17 okt 14:28liqa

İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir

İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir
Beləliklə, Topaz premyer-liqasında ikinci dövrə start götürdü. Nəticələrə və komandaların sərgilədiyi oyuna əsasən nə deyə bilərik? Artıq ilk “üçlük”lə başqaları arasında uçurum dərinləşir. Söhbət 6 xallıq fərqdən gedir. Görünən odu ki, yalnız avrokuboklara 4-cü vəsiqə uğrunda mübarizə daha gərgin alınacaq.
Həmçinin 8-ci turdan sonra yığmaların oyununa görə yaranan fasilə dövrünün ciddi dəyişiklik üçün yetərli olmadığı üzə çıxdı. Hər halda, “İnter” yenə “Qarabağ”a matçın uzun bölümü ərzində müqavimət göstərib, son dəqiqədə “qapısını açdı”. İlk dövrədə Əfran İsmayılov 89-cu dəqiqədə 3 xal qazandıran yeganə qola imza atdısa, bu dəfə Dino Ndlovu sona 5-7 dəqiqə qalmış dubl etməyə imkan tapdı. O da maraqlıdı ki, Qurban Qurbanov əvəzetmələrdən sonra nəticə qazana bilir. Xüsusilə də Riçard Almeyda hər iki oyunda sonradan meydana çıxıb və belədə tam üstünlüyə yiyələnən ağdamlılar qələbə əldə edib.
“Qarabağ”la şəxsi oyunlara qədər “Zirə”ylə “Qəbələ”nin təqibi davam etdirəcəyi də ehtimal olunandı. Düzdü, Roman Qriqorçukun komandası inamlı görünmür və elə təsir bağışlayır ki, hər an büdrəyə bilər. “Sumqayıt” ilk dövrədə olduğu kimi yenə 1 qol buraxıb uduzsa da, Samir Abasovun yetirmələri Qəbələdəki oyundan fərqli daha istəkli və inamlı görünürdü. “Zirə” isə “Kəpəz”ə aman vermədi. Birinci dövrənin son turunda “Qəbələ” üzərində səfər qələbəsinə sevinən Şahin Diniyevin komandası paytaxtda böyük hesabla uduzdu. Belə görünür, “Kəpəz”də “Zirə” xofu var. Çünki qərb təmsilçisi bu komandanı səfərdə uda bilməyib. Həm də son 3 qarşılaşmada “quru” hesablı qələbələri sıralayan Ayxan Abbasovun komandası premyer-liqadakı məğlubiyyətsiz seriyasını 14-ə çatdırdı. “Zirə” sonuncu dəfə ötən mövsümün 22-ci turunda meydanı xalsız (0:1) tərk edib. Maraqlıdı ki, sonuncu dəfə bu komanda elə “Kəpəz”ə uduzmuşdu. Bu, martın 13-nə təsadüf etmişdi. Başqa sözlə, 7 aydı “Zirə”ni məğlub edən tapılmır.
Nəhayət, tura dünən paytaxt derbisi ilə yekun vuruldu. Artıq əminliklə demək olar ki, Tərlan Əhmədov "Neftçi"ni ayaqüstə qaldıra biləcək. Ardıcıl ikinci oyunda qazanılan qələbə bundan xəbər verir. Uğurun reseptini ilk növbədə müdafiənin qaydasına salınması ilə izah etmək olar. Belə ki, komanda qol buraxmadığı oyunlarda qələbə qazanır.
Topaz premyer-liqası
2-ci dövrə, 8-ci tur
13 oktyabr
İnter – Qarabağ 0:2
14 oktyabr
Zirə - Kəpəz 3:0
Sumqayıt – Qəbələ 0:1
15 oktyabr
Səbail – Neftçi 0:4
1. Qarabağ 7 6 1 0 14-3 19
2. Zirə 8 5 3 0 15-5 18
3. Qəbələ 8 5 1 2 11-8 16
4. Sumqayıt 8 3 1 4 8-11 10
5. İnter 8 2 2 4 7-11 8
6. Neftçi 8 2 1 5 9-9 7
7. Səbail 7 2 0 5 4-12 6
8. Kəpəz 8 1 1 6 5-14 4
Bombardirlər: Mahir Mədətov (Qarabağ) – 5, Təmkin Xəlilzadə, Riçard Qadze (hər ikisi "Zirə") – 4.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:31 Qonşuların dueli Dünən, 19:29 5 oyuna cəmi 8 qol Dünən, 19:28 “6 xallıq oyun”u lider qazandı Dünən, 19:25 Aftandil Hacıyev Romada da əks-hücumlara ümid edəcək Dünən, 19:24 Deda yenə qol vursa da... Dünən, 19:21 Şehiçlə Dedimara eyni cəza: 3 oyun! Dünən, 19:20 “Neftçi” rəhbərliyi fürsəti əldən vermədi Dünən, 19:18 “Kəpəz”dəki məşqçi dəyişikliyi nə vəd edir? Dünən, 19:16 Yunis Hüseynov futbolçulara xəbərdarlıq etdi Dünən, 19:15 “Keşlə” “Neftçi”dən rəsmi müraciət gözləyir Dünən, 19:14 Bakıda FIFA-nın sammiti keçirildi Dünən, 19:12 “Şahdağ”ın sabiq rəsmisi Oruc Balaşlını “pul atmaqda” suçlayır Dünən, 19:11 “Keşlə”nin məşqçiləri Rəmiş Malıyevin qurbanı olub Dünən, 19:06 Reaksiyalar Dünən, 19:04 Ayağı qırılan azarkeş “Çelsi” ilə oyunu evdən izlədi Dünən, 19:02 BOS-da möhtəşəm xoreoqrafiya və böyük üzüntü Dünən, 18:58 Konte: “Hakim öz işini görməli, heç bir komandanın tərəfini tutmamalıdı” Dünən, 18:55 "Çelsi” + hakim = darmadağın Dünən, 18:54 “Lokomotiv” kiprliləri darmadağın etdi Dünən, 18:51 Yaşar Məmmədov AQF-nin strukturundan kənarda qaldı Dünən, 18:50 Məşqçilər Sadıq Sadıqova hakimlərdən şikayət etdi Dünən, 18:48 Bir oyun udur, bir oyun uduzur Dünən, 18:47 Teymur hədəfindən uzaq düşdü Dünən, 18:45 Portuqaliyalı referi "Qarabağ"ı "Çelsi"yə "yem etdi" Dünən, 18:41 Yığmanın heyəti açıqlandı 22-11-2017, 02:04 Şahin Diniyevin oyunsonrası açıqlamalarının xronikası 22-11-2017, 02:00 Turdan məqamlar 22-11-2017, 01:55 İdman jurnalistlərinin vahid platforması yaradılıb 22-11-2017, 01:50 "Qəbələ" fərqi artırdı 22-11-2017, 01:47 Lökbatanda "6 xallıq" oyun 22-11-2017, 01:43 Hakimlərin mühakiməsi 22-11-2017, 01:38 “Çelsi”ni Bakıdan məyus yola salmaq olar 22-11-2017, 01:34 “Kəpəz”də Yunis Hüseynov dönəmi başladı 22-11-2017, 01:30 “Kəpəz”in Şəhriyarları günahı Diniyevdə yox, özlərində görür 22-11-2017, 01:27 Vüqar yenə qol vursa da… 22-11-2017, 01:25 “Traktorsazi” İsfahanda şok yaşadı 22-11-2017, 01:21 Ruslan Qurbanov yazdı, “Neftçi” azarkeşləri coşdu 22-11-2017, 01:16 İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi 22-11-2017, 01:11 UEFA Azərbaycana 71 min avro göndərdi 22-11-2017, 01:07 Yığma üzvləri Rusiyada sevindi 22-11-2017, 01:05 “Lokomotiv” avrokubokda debüt oyununa çıxır 22-11-2017, 01:01 Olimpiya çempionu Vladiqafqazda fərqləndi 22-11-2017, 00:57 Çingiz Hüseynzadə vəzifəsində qaldı 22-11-2017, 00:55 “Araz”dan çətin qələbə 22-11-2017, 00:49 “Çelsi” də “Atletiko”nun taleyini yaşasın! 20-11-2017, 20:12 Mikayıl Nərimanoğlunun kadrı “Kəpəz”dən qovuldu 20-11-2017, 20:09 Şahin Diniyevin istefasını şərtləndirən səbəblər 20-11-2017, 20:01 "Səbail"in əvəzediciləri də "Kəpəz"ə qənim oldu 20-11-2017, 19:59 Polina Rəhimovanın komandası vahid lider oldu 20-11-2017, 19:58 Lider 3 xalı 1 qolla qazandı 20-11-2017, 19:57 “Qəbələ” bu dəfə də keçilməz oldu 20-11-2017, 19:55 “Neftçi”nin “fanşop”unda təsbeh də satılır 20-11-2017, 19:52 Rüfət Dadaşov 14-ə çatdı 20-11-2017, 19:50 Qısaömürlü, lakin unudulmaz futbol qəzeti 20-11-2017, 19:42 Ağr atletikada cəza müddəti 8 aya enə bilər 20-11-2017, 19:39 Ayxan Abbasov “Zirə”nin oyununda geriləmə görmür 20-11-2017, 19:37 1:1 seriyası bitdi, “Keşlə”nin məğlubiyyətləri yox Bütün xəbərlər
Ən çox oxunanlar