17 okt 14:47liqa

Abasov yetirmələrini təriflədi

Abasov yetirmələrini təriflədi
Qriqorçuk: “Mən hələ futbolçularımı belə gərgin görməmişdim”
Samir Abasov oyunla bağlı fikirlərini bölüşməmiş “kimyaçılar”ın mətbuat katibi Rəşad Məmmədov klubun Nicat Muxtarovun azadlığa çıxması ilə bağlı mövqeyini açıqladı: “Nicat Muxtarov azadlıqdadı və buna görə çox şadıq. Ancaq onu da qeyd edim ki, istintaq müddəti bitmədən, məhkəmənin son qərarı məlum olmadan onun "Sumqayıt"a qayıtması mümkün olmayacaq. Məhkəmə yekunlaşandan sonra klubda qalıb-qalmaması ilə bağlı qərar veriləcək”.
Məmmədov kiçik çıxışını başa vurduqdan sonra söz Samir bəyə verildi.
- Oyun çox həyəcanlı və gərgin məcrada keçdi. Belə davam etməliyik. Qarşılaşma o qədər maraqlı idi ki, 90 dəqiqənin tamamında üşüdüyümü hiss etdim və yadıma düşdü ki, gödəkçəmi paltardəyişmə otağında unutmuşam. Belə davam edəcəyimiz təqdirdə uğurun gələcəyinə inanıram. İlk hissədə də yaxşı oynadıq, ancaq ikinci yarını xüsusi qeyd etmək istəyirəm. Təəssüf ki, heç nədən qapımızda qol gördük. Son saniyəyə kimi azarkeşlər tribunaları tərk etməyərək bizdən qol gözləyirdi. Halal olsun uşaqlara, sona qədər hücum etdilər. Bu tempdə davam etmək lazımdı. Onu da qeyd edim ki, “Qəbələ” bizə qarşı bu gün başqa cür oynadı, ona görə də istədiymiz nəticəni əldə edə bilmədik. Bəlkə də buna hazır deyilik. Dəyişikliklər etməliyik, oyun planı və başqa yöndə dəyişikliklər olacaq.
- İkinci hissənin axarında taktikanı dəyişməyə qərar verdiz. Mərkəz müdafiəçilərinin birini meydandan çıxarıb, irəli xətti gücləndirdiz. Bu əvəzetmə məcburi idi, yoxsa qol vurmaq üçün riskə getməyi lazım bildiz?
- Hücumçuların sayını artırdım. İrəlidə 3 futbolçu ilə oynamağa qərar verdim ki, rəqibi məyus edək. Ancaq qol olmadı. Hesabda geri olduğumuzu və matçın sonuna az qaldığını nəzərə alıb, arxada üç müdafiəçi saxlamağa ehtiyac görmədim.
Meydan sahiblərinin çalışdırıcısının ardınca jurnalistlər qarşısına “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk çıxdı. Abasovdan fərqli, ukraynalı mütəxəssisə daha çox sual ünvanlandı.
- Bu oyundan sonra “Qarabağ”ı çempion kimi təbrik etmək olar?
- Mən başa düşmədim, bizi artıq çempionatdan kənarlaşdırıblar? (gülür) Bəlkə nəsə olub, xəbərim yoxdu? Mən hələ də düşünürəm ki, onların rəqibiyik. Çempionatdayıqsa, "Qarabağ"ın rəqibiyik.
- Bu gün “Qəbələ” qol vurduqdan sonra müdafiəyə çəkildi. Bu nə ilə bağlıdı?
- Bu, taktika deyildi, heç rəqibin pressinqi də deyildi. Sadəcə, uşaqların məsuliyyətli olmasından irəli gəlirdi. Oyundan öncə də görürdüm ki, futbolçularım necə məsuliyyətli yanaşırlar. Həm gərgin idilər, həm də istəkli. Matç başa çatandan sonra paltardəyişmə otağına daxil olub öncə futbolçuları qələbə münasibəti ilə təbrik etdim. Ardınca isə “bu cür futbolu 15-20 il əvvəl oynayırdılar” söylədim. Biz bu görüşdə o biri komandaların yerində olduq. Əvvəlki qarşılaşmalarda meydanda üstün olan, rəqibi təzyiq altında saxlayan biz olmuşuq. Bəzən bir görüşdə 10-15 real qol şanslarımız olub. Lakin bundan yararlana bilməmişik. “Sumqayıt”la görüşdə isə yaxşı oynamasaq da, nəticə qazanmağı bacardıq. Bu qələbə bizə çox vacib idi. Rəqib hücum edirdi, lakin xalı biz qazandıq. Həmişə belə oynamaq istəmirik.
- “Sumqayıt”ın baş məşqçisi “Qəbələ”nin bu gün başqa cür oynadığını bildirdi. “Qarabağ”la oyunda da sürpriz görə bilərik?
- Bu gün heyətdə məcburi dəyişikliklər var idi. Oyundan öncə, ilk hissədə və fasilədən sonra hər şey fərqli görünürdü. Dəyişikliklər zədəli oyunçularla bağlı idi. Nəticədə qalib gəldik və lazımlı xalı qazandıq. Mən hələ futbolçularımı belə gərgin görməmişdim. Mənə elə gəlir, bu oyunu uduzsaydılar, ölərdilər.
- İkinci yarıda “Qəbələ” hücuma 3 futbolçu ilə çıxırdı. 8 nəfər isə sanki meydanın mərkəzini belə keçməyə çəkinirdi. Həmin anlarda sizdə rəqibin hesabı bərabərləşdirəcəyinə dair qorxu yox idi? Gəlin razılaşaq ki, 1:0 “sürüşkən” hesabdı...
- Nədənsə qorxmaq... Mən futbolda baş verən heç nədən qorxmuram. Bu gün lazım olan şeylər oldu. Hamımız öyrəşmədiyimiz mənzərəni gördük. Mən öz komandamı ürəkdən təbrik edirəm.
- Tellur Mütəllimov niyə əvvəlki kimi təsir bağışlamır?
- Uzun müddət zədə üzündən məşqləri buraxmalı olmuşdu. Bu, obyektiv səbəbdi. Digər tərəfdən, bir çox gənc oyunçularla bağlı belə hallar baş verir. Lakin onun yaxşı vaxtlarını unutmuruq və səbirlə gözləyirik ki, daha yaxşı olacaq.
- Ehtiram Şahverdiyev yüzfaizlik qol vəziyyətindən yararlana bilmədi. Həmin an düşünmədiz ki, nə yaxşı onu “Qəbələ”də saxlamamışam?
- Ehtiram bizim əsas komandada da məşq edib. Sadəcə, həmin vaxt bizə uyğun deyildi. Hansısa vəziyyətdə sabiq futbolçumuz qol vura bilmirsə, buna sevinə bilmərəm. Belə hallar olur. Bizdən gedənlərin heç birinə görə təəssüflənmirəm. Hazırda "Sumqayıt"da çıxış edən futbolçunu xarakterizə edə bilmərəm. Ona uğurlar arzulayıram.

Elxan Məmmədov anşlaq gördü
Oyunu izləyənlər arasında olan Elxan Məmmədov “Futbol+”lə qısaca fikirlərini bölüşdü. Baş katib “Kapital Bank Arena”da daim anşlaq olduğuna sevindiyini dedi:
“Bu mövsüm ilk dəfə Sumqayıta gəldim və gözəl futbol ab-havasından ləzzət aldım. Çox maraqlı qarşılamaya şahidlik etdik. Tribunanın tutumundan asılı olmayaraq, “Kapital Bank Arena”da daim anşlaq yaşanır ki, bu da çox sevindiricidi. Matça gəlincə, son saniyələrə kimi maraqlı idman mübarizəsi şəraitində keçən 90 dəqiqə hamını gərginlikdə saxlamışdı”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:31 Qonşuların dueli Dünən, 19:29 5 oyuna cəmi 8 qol Dünən, 19:28 “6 xallıq oyun”u lider qazandı Dünən, 19:25 Aftandil Hacıyev Romada da əks-hücumlara ümid edəcək Dünən, 19:24 Deda yenə qol vursa da... Dünən, 19:21 Şehiçlə Dedimara eyni cəza: 3 oyun! Dünən, 19:20 “Neftçi” rəhbərliyi fürsəti əldən vermədi Dünən, 19:18 “Kəpəz”dəki məşqçi dəyişikliyi nə vəd edir? Dünən, 19:16 Yunis Hüseynov futbolçulara xəbərdarlıq etdi Dünən, 19:15 “Keşlə” “Neftçi”dən rəsmi müraciət gözləyir Dünən, 19:14 Bakıda FIFA-nın sammiti keçirildi Dünən, 19:12 “Şahdağ”ın sabiq rəsmisi Oruc Balaşlını “pul atmaqda” suçlayır Dünən, 19:11 “Keşlə”nin məşqçiləri Rəmiş Malıyevin qurbanı olub Dünən, 19:06 Reaksiyalar Dünən, 19:04 Ayağı qırılan azarkeş “Çelsi” ilə oyunu evdən izlədi Dünən, 19:02 BOS-da möhtəşəm xoreoqrafiya və böyük üzüntü Dünən, 18:58 Konte: “Hakim öz işini görməli, heç bir komandanın tərəfini tutmamalıdı” Dünən, 18:55 "Çelsi” + hakim = darmadağın Dünən, 18:54 “Lokomotiv” kiprliləri darmadağın etdi Dünən, 18:51 Yaşar Məmmədov AQF-nin strukturundan kənarda qaldı Dünən, 18:50 Məşqçilər Sadıq Sadıqova hakimlərdən şikayət etdi Dünən, 18:48 Bir oyun udur, bir oyun uduzur Dünən, 18:47 Teymur hədəfindən uzaq düşdü Dünən, 18:45 Portuqaliyalı referi "Qarabağ"ı "Çelsi"yə "yem etdi" Dünən, 18:41 Yığmanın heyəti açıqlandı 22-11-2017, 02:04 Şahin Diniyevin oyunsonrası açıqlamalarının xronikası 22-11-2017, 02:00 Turdan məqamlar 22-11-2017, 01:55 İdman jurnalistlərinin vahid platforması yaradılıb 22-11-2017, 01:50 "Qəbələ" fərqi artırdı 22-11-2017, 01:47 Lökbatanda "6 xallıq" oyun 22-11-2017, 01:43 Hakimlərin mühakiməsi 22-11-2017, 01:38 “Çelsi”ni Bakıdan məyus yola salmaq olar 22-11-2017, 01:34 “Kəpəz”də Yunis Hüseynov dönəmi başladı 22-11-2017, 01:30 “Kəpəz”in Şəhriyarları günahı Diniyevdə yox, özlərində görür 22-11-2017, 01:27 Vüqar yenə qol vursa da… 22-11-2017, 01:25 “Traktorsazi” İsfahanda şok yaşadı 22-11-2017, 01:21 Ruslan Qurbanov yazdı, “Neftçi” azarkeşləri coşdu 22-11-2017, 01:16 İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi 22-11-2017, 01:11 UEFA Azərbaycana 71 min avro göndərdi 22-11-2017, 01:07 Yığma üzvləri Rusiyada sevindi 22-11-2017, 01:05 “Lokomotiv” avrokubokda debüt oyununa çıxır 22-11-2017, 01:01 Olimpiya çempionu Vladiqafqazda fərqləndi 22-11-2017, 00:57 Çingiz Hüseynzadə vəzifəsində qaldı 22-11-2017, 00:55 “Araz”dan çətin qələbə 22-11-2017, 00:49 “Çelsi” də “Atletiko”nun taleyini yaşasın! 20-11-2017, 20:12 Mikayıl Nərimanoğlunun kadrı “Kəpəz”dən qovuldu 20-11-2017, 20:09 Şahin Diniyevin istefasını şərtləndirən səbəblər 20-11-2017, 20:01 "Səbail"in əvəzediciləri də "Kəpəz"ə qənim oldu 20-11-2017, 19:59 Polina Rəhimovanın komandası vahid lider oldu 20-11-2017, 19:58 Lider 3 xalı 1 qolla qazandı 20-11-2017, 19:57 “Qəbələ” bu dəfə də keçilməz oldu 20-11-2017, 19:55 “Neftçi”nin “fanşop”unda təsbeh də satılır 20-11-2017, 19:52 Rüfət Dadaşov 14-ə çatdı 20-11-2017, 19:50 Qısaömürlü, lakin unudulmaz futbol qəzeti 20-11-2017, 19:42 Ağr atletikada cəza müddəti 8 aya enə bilər 20-11-2017, 19:39 Ayxan Abbasov “Zirə”nin oyununda geriləmə görmür 20-11-2017, 19:37 1:1 seriyası bitdi, “Keşlə”nin məğlubiyyətləri yox Bütün xəbərlər
Ən çox oxunanlar