorentsonu yenə U-12-də oynatdı 13-12-2017, 22:42 Ndlovuyla Şehiç “Qarabağ”ı tərk edə bilər 13-12-2017, 22:41 Rəşad Sadıqov U-21-i çalışdırmağa razılıq verdi 13-12-2017, 22:39 Qurban Qurbanovun yığması Gürcüstanla qarşılaşacaq 13-12-2017, 22:38 AFFA xəbərimizi təsdiqlədi 13-12-2017, 21:57 Yenilməz “qış çempionu” 13-12-2017, 21:56 Divizionda şübhəli oyunların dosyesi 13-12-2017, 21:55 Eddi İsrafilov 49 günlük həsrətə son qoydu 13-12-2017, 21:53 Samir Həmzəyev: “Onların çıxışını sürpriz saymaq olar” 13-12-2017, 21:51 “Qarabağ” ikinci yarıda özünə gəldi 13-12-2017, 21:49 Lider yenə dəyişdi 13-12-2017, 21:48 “Qəbələ” “sürüşkən” hesabla qalib gəldi 11-12-2017, 23:56 Emin Abbasov “Şüvəlan”ı “Xəzər”ə dəyişdi 11-12-2017, 23:54 Qurban Qurbanov milli üçün prinsiplərini açıqladı 11-12-2017, 23:52 Qurban Qurbanov 8-ci dəfə ilin məşqçisi seçildi 11-12-2017, 23:51 Dekabrın 13-də Region Liqasının püşkü atılacaq 11-12-2017, 19:07 “Zirə” yenə “Neftçi”ni cəzalandırdı 11-12-2017, 19:05 Arazdan öldürücü zərbə, Rüfətdən het-trik 11-12-2017, 19:00 “Qarabağ”la “Qəbələ” cütün taleyini bu gün həll edə bilər 11-12-2017, 18:59 “Keşlə” “Kəpəz”i evə əliboş göndərdi 11-12-2017, 18:40 Balakəndə futzal turniri keçiriib 11-12-2017, 18:39 Ölkə çempionu ilk dövrənin lideridi 11-12-2017, 18:38 Alim Rotterdamda fərqləndi 11-12-2017, 18:37 Qayıbovun kadrı onun xələfi oldu 11-12-2017, 18:36 Cüdoçular Sumqayıtda yarışdı 11-12-2017, 18:34 Tofiq Heydərov baş məşqçi vəzifəsindən istefa verdi 11-12-2017, 18:33 “Sumqayıt”ın qış planına aydınlıq gəldi 11-12-2017, 18:30 Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı 11-12-2017, 18:26 “İmarət” 2017-yə möhtəşəm tədbirlə yekun vurdu 11-12-2017, 18:23 Fəhmin “Neftçi”ni “Səbail”ə dəyişir 10-12-2017, 21:35 Yığmanın məşqçisi qadın güləşinin problemlərindən danışdı 10-12-2017, 21:29 Gəncənin isra başçısının foto müəmması 10-12-2017, 21:11 Çempionlar Liqası bizə nə qazandırdı? 10-12-2017, 21:09 Bakıda A qrupunun oyunlarını reallaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar