17 okt 16:51liqa, reportaj

Təmkin yenə “Kəpəz”in başına oyun açdı

Təmkin yenə “Kəpəz”in başına oyun açdı
31. Zirə - Kəpəz (Gəncə) 3:0 (0:0)
85. Kamal Bayramov (k) – 5,0
28. Təmkin Xəlilzadə - 6,5
5. Adil Nağıyev – 5,5
23. Yovan Krneta – 5,0
(99. Nicat Qurbanov, 79) – qiymətsiz
39. Sadiq Quliyev – 5,0
14. Qabriel Matey – 5,5
4. Vüqar Mustafayev – 5,5
8. Milan Duriç – 6,0
(11. Viktor İbokoyi, 69) – 5,0
38. İlkin Muradov – 5,5
9. David Manqa – 4,5
(17.Vüsal İsgəndərli, 60) – 5,5
43. Riçard Qadze – 6,0
Ehtiyat oyunçular
1. Anar Nəzirov
7. Sadio Tounkara
13. Aleksandr Şemonayev
47. Əmrah Bayramov
87. Müşfiq İlyasov
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Təmkin Xəlilzadə

1. Davud Kərimi – 4,5
13. Şəhriyar Rəhimov (k) – 4,5
4. Şəhriyar Əliyev – 4,0
3. Dedimar Fereyra – 4,0
21. Novruz Məmmədov – 4,0
5. Kərim Diniyev – 5,0
6. Ceyhun Cavadov – 5,0
12. İlyas Səfərzadə - 5,0
(14. Fərid Məmmədov, 77) – qiymətsiz
20. Samba Dialo – 4,5
(24. Məhəmməd Qurbanov, 55) – 4,5
10. Tural Rzayev – 5,0
(7. Sergey Çernışev, 66) – 5,5
8. Viktor Oseqeyl – 5,0
Ehtiyat oyunçular
22. Ruzi Qiyaslı
2. Yusif Cəfərov
11. Kamran Abdullazadə
16. Azər Məmmədov
18. Tural Cəlilov
19. Aydın Qasımov
23. Əli Əliyev
Baş məşqçi: Şahin Diniyev
Komandanın ən yaxşısı: Sergey Çernışev
Qollar: T.Xəlilzadə, 47 (1:0). T.Xəlilzadə, 63 (2:0, R.Qadze). R.Qadze, 76 (3:0).
Vərəqələr: M.Duriç, 27 (qeyri-idman hərəkəti). N.Məmmədov, 70 (qeyri-idman hərəkəti). Ş.Əliyev, 82 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RƏHİM HƏSƏNOV, Yaşar Abbasov, Cəmil Quliyev, Elvin Əsgərov (hamısı Bakı).
Hakim-inspektor: Asim Xudiyev (Bakı).
AFFA nümayəndəsi: Vaqif Davudov (Bakı).
14 oktyabr. Zirə. İdman Kompleksinin stadionu. 1100 tamaşaçı (1400 yerlik).
Yalnız ikinci hissəyə 2 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Bir gün əvvəl liderin qələbə qazanması “Zirə” üzərində təzyiqi artırmışdı. Xal fərqinin artmaması üçün meydan sahibləri “Kəpəz”ə mütləq qalib gəlməliydi. Ayxan Abbasovun autsayderlə görüşdə Anar Nəzirovun əvəzinə Kamal Bayramova qapını tapşırması diqqəti çəkməyə bilməzdi.
Azarkeşlər iki fərqli hissə izlədi. İlk yarıda qapılar qarşısında nadir hallarda təhlükəli vəziyyət yaşanırdı. Əksər hallarda zərbələr zəif və ya qeyri-dəqiq olurdu. Gözlənildiyi kimi, oyuna zirəlilər daha yaxşı başladı. Ancaq Təmkinin sol cinahda dominantlığı fonunda komanda yoldaşları sönük təsir bağışlayırdı. Hə, bir də əks-hücumlar zamanı Duriç fəallığı ilə seçilirdi. İlk yarımsaat ərzində ən yaddaqalan vəziyyətlər Mustafayevlə Duriçin cüzi fərqlə qapıdan yan keçən zərbələri oldu. Yaxşı qapanan “Kəpəz”, demək olar ki, rəqibə boş zona vermirdi. Qonaqlar hərdən əks-hücumlarda zirəliləri həyəcanlandıra da bilirdi. 39-cu dəqiqədə Samba “çərçivə”yə düşə bilmədi. Həmçinin bir epizodda qaradərili futbolçu qapıya zərbə endirmək əvəzinə boş zonada dayananş Rzayevi görsəydi, böyük ehtimalla, hesab açılacaqdı. U-21-in heyətində Almaniyanın qapısına yol tapmış Səfərzadə də fəallığıyla seçilirdi. Ancaq İlyasın əsas problemi həlledici məqamlarda komanda yoldaşlarıyla anlaşa bilməməsiydi.
