20 noy 19:30liqa

Liderlər xal itirmədi

Liderlər xal itirmədi
Topaz premyer-liqasının 12-ci turu daha bir məşqçi istefası ilə əlamətdar oldu. "Kəpəz"in növbəti məğlubiyyətindən sonra Şahin Diniyev postundan ayrıldı. Bu cari mövsümdə 3-cü belə haldı. Daha öncə Zaur Svanadze "Keşlə", Elxan Abdullayev isə "Neftçi" ilə vidalaşmışdı. Turda heç-heçənin qeydə alınmadığını da vurğulayaq.
Açılış oyunu Olimpiya stadionunda reallaşdı. Ölkənin ən nəhəng idman qurğusu ilk dəfə premyer-liqa matçına "qucaq açdı". "Qarabağ" azlıqda qalmasına baxmayaraq, "Sumqayıt"ı məğlub etməyi bacardı. Özü də "köhlən atlar" bu rəqiblə duellərdə ardıcıl 8-ci qələbəsini qazandı. "Çelsi" ilə oyun ərəfəsində həm stadiona uyğunlaşmaq, həm də ÇL-in qrupundakı son ev matçına yüksək əhval-ruhiyyədə hazırlaşmaq baxımından bu qələbənin əhəmiyyəti böyük idi. Qurban Qurbanovu narazı salan yeganə məqam qırmızı vərəqələrin sıralanmasıdı. Belə ki, cari mövsümdə artıq 3-cü dəfə "Qarabağ" azlıqda qalır. Bu isə əvvəlki mövsümlərdə başqa komandalara intizamı ilə örnək olan "köhlən atlar"da alışmadığımız durumdu.
Yuxarıda qeyd etdiyimiz kimi, "Kəpəz"in növbəti məğlubiyyəti baş məşqçinin istefasına səbəb oldu. Hesabında cəmi 2 qələbə olan gəncəlilər sonuncu pillədən heç cür qurtula bilmir. "Səbail"lə yetərincə dramatik alınan matçda 2 penalti, 1 qırmızı vərəqə də qeydə alındı. "Sarı-göylər"in çalışdırıcısı Şahin Diniyev mətbuat konfransındaca istefa verdiyini açıqladı. Əslində bu ayrılıq öncədən proqnozlaşdırılırdı. Onsuz da son günlər "Kəpəz"də yaşananlar, həmçinin uğursuz nəticələr gec-tez Diniyevin postundan gedəcəyindən xəbər verirdi. Yeni çalışdırıcının rəqiblərlərlə başabaş mübarizə aparmağa gücü yetməyən komandanı çətin durumdan çıxarıb-çıxarmayacağını zaman göstərəcək.
Uğursuzluq zolağından çıxa bilməyən digər komanda "Keşlə"di. Nə adının, nə də baş məşqçisinin dəyişməsi komandanın dərdinə dərman oldu. Ramiz Məmmədovun rəhbərlik etdi paytaxt təmsilçisi "Sumqayıt"a məğlubiyyətin ardından "doğma divarlar" arasında "Zirə"yə uduzdu. Bu isə o deməkdi ki, problem Zaur Svanadzedə deyilmiş. Bu rəqiblər arasındakı 1:1-lik seriyanın da qırıldığını qeyd edək. Belə ki, bu oyuna kimi tərəflərin ardıcıl 5 duelində məhz 1:1 hesabı qeydə alınmışdı. 2-ci pillədəki yerini əldən vermək fikrində olmayan "Zirə" isə ardıcıl 3-cü qələbəsini qazandı.
Turun dünən keçirilən mərkəzi qarşılaşmasında "Qəbələ" sevinən tərəf oldu. Yetərincə maraqlı alınan oyunda "Neftçi" iki dəfə hesabda önə keçsə də, "qırmızı-qaralar" hər iki qolun əvəzini çıxmaqla yanaşı, qələbə qolunu da vurmağı bacardı. Tərlan Əhmədovla uğurlu seriya yaxalayan "Neftçi"nin son iki oyunda məğlub olması da vurğulanmalıdı. Ruslan Qurbanovun sabiq komandasının qapısına yol tapdığını, Baqali Dabonun isə bombardirlərin yarışında vahid liderə çevrildiyini də qeyd edək.
Topaz premyer-liqası
2-ci dövrə, 12-ci tur

17 noyabr
Qarabağ - Sumqayıt 2:0
18 noyabr
Kəpəz - Səbail 2:3
Keşlə - Zirə 0:1
19 noyabr
Neftçi - Qəbələ 2:3
1. Qarabağ 11 9 1 1 19-4 28
2 . Zirə 12 8 3 1 20-8 27
3 . Qəbələ 12 8 1 3 19-13 25
4. Sumqayıt 12 5 1 6 14-17 16
5 . Neftçi 12 4 1 7 14-14 13
6. Səbail 11 4 0 7 9-18 12
7 . Keşlə 12 2 2 8 8-18 8
8. Kəpəz 12 2 1 9 9-20 7
Bombardirlər: Baqali Dabo (Qəbələ) - 6,
Mahir Mədətov (Qarabağ), Amil Yunanov (Sumqayıt), Riçard Qadze (Zirə) - 5.
Növbəti turun oyunları: 25 noyabr - Kəpəz - Qəbələ, Neftçi - Keşlə; 26 noyabr - Sumqayıt - Səbail, Zirə - Qarabağ.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:38 Vəli Qasımovun ispan qonağı yığmamızı bəyənməyib Bu gün, 00:26 UEFA-nın ayırdığı milyonu hara xərcləyəcəklər? Bu gün, 00:24 Nizamiylə Mirhüseynin cinayət işinə xitam verilib Bu gün, 00:22 Yunan hakimin ciddi qüsuru olmadı Bu gün, 00:21 Kamran Ağayev heyətdən çıxarıldı Bu gün, 00:20 Olsen: “Priştinada oynamaq Azərbaycan üçün çətin olacaq” Bu gün, 00:17 Yığma üzvlərinin qiymətləndirməsi Bu gün, 00:15 Yığma “final”ı Priştinaya daşıdı Bu gün, 00:13 Missiyasını unudan azarkeşlər... Bu gün, 00:12 15-ci qələbə, 229-cu futbolçu Bu gün, 00:10 Həftənin idman proqramı Bu gün, 00:09 Yığmadan əzmkar qələbə Bu gün, 00:05 “Milli dəstə” qeyri-müəyyənlik içindədi Bu gün, 00:03 Lider yığmanı çətinliklə yendi Bu gün, 00:01 Ayxan Abbasovun debütü uğurlu alındı Dünən, 23:59 “Keşlə” gücünü divizion təmsilçisinə göstərdi Dünən, 23:57 Gəncə derbisində darmadağın 18-11-2018, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu 18-11-2018, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi 18-11-2018, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? 18-11-2018, 13:06 “Standard” xal itirdi 18-11-2018, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir 18-11-2018, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi 18-11-2018, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı 18-11-2018, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası 18-11-2018, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” 18-11-2018, 12:36 4-cü səbət əldən çıxdı 18-11-2018, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub 18-11-2018, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır 18-11-2018, 12:21 Kosovo biletləri satışa çıxardı 18-11-2018, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi 18-11-2018, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar 16-11-2018, 15:26 Farer adaları erkən və itki ilə gəldi 16-11-2018, 15:22 Foqts Rüfəti təriflədi 16-11-2018, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” 16-11-2018, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı 16-11-2018, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək 16-11-2018, 15:12 U-19 ilk oyunda darmadağın oldu 16-11-2018, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək 16-11-2018, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider 16-11-2018, 15:00 Bakı İdman Sarayında dramatik sonluq 16-11-2018, 14:58 Dedov hücum haqda düşünür 16-11-2018, 14:57 Stuxlik “Zenit”in oyununda 16-11-2018, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək 16-11-2018, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq 16-11-2018, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu Bütün xəbərlər
Ən çox oxunanlar