02 noy 21:13liqa

“Futbol+” Ramiz Məmmədovu tapdı və danışdırdı

“Futbol+” Ramiz Məmmədovu tapdı və danışdırdı
“Belə gündə komandaya kömək etməyi özümə borc bildim”
Komandanı yeni - “Keşlə” adıyla meydana çıxarmaq Zaur Svanadze üçün birinci və axırıncı oldu. “Ağ-göylər”in ardıcıl 4 oyunda məğlub olması, üstəgəl, qol vura bilməməsi rəhbərliyin səbr kasasını daşırdı ki, gürcü mütəxəssislə yolların ayrılmasına qərar verildi. Onun yerinə isə yaydan bu yana klubun aşağı yaş qrupları üzrə komandalarının əlaqələndiricisi vəzifəsini yerinə yetirən Ramiz Məmmədov təyin edildi. Zaur Axundov mətbuata verdiyi müsahibədə Məmmədovla qışa qədər işbirliyinin davam edəcəyini, çempionatın birinci yarısından sonra məsələyə yenidən baxılacağını və çox güman, yeni mütəxəssislə anlaşacaqlarını bildirib. Qısası, Məmmədov artıq işə başlayıb, futbolçuları “Sumqayıt”la səfər qarşılaşmasına hazırlayır. Dünən Ramiz bəylə əlaqə saxlayıb müsahibə götürmək istəyimizi bildirəndə öncə razılaşmadı. Lakin inadımızı görüncə “daşı ətəyindən tökdü”.
- Əsas komandanın baş məşqçi postuna təyinat sizin üçün nə dərəcədə gözlənilməz oldu?
- Baş məşqçi hər an hər vəziyyətə hazır olmalıdı. İstefaya göndərilə də bilərik, boş qalmış posta gətirilə də. Bu hər yerdə, hər məşqçidə belədi. Svanadze ilə yollar ayrılandan sonra klubun rəhbəri Zaur Axundov belə bir təklifdə bulundu. Hər halda, mən də “Keşlə” ailəsinin bir üzvüyəm. Fərqi yoxdu, əsas komandada işlədim, yaxud aşağı yaş qruplarına cavabdehlik daşıdım. Belə gündə komandaya kömək etməyi özümə borc bildim.
- Qarşınıza hansı hədəf qoyulub?
- Bacardığımız qədər yaxşı oynayıb uğurlu nəticələrə imza atmaq istəyirik. “Keşlə”nin adına layiq çıxış etməliyik. Qış fasiləsinə qədər çempionatda 4 oyunumuz var. Desəm ki, 12 xal toplayacağıq, yalan olar. Pafoslu danışmağı xoşlamıram. Məni tanıyanlar bilir ki, öz qarşıma qoyduğum hədəf hər zaman nəticə vermək olub. Məqsəd hər oyuna qələbə üçün çıxmaqdı. Nə dərəcədə alınacaq, neçə xal toplayacağıq - bunu zaman göstərəcək.
- Amma Zaur Axundov mətbuata açıqlamasında sizinlə qış fasiləsinə qədər əməkdaşlıq edəcəyini bildirib.
- Məni bu posta Zaur Axundov təyin edib. Nə desə, necə məsləhət bilsə, elə də olacaq. Məqsədim ümidləri artıqlaması ilə doğrultmaqdı. Mən bura çətin gündə komandaya kömək etməyə gəlmişəm. Az öncə dediyim kimi, gələ də bilərik, gedə də. Ən vacibi “Keşlə”ni “qara zolaq”dan çıxarmaqdı. Rəhbərlik məsləhət bilsə, yəni nəticələr qane etsə, qalıb işləyərəm. Alınamasa da, yenidən əvvəlki vəzifəmi icra edərəm. Heç bir problem yoxdu.
- Bu futbolçularla, yəni kasad heyətlə ümidləri doğrultmaq mümkün olacaq?
- Bilirəm, heyətimiz kasaddı. Buna baxmayaraq, təcrübəli, illərdi tanıdığımız futbolçular var. Çətinliyin olması qaçılmazdı. Bizim də işimiz çətin vəziyyətdə çıxış yolu tapmaqdı. Ən əsası istəkdi. Məhz bu istək sayəsində problemləri ört-basdır etməliyik. Hamı bir nəfər kimi əl-ələ verib can qoymalıdı. U-17-də, U-19-da və əvəzedici heyətdə top qovan 5-6 potensiallı gənci də əsas komandanın məşqlərinə dəvət etmişəm. Onları indi oynatmayıb, nə vaxt oynadacağıq?!
- “Keşlə” mövsümün sonuna qədər avrokubok iddiasını davam etdirmək istəyirsə, qış fasiləsində yeni futbolçuların alınması vacibdi. Bununla bağlı Zaur Axundovla söhbətiniz olub?
- Dediyim kimi, bu dəqiqə əsas məqsəd qarşıdakı 4 oyunda özümüzü göstərməkdi. Ona görə də iki ay sonrakı planları nə düşünürəm, nə də danışığımız olub.
- Tutaq ki, hər şey yaxşı oldu və rəhbərlik sizi saxladı. Onda necə?
- O vaxta hələ çox var. Baş məşqçi kimi yox, “Keşlə”nin üzvü kimi onu deyə bilərəm ki, yeni futbolçuların gəlişi mütləqdi. Heyət güclənməlidi. Amma yenə də azərbaycanlı balalarına üstünlük verilməsinin tərəfdarıyam. Ola bilsin, qışda hansısa futbolçunun müqavilə müddəti bitər, ya da komandasından ayrılmaq istəyər. Belələri ilə güclənmək pis olmaz. Komandanın özəyi əcnəbilərdən yox, yerlilərdən qurulmalıdı. Təbii ki, bu mənim şəxsi fikrimdi.
- Vaqif Cavadov məşqlərdə iştirak edir?
- Bəli, bizimlədi.
- Onunla da müqavilə bağlanacaq?
- Bu mənə ünvanlanası sual deyil. Ona görə də nəsə deyə bilmərəm.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:27 Karantin Ruslanın “başına oyun açıb” Bu gün, 12:11 AİJF Baş nazirə müraciət etdi Bu gün, 12:06 “9 aydan sonra doğuş sayında inanılmaz artım yaşansa, təəccüblənmərəm” Dünən, 21:12 Teymur Rəcəbov 100 min dollar ziyana düşüb Dünən, 21:09 Fərid Qayıbov payızı nişan verdi Dünən, 20:59 Yaşar Vahabzadəni bu gün hamıdan tez nəvəsi təbrik edib Dünən, 16:03 Mourinyo və oyunçular parkda məşq etdi Dünən, 15:59 Terim koronavirusdan qurtuldu! 7-04-2020, 22:15 Belarus çempionatında futbolçular nə qədər qazanır? 7-04-2020, 21:54 Koronavirus Qvardiolanın anasını öldürdü 7-04-2020, 21:50 Rusiya və Qətər mundialı pulla alıb? 7-04-2020, 21:40 “Düzdü, stadiondakı effekti vermir, ancaq özümü yora bilirəm” 7-04-2020, 21:28 “Qarabağ” boş dayanmır 7-04-2020, 21:19 “Doğulduğum Təbrizdə də vəziyyət ürəkaçan deyil” 7-04-2020, 21:07 Kimdi günahkar? 7-04-2020, 20:51 Evdə qal, yemək bişir! 7-04-2020, 15:17 Arif Rəhimov dəqiqliyin tərəfdarıdı 7-04-2020, 15:11 Klublarda qeyri-müəyyənlik davam edir 7-04-2020, 15:07 Azarkeş qrupları imkansızları sevindirməkdə davam edir 7-04-2020, 15:02 “Zaqatala”dan örnək addım 6-04-2020, 17:24 AGİN yığmalar üçün toplanış təşkil etməyi düşünür 6-04-2020, 17:14 Obradoviçlə Velebit gedib, Lippert Bakıdadı 6-04-2020, 16:53 FİFA yaş limitini artırmağı zəruri sayır 6-04-2020, 16:43 UEFA: milli çempionatlar sona çatdırılmalıdı! 6-04-2020, 16:40 “Barselona”ya qayıdıb yeni səhifə açmaq istəyirəm” 6-04-2020, 16:30 Karius FIFA-ya şikayət etdi 6-04-2020, 16:25 “Heç kim hadisələrin necə inkişaf edəcəyini bilmir” 6-04-2020, 16:20 Tramp da videokonfrans keçirdi 6-04-2020, 16:13 Xabib – Toni dueli 5-ci cəhddə də baş tutmadı 6-04-2020, 16:09 Türkiyəyə futbol nə vaxt “qayıdacaq”? 6-04-2020, 14:49 "Qəbələ" tarixindəki 78 penaltidən 61-ni qola çevirib 6-04-2020, 14:46 "Qəbələ": 546 oyun, 41 kapitan 5-04-2020, 11:22 Fonda daha hansı klub pul köçürəcək? 5-04-2020, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb Bütün xəbərlər
Ən çox oxunanlar