Hissənin sonlarında meydan sahibləri təzyiqi artırdı. Əvvəlcə Vüqar “çərçivə”ni itirmiş Davudu məyus edə bilmədi. Daha sonra Təmkinin sol cinahdan yerlə qapıya paralel ötürməsini Sadiq qola çevirmədi. Quliyev topa toxunsa da, onu boş qapıdan keçirməyə ustalığı çatmadı.
Fasilədə Ayxan Abbasovun futbolçularıyla sərt danışığı, onların üzərinə qışqıraraq səhvlərini söyləməsi öz bəhrəsini verdi. İkinci yarının start fiti çalındıqdan az sonra hesab açıldı. Duriçin korner asmasını uzaqlaşdıran Kərimi Xəlilzadənin təkrar zərbəsi qarşısında aciz qaldı. Önündə futbolçuların olması Davudun baxış bucağını kəsdiyindən vaxtında reaksiya verə bilmədi. Artıq itiriləsi bir şey olmadığından gəncəlilərin müdafiəyə qapanmasının bir mənası yox idi. İrəli çıxan “Kəpəz”in müdafiəsində boşluqlar yarandı. Sürəti artıran “Zirə”yə də elə bu lazım idi. Xüsusən İsgəndərli zəif təsir bağışlayan Manqanın yerinə meydana çıxandan sonra bakılıların əks-hücumları rəngarəng və təhlükəli xarakter aldı. Kərimi iki dəfə təkbətək zamanı Matey və İsgəndərlini qabaqladı. Ancaq 63-cü dəqiqədə qolkiper də rəqibin baxımlı hücumunun qarşısını ala bilmədi. Kamalın uzun ötürməsini meydanın mərkəzində qəbul edən Vüsal yaxınlıqdakı Milanı gördü. Duriç isə dərhal irəli şığıyan Qadzeyə ötürmə verdi. Cərimə meydançasına soxulan Riçard Təmkini zərbə mövqeyinə çıxardı. Xəlilzadə bir toxunuşla dubl müəllifi olmaqla ilk dövrədəki uğurunu təkrarladı. Belə ki, Yevlaxda keçirilən qarşılaşmada da yığma üzvü “Kəpəz”in qapısından 2 top keçirmişdi.
67-ci dəqiqədə oyuna intriqa gələ bilərdi. Ancaq Viktorun “mərmi”si dirəkdən döndü. Düzdü, İlkinin təxminən 30 metrdən zərbəsi də tirdən döndü. Ancaq bu epizodda “yatmış” müdafiəçiləri qabaqlayan Qadze hesabı darmadağın həddinə çatdırdı. Fərid Məmmədov meydana çıxandan az sonra Bayramovun sayıqlığını yoxladısa, İsgəndərlinin əla ötürməsindən sonra Qadze Kərimiylə təkbətək mübarizəni uduzdu. Beləliklə, ilk dövrədə olduğu kimi, yenə “Kəpəz”ə 3 cavabsız qolla qalib gələn “Zirə” “Qarabağ”a uzaqlaşmağa imkan vermədi.
SƏRXAN

Gözdən qaçmadı
* Oyundan əvvəl ötən mövsüm “Sumqayıt”da oynamış, indi isə fərqli komandalarda çıxış edən Kamran Abdullazadə və Yusif Nəbiyev nə haqdasa şirin-şirin söhbət edirdilər.
* İlk yarının son dəqiqəsində Təmkin Xəlilzadə belindən zədə aldı. Yığma üzvü meydanı fotoqraf və topdaşıyan uşağın yardımıyla tərk etdi. Onun əvəzlənəcəyini düşünsək də, 90 dəqiqə oynadı və dubl müəllifi oldu.
* İkinci yarıda fitdən sonra Riçard Qadze topa zərbə endirdi və o Dedimarın üzünə çarpdı. “Kəpəz”lilər buna çox əsəbləşdi və hücumçunun üstünə yeridi. Əsas da Davud Kərimi özündən çıxmışdı. Şahin Diniyevin xəbərdarlığından və başqa futbolçuların müdaxiləsindən sonra ortalıq sakitləşdi.
* Şahin Diniyev mətbuat konfransına tək çıxdı. “Kəpəz”in mətbuat katibi Azad Mustafayev Bakıya gəlməmişdi.

Reaksiyalar
Şahin Diniyev: “Çox pis oyun sərgilədik. Sanki Qəbələdə oynayan komanda deyildi. Məqsədimiz kompakt bağlanmaq və əks-hücumlardan istifadə etmək idi. İlk hissədə buna nail olduq. 4-5 qol vəziyyətimiz yarandı. “Zirə” müdafiəmizdə boşluq tapa bilmirdi. Bilirdik ki, rəqibin güclü tərəfi sürətli hücumlardı. İkinci hissənin əvvəlində buraxılan qol hər şeyi dəyişdi. Oyun intizamı itdi. Hücuma atıldıq, qol vurmağa çalışdıq. Vəziyyətlərimiz də oldu. Ancaq qol vura bilmədik. Acınacaqlı məğlubiyyət oldu. Əlimizi aşağı salmamalı, növbəti oyunlara hazırlaşmalıyıq. Sabit çıxış etmirik. Əsas problem budu. Biz yalnız kollektiv şəkildə nəsə edə bilərik. Futbolçularımızın ustalığı yüksək səviyyədə deyil ki, fərdlərin hesabına uğur qazanaq. Bu mənada “Zirə”dən geri qalırıq. Ustalığın olmaması oyunda “1 nömrə” kimi çıxış etməyə imkan vermir. Növbəti tur “Neftçi”ni Gəncədə qəbul edəcəyik. Əlbəttə, 14-15 min azarkeşimizin dəstəyi altında oynamaq futbolçularımızın məsuliyyətini artıracaq. Ancaq evdə də, səfərdə də nəticə qazanmalısan. Sabit oyun yoxdusa, keyfiyyətli futbol sərgiləmirsənsə, evdə də uduza bilərsən. Gəncə stadionunun ot örtüyünün ideal olması həm bizim, həm də qonaqlar üçün yaxşıdı. Əsas odu ki, hər iki tərəf gözəl oyun sərgiləyə biləcək. Gəncəyə 4 xalla qayıdırıq. Bu, bizə başucalığı gətirə bilməz. İslahatlar haqda düşünürəm. Ancaq radikal dəyişikliklərdən söhbət gedə bilməz. Çünki büdcəmiz böyük deyil. Əlimizdəki “material”a uyğun kosmetik dəyişikliklər, müəyyən yerdəyişmələr, taktikada fərqlilik ola bilər”.
Ayxan Abbasov: “İkinci dövrəyə yaxşı başlamaq istəyirdik. Yığmaya görə yaranmış fasilədən maksimum yararlanmağa çalışdıq. “Kəpəz”in müdafiədə sıx oynayacağını bilirdik. İlk hissədə arxa xətti yarmaq çətin idi. Futbolçularımızda bir qədər gərginlik və tələskənlik var idi. Fasilədə tapşırdım ki, daha səbirli oynasınlar. Çünki tələskənliyə görə hücumlarımız alınmırdı. Hesabı açdıqdan sonra daha sürətli oynadıq. Komandanın 2-ci yarıda sərgilədiyi futboldan razı qaldım. Növbəti tur “Sumqayıt”la səfərdə çətin oyunumuz olacaq. İlk hissənin sonunda Təmkin rəqiblə toqquşdu. Belində ağrı var idi. Ancaq ciddi zədə olmadığından oynamağa davam etdi. Duriç zədədən yeni qayıtdığı, Manqa yorulduğu üçün əvəzlədim. Krnetada da ağrılar olduğundan meydandan çıxardım. Xəlilzadəni də dəyişməyi düşünürdüm. Ancaq bu oyunçulara görə sona qədər oynatdım. Təmkinin millidə oynaması bizi sevindirir. Hamı onu tərifləyir. Ancaq mən onun mənfi tərəflərini deyirəm. Xəlilzadə hələ üzərində çox işləməlidi. Yığmada daim əsas heyətdə oynamaq üçün çempionatda sabit çıxış etməlidi. Adillə Sadiq ötən il U-21-in üzvü idi. Artıq onlar da millinin qapısını döyə bilər. Vüqar Mustafayev və Vüsal İsgəndərli də çox inamlı təsir bağışlayır. Demirəm ki, onlar da bu gün yığmada oynamalıdı. Ancaq ən azı milli üzvləri üçün rəqabət yaradacaq gücdədilər. Təbii ki, hələ öz üzərlərində çox işləməlidilər”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 02:04 Şahin Diniyevin oyunsonrası açıqlamalarının xronikası Dünən, 02:00 Turdan məqamlar Dünən, 01:55 İdman jurnalistlərinin vahid platforması yaradılıb Dünən, 01:50 "Qəbələ" fərqi artırdı Dünən, 01:47 Lökbatanda "6 xallıq" oyun Dünən, 01:43 Hakimlərin mühakiməsi Dünən, 01:38 “Çelsi”ni Bakıdan məyus yola salmaq olar Dünən, 01:34 “Kəpəz”də Yunis Hüseynov dönəmi başladı Dünən, 01:30 “Kəpəz”in Şəhriyarları günahı Diniyevdə yox, özlərində görür Dünən, 01:27 Vüqar yenə qol vursa da… Dünən, 01:25 “Traktorsazi” İsfahanda şok yaşadı Dünən, 01:21 Ruslan Qurbanov yazdı, “Neftçi” azarkeşləri coşdu Dünən, 01:16 İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi Dünən, 01:11 UEFA Azərbaycana 71 min avro göndərdi Dünən, 01:07 Yığma üzvləri Rusiyada sevindi Dünən, 01:05 “Lokomotiv” avrokubokda debüt oyununa çıxır Dünən, 01:01 Olimpiya çempionu Vladiqafqazda fərqləndi Dünən, 00:57 Çingiz Hüseynzadə vəzifəsində qaldı Dünən, 00:55 “Araz”dan çətin qələbə Dünən, 00:49 “Çelsi” də “Atletiko”nun taleyini yaşasın! 20-11-2017, 20:12 Mikayıl Nərimanoğlunun kadrı “Kəpəz”dən qovuldu 20-11-2017, 20:09 Şahin Diniyevin istefasını şərtləndirən səbəblər 20-11-2017, 20:01 "Səbail"in əvəzediciləri də "Kəpəz"ə qənim oldu 20-11-2017, 19:59 Polina Rəhimovanın komandası vahid lider oldu 20-11-2017, 19:58 Lider 3 xalı 1 qolla qazandı 20-11-2017, 19:57 “Qəbələ” bu dəfə də keçilməz oldu 20-11-2017, 19:55 “Neftçi”nin “fanşop”unda təsbeh də satılır 20-11-2017, 19:52 Rüfət Dadaşov 14-ə çatdı 20-11-2017, 19:50 Qısaömürlü, lakin unudulmaz futbol qəzeti 20-11-2017, 19:42 Ağr atletikada cəza müddəti 8 aya enə bilər 20-11-2017, 19:39 Ayxan Abbasov “Zirə”nin oyununda geriləmə görmür 20-11-2017, 19:37 1:1 seriyası bitdi, “Keşlə”nin məğlubiyyətləri yox 20-11-2017, 19:35 Cahangir Həsənzadə danışa bilmir 20-11-2017, 19:34 Konte “Qarabağ”la matçı mövsümün ən vacib oyunu sayır 20-11-2017, 19:32 Debütant önündə yenilgi Diniyevin sonu oldu 20-11-2017, 19:30 Liderlər xal itirmədi 20-11-2017, 19:28 “Qarabağ”ın fanklubları stadionda polis istəmir 19-11-2017, 15:39 U21 millimiz üçün biabırçı 3 ay - XRONOLOGİYA 19-11-2017, 14:59 "21 Oktyabrdan... 20 il sonra" filmi - TRAİLER 19-11-2017, 13:56 Dünya çempionu məşqlərə qatılmır 19-11-2017, 13:50 Tərlan Əhmədov: “Elnur Cəfərov 99 faiz “Neftçi”dən göndəriləcək” 19-11-2017, 13:49 Elnur Cəfərov müsahibədən boyun qaçırdı 19-11-2017, 13:45 Xaqani Məmmədov ofisiant işləyən hakimi yanına çağırdı 19-11-2017, 13:33 “Məsuliyyətdən yayınmaq üçün ictimaiyyətə yanlış fikirlər sırımaq istəyən şəxslə nə danışasan?” 19-11-2017, 13:30 U-21-in üzvləri köməkçi-məşqçilərdən şikayət edib? 19-11-2017, 13:26 Faiq Cabbarov növbəti həftəni gözləyir 19-11-2017, 13:14 Babək Alxasov U-21-dən ayrılmaqla centlmen kimi davrandığını düşünür 19-11-2017, 13:13 Elxan Məmmədov UEFA nümayəndələri ilə görüşdü 19-11-2017, 13:10 Aqil Nəbiyev İmişli stadionuna ziyan vurmadığını deyir 19-11-2017, 13:08 "Qarabağ" azlıqda da güclüdü 19-11-2017, 13:04 Mahmud Qurbanov ÇSKA-nın futbol akademiyasında olub 19-11-2017, 13:01 “Zaqatala” ilk qələbəni çempionla dueldə qazandı 17-11-2017, 22:35 SSRİ idman ustasını MGA-dan da qovdular 17-11-2017, 22:32 “Oyun alğı-satqısı ilə bağlı əsl bazar premyer-liqadadı” 17-11-2017, 22:30 “Kəpəz”in mühasibatlıq sənədləri və möhürü hələ də Bakıdadı 17-11-2017, 22:29 Azərbaycan DÇ-də kimə azarkeşlik edəcək? 17-11-2017, 22:25 Üç yığmaya 4 namizəd Bütün xəbərlər
Ən çox oxunanlar