04 noy 02:49liqa

Jezniçak formalarını hərraca çıxarır

Jezniçak formalarını hərraca çıxarır
“Baş məşqçi bossdu və qaydaları o müəyyənləşdirir”
“Qarabağ”ın bu yay rənglərinə bağladığı Yakub Jezniçak ölkəsinin mətbuatına müsahibə verib. “Legiya”nın sabiq kapitanı polyak həmkarımızla söhbətdə Bakıdakı həyatından və komandadakı ab-havadan danışıb.
- Çempionlar Liqasının qrupunda 4 turdan sonra “Qarabağ”ın hesabında 2 xal var. Özü də hər iki xalı 2014 və 2016-cı illərdə turnirdə final oynamış “Atletiko”dan almısız...
- Hər iki xal bizim üçün möcüzəyə bərabərdi. “Legiya”da olduğu kimi, “Qarabağ”da da qrup mərhələsinə 0:6 hesablı məğlubiyyətlə başladım. Razılaşın ki, çox güclü rəqiblərlə bir qrupa düşmüşük. Bu mənada qazanılan hər xal bizim üçün olduqca dəyərlidi.
- Hansı rəqibdən daha çox ehtiyatlanırdız?
- Rəqiblərimizi biləndə onlarla heç-heçə etməyin də çətin olacağını düşündüm. Əslində bunu möcüzə adlandırmamaq da olar. Çünki oynadığımız top-klubların tarixini bilmir. Bununla belə, “Atletiko”nun gücünü lazımınca dəyərləndirirdik. Açığı, klublar arasında müqayisə aparmadım. Çünki hər üçü Avropanın ən güclüləridi. Bu mənada “Atletiko” ilə heç-heçə kiçik sürprizdi. Sona qədər mübarizə apardıq. Madriddə çox qaçdıq, uzun müddət topsuz qalmalı olduq. Qrupda iki görüşümüz qalıb, həmin oyunlarda da sona qədər “vuruşacağıq”. Aramızda zarafatlaşırıq ki, qrupda üçüncü yeri tutmaq da mümkündü. Amma bunun üçün “Roma” və “Çelsi” ilə oyunlarda da yaxşı nəticə qazanmaq lazımdı.
- “Atletiko” ilə hansı matç sizin üçün daha çətin keçdi?
- Madriddəki görüş. Bakıdakı heç-heçə tarixi nəticə idi. Ümumiyyətlə, ilk dəfədi Azərbaycan klubu Çempionlar Liqasının qrupunda oynayır. Bu üzdən “Atletiko” ilə ilk heç-heçə də əla qarşılandı. Madriddəki görüşün ikinci hissəsində ev sahibləri daha çox hücum etdi. Xüsusən Pedronun qırmızı vərəqə almasından sonra hücumlarını artırdılar. Buna baxmayaraq, sona qədər dözdük. Qapıçımız Şehiç son dəqiqədə də rəqibin qol şansını əngəllədi. Halbuki “Çelsi” ilə matçdan sonra onu tənqid edirdilər.
- “Atletiko” ilə budəfəki görüşdən öncə foto payşalaraq, bu fikirləri yazmışdız: “Yenə Madrid. Bir il əvvəl rəqibimiz “Real” idi, indi isə “Atletiko”. Həyat 30 yaşdan sonra başlayır”.
- Son 2 ildə Çempionlar Liqasının qrupunda oynayıram. Bu, “Legiya” və “Qarabağ” klubları üçün arzu və tarixi nəticə idi. Sona qədər cəsurcasına döyüşürük. Komanda yoldaşlarıma kömək edirəm.
- Meydanda özünüzü necə hiss edirsiz?
- Hər bir oyunçu dünyanın ən yaxşı futbolçularına qarşı oynamağı arzulayır. Mən milli üzvü deyiləm. Bu mənada mənim üçün yeganə belə şans Çempionlar Liqasıdı. Ronaldo, Beyl, Dzeko, Qrizmann və Azarın oyunlarına əvvəl yalnız televizorda baxmışdım. Sonra isə onlarla meydanda qarşılaşmaq imkanı qazandım. “Real” və “Atletiko” kimi komandalarla oyunda üzərində təzyiq hiss etmirsən. Düzdü, məsuliyyət çoxdu, amma Çempionlar Liqasının matçları çempionat görüşlərindən daha rahatdı. Çünki qorxu hissi keçirmirsən, əksinə, oyundan həzz alırsan. Ən yaxşı futbolçulara qarşı oynamaq məni qürurlandırır.
- Oyunlardan sonra formanızı rəqib futbolçu ilə dəyişirsiz?
- Bir dəfə də olsun, bunu etməmişəm. Çünki öz formalarımı yığıram, daha sonra onları xeyriyyə hərraclarına çıxarıram. Karyeramı bitirdikdən sonra muzey açmaq haqda düşünmürəm.
- Çempionlar Liqasındakı səfər oyunlarını keçirmək üçün uzun yol qət etməli olursuz...
- Elədi. Madridə çatmaq üçün təxminən 7 saat havada olduq. Oyundan dərhal sonra isə Bakıya qayıtdıq. Amma təyyarədəki şərtlər yaxşıdı, hər futbolçu üçün 4 nəfərlik yer ayrılıb, yatmaq mümkündü. Qayıtmaq daha yorucudu. Amma uğurlu nəticədən sonra buna o qədər də fikir vermirsən.
- Çempionlar Liqasında hansı klubun heyətində daha çox təzyiq hiss etmisiz: “Legiya”da, yoxsa “Qarabağ”da?
- Burda fanatlar həmişə yaxşı nəticəyə ümid edirlər. Hansı rəqiblə qarşılaşmağımızın fərqi yoxdu. Baş məşqçimiz Qurban Qurbanov topu necə gəldi irəli atmağımızı istəmir. Rəqib imkan verirsə, oyun planında bəzi dəyişikliklər edirik. Açığı, “Legiya”da təzyiq az idi.
- Düşünürsüz ki, “Legiya”nı zamanında tərk etmisiz?
- Heç vaxt bu haqda fikirləşməmişəm. Varşavada möcüzəli illər keçirdim. Bir qədər əvvəl ayrılsaydım, “Legiya” ilə Çempionlar Liqasının qrupunda oynamayacaqdım. Cari mövsümdə qeydə alınan nəticələri nəzərə alsaq, deməli, vaxtında düzgün qərar vermişəm. “Qarabağ” səviyyəli komandadı.
- “Qarabağ” “Legiya” ilə qarşılaşsaydı, kim qələbə qazanardı?
- “Legiya”nın əvvəlki heyəti olsaydı, sabiq komandamın qələbə qazanacağını deyərdim. Amma oyunumuz yaxşı alınmaya da bilərdi.
- Azərbaycanda həyat necədi?
- Qalan 9 legionerlə birlikdə paytaxtın Port-Bakı hissəsində yaşayırıq. Orda ticarət mərkəzi, restoran, kafe, bir sözlə, hər şey var. Gördüklərimə yaxşı mənada təəccübləndim. Bakıda dünən 26 dərəcə hərarət var idi. Azərbaycanlılar xoş, mehriban və kömək etməyi sevən insanlardı.
- Yeni şərtlərə tam uyğunlaşmısız?
- Komanda yoldaşlarım və baş məşqçi ilə yaxşı münasibətim var. Klubla müqavilə bağlayandan 6 gün sonra “Visla”nın sabiq futbolçusu Vild-Donald Gerye ilə birlikdə Çempionlar Liqasının təsnifat oyununa çıxdıq. Burda qısa zamanda yüksək səviyyəli oyun göstərməlisiz. Klub həm kömək, həm də tələb edir.
- Azərbaycan çempionatında hazırda ilk pillədəsiz. 3-4 gündən bir oyun keçirmək çətin deyil?
- “Zirə” və “Qəbələ” ilə oyunları nəzərə almasaq, bütün görüşlərdə qələbə qazanmışıq. Baş məşqçimiz heyətdə tez-tez dəyişikliklər edir. Çempionatda daha çox Çempionlar Liqasında oynamayan futbolçulara şans verir. Ehtiyat qüvvəmiz yetərincədi. “Atletiko” ilə ilk görüşümüzlə müqayisədə rəqibin baş məşqçisi Dieqo Simeone heyətdə 3 dəyişiklik etmişdi. Amma fərq hiss olunmurdu. Hər kəs öz yerini bilir, oynamayan incimir.
- “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov necə insandı?
- Tələbkardı. Demək olar ki, heç gülmür. Amma möhtəşəm məşqçidi.
- Azərbaycanda uğuru necə qeyd edirlər?
- Baş məşqçimiz bayram etmir. Çempionlar Liqasının qrupuna düşdükdən sonra paltardəyişmə otağında xeyli rəqs etdik. Komandamızda müsəlman çoxdu. Alkoqol yaxşı qarşılanmır və bütün əcnəbilər buna hörmətlə yanaşırlar. Baş məşqçi bossdu və qaydaları o müəyyənləşdirir.
RƏŞAD hazırladı
the payment empowers in bottling hobbyist cheapest 100mg viagra delivered overnight Collect up also by fluctuating alternate provenance

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 20:43 “CBC Sport” Olimpiada ilə bağlı film təqdim edəcək Bu gün, 20:34 “Qəbələ”dən daha bir statistika Bu gün, 20:23 Barselona qəhrəmanı kövrəldi... Bu gün, 20:20 Saxtakar dünya çempionu... Bu gün, 20:18 Yığma üzvü karantindən evə buraxıldı Bu gün, 20:14 Robbenin xanımı koronavirusdan qurtuldu Bu gün, 20:08 AÇ-nin ev sahibləri dəyişəcəkmi? Bu gün, 20:04 Klopp Maneni ilk görüşdə kimə bənzədib? Bu gün, 12:27 Karantin Ruslanın “başına oyun açıb” Bu gün, 12:11 AİJF Baş nazirə müraciət etdi Bu gün, 12:06 “9 aydan sonra doğuş sayında inanılmaz artım yaşansa, təəccüblənmərəm” Dünən, 21:12 Teymur Rəcəbov 100 min dollar ziyana düşüb Dünən, 21:09 Fərid Qayıbov payızı nişan verdi Dünən, 20:59 Yaşar Vahabzadəni bu gün hamıdan tez nəvəsi təbrik edib Dünən, 16:03 Mourinyo və oyunçular parkda məşq etdi Dünən, 15:59 Terim koronavirusdan qurtuldu! 7-04-2020, 22:15 Belarus çempionatında futbolçular nə qədər qazanır? 7-04-2020, 21:54 Koronavirus Qvardiolanın anasını öldürdü 7-04-2020, 21:50 Rusiya və Qətər mundialı pulla alıb? 7-04-2020, 21:40 “Düzdü, stadiondakı effekti vermir, ancaq özümü yora bilirəm” 7-04-2020, 21:28 “Qarabağ” boş dayanmır 7-04-2020, 21:19 “Doğulduğum Təbrizdə də vəziyyət ürəkaçan deyil” 7-04-2020, 21:07 Kimdi günahkar? 7-04-2020, 20:51 Evdə qal, yemək bişir! 7-04-2020, 15:17 Arif Rəhimov dəqiqliyin tərəfdarıdı 7-04-2020, 15:11 Klublarda qeyri-müəyyənlik davam edir 7-04-2020, 15:07 Azarkeş qrupları imkansızları sevindirməkdə davam edir 7-04-2020, 15:02 “Zaqatala”dan örnək addım 6-04-2020, 17:24 AGİN yığmalar üçün toplanış təşkil etməyi düşünür 6-04-2020, 17:14 Obradoviçlə Velebit gedib, Lippert Bakıdadı 6-04-2020, 16:53 FİFA yaş limitini artırmağı zəruri sayır 6-04-2020, 16:43 UEFA: milli çempionatlar sona çatdırılmalıdı! 6-04-2020, 16:40 “Barselona”ya qayıdıb yeni səhifə açmaq istəyirəm” 6-04-2020, 16:30 Karius FIFA-ya şikayət etdi 6-04-2020, 16:25 “Heç kim hadisələrin necə inkişaf edəcəyini bilmir” 6-04-2020, 16:20 Tramp da videokonfrans keçirdi 6-04-2020, 16:13 Xabib – Toni dueli 5-ci cəhddə də baş tutmadı 6-04-2020, 16:09 Türkiyəyə futbol nə vaxt “qayıdacaq”? 6-04-2020, 14:49 "Qəbələ" tarixindəki 78 penaltidən 61-ni qola çevirib 6-04-2020, 14:46 "Qəbələ": 546 oyun, 41 kapitan 5-04-2020, 11:22 Fonda daha hansı klub pul köçürəcək? 5-04-2020, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib Bütün xəbərlər
Ən çox oxunanlar