19 noy 13:08liqa, reportaj

"Qarabağ" azlıqda da güclüdü

"Qarabağ" azlıqda da güclüdü
Şehiç sillələdi, polis iki azarkeşi tutdu
45. Qarabağ (Ağdam) - Sumqayıt 2:0 (1:0)

13. İbrahim Şehiç - 4,0
25. Ansi Aqolli - 5,5
32. Elvin Yunuszadə - 5,0
(12. Şahruddin Məhəmmədəliyev, 34) - 5,5
52. Yakub Jezniçak - 5,5
5. Maksim Medvedev (k) - 5,5
2. Qara Qarayev - 5,5
20. Riçard Almeyda - 6,5
11. Mahir Mədətov - 5,0
8. Miçel - 5,5
99. Dani Kintana - 6,0
(77. Vild-Donald Gerye, 80) - qiymətsiz
9. Dino Ndlovu - 6,0
(91. Coşqun Diniyev, 73) - 5,0
Ehtiyat oyunçular
1. Anton Kanibolotski
7. Rahid Əmirquliyev
10. Pedro Enrike
19. Famil Camalov
21. Arif Daşdəmirov
22. Əfran İsmayılov
30. Abbas Hüseynov
44. Ağabala Ramazanov
90. Ramil Şeydayev
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Riçard Almeyda

1. Fərhad Vəliyev - 4,5
19. Azər Salahlı - 4,0
2. Rail Məlikov - 4,0
(90. Ramil Həsənov, 62) - 4,5
3. Vurğun Hüseynov (k) - 4,0
14. Bəxtiyar Həsənalızadə - 4,0
18. Tural Axundov - 4,5
5. Vüqar Bəybalayev - 4,5
10. Cavid İmamverdiyev - 5,0
97. Xəyal Nəcəfov - 4,5
32. Rəşad Eyyubov - 4,5
9. Amil Yunanov - 4,0
(17. Fərid Kərimzadə, 70) - 4,5
Ehtiyat oyunçular
23. Mehdi Cənnətov
6. Kamal Mirzəyev
13. Bəhlul Mustafazadə
39. Tural Bayramlı
71. Ramazan Həsənov
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Cavid İmamverdiyev
Qollar: R.Almeyda, 41 (1:0, D.Kintana). D.Ndlovu, 64 (2:0).
Vərəqələr: X.Nəcəfov, 30 (qeyri-idman hərəkəti). A.Yunanov, 30 (qeyri-idman hərəkəti). V.Hüseynov, 45 (qeyri-idman hərəkəti). V.Bəybalayev, 63 (qeyri-idman hərəkəti). B.Həsənalızadə, 68 (qeyri-idman hərəkəti) - sarı. İ.Şehiç, 30 (rəqibi əllə vurmaq) - qırmızı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Vaqif Musayev, Cəmil Quliyev, Ömər Paşayev (hamısı Bakı).
Hakim-inspektor: Murad Məmmədov (Bakı).
AFFA nümayəndəsi: Mübariz Hüseynov (Gəncə).
17 noyabr. Bakı. Olimpiya stadionu. 2000 tamaşaçı (68000 yerlik).
Birinci hissəyə 4, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
"Qarabağ" "Sumqayıt"ı Olimpiya stadionunda sınağa çəkirdi. Ölkənin ən nəhəng arenasında çempionat oyununu izləmək özü maraqlı mənzərə idi.
İlk dəqiqələrdən topa nəzarəti tam ələ keçirən "Qarabağ" rəqibin qapısına "yükləndi". Lakin matçda ilk təhlükəli vəziyyəti "kimyaçılar" yaratdı. 10-cu dəqiqədə Salahlının ötürməsindən sonra Yunanov sinəsi ilə topu ram edib, zərbə endirdi. Ancaq Şehiç "mərmi"nin hədəfə çatmasına mane oldu. Ağdamlılar bunun cavabını gecikdirməsə də, Almeydanın vuruşu o qədər də effektli deyildi. Oyunun axarı gözlənilən ssenari üzrə gedirdi. Topa daha çox Qurbanovun yetirmələri nəzarət edir, "Sumqayıt" əks-hücumlara bel bağlayırdı. Özü də Abasovun komandasının hücumları daha yaddaqalan alınırdı. "Gənclik şəhəri" təmsilçisi əsasən sol cinahdan basqı edirdi. Ağdamlılar isə sıx müdafiə olunan rəqibin arxa xəttini yarmaqda çətinlik çəkirdi. 30-cu dəqiqədə "Qarabağ" azlıqda qaldı. Şehiç Yunanova sillə vurduğuna görə birbaşa qırmızı vərəqə ilə meydanı tərk etdi. Belədə Qurbanov məcburi dəyişikliyə əl ataraq, Elvini Şahruddinlə əvəzlədi. Ancaq "Sumqayıt" nəinki say üstünlüyündən yararlandı, əksinə, 41-ci dəqiqədə qapısında qol gördü. Daninin ötürməsindən sonra Riçard rəqibin bir neçə müdafiəçisinin əhatəsində irəliləyib, dəqiq zərbəylə toru silkələdi. Həmin an qonaqların onu sakitcə seyr etməsini anlamaq çətin idi. Fasilə ərəfəsində “kimyaçılar” təzyiqi nisbətən artırsa da, buraxılan qolun əvəzini çıxa bilmədilər.
İkinci hissənin əvvəlində Dino yenidən "Sumqayıt"ın qapısına yol tapsa da, ofsaydda olduğundan qol qeydə alınmadı. 58-ci dəqiqədə Cavid uzun reyd edib Amilə ötürmə etdi. Sonuncu həmin epizodda fərqlənməyə borclu olsa da, ləngliyi hesabına fürsəti əldən verdi. Az sonra Kintananın zərbəsi zamanı top tirdən döndü. Bu ərəfədə matçda temp yüksəlmişdi. 64-cü dəqiqədə Ndlovu baxımlı qolla komandasının üstünlüyünü möhkəmləndirdi. Miçeldən topu qəbul edən Dino əvəlcə Vurğunu aldatdı, bir qədər də sola meyillənib qüvvətli vuruşla topu "9-luğ"a sancdı. Çox keçmədən Amil qollardan birinin əvəzini çıxa bilərdi. Lakin o yaxın məsafədən qeyri-dəqiq zərbəylə imkanı dəyərləndirə bilmədi. 71-ci dəqiqədə isə Dino başla ötürmə ilə Mahirə fərqlənmək fürsəti yaratdı, ancaq o şansı qaçırdı. Qalan dəqiqələrdə "Sumqayıt" iki dəfə qola yaxın oldu. Ancaq həm Turalın, həm də Ramilin sevinməsinə Şahruddin imkan vermədi. Beləliklə, azlıqda qalmasına rəğmən, "Qarabağ" "kimyaçılar"a gücünü göstərdi.
FARİZ

Gözdən qaçmadı
* 30-cu dəqiqədə top uğrunda mübarizə zamanı Şehiç onu ələ keçirsə də, Xəyalla birlikdə yerə yıxıldı. Nəcəfovun zərbə almış kimi başını tutduğunu görən bosniyalı qolkiper yerdə onu itələdi. Ayağa qalxan və mübahisəni davam etdirən futbolçuları Aqolli ayırmaq istədi. Bu vaxt Amil irəli şığıyıb Şehiçi itələdi. İbrahim isə ona sillə vurdu. Epizod düz İnqilab Məmmədovun gözü önündə baş verdi. Hakim Xəyalla Amilə "sarı", Şehiçə isə "qırmızı" göstərdi.
* İlk yarının gedişində "Qarabağ" azarkeşləri ilə polis arasında qarşıdurma yaşandı. Əldə etdiyimiz məlumata görə, asayiş keşikçiləri fanatlardan bir neçəsinə fiziki təzyiq göstərib. İki azarkeş isə bölməyə aparılıb. Onlardan biri "Qarabağ ordusu" fanklubunun rəhbəri Elvin Süleymanov olub.

Reaksiyalar
Samir Abasov: “Rəqibi təbrik edirəm. Azlıqda qalmalarına baxmayaraq, layiqli qələbə qazandılar. Yəqin nəyisə səhv etdik ki, uduzduq. Ümumiyyətlə, bu gün “Qarabağ” kimi komandaya qarşı oynamağa hazır olmadığımızı göstərdik. Bacardığımız bu idi. Rəqib bütün oyuna nəzarət etdi. Meydana uduzmaq üçün çıxmamışdıq. Mübarizə apardıq. Bəlkə də futbolçular “Qarabağ”ın adından çəkindi. Bəlkə də rəqib 10 nəfərlə qaldıqdan sonra fərqli oyun sərgiləməliydik. Bu gün “Qarabağ” başqa klubları aşkar üstələyir. Turnir cədvəlində onlardan çox da geri deyilik. Lakin oyunda onlardan aşkar geri qaldığımız meydanda göründü”.
Qurban Qurbanov: "Tonusdan düşdüyümüz hiss olunurdu. Çünki neçə gün idi oynamırdıq. Futbolçuların istirahətə daha çox ehtiyacı var idi. Bu oyun onlar üçün faydalı oldu. Belə matçlarda azlıqda qalmaq onları bir az da bərkidir. Qırmızı vərəqələrin artması? Elə bir səbəb yoxdu. Futbol mübarizə oyunudusa, burda mütləq belə hallar olacaq. Elə olub ki, "qırmızı"lıq hərəkət olmayıb, hakim verib. Amma yenə də futbolçularda səhv axtarıram. Bəlkə bunda da xeyir var. Oyunçular daha diqqətli olurlar. Belə hallara hazır olmalıyıq. Bəzən məşqdə də bunların üzərində çalışırıq, yəni qırmızı vərəqə olsa, hansı dəyişikliyi edək. Amma açığı, bu gün qapıçının "qırmızı" alacağını gözləmirdim... Anton Kanibolotskiylə yollarımızı ayırmağı düşünmürük. Düzdü, ona elə də çox şans vermədik. 3 qapıçının olması mənim üçün vacibdi. Kanibolotskini başqalarından zəif saymıram. Qapı xətti elədi ki, çalışmalıyıq orda çıxış edənlərin oyun təcrübəsi olsun. Hamıya bəllidi ki, nə qədər çox oyun keçirsə, futbolçu daha dözümlü olar. Baxır 60 oyunu necə keçirirsən. Bəzən 40-50 matç da olar. Oyun sayını artırmaq olar, amma keyfiyyətə üstünlük vermək lazımdı. 40 keyfiyyətli qarşılaşma 60 keyfiyyətsizdən daha yaxşıdı... “Çelsi” ilə matçdan nə gözləmək olar? Hər şey. Rəqibin qarşısına qoyulan məqsəd bəllidi. Futbolçulara inam verməliyik ki, bu komandaya qarşı mübarizə aparmaq olar. Azarkeşlər də inansınlar ki, yaxşı mübarizə olacaq. Ən azı buna söz verirəm. Hətta məğlub olsaq da, azarkeşlərin mübarizədən razı qalmasına çalışacağıq".
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
11-12-2017, 23:56 Emin Abbasov “Şüvəlan”ı “Xəzər”ə dəyişdi 11-12-2017, 23:54 Qurban Qurbanov milli üçün prinsiplərini açıqladı 11-12-2017, 23:52 Qurban Qurbanov 8-ci dəfə ilin məşqçisi seçildi 11-12-2017, 23:51 Dekabrın 13-də Region Liqasının püşkü atılacaq 11-12-2017, 19:07 “Zirə” yenə “Neftçi”ni cəzalandırdı 11-12-2017, 19:05 Arazdan öldürücü zərbə, Rüfətdən het-trik 11-12-2017, 19:00 “Qarabağ”la “Qəbələ” cütün taleyini bu gün həll edə bilər 11-12-2017, 18:59 “Keşlə” “Kəpəz”i evə əliboş göndərdi 11-12-2017, 18:40 Balakəndə futzal turniri keçiriib 11-12-2017, 18:39 Ölkə çempionu ilk dövrənin lideridi 11-12-2017, 18:38 Alim Rotterdamda fərqləndi 11-12-2017, 18:37 Qayıbovun kadrı onun xələfi oldu 11-12-2017, 18:36 Cüdoçular Sumqayıtda yarışdı 11-12-2017, 18:34 Tofiq Heydərov baş məşqçi vəzifəsindən istefa verdi 11-12-2017, 18:33 “Sumqayıt”ın qış planına aydınlıq gəldi 11-12-2017, 18:30 Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı 11-12-2017, 18:26 “İmarət” 2017-yə möhtəşəm tədbirlə yekun vurdu 11-12-2017, 18:23 Fəhmin “Neftçi”ni “Səbail”ə dəyişir 10-12-2017, 21:35 Yığmanın məşqçisi qadın güləşinin problemlərindən danışdı 10-12-2017, 21:29 Gəncənin isra başçısının foto müəmması 10-12-2017, 21:11 Çempionlar Liqası bizə nə qazandırdı? 10-12-2017, 21:09 Bakıda A qrupunun oyunlarını reallaşacaq 10-12-2017, 21:08 Yorğunluq da "Qarabağ"a mane olmadı 10-12-2017, 20:46 “Azərsell” Lunyovu 2100 manat cərimələtdi 10-12-2017, 20:34 Qalmaqallı oyunun hakimi susdu 10-12-2017, 20:32 “Xəzər Lənkəran” ən sadiq azarkeşlərindən birini itirdi 10-12-2017, 19:28 “Futbol+” ilin ən yaxşılarını seçir! 10-12-2017, 19:24 “Neftçi” yenə kubokda sevinəcək? 10-12-2017, 19:22 Arif Əsədov “Sabah”ı yeni transferlərlə gücləndirəcək 10-12-2017, 19:19 Çempiona iki qol da kifayət etmədi 10-12-2017, 19:18 Yunis Hüseynov “Keşlə” səddini keçməkdə iddialıdı 8-12-2017, 21:17 Azərbaycan “Qran-pri”sinin vaxtı dəyişmədi 8-12-2017, 21:14 Voleybol yığmamız Rusiya və ABŞ ilə qarşılaşacaq 8-12-2017, 21:12 “Lokomotiv” Portuqaliya klubuna da aman vermədi 8-12-2017, 21:09 “Neftçi” kuboku qurban verməlidi 8-12-2017, 21:07 AFFA “Xəzər Lənkəran”ın rəsmisini 5 oyunluq cəzalandırdı 8-12-2017, 21:04 Mirhüseyn gələn həftə apellyasiya şikayəti verəcək 8-12-2017, 21:03 Prosineçkinin müqaviləsinin müddəti 4 gün öncə bitib 8-12-2017, 20:15 “Qarabağ” strategiyasını dəyişməyəcək! 8-12-2017, 20:14 “Əbədi şəhər”ə macəralı səfər 8-12-2017, 20:13 “Sky Sport İtaly”nin əməkdaşını UEFA rəsmisi dayandırıb 8-12-2017, 20:05 “Qarabağ”ın ÇL-dən qazancı 33 milyondu! 8-12-2017, 20:04 Şehiç ən çox seyv edən qapıçıdı! 8-12-2017, 20:03 Azərbaycanlılardan biri yerli fanatlar tərəfindən döyülüb 8-12-2017, 19:54 Arif Əsədovun "Sabah"ı təhlükəli zonadan uzaqlaşdı 8-12-2017, 19:52 “Səbail” 2-ci dövrənin qalibidi! 8-12-2017, 19:47 “Futbol+” ilin ən yaxşılarını seçir! 8-12-2017, 19:45 Kamranla Namiq “Kəpəz”in maraq dairəsindədi 8-12-2017, 19:32 Premyer-liqa "Bayıl Arena”da yarılanacaq 8-12-2017, 19:19 Vaqif Paşayev problemi uşaq məşqçilərində görür 8-12-2017, 19:16 Brüssel siyahıdan çıxarıldı, yığmamız ilk səbətdə yer aldı 8-12-2017, 18:47 “Çelsi”ylə “Qarabağ” bir qrupa düşəndə çox sevinmişdim” 7-12-2017, 19:12 Fərid Qayıbov Mariana Vasilyevaya alternativ yerli məşqçi görmür 7-12-2017, 19:10 Yığma üzvlərinin duelindən Polina qalib ayrıldı 7-12-2017, 19:08 “Pul qazancım olsaydı, adamı bu qədər “yandırmazdı” 7-12-2017, 19:02 “Neftçi” bəyanat yaydı 7-12-2017, 19:01 Elxan Məmmədov: “Hüquq-mühafizə orqanlarının araşdırması davam edir” Bütün xəbərlər
Ən çox oxunanlar