08 noy 16:41liqa

HAKİMLƏRİN MÜHAKİMƏSİ

HAKİMLƏRİN MÜHAKİMƏSİ
İki oyunda idarəçilik “göz oxşadı”
Topaz premyer-liqasının 11-ci turu hakimlik baxımından səhvsiz ötüşmədi. Xüsusilə "Sumqayıt" - "Keşlə" və "Kəpəz" - "Qarabağ" oyunlarındakı idarəçilik "göz oxşadı".
RAUF CABBAROV, Qəbələ - Səbail
Ötən tur "Neftçi"ylə "Sumqayıt"ın oyununda özünü yaxşı tərəfdən göstərən Rauf Cabbarov Qəbələdə də pis təsir bağışlamadı. Rəqiblər arasındakı səviyyə fərqi, futbolçuların ehtiyatlı oyuna üstünlük verməsi protokoldan da məlumdu. Referi göstərdiyi hər iki "sarı"da haqlı idi. İlk hissənin əvvəlində laysman Vüsal Qənbərov Baqali Dabonun ofsaydda olduğunu düşünüb, bayrağını qaldırdı ki, gənc yan xətt hakiminin qərarı bir qədər şübhəli göründü. Ümumilikdə hakimlər briqadası oyunu normal idarə etdi.
ƏLİYAR AĞAYEV, Sumqayıt - Keşlə
Premyer-liqanın 9-cu turunda keçirilən "Kəpəz" - "Neftçi" oyunundan (0:1) sonra ciddi tənqidlərə məruz qalan FİFA referisi 10-cu turda 4-cü olmaqla kifayətləndi. Bu dəfə isə yenidən meydanda əsas söz sahibi funksiyasını yerinə yetirən Ağayev işinin öhdəsindən gəldi. Düzdü, matçın əvvəlində sarı vərəqəsini düşürməsi xoş mənzərə deyildi. Bununla belə, həmin an oyunu dayandırmadı. O vaxta kimi ki, hücumun istiqaməti vərəqənin düşdüyü yerə - meydanın "Keşlə"yə tərəf hissəsinə yönələndə beynəlxalq dərəcəli referi fürsətdən istifadə edib “sarı”nı götürdü. Bu texniki problem idi. Ancaq laysman Rza Məmmədovun səhvi matça damğa vurdu. Belə ki, 45-ci dəqiqədə Elnur Abdullayevin asmasından sonra Nizami Hacıyev fərqlənəndə aşkar oyundankənar vəziyyətdə idi. Həmin epizodda yan xətt hakiminin bu cür ofsaydı qeydə almaması, yəqin ki, onun cəzalanması ilə nəticələnəcək.
RƏHİM HƏSƏNOV, Kəpəz - Qarabağ
Turun bəlkə də ən biabırçı hakim idarəçiliyinə Gəncədə şahidlik etdik. Yaxasında FİFA-nın loqosunu gəzdirən Rəhim Həsənov elə bir səhvə yol verdi ki, 100 texniki, metodiki nöqsan onun yanında heç nədi. 27-ci dəqiqədə "Kəpəz"in əks-hücumu zamanı Viktor Oseqeyl İbrahim Şehiçlə mübarizədə yerdə qaldı və epizodun təxminən 20 metrliyində olan referi əminliklə "nöqtə"ni göstərdi. Bu azmış kimi, qonaqların qapıçısını "sarı"yla cəzalandırdı. Lakin "Qarabağ"lıların etirazından, üstəgəl, Viktorun hakimə yaxınlaşıb qaydanın pozulmadığını deməsindən sonra Rəhim qərarını dəyişdi. Halbuki qərarını dəyişmişdisə, özünü yerə atan Viktora simulyasiyaya görə sarı vərəqə göstərməliydi. Və ən vacibi, Həsənovun bu əməlindən sonra gəncəli fanatlar özündən çıxdı. Həm hakimlərin, həm də onlara rəhbərlik edən Xaqani Məmmədovun ünvanına gəlişigözəl sözlər səsləndirdilər.
ÖMƏR PAŞAYEV, Zirə - Neftçi
Artıq 1-ci dəqiqədə "Zirə"lilər Namiq Ələsgərovun qarşısını yolverilməz fəndlə kəssə də, referi qayda pozuntusunu qeydə almadı. Baxmayaraq ki, Paşayev oyunu tez-tez saxlayırdı. Əslində o haqlı idi. Çünki "Neftçi" ilk yarıda pressinq edirdi deyə, "Zirə" tez-tez qaydaları pozurdu. Matçın 30-cu dəqiqəsində Yovan Krneta və Hüqo Barqas aqressiv şəkildə üz-üzə gəldilər. Komanda yoldaşları onları çətinliklə sakitləşdirədi. Di gəl ki, hakim heç birinə "sarı" göstərmədi. Matç başa çatandan sonra da eyni hal yaşandı. Orda dava da baş verə bilərdi. Maraqlıdı ki, Ömər yenə vərəqə göstərmədi. Sadiqova "sarı" verilən epizodda üstünlük prinsipinə əməl edib sonradan futbolçunu cəzalandıran hakim nədənsə, digər oxşar məqamlarda fitini səsləndirirdi.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 02:04 Şahin Diniyevin oyunsonrası açıqlamalarının xronikası Dünən, 02:00 Turdan məqamlar Dünən, 01:55 İdman jurnalistlərinin vahid platforması yaradılıb Dünən, 01:50 "Qəbələ" fərqi artırdı Dünən, 01:47 Lökbatanda "6 xallıq" oyun Dünən, 01:43 Hakimlərin mühakiməsi Dünən, 01:38 “Çelsi”ni Bakıdan məyus yola salmaq olar Dünən, 01:34 “Kəpəz”də Yunis Hüseynov dönəmi başladı Dünən, 01:30 “Kəpəz”in Şəhriyarları günahı Diniyevdə yox, özlərində görür Dünən, 01:27 Vüqar yenə qol vursa da… Dünən, 01:25 “Traktorsazi” İsfahanda şok yaşadı Dünən, 01:21 Ruslan Qurbanov yazdı, “Neftçi” azarkeşləri coşdu Dünən, 01:16 İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi Dünən, 01:11 UEFA Azərbaycana 71 min avro göndərdi Dünən, 01:07 Yığma üzvləri Rusiyada sevindi Dünən, 01:05 “Lokomotiv” avrokubokda debüt oyununa çıxır Dünən, 01:01 Olimpiya çempionu Vladiqafqazda fərqləndi Dünən, 00:57 Çingiz Hüseynzadə vəzifəsində qaldı Dünən, 00:55 “Araz”dan çətin qələbə Dünən, 00:49 “Çelsi” də “Atletiko”nun taleyini yaşasın! 20-11-2017, 20:12 Mikayıl Nərimanoğlunun kadrı “Kəpəz”dən qovuldu 20-11-2017, 20:09 Şahin Diniyevin istefasını şərtləndirən səbəblər 20-11-2017, 20:01 "Səbail"in əvəzediciləri də "Kəpəz"ə qənim oldu 20-11-2017, 19:59 Polina Rəhimovanın komandası vahid lider oldu 20-11-2017, 19:58 Lider 3 xalı 1 qolla qazandı 20-11-2017, 19:57 “Qəbələ” bu dəfə də keçilməz oldu 20-11-2017, 19:55 “Neftçi”nin “fanşop”unda təsbeh də satılır 20-11-2017, 19:52 Rüfət Dadaşov 14-ə çatdı 20-11-2017, 19:50 Qısaömürlü, lakin unudulmaz futbol qəzeti 20-11-2017, 19:42 Ağr atletikada cəza müddəti 8 aya enə bilər 20-11-2017, 19:39 Ayxan Abbasov “Zirə”nin oyununda geriləmə görmür 20-11-2017, 19:37 1:1 seriyası bitdi, “Keşlə”nin məğlubiyyətləri yox 20-11-2017, 19:35 Cahangir Həsənzadə danışa bilmir 20-11-2017, 19:34 Konte “Qarabağ”la matçı mövsümün ən vacib oyunu sayır 20-11-2017, 19:32 Debütant önündə yenilgi Diniyevin sonu oldu 20-11-2017, 19:30 Liderlər xal itirmədi 20-11-2017, 19:28 “Qarabağ”ın fanklubları stadionda polis istəmir 19-11-2017, 15:39 U21 millimiz üçün biabırçı 3 ay - XRONOLOGİYA 19-11-2017, 14:59 "21 Oktyabrdan... 20 il sonra" filmi - TRAİLER 19-11-2017, 13:56 Dünya çempionu məşqlərə qatılmır 19-11-2017, 13:50 Tərlan Əhmədov: “Elnur Cəfərov 99 faiz “Neftçi”dən göndəriləcək” 19-11-2017, 13:49 Elnur Cəfərov müsahibədən boyun qaçırdı 19-11-2017, 13:45 Xaqani Məmmədov ofisiant işləyən hakimi yanına çağırdı 19-11-2017, 13:33 “Məsuliyyətdən yayınmaq üçün ictimaiyyətə yanlış fikirlər sırımaq istəyən şəxslə nə danışasan?” 19-11-2017, 13:30 U-21-in üzvləri köməkçi-məşqçilərdən şikayət edib? 19-11-2017, 13:26 Faiq Cabbarov növbəti həftəni gözləyir 19-11-2017, 13:14 Babək Alxasov U-21-dən ayrılmaqla centlmen kimi davrandığını düşünür 19-11-2017, 13:13 Elxan Məmmədov UEFA nümayəndələri ilə görüşdü 19-11-2017, 13:10 Aqil Nəbiyev İmişli stadionuna ziyan vurmadığını deyir 19-11-2017, 13:08 "Qarabağ" azlıqda da güclüdü 19-11-2017, 13:04 Mahmud Qurbanov ÇSKA-nın futbol akademiyasında olub 19-11-2017, 13:01 “Zaqatala” ilk qələbəni çempionla dueldə qazandı 17-11-2017, 22:35 SSRİ idman ustasını MGA-dan da qovdular 17-11-2017, 22:32 “Oyun alğı-satqısı ilə bağlı əsl bazar premyer-liqadadı” 17-11-2017, 22:30 “Kəpəz”in mühasibatlıq sənədləri və möhürü hələ də Bakıdadı 17-11-2017, 22:29 Azərbaycan DÇ-də kimə azarkeşlik edəcək? 17-11-2017, 22:25 Üç yığmaya 4 namizəd Bütün xəbərlər
Ən çox oxunanlar