17 okt 14:44liqa, reportaj

Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu

Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu
30. Sumqayıt – Qəbələ 0:1 (0:1)
1. Fərhad Vəliyev - 4,0
19. Azər Salahlı – 4,5
3. Vurğun Hüseynov (k) – 5,0
14. Bəxtiyar Həsənalızadə - 4,5
2. Rail Məlikov – 4,5
(11. Ehtiram Şahverdiyev, 64) – 3,5
18. Tural Axundov – 4,0
5. Vüqar Bəybalayev – 3,5
(7. Cavid Tağıyev, 32)
97. Xəyal Nəcəfov – 4,0
32. Rəşad Eyyubov – 4,0
10. Cavid İmamverdiyev – 4,0
9. Amil Yunanov – 4,0
Ehtiyat oyunçular
23. Mehdi Cənnətov
6. Kamal Mirzəyev
17. Fərid Kərimzadə
39. Tural Bayramlı
71. Ramazan Həsənov
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Vurğun Hüseynov

22. Dmitri Bezotosnı – 5,5
12. Endi Hallidey – 5,0
5. Rasim Ramaldanov – 5,0
34. Urfan Abbasov – 5,0
88. Tellur Mütəllimov – 5,0
8. Qismət Alıyev – 4,5
14. Cavid Hüseynov (k) – 5,0
(11. Asif Məmmədov, 68) – 4,5
16. Dion Malone – 5,0
90. Ekiqo Ehiosun – 5,0
9. Baqali Dabo – 5,0
45. Famussa Kone – 5,0
(10. Ruslan Qurbanov, 79) – qiymətsiz
Ehtiyat oyunçular
23. Aqil Məmmədov
35. Murad Popov
4. Elvin Camalov
6. Elvin Məmmədov
7. Alen Akserov
17. Roman Hüseynov
28. Hacıağa Hacıyev
32. Amin Seydiyev
70. Ülvi İsgəndərov
Baş məşqçi: Roman Qriqorçuk
Komandanın ən yaxşısı: Dmitri Bezotosnı
Qol: F.Kone, 29 (E.Ehison).
Vərəqələr: R.Məlikov, 37 (qeyri-idman hərəkəti). E.Hallidey, 43 (qeyri-idman hərəkəti). B.Həsənalızadə, 54 (qeyri-idman hərəkəti). A.Məmmədov, 80 (oyunun bərpasını ləngitmək). D.Bezotosnı, 88 (oyunun bərpasını ləngitmək) – sarı.
Hakimlər: RAUF CABBAROV, Elman Musayev, Nahid Əliyev, İnqilab Məmmədov (hamısı Bakı).
Hakim-inspektor: Asim Xudiyev (Bakı).
AFFA nümayəndəsi: Sakin Məmmədzadə (Lənkəran).
14 oktyabr. Sumqayıt. Kapital Bank Arena. 1300 tamaşaçı (1326 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Ötən tur evdə gözlənilmədən “Kəpəz”ə boyun əyən “Qəbələ”nin bu tur da xal itirəcəyi inandırıcı görünmürdü. Baxmayaraq ki, rəqib avrokuboklara vəsiqəyə iddialı “Sumqayıt” idi. Bu oyunun startından təxminən 15 dəqiqə əvvəl başa çatan görüşdə “Zirə”nin “Kəpəz”i udması da “qırmızı-qaralar”ı yalnız 3 xal qazanmaq üçün vuruşmağa məcbir edirdi. Əks halda “qartallar”la şimallılar arasında xal fərqi artacaq və çempionluğa iddialı bölgə təmsilçisi ilk iki pillədən aralı düşəcəkdi. Bəlkə də bu üzdən əsas heyətin 5 üzvünün zədə səbəbindən meydana çıxmadığı görüşdə Qriqorçukun komandası sırf nəticəyə hesablanmış oyun nümayış etdirdi.
Qriqorçuk “Qəbələ”nin baş məşqçisi təyin olunandan komandası bəlkə də birinci dəfə belə məzmunsuz, qorxaq oyun sərgilədi. Artıq 3-cü dəqiqə meydan sahibləri Bezotosnının qapısı önündə təhlükəli vəziyyət yaratdı. Komanda yoldaşı ilə paslaşaraq cərimə meydançasına daxil olan İmamverdiyev qapını nişan alsa da, zərbəsi zəif, həm də qeyri-dədiq alındı. Qonaqların cavabı 11-ci dəqiqədə gəldi. Dabo sol cinahla sürətlə irəliləyib cərimə meydançasına ötürmə etsə də, Rail vaxtında müdaxilə edərək topu kornerə çıxarmağı bacardı. 6 dəqiqə sonra isə Vəliyev komandasını qoldan xilas etdi. Kone bir hərəkətlə Vurğundan sıyrılıb qapıçı ilə üzbəüz qaldı. Lakin top ayağına istənilən kimi oturmadı və belədə Fərhada “dəri kürə”ni tutmaq problem yaratmadı. Buna baxmayaraq, malili forvard 29-cu dəqəqidə adını tabloya yazdıra bildi. Ehiqonun meydanın mərkəzinə yaxın mövqedən ideal ötürməsini qəbul edən hücumçu topla bir qədər irəliləyərək hesabı açdı. Onu da qeyd edək ki, buraxılan qolda Fərhadın ayağının sürüşməsi və müvazinətini itirməsi də sözünü dedi. Təcrübəli qapıçı irəli çıxıb zərbə bucağını kiçiltmək istəyərkən sürüşdü və bundan yararlanan Kone asanlıqla topu tora qovuşdurdu. Hesabda önə çıxan qonaqların uğurun davamını gətirəcəyini düşünənlərin sayı çox olsa da, “qırmızı-qaralar” əksini edərək, hücumdan çox müdafiənin qayğısına qalmağa başladı. Qriqorçukun yetirmələri “avtobus taktikası”ndan yararlanaraq, cərimə meydançasının ətrafında “ətdən çəpər çəkdi”. İkinci yarıda isə tribunalara toplaşan azarkeşlər yalnız bir komandanın ifasında futbol izlədi. “Kimyaçılar “ hücum edir, qonaqlar müdafiədən oynayaraq “təki qol olmasın” prinsipi ilə topu hara gəldi vurub vaxt udmağa çalışırdılar. Abasovun komandası rəqibin müdafiə xəttini yarmaqda çətinlik çəkincə, daha çox uzaqdan zərbələrlə “status-kvo”nu bərpa etməyə çalışırdı. Ancaq Bezotosnının “çərçivə”də inamlı oyunu onların arzusunu gözündə qoydu. İkinci hissədə ən real qol şansını “Qəbələ”nin sabiq yetirməsi, hazırda “gənclik şəhəri” təmsilçisinin şərəfini qoruyan Ehtiram əldən verdi. Meydana sonradan çıxan “11 nömrə” təxminən penalti nöqtəsi yaxınlığından zərbə vursa da, top “çərçivə”nin üstündən keçdi. Həmin an Etiramın əvəzinə ustalıq səviyyəsi bir qədər yüksək olan istənilən futbolçu olsaydı, “Qəbələ” müdafiəçilərinin belə kobud səhvindən maksimum yararlanardı. Qalan dəqiqələrdə sumqayıtlılar, demək olar ki, bütün komanda ilə irəli atılıb, “qırmızı-qaralar”ın cərimə meydançasını mühasirəyə alsa da, “avtobus taktikası” özünü doğrultdu və şimallılar uğursuz Sumqayıt səfərindən qələbə ilə geri dönməyi bacardılar.

Gözdən qaçmadı
* Matçı izləyənlər arasında AFFA-nın baş katibi Elxan Məmmədov və müavini Sərxan Hacıyev də var idi. Yığmanın məşqçilər korpusunda təmsil olunan Mahmud Qurbanov da “Kapital Bank Arena”ya təşrif buyurmuşdu.
* 88-ci dəqiqədə “Sumqayıt” küncdən zərbə vurmaq hüququ qazandı. “Ağ-göylər” hesabda geri olduğundan Fərhad Vəliyev də rəqibin cərimə meydançasına getmək üçün əlini qaldıraraq baş məşqçidən icazə istədi. Samir bəy əvvəlcə qolkiperin müraciətini görməsə də, sonradan Vəliyevə irəli getməyə icazə verdi ki, bu da azarkeşlər tərəfindən böyük coşqu ilə qarşılandı.
* Rauf Cabbarovun idarəçiyilindən narazı qalan sumqayıtlı azarkeşlər müxtəlif əl işarələri ilə VİP-lojada əyləşən Elxan Məmmədova etirazlarını bildirdilər.
* 32-ci dəqiqədə çiynindən zədələnərək meydanı tərk edən Vüqar Bəybalayev matç başa çatandan sonra xəstəxanaya aparıldı.
* Şənbə günü “Qəbələ”nin futbolçusu Ürfan Abbasov doğum gününü qeyd edirdi. Bəlkə də bu üzdən Cavid əvəzlənərkən kapitan sarğısını onun yerinə meydana çıxan Asifə uzatsa da, Məmmədov sarğını Abbasova ötürdü.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 02:04 Şahin Diniyevin oyunsonrası açıqlamalarının xronikası Dünən, 02:00 Turdan məqamlar Dünən, 01:55 İdman jurnalistlərinin vahid platforması yaradılıb Dünən, 01:50 "Qəbələ" fərqi artırdı Dünən, 01:47 Lökbatanda "6 xallıq" oyun Dünən, 01:43 Hakimlərin mühakiməsi Dünən, 01:38 “Çelsi”ni Bakıdan məyus yola salmaq olar Dünən, 01:34 “Kəpəz”də Yunis Hüseynov dönəmi başladı Dünən, 01:30 “Kəpəz”in Şəhriyarları günahı Diniyevdə yox, özlərində görür Dünən, 01:27 Vüqar yenə qol vursa da… Dünən, 01:25 “Traktorsazi” İsfahanda şok yaşadı Dünən, 01:21 Ruslan Qurbanov yazdı, “Neftçi” azarkeşləri coşdu Dünən, 01:16 İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi Dünən, 01:11 UEFA Azərbaycana 71 min avro göndərdi Dünən, 01:07 Yığma üzvləri Rusiyada sevindi Dünən, 01:05 “Lokomotiv” avrokubokda debüt oyununa çıxır Dünən, 01:01 Olimpiya çempionu Vladiqafqazda fərqləndi Dünən, 00:57 Çingiz Hüseynzadə vəzifəsində qaldı Dünən, 00:55 “Araz”dan çətin qələbə Dünən, 00:49 “Çelsi” də “Atletiko”nun taleyini yaşasın! 20-11-2017, 20:12 Mikayıl Nərimanoğlunun kadrı “Kəpəz”dən qovuldu 20-11-2017, 20:09 Şahin Diniyevin istefasını şərtləndirən səbəblər 20-11-2017, 20:01 "Səbail"in əvəzediciləri də "Kəpəz"ə qənim oldu 20-11-2017, 19:59 Polina Rəhimovanın komandası vahid lider oldu 20-11-2017, 19:58 Lider 3 xalı 1 qolla qazandı 20-11-2017, 19:57 “Qəbələ” bu dəfə də keçilməz oldu 20-11-2017, 19:55 “Neftçi”nin “fanşop”unda təsbeh də satılır 20-11-2017, 19:52 Rüfət Dadaşov 14-ə çatdı 20-11-2017, 19:50 Qısaömürlü, lakin unudulmaz futbol qəzeti 20-11-2017, 19:42 Ağr atletikada cəza müddəti 8 aya enə bilər 20-11-2017, 19:39 Ayxan Abbasov “Zirə”nin oyununda geriləmə görmür 20-11-2017, 19:37 1:1 seriyası bitdi, “Keşlə”nin məğlubiyyətləri yox 20-11-2017, 19:35 Cahangir Həsənzadə danışa bilmir 20-11-2017, 19:34 Konte “Qarabağ”la matçı mövsümün ən vacib oyunu sayır 20-11-2017, 19:32 Debütant önündə yenilgi Diniyevin sonu oldu 20-11-2017, 19:30 Liderlər xal itirmədi 20-11-2017, 19:28 “Qarabağ”ın fanklubları stadionda polis istəmir 19-11-2017, 15:39 U21 millimiz üçün biabırçı 3 ay - XRONOLOGİYA 19-11-2017, 14:59 "21 Oktyabrdan... 20 il sonra" filmi - TRAİLER 19-11-2017, 13:56 Dünya çempionu məşqlərə qatılmır 19-11-2017, 13:50 Tərlan Əhmədov: “Elnur Cəfərov 99 faiz “Neftçi”dən göndəriləcək” 19-11-2017, 13:49 Elnur Cəfərov müsahibədən boyun qaçırdı 19-11-2017, 13:45 Xaqani Məmmədov ofisiant işləyən hakimi yanına çağırdı 19-11-2017, 13:33 “Məsuliyyətdən yayınmaq üçün ictimaiyyətə yanlış fikirlər sırımaq istəyən şəxslə nə danışasan?” 19-11-2017, 13:30 U-21-in üzvləri köməkçi-məşqçilərdən şikayət edib? 19-11-2017, 13:26 Faiq Cabbarov növbəti həftəni gözləyir 19-11-2017, 13:14 Babək Alxasov U-21-dən ayrılmaqla centlmen kimi davrandığını düşünür 19-11-2017, 13:13 Elxan Məmmədov UEFA nümayəndələri ilə görüşdü 19-11-2017, 13:10 Aqil Nəbiyev İmişli stadionuna ziyan vurmadığını deyir 19-11-2017, 13:08 "Qarabağ" azlıqda da güclüdü 19-11-2017, 13:04 Mahmud Qurbanov ÇSKA-nın futbol akademiyasında olub 19-11-2017, 13:01 “Zaqatala” ilk qələbəni çempionla dueldə qazandı 17-11-2017, 22:35 SSRİ idman ustasını MGA-dan da qovdular 17-11-2017, 22:32 “Oyun alğı-satqısı ilə bağlı əsl bazar premyer-liqadadı” 17-11-2017, 22:30 “Kəpəz”in mühasibatlıq sənədləri və möhürü hələ də Bakıdadı 17-11-2017, 22:29 Azərbaycan DÇ-də kimə azarkeşlik edəcək? 17-11-2017, 22:25 Üç yığmaya 4 namizəd Bütün xəbərlər
Ən çox oxunanlar