25 okt 12:45liqa

HAKİMLƏRİN MÜHAKİMƏSİ

HAKİMLƏRİN MÜHAKİMƏSİ
Hələ belə olmamışdı... Absurd təyinata söyüşlü cavab
Doqquzuncu turu mövsümün geridə qalan bölümündə ən bərbad idarəçilik kimi xarakterizə etmək lazım gəlir. Narazılıqlar kifayət qədərdi. Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov yetirmələrinin işini necə qiymətləndirdiyini özü bilər, ancaq ona ünvanlanan iradlar, xüsusilə Gəncədə “sifətinə çırpılan” söyüşlər çox şeydən xəbər verir.
RAMİL DİNİYEV, Səbail - İnter
Mərdəkanda startı verilən turun ilk qarşılaşmasında idarəçilik zəif alındı. Ramil Diniyev xüsusilə ikinci hissədə meydan sahiblərinə simpatiyasını aşkar büruzə verirdi. 57-ci dəqiqədə Tamazi Tsetsxladze Mirsahib Abbasovu cərimə meydançasında yıxsa da, hakim davam işarəsi verdi. Halbuki penalti şübhəsi var idi. Son dəqiqələrdə isə hakim “İnter”in əleyhinə olmayan qayda pozuntusu və künc zərbəsi təyin etdi.
ƏLİYAR AĞAYEV, Kəpəz - Neftçi
Ən acınacaqlı mənzərə FİFA referisi Əliyar Ağayevlə bağlıdı. Əvvəla, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun Makedoniyada Avroliqa oyununa gedən hakimə səfərdəykən təyinat verməsi absurd idi. Ağır qarşılaşma və yorucu səfərdən birbaşa Gəncəyə uçan Əliyar fiziki cəhətdən matça hazır deyildi. Hər halda, meydanda tam fərqli birini gördük. “Üstünlük” prinsipinə əməl etməyən, tez-tez fitini səsləndirən Ağayevi qınaya da bilmərik. Günah onu yükləyəndədi. Referi bir neçə mübahisəli qərarla yadda qaldı. Qol epizodunda ofsayd olduğunu iddia edən meydan sahibləri Əliyar Ağayevə etirazlarını bildirsələr də, bu heç nəyi dəyişmədi. O, “Kəpəz”in əleyhinə daha bir, “Neftçi”nin əleyhinə isə iki mübahisəli qərarla yadda qaldı. Bir epizodda Elnur Cəfərova qarşı kobudluğa göz yumdu, digərində top gəncəli futbolçunun əlinə dəysə də, penalti vermədi. “Kəpəz”də isə Viktor Oseqeylə qarşı cərimə meydançasında qayda pozuntusuna biganə qalaraq, “11 metrə” təyin etmədi.
İNQİLAB MƏMMƏDOV, Sumqayıt – Zirə
Qarşılaşma yetərincə gərgin və dinamik alındığından, ədalət təmsilçisinin işi də çox oldu. Təsadüfi deyil ki, ən çox sarı vərəqə məhz bu oyunda qeydə alındı. Məmmədov həm "Sumqayıt"ın, həm də "Zirə"nin 4 futbolçusunu "sarı" ilə "mükafatlandırdı". Bundan başqa, onun işində bir neçə mübahisəli epizod yaşandı. Əvvəla, 9-cu dəqiqədə mövqe səhvinə yol verən referinin bu xətası az qala "kimyaçılar"ın qapısında qol görməsi ilə nəticələnəcəkdi. "Sumqayıt"ın hücumu zamanı top Məmmədova dəyərək, "Zirə" üçün əks-hücum imkanı yaratdı. Yaxşı ki, həmin epizod qolla tamamlanmadı. Cəmi bir dəqiqə sonra Qabriel Matey özünə qarşı kobudluğa görə hakimin oyunu saxlayacağını güman edib, topu əli ilə tutdu. Halbuki Məmmədov fitini səsləndirməmişdi və bu hərəkətə görə rumın "sarı"yla cəzalanmalı idi. Ədalət təmsilçisi 28-ci dəqiqədə isə "Sumqayıt"ın penalti tələbini qəbul etmədi. Cavid Tağıyevin qapıya paralel ötürməsindən sonra "kürə" cərimə meydançası daxilində Mateyin əlinə dəydi. Lakin Məmmədov "nöqtə"ni göstəmədi. Bundan başqa da referinin tərəfləri narazı salan, mübahisə doğuran qərarları oldu. Xüsusən qərarlarını bir qədər ləng verməsi də qeyd olunmalıdı. Tutaq ki, Vüqar Mustafayevin "sarı"sını dərhal yox, Cavid İmamverdiyevin tələbindən sonra cibindən çıxarması xoş görüntü deyildi.
ÖMƏR PAŞAYEV, Qəbələ - Qarabağ
Qəbələdə baş tutan qarşılaşma bir daha göstərdi ki, psixoloji cəhətdən güclü təzyiq verən oyunlarda hakimlərimiz soyuqqanlı ola bilmirlər. FİFA referisi də məhz bu təzyiqə tab gətirmədi. Əlbəttə, nəticəyə təsir edən səhvə görə baş hakimi ittiham etmək də doğru olmaz. Ömər Paşayevi "yandıran" laysman idi. Bəlkə də xətt hakimi Cavid Hüseynovun ötürməsindən sonra Elvin Camalovun topa toxunduğunu görmədiyindən bayrağını qaldırmadı. Babalı öz boynuna. Ancaq Paşayevin özünün də yetərincə səhvi oldu. Hər iki komanda 90 dəqiqə boyunca qərarlardan narazılığını bildirdi.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar