25 okt 12:48liqa

Turdan məqamlar

Turdan məqamlar
Turun...
...hiyləgərliyi...

Hesabat turunun mərkəzi qarşılaşması Qəbələdə baş tutdu ki, meydan sahibləri ilə “Qarabağ”ın oyununda gərginliyin olacağı gözlənilən idi. Düzdü, futbolçular arasında elə bir qarşıdurma yaşanmadı. Hakimliklə bağlı kiçik narazılıqları nəzərə almasaq, meydandakı ümumi ab-hava pis deyildi. Lakin eyni sözləri iki komandanın azarkeşlərinə aid etmək olmaz. 11-ci dəqiqədə yerli və qonaq tərəfdarlar arasında “söyüş yağışına” tamaşa etdik ki, bundan bir neçə dəqiqə sonra polis qəbələli fanatlardan birini stadiondan kənarlaşdırdı. Bu öz yerində. Belə hadisələr həmişə olub, var və olacaq. Diqqətçəkən məqam 86-cı dəqiqədə “Qəbələ”ni dəstəkləyən “Red Black Army” azarkeş qrupunun petard yandıraraq qələbəni final fitindən əvvəl qeyd etməsiydi. Polislər tribunaya yaxınlaşsalar da, azarkeşlər bayramı qeyd etməkdə davam edirdilər. Ümumiyyətlə, stadiona petard və digər yandırıcı maddələrin keçirilməsi qadağandı. Və buna görə də giriş qapılarında azarkeşlər yoxlanılır, bu cür vasitələr müsadirə olunur. Bəs onda “Red Black Army” pirotexniki vasitələri tribunaya necə, hansı yolla keçirib? Həmin vaxt onlara yaxınlaşan polislər qanunsuz iş görən tərəfdarlara nə deyib? Adı çəkilən fanklubun yaradıcısı Cavad Şəriflinin sualımıza cavabı belə oldu: “Bu haqda sizə heç nə deyə bilmərəm. Dediyiniz məsələ fanat sirri, hiyləgərliyidi. Necə keçiririk, haramızda keçiririk – bunları açıqlamaq düzgün olmaz. Belə deyim, kəşfiyyat sirridi. Matçdan əvvəl kəşfiyyat aparıb, müəyyən qənaətə gəlirik. Nəticəyə uyğun olaraq, addım atırıq. Qapıda yoxlayıb buraxırlar. Kiminsə üzərində tutsalar, sonu yaxşı olmaz. Oyunun sonlarına yaxın petard yandırmışdıq. Polislər dərhal tökülüşdülər. Nə qədər “söndür” desələr də, sona qədər yandı. “Onu heç su söndürə bilmir, biz necə söndürək” deyəndən sonra özləri başa düşüb getdilər. Hansısa hədə-qorxu olmadı. Yalnız söyüşlərə görə xəbərdarlıq edirdilər”.
...yubanması...
Hazırda çempionatda mübarizə aparan komandalar arasında ev oyunlarını Bakıətrafı qəsəbələrdə keçirən iki komanda var: biri “Zirə”di, digəri “Səbail”. Klub rəhbərləri sağ olsunlar, yol uzaqlığını və jurnalistlərin durumunu nəzərə alıb, Zirəyə və Mərdəkana rahat gedib-gəlmək üçün nəqliyyat vasitələri ayırırlar. Cümə günü “Dalğa Arena”da keçirilən “Səbail” – İnter“ qarşılaşmasını işıqlandırmaq üçün təxminən 10-a yaxın media işçisi saat 17.00-da “Koroğlu”da avtobusun yolunu gözləyirdi. Lakin “Mercedes Sprinter” görüş yerinə vəd olunan vaxtda yox, 47 dəqiqə gecikmə ilə çatdı. Sürücü yolboyu sürəti nə qədər artırsa da, xeyri olmadı. Nəticədə jurnalistlər oyunun 13-cü dəqiqəsində media-sektorda göründülər. Halbuki az müddət deyil. Həmin dəqiqəyə qədər meydanda, ya da tribunada hansısa xoşagəlməz hal yaşansaydı, qələm əhlinin diqqətindən kənarda qalacaqdı. İndiyə qədər bir çox belə səfərlərdə iştirak etsək də, təxminən bir saata yaxın yubanma ilə ilk dəfə rastlaşırdıq. “Səbail”in mətbuat katibi Törə Əhmədovanın şərhini oxuyaq: “Əslində avtobus əvvəldən xəbər verildiyi kimi, saat 17.00-da orda olmalıydı. Bununla bağlı jurnalistlərə xəbər vermişdik. Sadəcə, yoldakı tıxac gecikməmizlə nəticələndi. Özüm də şəxsən həmin minik vasitəsindəydim. Heydər Əliyev prospektində qəza baş vermişdi deyə, ucu-bucağı olmayan tıxac yaranmışdı. Yük maşını yolu bağlamışdı ki, bu da nəqliyyatın hərəkətini məhdudlaşdırırdı. Üstəgəl, insanların işdən çıxan vaxtında. Sırf bu səbəbdən vaxtında “Koroğlu”ya çata bilmədik. Belə deyim, bizdən asılı olmayan səbəb oldu. İstənilən halda, jurnalistlərlə əlaqə saxlayıb vəziyyəti başa salmışdıq. İnşallah, bundan sonra olmaz”.
...atmacası...
