17 okt 17:49liqa / reportaj

“Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı

“Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı
Tərlan Əhmədov: “Komandada qruplaşma məsələsi məni çox narahat edirdi, bu problemi həll etmişəm”
32. Səbail - Neftçi (Bakı) 0:4 (0:2)

1. Emil Balayev - 3,5
23. Ayron Stati - 3,5
35. Eqdaras Zarskis - 3,5
99. Maudo Jarjue - 3,5
26. Kamal Qurbanov - 3,5
3. Tamazi Tsetsxladze - 4,5
8. Aqşin Muxtaroğlu - 4,0
66. Pərviz Qaraxanov - 3,0
(21. Murtuz Abakarov, 46) - 3,5
11. Elman Taqayev - 3,0
(69. Renan Telyes, 32) - 3,5
17. Vüqar Nadirov (k) - 4,0
(10. Nurlan Novruzov, 74) - 3,0
18. Adrian Popoviçi - 3,5
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
4. Amit Quluzadə
6. Murad Ağayev
13. Murad Musayev
14. Yamin Ağakərimzadə
20. Elton Yaqublu
77. Təyyar Məmmədov
88. Orxan Qurbanlı
98. Kamran Əliyev
Baş məşqçi: Samir Əliyev
Komandanın ən yaxşısı: Tamazi Tsetsxladze
94. Rəşad Əzizli - 5,0
5. Anton Krivotsyuk - 6,0
(3. Mateo Mujek, 81) - qiymətsiz
6. Rəşad Sadiqov - 5,5
15. Ruslan Abışov (k) - 5,5
21. Məhəmməd Mirzəbəyov - 5,5
10. Derlis Meza Kolli - 5,5
17. Rəhman Hacıyev - 6,0
11. İqnasio Errera - 6,0
(97. Elnur Cəfərov, 61) - 5,0
8. Emin Mahmudov - 6,0
7. Namiq Ələsgərov - 5,5
9. Hüqo Barqas - 6,5
(22. Mirabdulla Abbasov, 85) - qiymətsiz
Ehtiyat oyunçular
53. Maksim Vaylo
27. Məqsəd İsayev
23. Tərzin Cahangirov
19. Fəhmin Muradbəyli
16. Pavel Dreksa
12. Daniel Seqoviya
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: Hüqo Barqas
Qollar: İ.Errera, 17 (0:1). H.Barqas, 31 (0:2, D.Meza Kolli). R.Hacıyev, 65 (0:3, E.Mahmudov). H.Barqas, 77 (0:4, R.Hacıyev).
Vərəqələr: E.Taqayev, 6 (hakimi aldatmağa cəhd). A.Krivotsyuk, 37 (qeyri-idman hərəkəti). D.Meza Kolli, 58 (qeyri-idman hərəkəti). A.Muxtaroğlu, 80 (qeyri-idman hərəkəti) - sarı. D.Meza Kolli, 85 (qeyri-idman hərəkəti) - qırmızı (ikinci sarı).
Hakimlər: FARİZ YUSİFOV, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Ramil Diniyev (hamısı Bakı).
Hakim-inspektor: Şahin Cəfərov (Bakı).
AFFA nümayəndəsi: Rauf Hüseynli (Bakı).
15 oktyabr. Mərdəkan. Dalğa Arena. 400 tamaşaçı (6700 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Elitanın debütantı ilk dövrədə 80 yaşlı rəqibini məğlub etmişdi. Odu ki, "Neftçi" üçün bu qarşılaşma qisas xarakteri daşıyırdı. Oyun vaxtilə komanda yoldaşı olmuş baş məşqçilərin dueli baxımından da maraq doğururdu.
Qarşılaşma dinamik başladı. Düzdü, hesab açılana kimi qapılar qarşısında ciddi təhlükə yox idi. Ancaq Taqayevə simulyasiyaya görə göstərilən vərəqə, "Neftçi"nin ofsayd üzündən qeydə alınmayan qolu qeyd edilməlidi. Yavaş-yavaş üstünlüyə yiyələnən "ağ-qaralar" 17-ci dəqiqədə istəyinə çatdı. İqnasio baxımlı qolla cari mövsümdə ilk dəfə fərqləndi. Bundan sonra da hücum edən tərəf "Neftçi" idi. Əhmədovun tapşırığıyla İqnasio ilə Ələsgərovun cinahları dəyişməsi hücumların kəsərini daha da artırdı. 31-ci dəqiqədə isə "Səbail" ikinci qolu qapısında gördü. Derlisin qapıya ünvanladığı topun istiqamətini dəyişən Barqas Emili çaşdırdı və ikinci qolun müəllifi oldu. Həmin epizoddan öncə Mahmudovun əla ötürməsini də vurğulayaq. Hüqo 37-ci dəqiqədə dubl edə bilərdi. O gövdəsi ilə rəqibi zərərsizləşdirsə də, qüvvətli zərbəsinin qarşısını Emil aldı. Fasiləyə kimi Rəhman da qeyri-dəqiq vuruşla yadda qaldı.
İkinci hissədə "Səbail" yalnız bir epiozdda Əzizlini narahat etdi. Belə ki, fasilədən dərhal sonra Vüqar uzaqdan vuruşla diqqəti çəksə də, "Neftçi"nin qolkiperi səhvsiz oynadı. "Ağ-qaralar"ın isə həmlələri bir-birini əvəz edirdi. Vurulan qolları bir kənara qoysaq, Əhmədovun komandası bir neçə epizodda təkbətəkləri də qaçırdı. İki dəfə Namiq, bir dəfə isə Barqas belə fürsətləri dəyərləndirə bilmədi. Qollara gəlincə, 65-ci dəqiqədə Rəhmanın fərqləndiyi epizodda Eminin əməyi böyük oldu. Mahmudov əla ara ötürməsi ilə Hacıyevi qapıçıyla üz-üzə qoydu ki, sonuncu həmin an fərqləməyə borclu idi. Sonuncu qol da əla hücumun yekunu idi. Rəhmanın qapı önünə asması zamanı Barqas irəli şığıyaraq əla baş zərbəsi ilə dublunu rəsmiləşdirdi. Samir Əliyevin də dediyi kimi, onun komandası çempionatda ən zəif oyununu keçirdi.
FARİZ

Gözdən qaçmadı
* Oyundan öncə stadionun işçiləri hər iki qapının önündə qazonun korlanmış hissəsinə ot səpdilər.
* "Forza Neftçi" oyuna bir qədər gec gəldi. Lakin azarkeş qrupunun gəlişi ilə tribunada əməlli-başlı canlanma yarandı.
* İkinci hissədə "Neftçi"nin hücumu zamanı rəqib futbolçu yerdə qaldı. "Ağ-qaralar" həmləni davam etdirmək istəsə də, Tərlan Əhmədov qətiyyətlə futbolçusundan topu kənara vurmağını istədi.

Reaksiyalar
Tərlan Əhmədov: "Futbolçularıma bu gözəl qələbəyə görə təşəkkür edirəm. Azarkeşlərimizə də sonadək dəstək olduqlarına görə “çox sağ ol” deyirəm. Komanda yavaş-yavaş özünə gəlir. Lakin bu qələbələr bizi rahatlaşdırmamalıdı. Bizi qarşıda daha çətin oyunlar gözləyir. Oyunumuzu daha yaxşı səviyyəyə çatdırmalıyıq. Petrovun yoxluğu bəzi dəyişikliklər etməyimə səbəb oldu. Bu gün isə Meza Kolli qırmızı vərəqə aldı. Həmin epizodu görməmişəm. Təkrara baxacam. Əvvəllər də demişəm, “son ümid folu”na görə qayda pozuntusuna normal baxıram. Ancaq ehtiyac olmayan bir vəziyyətdə qırmızı alırsa, cəza olmalıdı... Sadiqov “Qəbələ”də də həmin mövqedə oynamışdı. Onun Meza Kolli ilə oyunu yaxşı alındı. Ancaq Rəşada həmin mövqedə şans verməyimə səbəblərdən biri də məcburiyyət idi. Belə ki, Petrovun sarı vərəqə limiti dolduğundan, Sadiqova şans verməli oldum. Komandada qruplaşma məsələsi məni çox narahat edirdi, bu problemi həll etmişəm. Komandanın təməli düzgün qurulmamışdı. Bir mövqedə 3-4, digər mövqedə isə 1-2 oyunçumuz var. Belədə onları əvəz etmək çətin olur. AZAL-da bəzən üç müdafiəçi üçün çıxış edirdik. Burda da oxşar problemlər var. Bu saat düşünmürəm ki, Gəncədə bizi anşlaq gözləyir. Hazırda yalnız komandanın oyununa köklənmişəm. “Zirə” və “Qəbələ” ilə oyunlarda futbolçulardan yalnız nəticəyə oynamağı tələb etmişdim. “İnter”lə oyun isə sübut etdi ki, bizim komandada potensial var. Azarkeş amili bizə problem yaratmamalıdı. Bu, əksinə, oyunçulara stimul olmalıdı. Həmin oyunda əsas problem Meza Kollinin yoxluğu ola bilər". Samir Əliyev: "Belə məğlubiyyətdən sonra danışmaq çətindi. Fərq daha böyük ola bilərdi. Bu mövsümdə ən bərbad oyunumuz idi. “Neftçi” qələbəyə layiq idi. Bəlli idi ki, “Neftçi” ilk dövrədəki məğlubiyyətin əvəzini çıxmaq istəyirdi. Onların oyunçularının ustalıq səviyyəsi daha yüksəkdi. Bundan da məharətlə istifadə etdilər. “Neftçi” bu gün çox sürətli oyun sərgilədi. Çox yüksək tempdə oynayırdılar. Hazırda mənim üçün danışmaq çətindi. Oyunun təkrarına baxıb, təhlil etdikdən sonra tam qərar verəcəm. Səhvlərimizə baxacağıq. Bu məğlubiyyət bizim üçün dərs oldu. Mənə bəxtsiz demək olmaz. Hələ məşqçiliyə yeni başlamışam. Bu heyəti mən qurmuşam. 6-7 futbolçunu komandadan göndərməyi planlaşdırırıq. Qışda onları daha yüksək səviyyəli oyunçularla əvəz etməyi planlaşdırırıq".
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 20:43 “CBC Sport” Olimpiada ilə bağlı film təqdim edəcək Bu gün, 20:34 “Qəbələ”dən daha bir statistika Bu gün, 20:23 Barselona qəhrəmanı kövrəldi... Bu gün, 20:20 Saxtakar dünya çempionu... Bu gün, 20:18 Yığma üzvü karantindən evə buraxıldı Bu gün, 20:14 Robbenin xanımı koronavirusdan qurtuldu Bu gün, 20:08 AÇ-nin ev sahibləri dəyişəcəkmi? Bu gün, 20:04 Klopp Maneni ilk görüşdə kimə bənzədib? Bu gün, 12:27 Karantin Ruslanın “başına oyun açıb” Bu gün, 12:11 AİJF Baş nazirə müraciət etdi Bu gün, 12:06 “9 aydan sonra doğuş sayında inanılmaz artım yaşansa, təəccüblənmərəm” Dünən, 21:12 Teymur Rəcəbov 100 min dollar ziyana düşüb Dünən, 21:09 Fərid Qayıbov payızı nişan verdi Dünən, 20:59 Yaşar Vahabzadəni bu gün hamıdan tez nəvəsi təbrik edib Dünən, 16:03 Mourinyo və oyunçular parkda məşq etdi Dünən, 15:59 Terim koronavirusdan qurtuldu! 7-04-2020, 22:15 Belarus çempionatında futbolçular nə qədər qazanır? 7-04-2020, 21:54 Koronavirus Qvardiolanın anasını öldürdü 7-04-2020, 21:50 Rusiya və Qətər mundialı pulla alıb? 7-04-2020, 21:40 “Düzdü, stadiondakı effekti vermir, ancaq özümü yora bilirəm” 7-04-2020, 21:28 “Qarabağ” boş dayanmır 7-04-2020, 21:19 “Doğulduğum Təbrizdə də vəziyyət ürəkaçan deyil” 7-04-2020, 21:07 Kimdi günahkar? 7-04-2020, 20:51 Evdə qal, yemək bişir! 7-04-2020, 15:17 Arif Rəhimov dəqiqliyin tərəfdarıdı 7-04-2020, 15:11 Klublarda qeyri-müəyyənlik davam edir 7-04-2020, 15:07 Azarkeş qrupları imkansızları sevindirməkdə davam edir 7-04-2020, 15:02 “Zaqatala”dan örnək addım 6-04-2020, 17:24 AGİN yığmalar üçün toplanış təşkil etməyi düşünür 6-04-2020, 17:14 Obradoviçlə Velebit gedib, Lippert Bakıdadı 6-04-2020, 16:53 FİFA yaş limitini artırmağı zəruri sayır 6-04-2020, 16:43 UEFA: milli çempionatlar sona çatdırılmalıdı! 6-04-2020, 16:40 “Barselona”ya qayıdıb yeni səhifə açmaq istəyirəm” 6-04-2020, 16:30 Karius FIFA-ya şikayət etdi 6-04-2020, 16:25 “Heç kim hadisələrin necə inkişaf edəcəyini bilmir” 6-04-2020, 16:20 Tramp da videokonfrans keçirdi 6-04-2020, 16:13 Xabib – Toni dueli 5-ci cəhddə də baş tutmadı 6-04-2020, 16:09 Türkiyəyə futbol nə vaxt “qayıdacaq”? 6-04-2020, 14:49 "Qəbələ" tarixindəki 78 penaltidən 61-ni qola çevirib 6-04-2020, 14:46 "Qəbələ": 546 oyun, 41 kapitan 5-04-2020, 11:22 Fonda daha hansı klub pul köçürəcək? 5-04-2020, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib Bütün xəbərlər
Ən çox oxunanlar