Son tur hakim səhvləriylə diqqəti çəkdi. Xüsusilə Gəncədəki matçın gedişində və sonrasında yerli azarkeşlərin etiraz səsləri qulaq batırırdı. Baş hakim Əliyar Ağayevin qonaqlara simpatiya bəslədiyini iddia edən gəncəli tərəfdarların tutarqası iki penalti epizodu ilə bağlıydı. Onların iddiasına görə, Əliyar həm birinci, həm də ikinci hissədə “Neftçi”nin qapısına 11 metrlik cərimə zərbəsi təyin etməliydi. Bundan başqa, referinin bəzi qayda pozuntularına görə fitini səsləndirməsi də gəncəliləri özündən çıxarırdı. Oyunboyu Əliyarı hədəfə alan fanatların nişangahına qarşılaşmadan sonra Xaqani Məmmədov keçdi. Bu da səbəbsiz deyildi. Məmmədov Hakimlər Komitəsinin sədri olmaqla yanaşı, həm də oyunun hakim-inspektoru funksiyasını yerinə yetirirdi. Kəskin etiraz bildirən kim, Xaqani bəyi söyən kim. Hətta bir nəfər ürəyini boşaltmağa da imkan tapdı: “Sən özün nə hakim olmusan ki, yetirmələrin də nə olsunlar? Tahir Süleymanov səndən 10 dəfə güclü hakim olub. Çıx get, Özbəkistanda komitə sədri ol, qoy Gülağa Cabbarov işləsin. Belə idarəçilik olmaz. Bugünkü idarəçiliyə yüksək qiymət versən, kişi deyilsən”.
Narazılıqla işimiz yoxdu. Azarkeşdi, komandası məğlub olub deyə bundan da ağır danışa bilər. Hər halda, komitə sədrinin özü illərdi bu cür hədələri görə-görə gəlir. Maraqlısı həmin azarkeşin ölkə futbolunun tarixini dərindən bilməsidi. Belə olmasaydı, Özbəkistan əvəzinə Gürcüstan, Qırğızıstan, ya da Monqolustan deyərdi. Özbəkistan sözünü dilinə gətirməsi boşuna deyil. Xaqani Məmmədovu yaxından tanıyanlar komitə sədrinin keçmişinə bələddi. Hakimliyə, necə və hardan gəldiyini də yaxşı bilirlər. Belə ki, Məmmədovun tələbəlik illəri Özbəkistan, dəqiq desək, Daşkənd ilə bağlıdı. Cavan vaxtlarında bu ölkədə ali təhsil alıb, tarix fakültəsini bitirib. Elə hakimlikdə ilk addımlarını da “əkələr”in yanında atıb. Lakin sonradan Azərbaycanı SSRİ-nin İdman Komitəsində təmsil edən 4 nəfərdən biri olan Rauf Adıgözəlovun köməyi sayəsində Azərbaycana qayıdıb və hakimliyi burda davam etdirib.
Deməyimiz odu ki, o azarkeş kimdisə, “az aşın duzu” deyil. Baş verən proseslərdən, futbol adamlarının keçmişindən xəbərdardı.
...fotosu
Yuxarıdakı şəklə bax...
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Bu gün, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Bu gün, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Bu gün, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Bu gün, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Bu gün, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Bu gün, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Bu gün, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Bu gün, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Bu gün, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Bu gün, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Bu gün, 15:14 Çempion üç günə iki qələbə qazandı Bu gün, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Bu gün, 15:10 Joze Alesio limitin tərəfdarıdı Bu gün, 15:08 Hər iki finalçı cəzalandırıldı Bu gün, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Bu gün, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Bu gün, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Bu gün, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Bu gün, 13:53 Nə tez ayıldın, Özil?! Bu gün, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Bu gün, 13:47 Kamal Bayramov “Səbail”də Bu gün, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Bu gün, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Bu gün, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Bu gün, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Bu gün, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Bu gün, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir Dünən, 20:32 Finalın meydanda görünməyən tərəfləri Dünən, 20:21 Naxçıvanda üç gün Dünən, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Dünən, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Dünən, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Dünən, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Dünən, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Dünən, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Dünən, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Dünən, 19:17 Azərbaycan səfirindən sərt sual Dünən, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Dünən, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Dünən, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Dünən, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar